Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
ƏVƏZLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

məch. Başqası terefin-
den evez edilmek, evez olunmaq.

ƏVƏZLƏYİCİ : Azerbaijani Explanatory Dictionary

is. xüs. Bir neçe qüvveni evez eden qüvve.

ƏVƏZLİK : Azerbaijani Explanatory Dictionary

is.
Əvez olaraq verilen şey, qarşılıq.
qram. Isimden, sifetden, saydan ferqli olaraq öz-özlüyünde müeyyen bir şeyi, ya-xud keyfiyyeti ifade etmeyen, lakin nitqden asılı olaraq bele bir mena kesb eden söz
nitq hissesi. Şəxs əvəzliyi. Sual əvəzliyi.

ƏVƏZOLUNMA : Azerbaijani Explanatory Dictionary

is. Əvezlenme.

ƏVƏZOLUNMAZ : Azerbaijani Explanatory Dictionary

ax əvəzedilməz.
Ağuz südü təzə doğulmuş qulun üçün əvəz-olunmaz qiymətli qidadır.

ƏVƏZOLUNMAZLIQ : Azerbaijani Explanatory Dictionary

is. Əvez oluna
bilmeme, evezi olmama.

ƏVƏZSİZ : Azerbaijani Explanatory Dictionary

sif.
Əvezi olmayan, evez oluna bilmeyen, başqası ile evez edile bil-meyen. Əvəzsiz yoldaş.
.Bünyadın dostu da özü kimi Mollayevi əvəzsiz bir şəxsiyyət sayanlardandı. M.Hüseyn. Zahid [Rübabe-nin] həmişəlik və əvəzsiz munisi olmuşdu.
Mir Celal.
Misli-beraberi, tayı olmayan. Əvəzsiz gözəl.
Hiss olunurdu ki, Cavahir əvəzsiz çalışqan imiş. T.Ş.Simurq.
zərf Pulsuz, müfte, qarşılıqsız. Bəndalı xəyalına gətirə bilməzdi ki, adam adama əvəzsiz, pulsuz bir xeyir iş görə. Mir Celal.

ƏVVƏL : Azerbaijani Explanatory Dictionary

zərf [ər.]
Ilk defe, birinci defe. [Derviş:] Ruqiyyə əvvəl babasına yaxın düşə bilmirdi. A.Divanbeyoğlu.
İs. mənasında. Başlanğıc, ibtida. İşin əvvəli çətindir. Kitabın əvvəli. Əsrimizin əv-vəli. // Qoş. mənasında. Qabaq. İnqilabdan əvvəl. Soyuqlar düşməzdən əvvəl.
Əvvelce, qabaqca. Əvvəl sən gəl. Əv-vəl fikirləş, sonra danış. Bilmirəm, hansı işdən əvvəl başlayım.
Qabaqlarda, evvellerde, ilk vaxtlarda, keçmişde (bu menada çox vaxt "evveller" ve "evvelleri" şeklinde işlenir). Əvvəl(lər) xəttim yaxşı idi, sonralar korlandı. Əvvəllər gözəl səsi var idi. Əvvəllər burada karvan-sara yerləşirdi. Əvvəllər biz çox yaxın idik.
Zaman etibarile daha qabaq, daha ireli, daha birinci. Mən səndən əvvəl gəldim. Uç il bundan əvvəl olmuş hadisə. O məndən əvvəl işə başladı. Vaxtından əvvəl gəlmək. Müba-hisəni kim əvvəl başladı?
İki sənə əvvəl, böylə məşum qara günü kim xatırlardı? H.Cavid. Ulfət toy adı eşidib əvvəl tutuldu. Mir Celal. Bir az əvvəl ildırımlı gecələri an-dıran o gözlər bu odlu göz yaşlarında təlatümə gəlmiş bir dəniz kimi qaynadı. Ə.Memmedxanlı.
Yer etibarile qabaq, ireli. O məndən əvvəldir.
Bax əvvəla. [Dedim:] Sara bibi, əvvəl budur ki, Ağamalıoğluna verilən ərizə gərək latın əlifbası ilə yazılsın. Qantemir.
◊ Əvvəl əldə
evvelce, birinci növbede.
əvvəl-əvvəl zərf Əvvelce, qabaqca.

