Azerbaijani Explanatory Dictionary
GİRLİ : Azerbaijani Explanatory Dictionary
sif.
Güclü, qüvvetli, giri olan. Girli qol.
Yəni o elə girli adamdır?
Bəli, bəli,
deyə [Əsger] əlavə etdi. Ə.Əbülhesen.
məc. çoxlu, çox.
GİRMƏ : Azerbaijani Explanatory Dictionary
"Girmek"den f.is. Martın yeni-cə girməsinə baxmayaraq hava ilıq idi.
GİRMƏ : Azerbaijani Explanatory Dictionary
is. məh. Kolluq, kol-kosluq. Kəs-dilər girməni Cəbilə Osman; Verməsin ar-xaya keçməyə aman. H.K.Sanılı.
GİRMƏK : Azerbaijani Explanatory Dictionary
f.
Daxil olmaq, içeriye keç-mek (çıxmaq eksi). Evə girmək. Otağa gir-mək. Qapıdan girmək.
Mirbağır ağa girir, başmaqlarını çıxardır, salam verir. C.Memmedquluzade. [Mercan bey:] A gədə, qoçaq, mən səni çağırmayınca sən bu otağa girmə! ü.Hacıbeyov. Bağa girmənəm sənsiz; Gülü dərmənəm sənsiz.. (Bayatı).
Sığmaq, yerleşmek. Əlim əlcəyə girmir.
çatmaq, yetişmek, daxil olmaq. Biz şə-hərə girdiyimiz zaman şiddətli xəzri əsir, küçələrin tozunu havaya sovurur, göydən başımıza torpaq yağırdı. A.Şaiq. Tehrana girənə qədər Gülnaz da, Səriyyə də Musa kişini, Firidunu tapacaqları ümidi ilə yaşa-yırdı(lar). M.İbrahimov.
Başlamaq, başlanmaq, gelmek, daxil olmaq. Qış girdi. Yaz girdi.
Cənubda mart girən zaman; Əsil gözəl bahar olur.
M.Dilbazi.
Bir yerde gizlenmek, bir şeyle örtün-mek. Günəş buludun dalına girdi.
Açıq-lıqdan keçdi, kömür qədər qara və müzlüm görünən qamışlığa girdi. H.Nezerli. Süzü-lən nurunu toplayıb qəmər; Girdi buludlara, qaraldı göylər. M.Rahim.
Yatmaq üçün yorğan-döşeye uzanmaq. Yorğan-döşəyə girmək.
Gəldim, soyun-dum, girdim yerə, amma sübhədək gözümə yuxu gəlmədi. Ə.Haqverdiyev. Ziba yatağına girincə yuxulamışdı. S.Hüseyn.
Daxil olmaq (bir teşkilata, işe, mekte-be ve s.-ye). İşə girmək. Məktəbə girmək.
İnstituta girmək.
[Teymur] yeddinci sinfi bitirib, sənət məktəbinə girmiş, oranı da mü-vəffəqiyyətlə qurtarmışdı. M.Hüseyn. Xalça fabrikində girib xidmətə; Bağlandı zəhmətə vicdanla Rəna. M.Rahim.
Batmaq, keçmek. [Aslanın] iki böyük
dəmir parçası qarnına girmiş, bağırsaqla-
rını çölə tökmüşdü. Ə.Veliyev.
məc. Girişmek, başlamaq.
məc. Bir şeyle örtünmek.
.Saqqalı ağ olanın qiymətidir bir qara pul; Gərçi girsə bəzənib gündə yaşıl, al içinə. M.P.Vaqif.
Yuyunmaq, çimmek üçün bir şeyin içine, ya bir yere daxil olmaq. Suya girmək. çaya girmək.
Hovuza girən qaşqabaqlı çıx-mazdı, həmişə şad, nurani, pak-pakizə olar-dı. çemenzeminli. [Hesenqulu bey:] Əşi, insafdır, o xəznəyə mən də girim, bu hambal da girsin? ü.Hacıbeyov.
Soxulmaq. Adamların içinə girmək.
Dolmaq (adeten "yaşa, yaşına" sözü ile). 10 yaşa girmək.
[Vezir:] Sən on dörd yaşına girdiyin zaman; Ərəb ölkəsinə gön-dərdi atan. A.Şaiq. Bir neçə ay bundan qa-baq; Girmişdi o doqquz yaşa. M.Dilbazi.
məc. kob. Pul, çeki ve s. haqq-hesa-bında aldatmaq.
Bir sıra isimlere qoşularaq, mürekkeb feil ve müxtelif ifadeler düzeldilir; mes.: başına girmek, beynine girmek, yuxusuna girmek, qoluna girmek.
GİROV : Azerbaijani Explanatory Dictionary
is. [fars.] köhn.
Borc alınan pul ve s. müqabilinde teminat üçün verilen şey. [Meşedi Cabbar:] Əgər mümkün olur isə; mənim üçün Hacı Rəhimdən min manat al, iki dükanım var, yanında girov olsun. M.F.Axundzade. [Xudayar bey Kerbelayı Cefere:]
.Sən bir elə adam tap ki, mənəyeddi manat versin, mən onun yanında on yeddi manatlıq şey girov qoyum.. C.Memmedqu-luzade.
Bir dövlet ve ya teşkilatın öhdesine götürmüş olduğu iltizam ve ya teleblerin yerine yetirilmesini temin etmek meqsedile zorla tutulub saxlanılan adamı. [Qara Melik] o tərəf-bu tərəfdə Nüsrəddinin adamlarını tutub girov saxlamağa başladı. M.S.Ordu-badi. Bayındır xan [çapqınçıları] girov sax-lamış, qıpçaqların əlini-qolunu bağlamışdı. M.Rzaquluzade.
GİROVDAR : Azerbaijani Explanatory Dictionary
is. [fars.] köhn. Girov sax-layan, girov alan, girovla pul veren adam.
GİROVDARLIQ : Azerbaijani Explanatory Dictionary
is. köhn. Girovdarın işi, peşesi.
GİROVLU : Azerbaijani Explanatory Dictionary
sif. Girovla alınmış. Girovlu borc.
GİROVSUZ : Azerbaijani Explanatory Dictionary
zərf Girov almadan, girov götürmeden, girov qoyulmadan. [Meşedi Cefer:] Ruzigar elə dönübdür ki, qardaş qar-daşa etibar eləyib girovsuz bir qəpik borc verməyir. Ə.Haqverdiyev. [Hacı Kerim] ömründə girovsuz kimsəyə pul verməmişdi. S.Hüseyn.
GİRS : Azerbaijani Explanatory Dictionary
məh. bax gürzə
Qurban qoyunu-nun ətindən qız evi oğlan evinə lülə-kabab, girs və dolma göndərər. R.Əfendiyev.
GİRSİZ : Azerbaijani Explanatory Dictionary
sif. dan. Giri olmayan; gücsüz, qüvvetsiz, zeif. Girsiz adam. Girsiz əl.
Bu hikməti babam deyib: "Girsiz dostdan bir qara daş... " M.Araz.
GİRVƏ : Azerbaijani Explanatory Dictionary
is. Keçidlerde, yollarda qar yığını.
GİRVƏNKƏ : Azerbaijani Explanatory Dictionary
is. köhn. 400 qrama beraber
köhne ağırlıq ölçüsü. İki girvənkə yağ.
[Əsger bey:] Girvənkəsi bir manata alı-nan çay burada manat yarıma göydə gedir.. M.F.Axundzade. Uşaq on dördyaşına çatan kimi, gündə ona iki girvənkə xurma verir-dilər. C.Memmedquluzade.
0 Girvənkə qıfıl
şekilce çeki daşına oxşayan, açılarken hisseleri bir-birinden ay-rılan asma qıfıl. Əjdər qapının birinin üzə-rindəki asma girvənkə qıfılı açıb
. otağa girdi. S.Rehman.
GİRVƏNKƏLİK : Azerbaijani Explanatory Dictionary
sif. köhn.
çekisi gir-
venke ağırlığında olan. [Taxıl buraxan] da hazırlaşdı, girvənkəlik daşı əlinə götürüb cavab verdi. Ə.Veliyev.
çekilen, ölçülen şeyin ağırlığını, hec-minin, tutumunun neçe girvenkeye beraber olduğunu bildirir.
.Xudayar bəy üz qoydu bazara, yeddi girvənkəlik qəndlərdən bir kəllə alıb vurdu geyməsinin altına. C.Memmed-quluzade. [Hacı Sultanın] iki girvənkəlik bürünc bir daşı vardı. S.Hüseyn.
is. Girvenke ağırlığında daş. Girvənkə-liyi tərəziyə qoymaq.
GİRVƏNKƏ-TƏRƏZİ : Azerbaijani Explanatory Dictionary
top. Terezi ve çeki
daşları bir yerde. Arşın, girvənkə-tərəzi yenə möhkəm işə düşmüşdü. S.Vurğun.
GİRYAN : Azerbaijani Explanatory Dictionary
sif. ve zərf [fars.] klas. Ağlayan, sızlayan, ağlağan, ağlar. Qan yaşım qılmaz vəfa, giryan gözüm israfına; Bunca kim, hərdəm cigər qanından imdad eylərəm. Füzuli. □ Giryan etmək (eləmək)
ağlat-maq, sızıldatmaq, gözü yaşlı etmek. Bir günüm sənsiz əgər keçsə min əfğan edərəm; Səndən ötrü bütün övladımı giryan edərəm. M.Ə.Sabir. Giryan olmaq (bezen "gözü", "didesi" sözleri ile)
ağlamaq, göz yaşı tökmek. Olduqca əlində oldu xəndan; Düş-dükcə əlindən oldu giryan. Füzuli. Dərdin-dən didəsi giryan olmuşam.. M.P.Vaqif. Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan çocuq!
M.Ə.Sabir.
GİRYƏ : Azerbaijani Explanatory Dictionary
is. [fars.] klas. Göz yaşı tökme, ağlama, sızlama, inildeme. Gülməgində qanlı-qanlı giryələr; Hər müsəlman könlü-mü məhzun elər. A.Sehhet. □ Giryə etmək
ağlamaq, sızlamaq, göz yaşı tökmek.
GİŞ : Azerbaijani Explanatory Dictionary
is. Alçaq növlü kendir ve ya ketan lifinden toxunmuş cod parça. 5 metr giş. // Hemin parçadan tikilmiş. Giş kisə. Giş başlıq.
[Semedin] bütün paltarı bir giş torbadan ibarət imiş. T.Ş.Simurq.
GİTARA : Azerbaijani Explanatory Dictionary
[isp.] Mizrabla çalınan, sekkiz-lik şeklinde uzunqollu simli musiqi aleti. Gitara çalmaq.
GİTARAÇALAN : Azerbaijani Explanatory Dictionary
GİTARAçI is. Gitarada çalan çalğıçı.
GİYAH : Azerbaijani Explanatory Dictionary
is. [fars.] köhn. Ot, göy.
GİYİD : Azerbaijani Explanatory Dictionary
is. Quşu aldadıb tutmaq üçün işle-dilen quş sesi çıxaran alet.
.Quşçular bil-dirçin düdüyü (giyid) çalmaqla erkək bildir-çini aldadıb tutardılar. H.Sarabski.
GİYİŞMƏ : Azerbaijani Explanatory Dictionary
"Giyişmek"denf.is.
GİYİŞMƏKbax gicişmək. [Vaqif:] AyMir-zə, deyərlər: keçinin buynuzu giyişəndə başını çobanın dəyənəyinə sürtər.. çemenzeminli.
GİYOV : Azerbaijani Explanatory Dictionary
is. Küreken. [Soltan bey:] Əşi, xan ilə aş yemirəm ki, bığım yağa batar, bir gə-dənin birisi mənə giyov olmaq istəyir. ü.Hacıbeyov. [Zöhre Fermana:] Mən istəyi-rəm, anam sənin ona giyov olduğunu bilsin. Ə.Abasov.
GİYOVLUQ : Azerbaijani Explanatory Dictionary
is. Kürekenlik.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani