Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
GƏBƏ : Azerbaijani Explanatory Dictionary

is. Böyük xalça, xalı. Otağa gəbə döşəmək.
Biz oturduq yerə təzə döşənmiş təzə gəbələrin üstündə. C.Memmedquluzade. Evlərdən burovuz olaraqyığılan xalça və gə-bələrlə xırman başdan-başa döşənmiş idi. S.Hüseyn.

GƏBƏÇİ : Azerbaijani Explanatory Dictionary

is. köhn. Gebe, xalı toxuyan ve ya gebe alveri eden adam.

GƏBƏÇİLİK : Azerbaijani Explanatory Dictionary

is. Gebeçinin işi, peşesi.

GƏBƏRDİLMƏ : Azerbaijani Explanatory Dictionary

"Geberdilmek"den f.is.

GƏBƏRDİLMƏK : Azerbaijani Explanatory Dictionary

məch. öldürülmek.

GƏBƏRMƏ : Azerbaijani Explanatory Dictionary

"Gebermek"den f.is.

GƏBƏRMƏK : Azerbaijani Explanatory Dictionary

f. ölmek (adeten heyvanlar
haqqında). Nədənsə bir neçə ay bundan əvvəl at qançır olub gəbərmiş. C.Cabbarlı. Tələyə də bir zorba siçovul çoxdan düşüb gəbər-mişdir. H.Sarabski. // Eyni menada adam haqqında tehqir kimi işlenir. Qonşunun oğlu gəbərdi.
[Birinci işçi:] Yetişir! Sız-lama, abdal, başıboş; Ağlamaqdansa gəbər-mək daha xoş. H.Cavid.

GƏBƏRTMƏ : Azerbaijani Explanatory Dictionary

"Gebertmek"den f.is.

GƏBƏRTMƏK : Azerbaijani Explanatory Dictionary

f. öldürmek. Yüzbaşını,
oğlunu gəbərdib qaçdım dağa; Süründüm dağda-daşda, ələ vermədim yaxa. S.Rüstem.

GƏC : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Gille gipsin qarışığından hazırlanan al-sarımtıl rengli madde (suvaq işlerinde istifade olunur).
.Bir neçə gün bundan irəli çox şiddətli yağışdan zal ota-ğının səqfinin bir parça gəci uçub tökül-müşdü. C.Memmedquluzade. Gəc ilə suvan-mış bəzəkli evin sanki dirəkləri də süfrəyə tamahsılanırdı. Mir Celal.

GƏCXANA : Azerbaijani Explanatory Dictionary

is. [fars.] köhn. Gec hazırlanan yer. // Gec satılan dükan.

GƏDA : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
köhn. Keçmişde yox-sul, aşağı tebeqeden olan adamlara verilen ad. Kükrər dağlar, bir-birinən deyini; Seç-mək olmaz gədasını, bəyini.. Aşıq Əlesger. [Rizvan:] Insan dimağı birdir, istər padşah olsun, istər gəda. Ə.Haqverdiyev. [Qoca:] Bizim üçün şah və gəda təfavütü yoxdur. A.Divanbeyoğlu.
məc. nifr. Seviyyesiz, leyaqetsiz adam haqqında. Gədaya borclu olma, ya toyda istər, ya bayramda. (Ata. sözü). Mən Həcərəm, əbrü ətləs geymənəm; Hər yetən gədayə boyun əymənəm. Aşıq Əlesger. Ah, nə çıxılmaz yol imiş bu sevda; Tən etdi hər görən, güldü hər gəda. H.Cavid. //məc. Dilençi, feqir, yazıq, bineva. Camalın sədqəsi, hüsnün zəkatı; Mə-nim tək binəva gədayə düşər. M.V.Vidadi. [Tehmas bey:] Əlimə çörəkçin baxan bir gəda; Salıb varlığımı biryanar oda. S.Rüstem.
B ax gədə
ci menada. Rəhmə gəlib, padşahım, deməzsən; Harda qalıb bu dər-gahın gədası. Q.Zakir. [Ağamehemmed xan:]
.Ən ədna gədanın mənə yazığı gəlir, hamısının ədavətini qəlbimdən çıxararam. Ə.Haqverdiyev.

GƏDALIQ : Azerbaijani Explanatory Dictionary

is.
Əsil-nesebi olmama, aşa-ğı tebeqeden olma. Əl versə gədayə padi-şahlıq; Sanman ki, qılır dəxi gədalıq. Füzuli. // Nökerlik. Dərgəhində müttəsil fəxrim gə-dalıqdır mənim. S.Ə.Şirvani.
məc. Alçaqlıq, naneciblik. Vəfalı qulu-nam, sana nökərəm; Padşahım, gəl gədalıq eyləmə. Aşıq Meded. [Şemsi bey:] Quldur-başı Əlimərdanın oğlu çingiz də öz gəda-lığını göstərdi. S.S.Axundov. Verilən ənamı geri almaq gədalıqdır. C.Cabbarlı.

GƏDƏ : Azerbaijani Explanatory Dictionary

is. dan.
Nöker. [Asya:] Gülçöhrə bir gədəyə aşiq olubdur. U.Hacıbeyov. [Əbdürrehim:] Xanım, doğrudur, mən özüm Iskəndər bəyin gədəsini gördüm. N.Vezirov. [Sara bibi:] [Zeynebin] atası yumurta Hey-dər kim idi? Murad bəyin qapısının gədəsi deyilmiydi? Qantemir.
dan. Oğlan. [Ana:] Ay Allah, bu gədə lap dəli olacaq. S.Rehman. [Turac:] Qızlar, amma gədə yamanca pərt oldu. İ.Əfendiyev. // dan. Oğlana müraciet meqamında işlenir. [Hacı Qara:] Gədə, nə danışırsan? Kimin həddi var mənim malımı ala! M.F.Axund-zade. [Hacı Hesen:] A gədə, ata arpa verin, yəhər-əsbabı sazlayın. C.Memmedquluzade.

GƏDƏBAŞI : Azerbaijani Explanatory Dictionary

is. köhn. Keçmişde xan, bey, dövletli evinin nökerlerine başçılıq eden adam; baş nöker.

GƏDƏCİYƏZ : Azerbaijani Explanatory Dictionary

"Gede"den (
ci menada)
oxş. Oğlancığaz, uşaqcığaz. [Gülperi:] Mənim gədəciyəzim evdə bekar oturub. Ə.Haqver-diyev.

GƏDƏ-GUDƏ : Azerbaijani Explanatory Dictionary

top. nifr. Keçmişde aşağı te-beqelere mensub adamlara verilen tehqirli ad. [Xırdaxanım:]
.Başın qarışıb gədə-güdəyə, uşaq-muşağa, gecələr qumar, gündüz qumar. N.Vezirov. [Sara xanım:] Murad bəyin o qə-dər mülkünü, bağını əlimizdən alıb öz gədə-güdələrinizə vermisiniz. Qantemir. // top. Nö-kerler. [Meherrem bey:] Ay Hacı, işlər olub çox, özüm də tək, əgər gədə-güdə ümidinə qo-yursan, hərəsi bir tərəfə çəkib evini dağıdır. S.S.Axundov. // məc. zar. Adi adamlar, ce-miyyetde aşağı mövqe tutan adamlar. Olma-ya damağına xanımlıq şirnisi dəyəndən sonra nazlanmısan, daha gədə-güdəyə məhəl qoy-maq istəməyirsən? B.Talıblı.

GƏDƏK : Azerbaijani Explanatory Dictionary

məh. bax balağ

GƏDƏLİK : Azerbaijani Explanatory Dictionary

is.
Nökerçilik, nökerlik. Sən
bu qədər də kövrəkləşmə, Ələmdar,
deyə Müqim bəy dəsmalını çıxarıb gədəliyə götür-düyü Leyləyin gözlərini sildi. S.Rehimov.
məc. Alçaqlıq, naneciblik.
məc. Görmemişlik.

GƏDİK : Azerbaijani Explanatory Dictionary

is. Dağın beli; aşırım. Dəlilər an-
caq çənlibelin gədiyində onun tozunu gör-dülər. "Koroğlu". [Toğrul:] Savalan dağla-rının gədiklərində Ərtoğrul basılmış, bizim-kilər çəkilirlər. C.Cabbarlı. Dəvə boynu kimi əyri dağ gədiklərini Murad dəfələrlə Əzizə tərifləmişdir. Ə.Veliyev.

GƏH : Azerbaijani Explanatory Dictionary

klas. bax gah. Gəh zülfün öpər, gəh düşər ayağına; Sənsən mənə həm qibləvü, həm Məkkə, Mədinə. M.P.Vaqif.

GƏH-GƏH : Azerbaijani Explanatory Dictionary

klas. bax gah-gah. Gəh-gəh içib sərxoş olaq şərabı; Gündə sürək vəhdət ikimiz belə. M.P.Vaqif. Qaldı, mən getdimsə, ey namehriban, kuyində dil; Bari gəh-gəh sor dili biixtiyarımdan məni. S.Ə.Şirvani.

GƏHGİR : Azerbaijani Explanatory Dictionary

sif. Ters, inadkar, inadcıl.

GƏHİ : Azerbaijani Explanatory Dictionary

klas. bax gahı. Gəhi babi, gəhi mürtəd, gəhi kafir adlandım; Döyüldüm, şaş-qalandım, güllələndim, bəlkə odlandım. Ə.Nezmi.

GƏLDİ-GEDƏR : Azerbaijani Explanatory Dictionary

sif. Müveqqeti, daimi olmayan, qeyri-sabit. [Molla Xelil:] Bunların hamısı gəldi-gedər adamlardır. S.Hüseyn. Əldən-ələ keçir vəfasız həyat; Biz gəldi-gedərik, sən yaşa, dünya! S.Vurğun.
.Bu göyərçinlər başqa köçəri quşlar kimi gəldi-gedər deyil. M.Rzaquluzade. //İs. menasında. Gəldi-gedərin biridir.