ƏVVƏLA : Azerbaijani Explanatory Dictionary

ara s. [ər.] Birincisi, birinci olaraq, en evvel. [Necef bey:] Qəhrəman bəyin, əvvəla, pulu yoxdur. Ə.Haqverdiyev. [Omer:] Əvvəla, qızı görməmişəm və ondan savayı, qız on, ya on bir yaşında. Məgər bu sində qızı almaqmı olar? N.Nerimanov.

ƏVVƏL-AXIR : Azerbaijani Explanatory Dictionary

zərf Gec-tez. Bilirdim ki, əvvəl-axır başıma; Gətirəcək qalmaqalı gözlərin. Q.Zakir. [Əsger:] Əvvəl-axır çötkə gələcəkdir. N.Vezirov.

ƏVVƏLCƏ : Azerbaijani Explanatory Dictionary

zərf
Qabaqca, ilk önce,
daha evvel. Əvvəlcə sədr iclası açdı, sonra məruzəçiyə söz verdi.
[Eldar] əvvəlcə nə-dənsə yenə bu söhbəti sabaha qoymaq istədi. M.Rzaquluzade. // Daha evvel, birinci iş ola-raq. Köhnə ağacı əvvəlcə dibindən kəsdilər, sonra sürütləyə-sürütləyə apardılar.
Başlanğıcda, ibtidada. Əvvəlcə iş ada-ma ağır görünər.
Başlamadan qabaq, qabaqca. Əvvəlcə fikirləş, sonra danış. Əvvəlcə yaxşı qulaq as, sonra etiraz et.
[Süleyman:] Hələ indi, əv-vəlcə bir Əsgəri evləndirək, görünür ki, bu, çox tələsiyir. ü.Hacıbeyov.

ƏVVƏLCƏDƏN : Azerbaijani Explanatory Dictionary

zərf Qabaqcadan, evvel-
den. Əvvəlcədən tədarük görmək. Əvvəlcə-dən şərtləşmək.
Bunlar hamısı əvvəlcədən hazırlanmış oyundur. M.Ibrahimov. Giley-güzarov əvvəlcədən qonaqların siyahısını tutar.. S.Rüstem.

ƏVVƏLDƏN : Azerbaijani Explanatory Dictionary

zərf Qabaqdan, lap ireliden, evvel vaxtdan, ilk vaxtdan, ibtidadan. Mən bunu əvvəldən bilirdim. Şərti əvvəldən demək lazım idi.
Hər kim əvvəldən inan-mış hər nəyə; Bir də ram olmaz o, digər bir şeyə. H.Cavid. Hər qəbir dünyanın bağrında yükdür; Əvvəldən torpağın dərdi böyükdür. M.Rahim. □ Əvvəldən-axıra kimi əvvəl-dən-axırına kimi
başdan-başa, hamısı, bütün. Əvvəldən-axıra kimi yalandır.

ƏVVƏLƏN : Azerbaijani Explanatory Dictionary

[ər.] bax əvvəla. Əvvələn, biz onu tanımırıq, ikincisi... Əvvələn, o bizim dediklərimizlə razı olmaz, sonra isə...
Əv-vələn, ümdeyi-mətləb bu ki, şəhr əhli tamam; Tənbəlü kahilü bihimmətü nadan, mənə nə?! M.Ə.Sabir. Əvvələn, yüngül tənbehlərin ha-mısı manifestə düşür. C.Memmedquluzade.

ƏVVƏLİNCİ : Azerbaijani Explanatory Dictionary

ax birinci. Əvvəlinci sıra. Əvvəlinci övlad. Əvvəlinci yeri tutmaq. Əvvəlinci rolları oynamaq.
[Nazlı:] Doğ-rudur, bir neçə adam bilir ki, Yusif ilə sən əvvəlinci dəfə görüşməyirsən. N.Nerima-nov. Birdən uzunboylu müsafir, əlində bir çamadan vaqonların birisindən aşağı dü-şüb, əvvəlinci klas tərəfə qədəm qoydu. S.M.Qenizade. [Iskender bey:]
. O hər kimə nəsib olsa, yəqin bil ki, dünya üzündə əv-vəlinci xoşbəxt olar. N.Vezirov.

ƏVVƏLKİ : Azerbaijani Explanatory Dictionary

sif.
Yer, sıra, zaman, say ve s. etibarile
birinci. Şəkildə sağdan əvvəlki adam. Əvvəlki müzakirə daha canlı keçdi.
Bundan qabaqkı, bundan evvel olmuş, keçmişde olan, keçmiş. Əvvəlki hadisələrin izləri. Əsərin əvvəlki variantı. Əvvəlki adət-lər get-gedə aradan qalxır.
Lakin Nurəd-din
. əvvəlki halına düşmədi. S.S.Axundov. Zahirən evdə heç şey dəyişməmişdi, əvvəlki səliqə, əvvəlki qayda, əvvəlki münasibətlər davam edirdi. M.Ibrahimov.
İs. mənasında. Keçmişde, daha evvel olan, keçmişe aid olan şey, hadise, hal. Əvvəlki daha yaxşı idi. Əvvəlkindən heç olmaz.
[Derviş:] Qoca kişi əvvəlkindən indi diqqət ilə mənə baxıb, məndən xoyla-nan kimi oldu. A.Divanbeyoğlu.

ƏVVƏLLƏR : Azerbaijani Explanatory Dictionary

zərf
Ilk zamanlar, ilk
çağda, ibtida. Əvvəllər işdən çox qorxurdum. // İs. mənasında. Ilk günler, başlanğıc, ibtida. Dərs ilinin əvvəlləri. XX əsrin əvvəlləri.
Keçmişde, keçmiş zamanda. Əvvəllər onun gözəl səsi var idi. Əvvəllər hafizəm çox yaxşı idi.
Daha qabaq, daha evvel, çox qabaq, çoxdan. O, ədəbiyyat sahəsində fəaliyyətə daha əvvəllər başlamışdır.

ƏVVƏLLƏRDƏ : Azerbaijani Explanatory Dictionary

ax əvvəllər. Əvvəl-
lərdə bizə çox gələrdi. O, əvvəllərdə də çox arıq idi.
Zeynal əvvəllərdə Mehribanı se-virdi. S.Hüseyn.

ƏVVƏLLƏRİ : Azerbaijani Explanatory Dictionary

ax əvvəllər 1 ve
ci
menalarda.
.Əvvəlləri Məşədi Molla Həsən kitab satardı. C.Memmedquluzade. [Cemil bey] əvvəlləri azacıq yorğun kimi idi. H.Cavid. Mart ayının əvvəlləri idi. Ə.Veliyev.

ƏYAL : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn.
Aile, külfet. [Yu-sif Serrac] öz kəsbi ilə özünü və əyalını sax-lamağa məşğul oldu. M.F.Axundzade. İndi əgərçi ona zəhmət olar; Qışda əyalı, özü rahət bular. M.Ə.Sabir. Para nədir? Uzünü gördüyüm bir il yoxdur; Fəqət əyal yanında xəcalətim çoxdur. Ə.Nezmi.
Arvad, zövce. Bəs nədir yığıbsan neçə əyalı; Doğmaz şad olarsan, doğar ağlarsan. M.V.Vidadi. [Qoca kişi:] Budur, neçə gün olar ki, özümə bir əyal gətirmişəm. Ə.Haqverdi-yev. Sonra bir tikə yavan çörək də tapsam, əyalım ilə qabaq-qabağa əyləşib ağız ləzzəti ilə, iştaha ilə yeyərəm. Mir Celal.

ƏYALƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
tar. Bir valinin ida-resi altında olan ölke. Həmədan ilə Bağdad, Həmədan ilə İraq, Xarəzm, Rey və Fars əyalətləri arasında şiddətli danışıqlar və alış-verişlər gedirdi. M.S.Ordubadi.
Bezi dövletlerde: ölkenin bölündüyü inzibati rayonların her biri; vilayet, mahal.
ci ilin yaz və yay fəsillərini İranın Gi-lan əyalətində keçirmişdim. S.Hüseyn. Sət-tarxan dövründə təşkil olunmuş əyalət əncü-mənləri müəyyən hüquqlara malik olan mux-tar dövlət üsulundan başqa bir şey deyildi. M.Ibrahimov. Xəmsə əyalətinin mərkəzi Zəncan Azərbaycanın mühüm şəhərlərindən biridir. P.Makulu.
Iri merkezlerden uzaq olan yer. // ümu-miyyetle, ölkenin paytaxtdan, merkezden uzaq olan erazisi. Nəhayət, əyalətdə işləyən görkəmli bir vücud xanım Süsəni götürüb Tehrana apardı. M.Ibrahimov.

ƏYAN : Azerbaijani Explanatory Dictionary

sif [ər.] Gözle görünen, açıq, aydın, aşkar (adeten xeber şekilçisi ile iş-lenir). Onun düzgünlüyü hamıya əyandır.
Gedən, getmə, dayan, dur; Sirrim sənə əyan-dır. (Bayatı). Sənə əyandır, ey dilbər, sevdi-yim! Qurbanidir, bir şey dilər, sevdiyim! Qurbani. □ Əyan etmək (eləmək)
aydın etmek, bildirmek. Yox bir açıq dilim, sənə mən eyləyim əyan; Ta sən qanınca, qalma-yacaq millətimdə can. Ə.Qemküsar. Qur-ban bu xəbəri gəlib xanımına əyan elədi. I.Musabeyov. Əyan olmaq
belli olmaq, aşkar olmaq, aydın olmaq. Cənnətin yavıq-laşmağı ustaya əyan oldu. çemenzeminli.

ƏYAN : Azerbaijani Explanatory Dictionary

top. [ər.] köhn. Keçmişde: ölke-nin yuxarı tebeqelerine mensub olan möte-ber ve yaşlı adamlar; zadeganlar. Nüşabə taxt üstündə oturmuş, ətrafda vəzirlər, əyan-lar, sərkərdələr, saray adamları dayanmış-dır. A.Şaiq. Ordunu yola salmaq üçün Gən-cənin əyan və ziyalıları İsfahan kəndinə qədər gəlmişdi. M.S.Ordubadi. Papaqların bəzisi uzun və qovun çeşnisində idi, bun-ların sahibinin molla və əyandan olmağı aşkar idi. çemenzeminli.

ƏYANİ : Azerbaijani Explanatory Dictionary

sif [ər.]
Açıq, aşkar, gözle görünen, göz qabağında olan, tamamile ay-dın, inandırıcı. Əyani misal. Əyani sübut, dəlil. // Zerf menasında. Deyilənləri əyani göstərmək.
ped. Mektebde öyrenilen fenlere dair material ve modelleri telebelere bilavasite göstermek esasında qurulmuş ve buna xidmet eden. Əyani tədris. □ Əyani təhsil
qiyabi tehsilden ferqli olaraq, mektebde ders ve meşğelelere müntezem suretde davametme yolu ile tehsil alma üsulu.

ƏYANİLİK : Azerbaijani Explanatory Dictionary

is.
Əyani şeyin halı; eyani olma. Təbiyyat dərslərində əyanilik əsas şərtdir.
Göz önünde olma, aşkarlıq, aydınlıq, inandırıcılıq.