Azerbaijani Explanatory Dictionary
GƏLDİ-GEDƏRGİ : Azerbaijani Explanatory Dictionary
ax gəldi-gedər.
GƏLDİKCƏ : Azerbaijani Explanatory Dictionary
ax getdikcə.
.Pristavın yanında on yeddi il mirzəlik elədim və gəl-dikcə şöhrət qazandım. C.Memmedquluzade. □ Yeri gəldikcə
münasib vaxt olduqda, yeri düşdükce, imkan olan kimi. Yeri gəl-dikcə qeyd etmək.
Yeri gəldikcə Dəmirov hər kəsə mütəxəssislərin faydalı işlərindən bəhs edir. S.Rehimov.
GƏLƏCƏK : Azerbaijani Explanatory Dictionary
sif. Zaman baxımından hele çatmamış, lakin çatması gözlenilen, indi yox, sonra olacaq; gözlenilen. Gələcək görüş. Gələcək nəsil.
Baxdıqca bağçamda açan hər gülə; Qarşımda canlanır gələcək həyat. A.Şaiq. Düşüncəli gözlərində bir təbəssüm duyuram mən; Bəllidir ki, bir müjdədir o, gələcək əsrlərdən. M.Dilbazi.
is. Hele çatmamış, lakin çatması göz-lenilen zaman (keçmiş eksi). Gələcəkdən danışmaq.
Qayalar az qalır göylərə dəyə; Boylanıram yaxın bir gələcəyə. S.Vurğun. [Seriyye xala ve uşaqları] ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşıl-maz bir gələcəyə doğru irəliləyirdilər. M.İbrahimov.
is. Bir şeyin indiki deyil, sonrakı ve-ziyyeti, halı, taleyi. Uşağın gələcəyi. Onun gələcəyi parlaqdır.
[Mehemmed ağa:] In-san ki oxumağa və elmə düşmən ola, onun gələcəyi nə olmalı idi. N.Nerimanov. [Mirze:] Ancaq uşaqlarımın gələcəyinin fikrini də mənim özümə vagüzar ediniz. Ə.Haqverdi-yev. Həyat nəşəsilə titrəyir içim; Parlaq gə-ləcəyim, nəhayətim var. M.Müşfiq.
Gələcəkdə şeklinde zərf- bir iş ve ya hadisenin sonradan, gelecek zamanda baş vereceyini gösterir. Gələcəkdə yeni əsər üzə-rində işləmək istəyir.
[Qara kişi] Fərmanı gələcəkdə özü kimi əli mişarlı, rəndəli və çəkicli bir kişi görmək istəyirdi. Ə.Sadıq.
◊ Gələcək zaman qram.
felin, iş ve hereketin danışılan zamandan sonra baş verib-vermeyeceyini bildiren zamanı. Qəti gələcək zaman. Gələcək zaman şəkilçiləri.
GƏLƏLİ : Azerbaijani Explanatory Dictionary
zərf Gelenden sonra, gelenden beri, gelmişken. [Nebi:] Bir gün görmədin mənə gələli; Nə gərdənlik taxdın, nə üzük taxdın. S.Rüstem. Gülsabah gələli Muradla Göyçəyin yaşayışında o qədər yaxşı hadi-
sələr baş verib ki, hər ikisi şükür eləməkdən başqa ayrı söz demirlər. Ə.Veliyev.
GƏLƏN : Azerbaijani Explanatory Dictionary
sif. Bundan sonrakı, gelecek, gözlenilen, növbedeki. [Tahir:] Ana, Lətifə, məktəbi gələn il qurtarır. M.Hüseyn. Fikir-ləşdi ki, indi də cavabını verməsə, gələn dəfə daha da böyük qələt eləyəcək. H.Seyidbeyli. // Bir işi davam etdiren, nesli evez eden; nesil (esasen cemde işledilir).
.Hansı nicat yolunu açdıq ki, bizdən sonra gələnlər də bizim günümüzə düşməsin? C.Memmedqu-luzade.
is. Qonaq, mehman. Neçə nəfər gələnin var?
Zakir, başdan baxtın qaradır sənin; Göz dikmə yollara, kimdir gələnin? Q.Zakir.
.Gələnlər birbaş mənim nömrələrimə dü-şürlər. Ə.Haqverdiyev.
GƏLƏN-GEDƏN : Azerbaijani Explanatory Dictionary
is.
Her hansı bir mü-nasibetle bir yere gelib-geden, qonaq-qara. Bu evin gələn-gedəni çoxdur.
Yoldan öten, her kes. Gələn-gedən ta-maşaya dururdu.
GƏLƏSƏR : Azerbaijani Explanatory Dictionary
sif. məh. Gelirli, geliri, verimi, barı çox olan. Gələsər yer. Gələsər torpaq.
[Seyidli kendinin] üzüm bağları Gürcüstan bağları kimi gələsər deyildir. S.S.Axundov.
GƏL-GET : Azerbaijani Explanatory Dictionary
ax get-gəl. Gəl-get kəsilib.
GƏL-GƏL : Azerbaijani Explanatory Dictionary
is. Bir yere çağırış, devet, ça-ğırma. Adama gəl-gəl deyən çox olar. □ Gəl-gəl etmək (eləmək)
elini terpederek çağırmaq, devet etmek. Uşaq atasına gəl-gəl edir.
Pəncərədən əl eylər; Əlləri gəl-gəl eylər; O gözlər ki səndə var; Axırda ən-gəl eylər. (Bayatı).
GƏLHAGƏL : Azerbaijani Explanatory Dictionary
is. Ardı-arası kesilmeyen bol gelir. Elə gəlhagəlin belə də gethagedi olar. (Ata. sözü). Bir il, dava düşən ili ta-cirlərin gəlhagəli idi. Mir Celal. Dedikcə yorulmadı öz ata-anasından; Vaxtilə gör-dükləri dövlətdən, gəlhagəldən. S.Rüstem. // Mec. menada.
[Niyaz:] Kefinin gəlhagə-lidir, a bəxtəvər. Ə.Haqverdiyev.
GƏLHAGƏL : Azerbaijani Explanatory Dictionary
zərf Uzun yol gelerek, bö-
yük mesafe qet ederek; gele-gele. Gəlha-gəl kəndə çatdılar.
Gəlhagəl gəlib yetişdilər arvadın həyətinə. "Koroğlu". Gəlhagəl, gəl-hagəl; Gəlib çatdılar dağa. "Aşıq Əlesger".
GƏLİB-GEDƏN : Azerbaijani Explanatory Dictionary
ax gələn-gedən. Şərur qəzasında da, Dəhnə deyilən yerdə Maku xanları
. gəlib-gedənə aman vermirdilər. E.Sultanov. [Xan:] Biri gedib Ballıca yo-lunu kəsib, gəlib-gedənə sataşır, biri də qa-çaqlıq eşqinə düşüb, üstümüzə ayaq alıb... çemenzeminli.
GƏLİM : Azerbaijani Explanatory Dictionary
is. Artım, mehsul artımı, qazanc, gelir. Gəlimi yoxdur.
[Manqanın qızları] pambığın builki gəlimindən, keçən il rayon-da ən çox pambıq götürən adamlardan danı-şırdılar. İ.Əfendiyev.
GƏLİMLİ : Azerbaijani Explanatory Dictionary
sif. Artımlı, çox mehsul veren, gelirli, bol. Bəziləri bu səslərdə ilin bollu-ğunu, gəlimli məhsul mahnısını oxuyardı.
Mir Celal.
GƏLİN : Azerbaijani Explanatory Dictionary
is.
Toyu keçirilen, ere geden qız. Gəlini məclisə gətirmək.
[Meşedi İbad:] Amma bu gəlin kişi çıxdı. U.Hacıbeyov. Gə-lin aparmağa gələn dəstələr qapıda yığışıb intizar çəkər. M.S.Ordubadi.
□ Gəlin köçmək
ere getmek.
.Gülpəri atasından iznsiz kəbin kəsdirib Əmiraslana gəlin köçdü. S.S.Axundov. Gəlin otağı etnoqr.
1) Toy günü gelinle bey üçün ay-rılıb bezedilmiş otaq. Şahsənəm gəlin otağına keçdi. "Aşıq Qerib". Ananın bəzədiyi təzə gəlin otağı; Olar azğın düşmənin kef məclisi, yatağı. Ə.Cemil; 2) məc. bezekli, qeşeng otaq menasında. Bura lap gəlin otağıdır. Gə-lin otağı kimi bəzənmiş.
Xanım, Səriyyəgili yuxarı qaldırdı,
. fərşlərlə bəzənmiş və gəlin otağını andıran isti bir otağa gətirdi.. M.İbrahimov. // Tezece toyu olmuş, tezece ere getmiş cavan qadın. Heydər bəy alaçı-ğın içində oturubdur bir gün irəli toy edib gətirdiyi gəlini ilə. M.F.Axundzade. Səhər-səhər yaz çağı; Köçür oba yaylağa; Gəlin-lərin balağı; Batır lilə, batlağa. A.Sehhet. Kərbəlayı Dünyamalı səslədi, səsinə o biri damdan bir cavan gəlin çıxdı. E.Sultanov.
Qayınanaya, qayınataya göre oğlun
arvadı. [Nenexanım:] Allaha heç rəva deyil
ki, mənim taylarım hamama gedəndə boğ-
çasını gəlini götürsün,
. amma mənim gəli-
nim olmasın! çemenzeminli. Sədəf öz gəli-
nini qucaqlayaraq məhzun baxışları ilə onu
süzdü.. S.Veliyev.
məc. çox bezekli, gözel, qeşeng, xoşa-
gelen şey haqqında. Yenə gəlin camalını aça-
caqdır, bizim dağlar; Bu ellərin sinəsindən
gedəcəkdir odlu dağlar. S.Vurğun. Azərbay-canın Göygöl kimi gözəl və misilsiz bir gəlini var. M.İbrahimov.
B a x gəlincik
.Səntək qızlar hələ gəlin oynadar. C.Memmedquluzade. [Qız] bir azdan sonra yorulub bir laləzarlıqda oturdu və lalələrdən gəlin qayırmağa başladı. S.S.Axundov. Balaca bir qız uşağı çıxdı. Əlindəki kifir gəlinlə oynadığı bilinirdi. M.Hüseyn.
GƏLİNATLANDI : Azerbaijani Explanatory Dictionary
is. etnoqr. Keçmişde xalq adetince gelinin, ata evinden çıxıb ata minmesi merasimi. // Bu merasim vaxtı ça-lınan hava.
GƏLİNBACI : Azerbaijani Explanatory Dictionary
is. dan. Cavan geline qo-humları terefinden verilen ad.
GƏLİNBARDAĞI : Azerbaijani Explanatory Dictionary
is. Şerbet içilen qab, şerbetqabı.
GƏLİNBARMAĞI : Azerbaijani Explanatory Dictionary
is. İri, uzunsov gileli üzüm növü.
GƏLİNBOĞAN : Azerbaijani Explanatory Dictionary
is. Gecyetişen berk ar-mud növü.
GƏLİNCİK : Azerbaijani Explanatory Dictionary
is. Uşaq oyuncağı; kukla. Di-zinin üstündəki gəlincik qəribə gəlincik idi. Ağarəhim ömründə belə gəlincik görməmişdi. İ.Melikzade.
GƏLİNCİK : Azerbaijani Explanatory Dictionary
is. zool. Memeliler sinfinin yırtıcılar destesinden balaca heyvan.
GƏLİNCİK-GƏLİNCİK : Azerbaijani Explanatory Dictionary
ax gəlin-gəlin.
GƏLİN-GƏLİN : Azerbaijani Explanatory Dictionary
is. Qız uşaqlarının gelin-cikle oynadıqları oyun (adeten "oynamaq" feli ile). Tubu qonşu evində qonşu qızları ilə gəlin-gəlin oynamaqla məşğuldur. H.Sarabski. Gəlin-gəlin oynayan Pərşan iyirmi bir yaşına çatıb orta məktəb qurtarmışdı. M.İbrahimov.
GƏLİNGÖRMƏSİ : Azerbaijani Explanatory Dictionary
is. etnoqr. Teze geli-nin aile üzvleri ve yeni qohumlarla tanış olması merasimi. Gəlingörməsinə getmək.
Gəlin evində qız yengəsi və oğlan yengəsi başda oturmaq şərti ilə bütün şəhərin ar-vadları üçün gəlingörməsi məclisi açırdılar. R.Əfendiyev.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani