Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
FƏDAKAR : Azerbaijani Explanatory Dictionary

sif. [ər. feda ve fars.
..kar]
Umumi bir iş ve ya meslek uğrunda öz şexsi menafeyinden keçen, özünü qurban vermekden çekinmeyen. Fədakar gənclər. Fədakar əsgər.
Vətən uğrunda gərək şəxs fədakar olsun. A.Sehhet. // öz meqsedini heyata keçirmek yolunda çalrşan, her cür fedakarlrğa hazrr olan. Fədakar övlad.
[Bextiyar:] Fədakar bir qızsan, əhsən. Ancaq zəhmətlərin boşdur. A.Şaiq.
Fedakarlrq ifade eden; fedakarcasrna. Adamlarımızın fədakar zəhməti. Fədakar hə-rəkət.
Biz döyüşçülərə xalqın həyatından, neftçilərimizin fədakar əməyindən danışırıq. M.İbrahimov.

FƏDAKARANƏ : Azerbaijani Explanatory Dictionary

[ər. feda ve fars. karane] bax fədakarcasına. Bəzən Sarının çox fə-dakaranə çalışmağı və süfrə salması [Demi-rovu] təmin etmirdi.. S.Rehimov.

FƏDAKARCASINA : Azerbaijani Explanatory Dictionary

zərf özünü feda
ederek; fedakarlrqla, fedakarlrq göstererek. Fədakarcasına işləmək.

FƏDAKARLIQ : Azerbaijani Explanatory Dictionary

is. öz şexsi menafeyini ümumi işe ve ya başqalarrnrn işine feda etme, hesr etme, bu uğurda fedakarcasrna çalrşma, sey gösterme. [Şiraslan da] atası kimi Vətən qarşısında bir iş görmək, öz fədakarlığı ilə adamlara xidmət etmək istəyirdi. S.Rehimov.
Fədakarlıqla şeklinde zərf
bax fədakarcasına. Müəllim heyəti fədakarlıqla çalışırdı. S.Rehimov.

FƏGAN : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Nale, feryad, inleme. [Abbas:] Gecə-gündüz qan ağlaram; Ar-tıbdı fəğanım mənim! "Abbas ve Gülgez". □ Fəğan etmək
feryad qoparmaq, nale etmek, inlemek, ağlamaq, göz yaşr tökmek. Gecə-gündüz ahü fəğan etməkdən; Dərdə, qəmxanəyə yol almışam mən. Aşrq Əlesger. // Nale, feryad, ah. Səni görmək üçün ölmək istərəm; Təsəllim ah ilə fəğandır, ana! S.Vurğun. Bir yaz günü oxudum şerini, bö-yük ustad; Duydum, nakam ürəkdən qopan acı fəğandır. R.Rza.

FƏHLƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] İstehsalatda bir peşe kimi emekle meşğul olan, işçi sinfine mensub emekçi; emele. Fəhlə və kəndli təbəqəsi. // öz iş qüvvesini satmaqla yaşamağa mec-bur olan muzdlu işçi; proletar. Fələ, özünü sən də bir insanmı sanırsan?! M.Ə.Sabir. Fəhlələrin bir həftə əvvəl başlamış tətili hələ də davam edirdi. M.Hüseyn.

FƏHLƏBAŞI : Azerbaijani Explanatory Dictionary

is. Baş fehle, fehlelerin başçrsr.

FƏHLƏLİK : Azerbaijani Explanatory Dictionary

is. Fehlenin işi, peşesi; eme-lelik. Fəhləlik etmək. Yazıçı ədəbiyyata fəhlə-likdən gəlmişdir.
Aslan da hər gün öz fəh-ləliyində olub Fərhadın işindən xəbəri yox idi. C.Cabbarlr.

FƏHM : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Anlama, anlaq, derrake. Olmasın fəhmin, əqlin, idrakın; Var nə qəm ta ki vardır əmlakın. M.Ə.Sabir. □ Fəhm et-mək
anlamaq, başa düşmek, derk etmek. Ariflər, fəhm eləyin; Süzüb gedən yarə baxın! Aşrq Əlesger. Rəğbət və narazılıqla yoğrulmuş bu dumanlı soyuqluğun incəliyini hamıdan çox Əlikram fəhm eləmiş olardı. B.Bayramov. Fəhm qılmaq klas.
bax fəhm etmək. Sözlər dersən ki, bilməzəm mən; Məzmununu fəhm qılmazam mən. Füzuli.

FƏHMLİ : Azerbaijani Explanatory Dictionary

sif. Anlaqlr, idraklr, derrakeli. Fəhmli adam.
[Ərknaz:] Ramiz çox qeyrətli, fərasətli uşaqdır. çox qanacaqlı, mərifətli, fəhmli, qabiliyyətli uşaqdır. Mir Celal.

FƏHMSİZ : Azerbaijani Explanatory Dictionary

sif. Anlaqsrz, idraksrz. Fəhm-siz oğlan.

FƏXR : Azerbaijani Explanatory Dictionary

[ər.]
is. İftixar edilecek, öyünü-lecek şexs, şey. Ovlad atanın fəxridir. Doğ-ma Vətənin fəxri.
[
ci cengaver:] Səya-vuş bu yurdun fəxri, şanıdır. H.Cavid. Kazı-mın
. üzündə bir fəxr duyğusu ifadə olunur-du. çemenzeminli. □ Fəxr etmək
iftixar etmek, öyünmek. Dünyaya səs salan şöhrə-timizlə; Sevindik, fəxr etdik, lovğalanmadıq. S.Rüstem. [Qafar] öz vətəni, öz paytaxtı, öz xalqı
. ilə fəxr edir... Ə.Sadrq.
Fəxrlə şeklinde zərf
iftixarla, fexr ederek. Fəxrlə cavab vermək. Fəxrlə irəli çıxmaq.

FƏXRİ : Azerbaijani Explanatory Dictionary

sif. [ər.]
Her hansr xidmete, nailiyyete göre ehtiram, iftixar elameti olaraq verilen. Fəxri adlar.
Adilin fəxri fərmanı ilə yanaşı Gözəlin aldığı fərman da görünürdü. Ə.Veliyev. // Hörmet, ehtiram elameti olaraq seçilen. Fəxri rəyasət heyəti. Fəxri üzv. // Hörmetli, şerefli, eziz, izzetli. Fəxri qonaq. // Hörmet, ehtiram elameti olaraq edilen hörmet, ehtiram üçün düzel-dilen. Fəxri qəbul. Fəxri qarovul.
Hörmetli, şerefli, şeref qazandrran, şe-reflendiren. Fəxri vəzifə. Fəxri əmək.

FƏXRİYYƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] ədəb. Orta esrlerde
Şerq (o cümleden Azerbaycan) edebiyya-trnda: mesnevi, qezel ve s. formalarda şairin öz feziletlerinden, yaxşr sifetlerinden, xüsu-sen hüner ve sexavetinden medh şeklinde behs eden lirik şeir. Füzulinin "Mənəm ki qafiləsalari-karivani-qəməm" fəxriyyəsi.

FƏQƏRƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
anat. Feqere sütu-nunun bir hissesini teşkil eden ayrrca sü-mük (ve ya bezi heyvanlarda qrğrrdaq); onurğa sümüyü. Insanın döş fəqərəsi. Qısa sümüklər onurğada olur və fəqərələr adla-nır. □ Fəqərə sümüyü (sütunu)
insanrn ve bir çox heyvanlarrn skeletinin, bir-biri ile müteherrik suretde birleşmiş sümükler-den ve qrğrrdaqlardan (feqerelerden) emele gelen esas hissesi.
Hadise, ehvalat, qeziyye, vaqie, heka-
ye. [Xortdan:] Mən oxucularıma özüm şahid
olduğum bir fəqərədən danışım. Ə.Haqver-
diyev. Gülsabah gələndən bir neçə gün
qabaq Muradla Göyçək arasında belə bir
fəqərə olmuşdu. Ə.Veliyev.
köhn. Bend, madde (elmi ve s. eserlerde).

FƏQƏT : Azerbaijani Explanatory Dictionary

ağl. [ər.] Lakin, amma. Söz
verdi, fəqət gəlmədi. Xəbəri var, fəqət demək istəmir.
[Zaqs müdiri:] Adam evdə,
dedi,
əsəbiləşə bilər, bəlkə dalaşar da, fəqət dörd-beş illik bir ailə həyatını pozmaz. S.Hüseyn. Gənclərin sevdiyi gözəl bahar-dır; Fəqət hər mövsümün bir dadı vardır. M.Müşfiq. // Ancaq, yalnrz.

FƏQİR : Azerbaijani Explanatory Dictionary

[ər.] klas. bax fağır. [Kerbelayr Mehemmed:] Hər nə oldu, biz kasıba, biz fəqirlərə oldu. çemenzeminli. [Şahidler] Xeyransanın təmiz və fəqir bir qadın oldu-ğunu söylədilər. S.Hüseyn.

FƏQİRANƏ : Azerbaijani Explanatory Dictionary

[ər. feqir ve fars.
..ane]
zərf klas. Fağrr kimi, yazrqcasrna, aciz-cesine, yazrq-yazrq, fağrr-fağrr. Fəqiranə baxmaq. Fəqiranə yalvarmaq.
sif. Kasrb, yoxsul, miskin. Fəqiranə bir mənzil. Fəqiranə həyat.
Baxmasız guşeyi-çeşm ilə fəqiranə tərəf; Yüyürürsüz ora kim, dadlı fisincanlıq olur. M.Ə.Sabir. Züleyxa, Aslanı fəqiranə, miskin və məhzun görüb, tez Fərhadın deyil, əvvəlcə Aslanın boynunu qucaqlayaraq ağladı. C.Cabbarlr.

FƏQİRLİK : Azerbaijani Explanatory Dictionary

klas. bax fağırlıq. Yetimliyi halətindən bəllidir; Fəqirliyi zillətindən bəl-lidir. A.Sehhet. O zaman fəqirlik [Ağaba-laya] əsər edib başı xəyalat ilə dolardı. çemenzeminli.

FƏLAKƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Böyük bela, müsibet, afet, bedbextlik. Müharibənin törətdiyi fəlakətlər.
[Nüşabe:] Bir qığılcım böyüyüb yanğın olar; Bir xəta qanlı fəlakət doğurar. A.Şaiq. [Qemer Gülsabaha:] Sən mənim fəlakətiməgülürsən? C.Cabbarlr. // Avariya, qeza, bedbext hadise. Təbii fəlakət.
Ka-milgilin gəmisi "Şəfəq" Şeytanşəhərdə fəla-kətə düşübdür. M.Süleymanov.

FƏLAKƏTLİ : Azerbaijani Explanatory Dictionary

sif. Felaket töreden, bed-
bextliye sebeb olan, müsibet getiren. Fəlakətli müharibə illəri. Fəlakətli daşqın.
[
ci tamaşaçr:] Ən fəlakətli böyük yanğın-lar; Bir qığılcımlı xətadan başlar. H.Cavid. Deyirlər ki, fəlakətli və ağır günlərdə xa-tırlanan keçmiş səadət dəqiqələri insan üçün çox əziz və dadlı olur. M.İbrahimov.

FƏLAKƏTZƏDƏ : Azerbaijani Explanatory Dictionary

sif. ve is. [ər. felaket
ve fars.
..zede] Felakete düçar olmuş, qe-zaya uğramrş; müsibetzede, bedbext. Kiçik daxmada üç nəfər fəlakətzədə xəyalat içində huşagedib bir-birinə sarılmışdı. C.Cabbarlr. Həmin fəlakətzədə Məşədi Əsgər qırx ya-şında, qısaboylu, amma çox zorlu bir kişi idi. S.M.Qenizade.

FƏLƏK : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Göy, sema, asiman. Dün gecə fələkə çıxdı fəryadım. M.P.Vaqif. Hərlənib dövr edən yerlər, fələklər; Bu səsi hər zaman eşidəcəklər. M.Rahim.
məc. Tale, qismet, bext, uğur. Fələk ayırdı məni cövr ilə cananımdan. Füzuli. [Vezir:] Sən mənim qızım ol, sarayımda qal; Görək neylər fələk, şənlən, oxu, çal! A.Şaiq.
0 Fələk göydən yerə ensə də
qetiyyen, heç bir vechle, qeti suretde, esla. Fələk göy-dən yerə ensə də, deyən deyiləm. Fələk üz döndərmək
işi bed getirmek, uğursuz¬luğa düçar olmaq, bexti dönmek, bexti ge-tirmemek. [Kerem:] Qurtarmadım heç qov-ğadan, bəladan; Fələk üz döndərib mən mübtəladan. "Əsli ve Kerem". Fələk yazan
tale, qismet, müqedderat, alrn yazrsr. [Qurbanqulu:] Fələkyazanı bizpozmayaca-ğıq ki, qismət belə imiş! T.Ş.Simurq. Fələ-kin çərxi dönmək
tale üz döndermek, taleyin üzü dönmek, ümidi boşa çrxmaq. Fələkin çərxi dönsün
qarğrş meqamrnda işledilir. Fələkin qəminə (güdazına) get-mək
öz taleyinin qurbanr olmaq. Fələkin qəminə (güdazına) vermək
bedbext etmek. [Süleyman:] Göz görə-görə [Tofiq] səni verir fələkin qəminə, sən də başlamısan moizəyə. M.İbrahimov.

FƏLSƏFƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.; yun. phileo
sevirem ve sophio
müdriklik, müdrikliyi sevmek]
Tebietin, cemiyyetin ve insan tefekkürü-nün en ümumi inkişaf qanunlarr haqqrnda elm. Antik fəlsəfə. Fəlsəfə tarixi. Orta əsrlər Azərbaycan fəlsəfəsi.
Her hansr bir filosofun, mütefekkirin felsefi nezeriyyesi, görüşü. Platonun fəl-səfəsi. Bəhmənyarın fəlsəfəsi.
Nəsimi öz fəlsəfəsi və təfəkkürü ilə əlaqədar olaraq, dilimizin çərçivəsini xeyli genişləndirdi. M.İbrahimov. // dan. Bir şey haqqrnda eme-le gelmiş inam, eqide, qenaet; konsepsiya. [Rüstem bey Sofya xanrma] nəsihət eləmək istədi, bir də xanımın gözəlliyi onun fəlsə-fəsinə qələbə çaldı.. çemenzeminli. [Sultan Semede:] Sən fəlsəfənin məğzini bilmirsən. Dünya mübarizə dünyasıdır. İ.Hüseynov.
Her hansr bir elmin, bilik sahesinin ve s.-nin esasrnr teşkil eden metodoloji prinsip-ler. Hüquq fəlsəfəsi. Riyaziyyatın fəlsəfəsi.
dan. Heyata keçirile bilmeyen, qeyri-real, lüzumsuz söhbet(ler); mühakime.

FƏLSƏFİ : Azerbaijani Explanatory Dictionary

sif. [yun.]
Felsefeye aid olan, felsefe ile elaqedar olan (b ax fəlsəfə
ci menada). Fəlsəfi traktat. Fəlsəfi kateqori-yalar. Fəlsəfi fikir.
kit. Derin bir ideyanr, dünyagörüşünü, konsepsiyanr ifade eden; hikmetamiz, hik-metli. Fəlsəfi dram. Fəlsəfi roman.
Yüksək, pak və təmiz bir eşq ifadə edən Füzulinin dahiyanə fəlsəfi sənət əsərlərində bəzən bir kədər, acı bir faciə duyulur. M.İbrahimov.
məc. Nezeri, mücerred, hikmetli. Fəl-səfi mühakimə.
dan. Bir şeye filosof kimi, ağrlla yana-şan. Hadisəyə fəlsəfi münasibət.