Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
GULƏBRIŞIM : Azerbaijani Explanatory Dictionary

is. bot. Hündürlüyü bezen
18 metre çatan ağac. GüLƏNDAM(LI) bax gülbədən(li). Nə
xoşdur baş qoymaq bir güləndamın quca-ğında; Tamaşa eyləmək ol həlqə zülfə ağ buxağında.. M.P.Vaqif. Aldı mey camini ol yari-güləndam əlinə; Can fəda saqiyə, verdi o gülün cam əlinə. Ə.Vahid.

GULƏR : Azerbaijani Explanatory Dictionary

sif. Şen, mehriban, üzügüler. Bu sualımdan Məmmədrzanın gülər üzü qara bulud kimi tutuldu. S.S.Axundov. Balaca uşaqlar gülər sifətləri ilə biqeyd bağın xiya-banlarında qışqırtı ilə yüyürüşürlər. Ə.Haq-verdiyev.

GULƏRUZ(LU) : Azerbaijani Explanatory Dictionary

sif. Şen, mehriban, üzü-
güler. Gülərüz qız.
Bağçalarda narın var; Gülərüzlü yarın var. (Bayatı).
.Vəli uzun-boy, gülərüz.. bir oğlan idi. S.Rehman.

GÜLƏŞ : Azerbaijani Explanatory Dictionary

ax güləşmə
ci menada. Mi-yandarın işarəsilə Məmməd bəylə Qasım ağa dairənin ortasına güləşə çıxdılar. çemenzeminli. Kişilər dəm vururpəhləvan-lıqdan; Güləşdən, güllədən, ölümdən, qan-dan. S.Vurğun.

GÜLƏŞ : Azerbaijani Explanatory Dictionary

ax gülər. [Perinin] güləş sifəti və hər nə deyiləndə "bəli" deməyi elçilərə çox xoş gəldi. çemenzeminli. Günorta xəttini aşırdı günəş; Qaçaqlar meşədə, üzləri gü-
ləş. H.K.Sanılı.

GÜLƏŞÇI : Azerbaijani Explanatory Dictionary

is. İdmanın güleşme növü ile meşğul olan idmançı. Yüngülçəkili güləşçi.

GULƏŞDIRMƏ : Azerbaijani Explanatory Dictionary

"Güleşdirmek"den. f.is. GULƏŞDIRMƏK icb. Güleşmeye mec-
bur etmek, qurşaq tutdurmaq. [Ziba xanım:]
.Xan Qala qırağında bəy uşaqlarını bir-biri ilə güləşdirir. M.F.Axundzade.

GULƏŞƏNGI : Azerbaijani Explanatory Dictionary

is. Güleşme zamanı çalınan hava. Sanki bir döyüş, bir vuruşma meyda-nını təsvir edən güləşəngi havası adamları
. yerindən oynadırdı. Ə.Abasov.

GULƏŞQABAQ(LI) : Azerbaijani Explanatory Dictionary

sif. üzügüler, xoşsi-
fet, mehriban, şen, güler. Güləşqabaqlı qız.
Möhlətov istədi bu güləşqabaq oğlanın sö-zünə soyuqqanlılıqla yanaşsın, məna ver-məsin, bunu edə bilmədi. Mir Celal.

GULƏŞMƏ : Azerbaijani Explanatory Dictionary

"Güleşmek"den f.is.
idm. Bir-birinin küreyini yere vurmağa çalışan iki neferin qurşaq yapışmasından ibaret idman növü. Güləşmə yarışı.

GULƏŞMƏK : Azerbaijani Explanatory Dictionary

f. Bir-birinin küreyini yere vurmağa çalışmaq, qurşaq tutmaq. Pəhlə-vanlar güləşdilər.
[Vezir:] Mən cavab verdim ki, əgər mənə yaraşsaydı, bu əlli ya-şımda Teymur ağa ilə güləşib onun arxasını yerə qoyardım. M.F.Axundzade. Qabaqda kəndin cavanları güləşir, oynaşır. C.Cabbarlı.

GULƏŞSIFƏT(LI) : Azerbaijani Explanatory Dictionary

ax gülərüz(lü). Gü-ləşsifət, ortayaşlı biri
. ayağa qalxıb oturanlara baxdı. Ə.Veliyev.

GULƏYƏN : Azerbaijani Explanatory Dictionary

is. ve sif. çox gülen, gülmeyi seven (adam). Güləyən qadın.
çəpərdən üstümə qəfil su atan; O güləyən qızı görəm yuxuda. M.Araz.

GULGƏZ : Azerbaijani Explanatory Dictionary

sif. məh. Qırmızı, al. Ağ əllərin olub əcaib gülgəz; Qana batıb, yoxsa həna-lanıbdır? M.P.Vaqif. Şahnisə xanım göz yaşlarını gülgəz dəsmalla silərək
. dedi. çemenzeminli.

GULGU : Azerbaijani Explanatory Dictionary

is.
Gülme işi; gülüş, gülme. Yetər buludlardan vurduğumuz dəm; Bir az da gülgüdən danışsın qələm. S.Vurğun.
Satirik, satira. Gülgü jurnalı.
Tənqidi əsər istehza, gülgü və məsxərə yolu ilə ya-zılır. M.F.Axundzade. [Settarxan:]
.Azər-baycan dilində çıxan gülgü məcmuəsinə ayda iki yüz tümən verilməlidir. M.S.Ordubadi.

GUL-GUL : Azerbaijani Explanatory Dictionary

sif. üzerinde gül şekilleri olan; güllü. Gül-gül yaylıq.

GULGUN : Azerbaijani Explanatory Dictionary

sif. [fars.] şair. Gül rengli, gül kimi, güllü. Ey geyib gülgün, damadəm əzmi-cövlan eyləyən! Hər tərəf cövlan edib, dön-dükcə yüz qan eyləyən! Füzuli. [Mersiyexan] arabir susur, alovlu gözləri ilə qadını süzür, gülgün badə ilə qurumuş dodaqlarını isla-dırdı. çemenzeminli.

GÜLXANA : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Qışda bitki, gül, terevez, göyerti yetişdirmek üçün şüşe ile örtülmüş qızdırılan tikili; istixana. Gülxa-nada gül yetişdirmək. Gülxanadan xiyar dərmək.

GULXƏTMİ : Azerbaijani Explanatory Dictionary

is. bot. Əmekömeci fesile-sinden ensizyarpaqlı, iri qeşeng çiçekleri olan ot-bitki (xalq tebabetinde işledilir).

GULLƏ : Azerbaijani Explanatory Dictionary

is. Top, tüfeng, tapança kimi odlu silahlardan atmaq üçün qurğuşundan düzel-dilmiş girde ve uzunsov mermicik. Top gül-ləsi. Tüfəng gülləsi.
[Heyderqulunun] kü-rəyindən dəyən güllə sol ciyərini parçala-yaraq böyründən çıxmışdı. Ə.Sadıq. [Ovçu:] Niyə tələsdiniz?
dedi,
yaxşı ki güllə-ləriniz dəymədi.. M.Rzaquluzade. □ Güllə açılmaq
ateş açılmaq, atılmaq (odlu silah haqqında). Yarım saat keçmədən soldan bir güllə açıldı. H.Nezerli. Güllə atmaq
odlu silahdan atmaq, ateş açmaq. Havaya bir-birinin ardınca üç güllə atdım. M.Rzaqulu-zade. Səhərə yaxın dalbadal iki güllə atıldı. İ.Şıxlı. Güllə boşaltmaq
bax güllə at-maq. Bir haray yuxuma güllə boşaltdı; Bir duyğu səsiymiş oyadan məni.. M.Araz. Gül-lə yağdırmaq gülləyə basmaq (tutmaq) ¬her terefden çoxlu gülle atmaq. [Nebi] qaçaqlar gələn kimi onları gülləyə basıb pərən-pərən edir. "Qaçaq Nebi".
.Qul-durlar bunları təzədən gülləyə tutdular. S.S.Axundov.
◊ Güllə kimi
1) çox tez, çox celd, çox süretli. Rəna qapıdan güllə kimi çıxdı. S.Rehman. O,
. dəftəri götürüb güllə kimi pilləkənlə üzüaşağı yüyürür. Ə.Memmed-xanlı; 2) çox keskin, çox ağır, çox tesirli. Paşanın sözü Həsən xana güllə kimi dəydi. "Koroğlu". Axırıncı söz güllə kimi Rüstəm kişinin sinəsini dəldi. M.İbrahimov. Güllə mənzili
gülle atılan yerden güllenin düş-düyü yere qeder olan mesafe. Kəndə qədər bir güllə mənzili qalmışdı. Güllə sıxmaq
odlu silahı hedefe yapışdıraraq vurmaq. Cibimdə silahım olsaydı, ürəyimə bir güllə sıxardım. Mir Celal. [Əlemdar] öz gülləsini Müqim bəyin kürəyinə sıxıb ağasının ciyərini çıxartdı. S.Rehimov. Güllə tökmək
erin-miş metaldan gülle qayırmaq. Gülləni gül-ləyə düzmək
çoxlu gülle atmaq, ara ver-meden ateş açmaq.

GULLƏBARAN : Azerbaijani Explanatory Dictionary

is.
çoxlu adamın bir-likde tüfeng atması; çox şiddetli ateş. Iki günlük gülləbarandan sonra kəndlilər Kazı-mın meyitini çinar ağacından asılmış gör-dülər. M.İbrahimov. □ Gülləbaran etmək (eləmək)
1) şiddetli ateşe tutmaq. Düş-mənin mühüm bir dəstəsi həmin evi gülləba-ran edirdi. H.Nezerli; 2) bax güllələmək.
Kütlevi qırğın. Lena gülləbaranı.
Bu-nun nəticəsində vücuda gələn sürgünlər, gülləbaranlar Bakı fəhlələrinin həyatına da təsirsiz qalmamışdır. M.S.Ordubadi.

GÜLLƏÇİ : Azerbaijani Explanatory Dictionary

is. köhn. Gülle qayıran ve ya satan adam. özüm aşıq oldum, oğlum gülləçi. Aşıq Əlesger.

GULLƏLƏMƏ : Azerbaijani Explanatory Dictionary

"Güllelemek"den f.is.
is. Güllelemekle heyata keçirilen en yüksek ceza; ölüm cezası; edam. Güllələmə cəzası.

GULLƏLƏMƏK : Azerbaijani Explanatory Dictionary

f. Gülleleme yolu ile
ölüm cezasını heyata keçirmek; edam et-mek. [Eyvaz:] Mən əgər naçalnik olsaydım, əvvəl-əvvəl sizin hamınızı divara söykəyib güllələrdim. C.Cabbarlı.