Azerbaijani Explanatory Dictionary
GƏLİNQAYTARAN : Azerbaijani Explanatory Dictionary
is. məh. Uzunburun çarıq.
GƏLİN-QIZ : Azerbaijani Explanatory Dictionary
top. Genc qızlar ve gelinler, qız-gelin. Kəndlilər uşaqlarına, gəlin-qızla-rına tuman, köynək, yaylıq, şal və qeyripal-tarlıq alacaqlar. S.S.Axundov. [Xelfe:]
..Gəlin aşaq dağ ardına, orda meydan dü-zəldək, qoy gəlin-qız burda çalıb-oynasın.
C.Cabbarlı.
GƏLİNLİK : Azerbaijani Explanatory Dictionary
is. Gelin olma halı. Gəlin-lik illəri.
Qız gəlinlik yaşında; Nə çovğun görmüş, nə qar. S.Vurğun.
sif. Geline aid, geline mexsus, gelin üçün. Gəlinlik bəzəyi. Gəlinlik duvağı.
Hələ gəlinlik xınası əlindən tamam getməyən Naz-lı, arzuladığı oyuncağa yiyə durmuş uşaq kimi sevinirdi. Ə.Əbülhesen. [çoban:] Yox-sa qız özünə gəlinlik xalısı toxumaq istəyir? Ə.Memmedxanlı.
GƏLİR : Azerbaijani Explanatory Dictionary
is. Əlde edilen qazanc, medaxil. [Zeynalın] ayda yüz manatdan artıq gəliri vardı. S.Hüseyn. [Hacı Əhmed:] Bəs o bağın gəliri kimə yetişəcək? C.Cabbarlı.
GƏLİRLİ : Azerbaijani Explanatory Dictionary
sif. Yaxşı geliri, qazancı olan, qazanclı, medaxilli, gelir getiren. Gəlirli sənət. Gəlirli iş. Tərəvəzçilik gəlirli sahədir.
[Yusif Hümmete:] Camaat üçün nə mən-fəətlidir, nə gəlirlidir onu əksin. B.Bayramov.
GƏLİRLİLİK : Azerbaijani Explanatory Dictionary
is. Gelirli olma; qazanclı-lıq, medaxillik.
GƏLİRSİZ : Azerbaijani Explanatory Dictionary
sif. Geliri olmayan; qazancsız, medaxilsiz. Gəlirsiz iş. Gəlirsiz sahələr.
GƏLİRSİZLİK : Azerbaijani Explanatory Dictionary
is. Geliri olmama; qazan-csızlıq, medaxilsizlik.
GƏLİŞ : Azerbaijani Explanatory Dictionary
is.
Gelmek işi, gelme. Dost gə-lişi bayram olar.
Heç o qədər də arzula-madığı və rəqibi olan qonağı
Aslan bəyin gəlişi Qasım bəyi açmadı. A.Şaiq. [Türkan bey Beypolada:] Gəlişiniz bizi nə qədər məmnun etdisə, əmin olunuz ki, gedişiniz də bir o qədər məhzun edir. H.Cavid.
ədəb. köhn. Sehne eserlerinde perdenin bir hissesi. Birinci gəliş. Pərdə iki gəlişdən ibarətdir.
◊ Gəliş gəlmək
qorxutmaq, tepinmek. [Narıngül:] O, Gülzardı nədi, ona bir gəliş gələrəm ki.. İ.Əfendiyev.
GƏLİŞ-GEDİŞ : Azerbaijani Explanatory Dictionary
is.
Hereket, gedib-gel-me, o teref-bu terefe hereket etme. Gəliş-gediş kəsildi.
Dəyirman işləməz, donar, gəliş-gediş çətinləşər; Bazarda nırxı şeylə-rin o dəm ziyadə yüksələr. A.Sehhet.
Bir-birinin evine gedib-gelme; elaqe, münasibet. Gəliş-gedişləri yoxdur.
GƏLİŞİGÖZƏL : Azerbaijani Explanatory Dictionary
GƏLİŞİGöZƏL sif. ve zərf Ele-bele, xoş
gelmek üçün. Gəlişigözəl söz. Gəlişigözəl danışmaq.
GƏLLAHI : Azerbaijani Explanatory Dictionary
zərf dan. Açıq, serbest, özba-şına. Atı gəllahı buraxmaq.
Adam var, çöl-ləri gəzər gəllahı; Adam var, tanımaz gözəl Allahı. Aşıq Abbas.
GƏLMƏ : Azerbaijani Explanatory Dictionary
"Gelmek"den f.is. Bu məktu-bun gəlməsini; Gözləmişdir uzun-uzun. R.Rza.
is. Yerli olmayan, özge yerden, kenar-dan gelen; yad, özge, qerib. [Xanburabi:] Bu kimi batil fikirlər gəlmələrin uydurması-dır. çemenzeminli. Yalnız arvadlar və gəl-mələr çölə çıxırdı. Mir Celal. // Sif. mena-sında. Gəlmə adam.
GƏLMƏK : Azerbaijani Explanatory Dictionary
f.
Hereket ederek, yeriyerek bir yere varmaq, çatmaq, yetişmek. öz evi-mizə gəldik. Kinodan çıxıb mehmanxanaya gəldilər.
[Hacı Bağır:] Hə, axund, de gö-rək nəxəbər ilə gəlmisən? H.Nezerli. // Uzü danışana teref hereket etmek, yerimek, yaxınlaşmaq. Atlılar gəlir. Maşın gəlir.
- [Meşedi İbad:] Aha, deyəsən, qız gəlir. U.Hacıbeyov. // Neqliyyat vasitesile bir yere varmaq, çatmaq. // Qatar, gemi, teyyare haq-qında. Qatarla gəlmək. Təyyarədə gəlmək. // Böyük bir mesafe qet ederek bir yere çat-maq, yetişmek, varid olmaq. Mən Irana gələn karvanla Xoy şəhərinə gəldim. M.S.Ordubadi. // Yaxınlaşmaq, yanaşmaq. Yanına gəlmək.
-
.Kərbəlayı Heydər əmi qeyzlə çıxardı kü-çəyə və gəlib yapışardı qulaqlarımdan, qalxızardı göyə. C.Memmedquluzade.
Kütlevi şekilde, axınla hereket ederek bir yerde dayanmaq, mesken salmaq, yerleş-mek. Yaylağa gəlmək.
Eşidilmek, hiss olunmaq, çatmaq. Arvad səsi gəlməyən yer biyabandır. C.Memmed-quluzade. O yan-bu yandan güllə səsləri gə-lirdi. A.Şaiq.
.Qan qoxusugəlir, ölüm havası çalınırdı. M.Hüseyn.
çekisi olmaq, ağırlığı olmaq. Yemiş 2 kiloqram gəldi. Qarpız nə qədər gəldi?
Görünmek, oxşamaq, tesevvür edil-
mek. Uzaqdan döyüş asan gələr.
A başına
dönüm, sən mənim gözümə bir ağıllı adam
gəlirsən. Ə.Haqverdiyev. Bu söhbətlər Fətul-
laya zarafat kimi gəlirdi. Mir Celal.
Əre getmeye razı olmaq, birini xoşla-yıb ona ere getmek; evlenmek. [Əsger:] Indi, görəsən, qız bilsə ki, mən doğrudan da arşın mal satanam, mənə gələrmi? U.Hacıbeyov. Bəyəndiyi qızlar da Məmmədbağıra gəlmə-yirdi. S.Hüseyn.
Yaxınlaşmaq, yetişmek, çatmaq. Qış gəl-mişdi. Yaz gəlir.
Bahar füsunkar, əfsanəvi gözəlliyi ilə bizim ellərə gəlirdi. M.Rzaqulu-zade. // Yetişmek, gelib çatmaq. Elə bir vaxt gəlmişdir ki...
Yağmaq. Qar gəlir. Dolu gəlir.
Bir-dən Izzət qarı qızın qolundan tutub silkələdi:
Cəld tərpən, yağış gəlir.. Ə.Memmedxanlı.
Teyin olunduğu yere yetişmek, çatmaq (gönderilen şey haqqında). Poçt gəldi. Bugünkü qəzetlər hələ gəlməyib.
[İsmet:] çox şükür, Canpoladdan; Bu gün bir mək-tub gəldi. H.Cavid. Gündə Peterburqdan Gorusa möhürlü paket gəlir... S.Rehimov. // Xeber, şayie, melumat ve s. haqqında. Xəbər gəldi. Yeni məlumat gəldi.
Daxil olmaq, girmek, bir yere yığış-maq. Içəri gəlmək. Hamı zala gəldi.
[Almaz Aftile:] Evinizə gəlmək olarmı? C.Cabbarlı.
Cütleşmeye meyil etmek. Qoça gəl-mək (qoyun haqqında). Təkəyə gəlmək (keçi haqqında).
Musa kişi isə yenicə kələ gəlmiş sarı inəyin axurunu təmizləyib yerini rahat-lamış(dı).. M.İbrahimov.
Acımaq, turşumaq, yetişmek (xemir haqqında). Xəmir gəldi.
məc. Zahir olmaq, görünmek; qapla-maq, çulğalamaq. özünə sarılıq gəlmək.
Muxtar diksindi, sifətinə bir qırmızılıq gəldi. Ə.Veliyev.
Töremek, neşet etmek, çıxmaq. Sö-zün kökü sanskrit dilindən gəlir. Onun bu xasiyyəti atasından gəlir.
Bir şeyin vetenini, hasil olduğu ve ya getirildiyi yeri gösterir. Bizə xına Irandan gəlir.
Qoşulmaq, birleşmek. Türk dillərində şəkilçilər sözlərin axırına gəlir.
Meydana gelmek, hasil olmaq. Işlə-məkdən adama heç bir zərər gəlməz.
Axmaq, cereyan etmek (qaz ve ma-yeler haqqında). Arxdan su gəlir. Qaz yaxşı gəlir. Burnundan qan gəlir.
çıxmaq, görünmek. Pəncərədən işıq gəlir.
Görünmek, sanılmaq, tesevvür edil-mek. Bu sözlər mənə yalan kimi gəlir.
Yaramaq, münasib olmaq. Uyğun gəl-mək. Bu mənim işimə gəlməz.
Yetişmek, beraber olmaq, uyğun ol-maq. Paltar əynimə yaxşı gəlir. Onun başı mənim çiynimdən gəlir.
Bir şeyin neticesi olmaq, bir şeyden ya-xud bir şeyin neticesinde töremek, doğmaq, neşet etmek. Bunlar hamısı işi yaxşı bilmə-məkdən gəlir.
Feli bağlama kimi terkib daxilinde işlenir; mes.: gelib-yetişmek, gelib çatmaq, gelib çıxmaq, gelib ötmek.
"Gel", "gelin"
bir işe devet mena-sında xitab kimi işlenir. Gəl sabahkı işləri-mizdən danışaq.
[Cahan:] Sən gəl ata-baba yolu ilə evlən. U.Hacıbeyov. [Orxan:] Uzük, nişan yalnız könüldür, könül; Olma çocuq, sən gəl mənə ver könül. H.Cavid. [Sitare:] Gəl toyumuz barəsində niyyət elə-yək, gedək bayıra qulaq asaq, görək kim nə eşidər. C.Cabbarlı.
Əmr formasında: gəl
meslehet, xa-hiş bildirir. Sən gəl, bu işə qarışma. Gəl daşı ətəyindən tök.
"Gələk" şeklinde
keçek, qayıdaq. Indi köhnə məsələyə gələk.
[Əzrek:] Allaha and olsun ki, burda heç bir günah iş yoxdur... Qərəz, gələkmətləb üstünə! Ə.Memmedxanlı.
"Gəldikdə" şeklinde
..haqqında da-nışmaq lazımsa... Onun məsələsinəgəldikdə... Romanın qəhrəmanına gəldikdə...
[Hüsa-meddin] Səba xanımın iş düzəltməsinə gəl-dikdə, onun nə oyun oynamaq istədiyi mənim üçün aydındır. M.S.Ordubadi.
Bir sıra isimlere qoşularaq müxtelif ifadeler ve mürekkeb feiller düzeldilir; mes.: göze gelmek, dile gelmek, cana gelmek, heyecana gelmek, ağlına gelmek.
GƏLSƏNƏ : Azerbaijani Explanatory Dictionary
əd. Meslehet, arzu, bir işe de-vet menasında işledilir. [Selime:] Ay Qurban, gəlsənə bir az su gətirəm, ayaqlarını yuyam. Ə.Haqverdiyev. Qoşqar!
.Gəlsənə mən saqqalda adamı ələ salmayasan!
deyə, Sul-tan əlini çənəsinə çəkdi. İ.Hüseynov.
GƏM : Azerbaijani Explanatory Dictionary
is. k.t. köhn. Vel; sünbülü döymek üçün ata, öküze qoşulan alet. Mən qaçdım, mindim gəmə və çubuq ilə başladım malları sürməyə.. C.Memmedquluzade.
GƏM : Azerbaijani Explanatory Dictionary
is. Quzu, buzov ve s. heyvan bala-larının analarını emmemesi üçün ağızlarına vurulan demir, çubuq ve s.-den toxunmuş tor.
GƏMƏ : Azerbaijani Explanatory Dictionary
is. məh.
Derzin yarısı, yarım-derz. Gəmə bağlamaq.
Kiçik ot tayası, tayacıq.
GƏMİ : Azerbaijani Explanatory Dictionary
is. Su neqliyyatı vasitesi. Yelkənli gəmi. Hərbi gəmi. Ticarət gəmisi.
Gəmisini itirən çarığını axtarmaz. (Ata. sözü). Elə bil gəmilər suda üzməyir; Əlvan çiçəklərin için-də üzür. O.Sarıvelli. □ Gəmi dəftəri
gemi-nin keçdiyi yerler, vaxt, baş veren hadiseler, qerarlar ve s. qeyd olunan defter. Gəmi-restoran
restoran kimi istifade olunan gemi. Hava gəmisi
teyyare ve s. uçucu neqliyyat vasitesi. // Şairane teşbehlerde. Bəxtinin gə-misi qəm dəryasında; Düşüb qasırğaya, tufa-na gedir. M.Rahim.
0 Gəmiləri (gəmisi) dənizdə (dəryada) batmaq (qərq olmaq)
iflasa uğramaq, var-yoxu elden çıxmaq, müflis olmaq (çox qemli, qüsseli, kederli adam haqqında). Elə qəm-gindir, elə biləsən, gəmisi dənizdə batıb.
GƏMİ-BƏRƏ : Azerbaijani Explanatory Dictionary
is. çoxlu miqdarda ve ya ağır yük ve s. daşımaq üçün çox güclü, iri gemi, habele iki sahil arasında neqliyyat vasitelerini qovuşduran gemi. "Azərbaycan" gəmi-bərəsi Xəzərin iki sahili arasındakı gəmi yollarını calaşdırır.
GƏMİÇİ : Azerbaijani Explanatory Dictionary
is.
Gemini idare eden, yaxud gemide işleyen adam. Qabaqda duran gə-miçi yelkəni irəli sürdü, taxtanı götürüb qoydu və Fəxrəddini yelkənin içərisinə aldı. M.S.Ordubadi. Gəmiçi özünü itirsə əgər; Tufanlar içində qərq olub gedər. S.Vurğun. // Denizçi.
köhn. Gemi sahibi. Gəmidə oturub gə-miçi ilə dalaşır. (Ata. sözü).
GƏMİÇİLİK : Azerbaijani Explanatory Dictionary
is.
Gemiçinin işi, seneti, peşesi. Ən uşaqlıqdan möhnətə adət etmiş Məşədi Əsgər gəmiçilik işinə mahir olduqda özü üçün bir barkaz alıb işlətməyə şüru etdi. S.M.Qenizade.
Gemi neqliyyatı. Kürdə gəmiçilik işləri müntəzəm bir şəklə salınacaq, balıqçılıq in-
kişaf edəcəkdir. Ə.Sadıq. Arktikanın öyrə-nilməsi şimal dənizlərində gəmiçiliyin və hava nəqliyyatının inkişafına böyük yardım göstərdi. (Qezetlerden). // Hemin neqliyyat işleri ile meşğul olan idare, müessise. Xəzər dəniz gəmiçiliyi.
GƏMİK : Azerbaijani Explanatory Dictionary
ax sümük. Şamil [Aslan beyi] diqqətlə müayinə etdi,
. onda əskimiş, gəmik-lərinə qədər işləmiş beş-altı xəstəlik tapdı. A.Şaiq. [Qoca Baxşı:] Baxşı da orada idi. O, Sonanın baş gəmiyinə baxır və düşünür-dü. C.Cabbarlı. Şəhid sıyrılaraq gəmikdən, ətdən; Alacaq payını əbədiyyətdən. M.Müşfiq.
GƏMİQAYIRAN : Azerbaijani Explanatory Dictionary
is. Gemiqayırma sena-yesi işçisi. Gəmiqayıranların müvəffəqiy-yətləri.
GƏMİQAYIRMA : Azerbaijani Explanatory Dictionary
is. Gemi qayırmaqla
meşğul olan. Gəmiqayırma sənayesi.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani