Azerbaijani Explanatory Dictionary
GİLEY : Azerbaijani Explanatory Dictionary
is. Narazılıq, şikayet. Nə xoş si-təmkarsan, zalimü xunxar; Onun üçün sən-dən çox gileyim var. M.P.Vaqif. Mənim gü-nahım çox, sənin gileyin; Onların nəhayət zamanı deyil. Q.Zakir. Bəyimin ərki və gi-leyi Məmməd bəyi oxşadı. çemenzeminli. □ Giley etmək (eləmək)
şikayetlenmek, narazılıq etmek. Məktub sahibi gəldi idarəyə və ruznamənin təxirindən başladı giley elə-məyə. C.Memmedquluzade. Giley etdikdə sənə, üz çeviribsən məndən; Gileyim var nə qədər səndən, a canan, sorma. Şehriyar.
GİLEY-GUZAR : Azerbaijani Explanatory Dictionary
ax giley. [Fazil:]
Abbas, genə səndən yana giley-güzar eşi-dirəm, genə səndən şikayətlər qulağıma çatır. C.Memmedquluzade. çimnaz xalanın giley-güzarı [Xelilin] könlünə toxunmadı.
M.Hüseyn. Giley-güzar beynimizi dəlməsin; Gəlin, dostlar, məhəbbətdən danışaq. R.Rza.
GİLEY-GUZARLIQ : Azerbaijani Explanatory Dictionary
is. Narazılıq, şika-
yet. [Mürşid:] Sadıq, bizim arvad məndən çox giley-güzarlıq elədi? S.Rehman.
GİLEY-KUSU : Azerbaijani Explanatory Dictionary
ax giley-güzar. Danış-
dıqca Zeynəbin səsi titrəyirdi, bu titrəyişdə həm dərin bir iztirab, həm də incə giley-küsü vardı. M.İbrahimov.
GİLEY-KUSULUK : Azerbaijani Explanatory Dictionary
ax giley-güzarlıq.
GİLEYLƏNMƏ : Azerbaijani Explanatory Dictionary
"Gileylenmek"den f.is.
GİLEYLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
f. Giley etmek, şikayet-
lenmek, narazılıq etmek. Kəndlilər südün azlığından şikayət edir, çobanlardan giley-lənirdilər. M.Hüseyn. Onlar yenicə evlən-mişdilər. Məni toylarına çağırmadıqlarına gileyləndim. M.İbrahimov.
gileylənə-gileylənə zərf Şikayetlenerek, narazılıq ederek. [Hümmet:] Küncdə-bucaq-da danışmaq arvad işidir,
deyə, astadan gileylənə-gileylənə eyvana çıxdı. B.Bayra-mov.
GİLEYLİ : Azerbaijani Explanatory Dictionary
sif. ve zərf Narazı, şikayetçi. Oturuşu şirin, duruşu Leyli; Qəmzəsi öpməli, yarı gileyli. M.P.Vaqif. Dünyada hədsiz şəxs-lər avamdan gileyli qalıblar. C.Memmedqu-luzade. Şirin sözlərini başa düşməyən; öz elin olmazmı səndən gileyli? B.Vahabzade.
GİLEYLİK : Azerbaijani Explanatory Dictionary
ax giley. Şərifzadə ondan gileylik eyləyirdi. M.Hüseyn.
GİLƏ : Azerbaijani Explanatory Dictionary
is.
üzümün, narın ve s. meyve-lerin her bir denesi. Qarağat giləsi.
[Ka-zım] yoğun qaşlarının altından baxan xırda üzüm gilələrinə oxşar gözlərini bərəldib dedi.. çemenzeminli. Kəhrəbadan seçilməz salxımlar nəzərində; Ağzında şaqqıldayıb hər giləsi bal dadır. S.Rüstem. Narın birini kəs-dim, zoğal kimi iri, əqiq kimi duru gilələri var idi. Mir Celal.
Damla, damcı. Bir gilə su. Yaş giləsi.
Cümşüd bəy əlini açdı, qulluqçu onun ov-cuna bir neçə gilə gülab tökdü. E.Sultanov. [Müqim bey:] Daşdəmir oğlunun başını gə-rək elə kəsəsən ki, heç bir gilə qanı da yerə düşməyə! S.Rehimov. Bir gilə götürüb hər bulağından; Gətirib evimdə bulaq düzəldəm... M.Araz.
Gözün qüzeh qişasında olan ve oradan gözün içine işıq daxil olan kiçik deşik. Mən aşiq giləsinə; Uzümün giləsinə; Qoy durum, qurban olum; Gözlərin giləsinə. (Bayatı). Musa kişi dərinlərə getmiş, təkcə giləsi işıl-dayan gözlərini qırpdı. M.İbrahimov. [Keri-mov Seferliye:] Görürsən ki, bu ağ yavaş-yavaş böyüyüb nəhayət gözün giləsini örtür. H.Seyidbeyli.
Memenin ucu. Döşün giləsi.
Nahar eyləyəndə sızlardı hərdən; Döşünün giləsi, döşünün ucu. B.Vahabzade.
GİLƏKCƏ : Azerbaijani Explanatory Dictionary
sif. ve zərf Gilek dilinde. Gi-
ləkcə bilmək.
[Kişi ve arvad] giləkcə danı-şırdılar. S.Hüseyn.
GİLƏ-GİLƏ : Azerbaijani Explanatory Dictionary
zərf Damcı-damcı, damla-damla. Su gəlir gilə-gilə; Bülbüllər gəlir dilə; Yarımı bağda gördüm; Batıbdır qızılgülə. (Bayatı). Mum əriyir, gilə-gilə axır aşağı; Şam ağlayır həzin-həzin, sakit yaş axır. R.Rza.
GİLƏKLƏR : Azerbaijani Explanatory Dictionary
is. İranın şimalında, Xezerin cenub sahilinde yaşayan, İrandilli kiçik bir xalq.
GİLƏLƏMƏ : Azerbaijani Explanatory Dictionary
"Gilelemek"denf.is.
GİLƏLƏMƏK : Azerbaijani Explanatory Dictionary
f. üzümün, narın ve ya başqa gilemeyvenin gilelerini bir-bir qırmaq, qoparmaq. Narı gilələmək. Qarağatı gilələ-mək.
[Molla] əlinə bir salxım üzüm alıb gilələyir. "M.N.letif."
GİLƏLƏNMƏ : Azerbaijani Explanatory Dictionary
"Gilelenmek"den f.is.
GİLƏLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
məch.
Gileleri bir-bi-
rinden ayrılmaq, qoparılmaq, gile halına sa-lınmaq. Uzüm sirkə üçün gilələndi.
Gile halına düşmek; yumrulanmaq, dam-cılanmaq. Nənəqızın gözlərində həyəcanlı göz yaşları gilələndi, o, Rüxsarənin vəziy-yətinə baxıb daha da şübhələnməyə başladı. S.Rehimov. Gözü qapananda sol yana-ğında; Gördülər bir damla yaş gilələndi. B.Vahabzade. [Behlul:] Gözlərimdə yaş gilələndiyini hiss elədim. B.Bayramov.
GİLƏMEYVƏ : Azerbaijani Explanatory Dictionary
is. bot. Gile şeklinde biten
meyvelerin (mes.: üzüm, moruq, qarağat ve s.) ümumi adı.
GİLƏMEYVƏÇİLİK : Azerbaijani Explanatory Dictionary
is. Meyveçiliyin, gilemeyve bitkilerini ekib-becermekle meş-ğul olan sahesi. Giləmeyvəçilik təsərrüfatı.
GİLƏMEYVƏLİLƏR : Azerbaijani Explanatory Dictionary
cəm bot. üzüm, mo-
ruq, qarağat ve bezi başqa meyvelerin daxil olduğu bitkiler.
GİLƏNAR : Azerbaijani Explanatory Dictionary
is.
B a x albalı. Hər evin hə-yətində
. gilənar ağacları
. var. İ.Əfendiyev.
məc. Qara, girde göz haqqında. Gilənar gözlü qız hamıya gülümsəyən gözlərini oynatdı. M.İbrahimov.
GİLƏNARLIQ : Azerbaijani Explanatory Dictionary
is. çoxlu gilenar ağacı ekilmiş yer; gilenar bağı. Binanı əhatə edən bağ alma-armudluqdan, gilənarlıqdan iba-rət idi. S.Rehimov.
GİLGİLƏ : Azerbaijani Explanatory Dictionary
is. Nazik, ensiz demirden, ya ağacdan olan çenber ve onu gilletmekden ötrü uzun ağacdan ve ya meftilden ibaret uşaq oyuncağı. // Bu oyuncaqla oynanılan uşaq oyunu.
GİLİZ : Azerbaijani Explanatory Dictionary
[alm.] ("gilza" sözünün canlı dilde teleffüzü).
Odlu silahlarda: alt hissesinde barıt ve yandırıcı madde, yuxarı hissesinde ise gülle ve ya mermi yerleşen altı bağlı silindrik borucuq. Deyib göstərdi o, iki ber-danı; içində gilizi, üstündə qanı. H.K.Sanılı. Mahmud əlindəki boş gilizi döşəməyə səril-miş yağlı əsginin üstünə atıb, eşiyə yüyürdü. M.Hüseyn.
Papirosun, içi tütünle doldurulan kağız patronu. Giliz doldurmaq. Giliz qutusu.
GİLQARIŞDIRAN : Azerbaijani Explanatory Dictionary
GİLQARIŞDIRICI sif. xüs. Tikinti işlerinde gil mehlulu hazırlamaq üçün gili su ile qarışdıran. Gilqarışdıran qur-ğu. // is. mənasında. Gil mehlulu hazırlamaq üçün gili su ile qarışdıran maşın. Maşınqa-yırma zavodundan
. gilqarışdıranlar ixrac edilir. (Qezetlerden).
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani