Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
GÜMRAHLAŞMAQ : Azerbaijani Explanatory Dictionary

ax gümrahlan-maq. Budaq indi-indi gümrahlaşırdı ki, bir-dən yenə də onunku gətirmədi. Ə.Veliyev.

GUMRAHLIQ : Azerbaijani Explanatory Dictionary

is. Gümrah adamın halı; cismen ve ruhen sağlamlıq; qıvraqlıq. Elə adamlar var ki, ruhən ən yorğun dəqiqələ-rində belə onlarla danışdıqda özündə bir yüngüllük və gümrahlıq duyursan. İ.Əfen-diyev. Müridlər də gözlərini bu ağ sinəli, yaşı əllini keçmiş olsa da, gümrahlığını itir-məyən kişinin ağzına zilləmişdilər. İ.Şıxlı.

GUMUŞ : Azerbaijani Explanatory Dictionary

is.
Parlaq bozumtul-ağ rengli, kimyevi element
necib metal (zergerlik ve bezek şeyleri qayırmaq, pul kesmek ve s. üçün işledilir). □ Giimiiş suyuna çəkmək
adi metalların üstüne gümüş suyu çekmek, gümüşü renglemek. Qaşıqları gümüş suyuna çəkmək. Gümüşə tutmaq
üstünü gümüşle örtmek, gümüşle bezemek. Xəncərin dəs-təsini gümüşə tutmaq. //Sif. mənasında. Gü-müşden qayrılmış. Gümüş çəngəl.
Yavaş-yavaş gümüş qaşıqlar da stəkanlara dəyib cingildədi. çemenzeminli. Dəmirqaya üstü zərlə yazılı papirosu gümüş qutudan aldı və oturdu. H.Nezerli.
is. Gümüşden qayrılmış şeyler; gümüş pul. Baxdı ki, burada o qədər qızıl, gümüş var, elə bil yeddi padşahın xəzinəsi burda-dır. "Koroğlu". □ Gümüş kağız
etri çıx-masın deye çay, siqaret ve s.-nin büküldüyü qurşun kağız.
sif. bax gümüşü. Dərələrdən gümüş sular çağlar. A.Şaiq. Ay gümüş dalğalarda; Nazlanır gəmi kimi. N.Refibeyli.

GUMÜŞCƏ : Azerbaijani Explanatory Dictionary

is. zool. çaylarda yaşayan xır-da balıq növü. Bizim çaylarda gümüşcə ad-lanan xırda balıqlar da yaşayır. Bu balıqlar suyun üst qatlarında üzən balıqlardandır. "Zoologiya".

GUMUŞDƏSTƏ : Azerbaijani Explanatory Dictionary

sif. Destesi gümüşden olan, qebzesi gümüşden qayrılmış. Cəmil dayısının gümüşdəstə xəncərini belinə bağ-layıb, yüyürə-yüyürə atlılara qoşuldu. Ə.Veliyev.

GUMUŞLƏMƏ : Azerbaijani Explanatory Dictionary

"Gümüşlemek"den f.is. GUMUŞLƏMƏK f.
üzerine nazik gümüş
mehlulu çekmek. Qaşıqları gümüşləmək.
Gümüşle bezemek, gümüşle işlemek. Xəncəli işlə, yolla; üstün gümüşlə, yolla.
(Bayatı).

GUMUŞLƏNMƏ : Azerbaijani Explanatory Dictionary

"Gümüşlenmek"den f.is.

GUMUŞLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

məch. Gümüş suyu çe-
kilmek ve ya gümüşle bezedilmek. Bu çən-gəllər gümüşlənib.

GUMUŞLƏTMƏ : Azerbaijani Explanatory Dictionary

"Gümüşletmek"den f.is.

GUMUŞLƏTMƏK : Azerbaijani Explanatory Dictionary

f. Gümüş suyu çekdir-
mek ve ya gümüşle bezedilmek. Papiros-qabını gümüşlətmək.

GUMUŞLU : Azerbaijani Explanatory Dictionary

sif.
Gümüşle bezedilmiş, gümüşle işlenmiş. Əllərində sur təsbeh; Gü-müşlü buxurdanlar. Ə.Cavad.
Terkibinde gümüş olan. Gümüşlü me-tal külçəsi.

GUMUŞU : Azerbaijani Explanatory Dictionary

sif. Ağ-bozaçalar parlaq reng-de olan, rengi gümüş renginde olan, gümüş kimi parıldayan. [Nuriyye:]
.Gümüşü toran içindən bir motosiklin çıxdığını gördüm. İ.Əfendiyev. Buludların parçalandığı oyuq-dan ulduzlu fəzaya doğru bir pəncərə açılar-açılmaz
. ayın gümüşü ziyaları həmin pəncərədən yerə yayıldı. Ə.Memmedxanlı.

GUMUŞULUK : Azerbaijani Explanatory Dictionary

is. Gümüşü rengde olan şeyin xüsusiyyeti, gümüş renginde olma.

GUN : Azerbaijani Explanatory Dictionary

is. bax günəş 1 ve
ci menalarda. Gün işığı. Gün çıxar, aləm görər. (Ata. sözü). Gəldi günortaçağı, gün qızarıb yanırdı. S.Vurğun. Gün iki cida boyu qalxmışdı. Mir Celal. □ Gün əyilmək
axşama yaxın gü-neş üfüqden çekilmek. Gün lap əyilir, şər qarışır. Inəklər naxırdan gəlir. "M.N.letif." Gün tutulmaq
günün qabağına başqa bir göy cisminin ve ya onun kölgesinin düşme-si neticesinde müveqqeti görünmez olması hadisesi. Gözümüz üfüqdədir, açılmır səhə-rimiz; Bizə düşən səmada gün tutulmuş, ay Allah! B.Vahabzade. Gün vurmaq
qızğın güneş şüalarının tesirinden beyin merkezi zedelenmek. Gün yağlanmaq (ağarmaq)
güneş çıxıb, bir az yuxarı qalxmaq. [Qoca:] Gün ağarmadan çayı keçməliyik. M.Rzaqu-luzade.
.Baxış bəy səhər, gün yağlananda oyandı. Ə.Abasov.

GUN : Azerbaijani Explanatory Dictionary

is.
Gece-gündüzün seherden ax-şama qederki işıqlı müddeti, günçıxandan gün-batana qederki dövr. Gün doğuşundan bəlli-dir. (Ata. sözü). Biz baxırıq özgə millətlərə,
.. deyirik ki, niyə onlar bazar günlərini tətil eləyirlər, niyə onlar eləsin, biz eləmiyək? C.Memmedquluzade.
Yerin öz oxu etrafında bir defe dövr etdiyi (24 saatlıq) müddet; gece-gündüz.
. İl var bir günə dəyməz; Gün var min aya də-yər. (Bayatı). Bu minval ilə üç gün keçdi. "Koroğlu". □ Bir gün deyil beş gün deyil
- hemişe, daim. Biri gün (o birisi gün)
sa-bahdan sonrakı gün; sabah yox, o biri gün. Bu günlərdə
bu bir neçe gün erzinde, ya-xın vaxtlarda. İnciyib məndən, eşitdim o gö-zəllər gözəli; Aramız, bəlkə, bu günlərdə, gü-man var, düzələ. Ə.Vahid. Bugünkü gündə
- indi, hazırda. [Qızıl Arslan] Biz bugünkü gündə islahat işlərinə başladığımız zaman hər addımda Quranla qarşı-qarşıya gəlirik. M.S.Ordubadi. Ertəsi gün
bir gün sonra. Gün uzunu
bütün günü, bir günün erzin-de. Gündə bir
her gün, tez-tez. [Bahar:] Ozgə kişilər övrətlərini gündə bir döyürlər, amma bu mənə heç bir çırtma da vurmur. Ə.Haqverdiyev. Günlərin bir günü
bax günün birində. [Əsger:] Günlərin bir günü, axşam saat doqquzda bazardan gedirdim. ü.Hacıbeyov. Günü axşam etmək (elə-mək)
bütün gününü boş keçirmek, işsiz oturmaq, ebes yere gözleye-gözleye dur-maq. Qərib günü axşam etdi. Şahsənəm çıx-madı. "Aşıq Qerib". Günü bu gün
ele bu gün, gecikdirmeden, bu günden o yana qal-mayaraq. [Gülnaz:] Bax, mən daha səbir edə bilmirəm, günü bu gün atama deyəcə-yəm. ü.Hacıbeyov. Günü günə satmaq
- gecikdirmek, yubatmaq, yubandırmaq. [Orxanın] Onsuz da kəndə getmək niyyəti vardı, ancaq günü günə sata-sata qalmışdı. İ.Melikzade. Günü sabah
ele sabah, ge-cikdirmeden, sabahdan sonraya qoymayaraq. Əgər siz mənə gəlsəniz, günü sabahdan onun talağını verib boşardım. E.Sultanov. Gü-nün birində
bir gün, bir defe. İşçi dost-larına günün birində; Danışdı dərdini aşı-ğım mənim.. M.Müşfiq. Günün günorta-çağı
gündüz hava lap işıqken. [Əlemdar:] Yoxsa görün günün günortaçağında adam da
. belə göz-görəsi özünü soydurarmı. S.Rehimov. İki gündə (gündən) bir
bax günaşırı. [Mirze Hesen:] Oküzlə iki gündə bir hektar yer əkirsiniz. Ə.Haqverdiyev.
Müeyyen bir ictimai hadiseni qeyd et-mek üçün teqvimde teyin edilmiş gün. Qə-ləbə günü. Qazmaçı günü. Müəllim günü.
Gündə şeklinde zərf
her gün, müte-madiyen. Gündə bir kərpic düşür; Omrü-mün sarayından. (Bayatı). [Sekine:] Mən gündə bir uşaq doğan arvadı bir də qulluğa götürmərəm. H.Nezerli. Gündə Peterburqdan Gorusa möhürlü paket gəlirdi. S.Rehimov.
Gündən-günə günü-gündən şeklinde zərf
bir günde deyil, günler keçdikce, ted-ricen. Ah, mən gündən-günə bu gözəlləşən; İşıqlı dünyadan necə əl çəkim? M.Müşfiq. [Yasemen:] Gördüyüm odur ki, maşallah, günü-gündən çiçək kimi açılırsan. S.Rehman.
Vaxt, vaxtile. Bir gün bilinər.
Gün oldu şairlər göyə çıxdılar. Ə.Cavad.
məc. Heyat, ömür, yaşayış, dolanacaq, güzeran. Vətəndə günümüz məşəqqət və korluqla keçirdi. C.Memmedquluzade. □ Gün keçirmək gün sürmək
yaşamaq, dolanmaq. Əmək çəkdim, gün keçirdim, gül əkdim. Ə.Cavad. Burda gün keçirir bir bö-yük şair; Yazar yazdığını həyata dair. S.Vurğun. Məhəbbətsiz, gözəlsiz gün keçir-mək heç nədir, Vahid; Yenə sevmək, sevil-mək yaxşıdır dünyaya baxdıqda. Ə.Vahid. Gün görməmək
pis yaşamaq. Yazıq ki dövranda bir gün görmədi; Bu aləm ruhuma dar,
dedi, getdi. M.Rahim.
Veziyyet, hal menasında. Yaxşı günün yoldaşı, yaman günüm düşdü gəl! (Ata. sözü). [Əziz:] A balam Qaraş, sən bilirsənmi Həsən əmi özü nə gündə idi? C.Memmed-quluzade. □ Günə düşmək (qalmaq)
..veziyyete düşmek (adeten pis veziyyeti bildirir). [Musa Ferhada:] Bu nə gündür dü-şübsən, ay binəva!.. Ə.Haqverdiyev. [Fat-maxanım:] Allah, gör mən nə günə düşmü-şəm ki, bu kürd gədəsi də üzümə durubdu? N.Vezirov.
dan. Əmekgün. Hər yoldaş işləyib gün alan zaman; Sən durub boynunu burma, a tənbəl! Aşıq Əli. Xırda xala qızışmışdı. Bir gün zəhmət çəkib arıtdığı toxuma Mustafa gün yazmaq istəmirdi. Mir Celal.

Günüm şeklinde
nevaziş, mehri-banlıq bildirmek üçün müraciet zamanı iş-ledilir; ezizim.
Ay nənə, bir nağıl de!
Om-rüm, günüm, yat daha. Ə.Cemil.

..gün ağlamaq
derdine qalmaq, qay-ğısını çekmek, geleceyi haqqında düşün-mek, fikirleşmek.
. Bu cürəti görən, duyan olmadı; Səndən mənə gün ağlayan olmadı. M.Araz. Gün qayıtmaq
1) zenit nöqte-sinden qüruba doğru enmek, Güneş (gün) batmağa başlamaq; 2) gündüz uzanmağa (ve ya qısalmağa) başlamaq. Novruzdan son-ra gün qayıdır. Günü başa vurmaq
ade-ten ehemiyyetsiz bir işle meşğul olaraq günü tamamlamaq. Bu günümüzü də belə başa vurduq. Günü qara gəlmək
yaşayışı pisleşmek, fenalaşmaq. Gündən-günə günü qara gələn sadə insana zülm üstündən zülm edilmişdir. S.Rehimov. Günü qara olmaq
yaşayışı, dolanacağı, heyatı pis olmaq. [Salatın:] Məndən sonra anamın günü qara olacaq, qardaşım bu dərdə dözə bilməyəcək. İ.Şıxlı. Gününü göy əsgiyə düymək (bük-mək)
bax gününü qara eləmək. Günü-nü qara eləmək (etmək)
heyatını zeher-lemek, iztirab ve menevi işgence vermek. Baxa-baxa xalü xəttə, üzarə; Zakirin günü-nü eylədin qarə. Q.Zakir.

GUNAH : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
Dini-exlaqi norma-ların pozulması, dince qebahet sayılan iş (sa-vab eksi). Səni mələk görəli yazmaz oldu eşqi günah; Vəli yazıldı, bu üzdən bəsi savab sana. Füzuli. Əfv olur möminin cümlə günahı; Sənin də könlündən keçər, ağlarsan. M.V.Vidadi. □ Günaha batmaq
dince qebahet sayılan bir iş görmek. İncitmə Zakiri bundan ziyada; Bir usan, günaha batdığın yetər. Q.Zakir.
Cezalanmalı hereket; teqsir. Uşağın günahı yoxdur.
Yazıq Hacı Mirzə Həsən ağa, sənin günahın nə idi, sən nə deyirdin ki? C.Memmedquluzade. O yazığın günahı nə, təqsiri nə? Hücum çəkib Vətəninə? B.Vahab-zade. □ Günah eləmək (işləmək)
cezaya layiq bir iş görmek. Səməd nə günah eləsə idi, nədə müqəssir olsa idi, nəticəsi Sürəy-yaya toxunacaq idi. çemenzeminli. Son za-man Rüstəm kişi oğlunun tora düşməsindən, pis bir günah işləməsindən qorxurdu. M.İbrahimov. Günaha batmaq
bax gü¬nah eləmək (işləmək). Ən böyük cinayət-dir; Azadlığa qəsd etmək; Bu günaha batma gəl! B.Vahabzade. Günahından keçmək günahını bağışlamaq
teqsirinden keç-mek, bağışlamaq. [Behram:] Mən xəyanət elədim, Sara, keç günahımdan! C.Cabbarlı. Bahadır da anasının günahını bağışlamağı [atasından] xahiş eləmək istədi. M.Hüseyn. Günahını yumaq
teqsirinden keçilmek üçün cezalanmalı olan hereketinin evezin-de yaxşı işler görmek.
məc. Nöqsan, çatışmazlıq.
.Professor bi-nanın günahını indi aydın elədi... B.Bayramov.

GUNAHKAR : Azerbaijani Explanatory Dictionary

is. ve sif. [fars.]
Müqes-sir, teqsirkar. Günahkarı cəzalandırmaq.
Yar yanında günahkaram; Doğru sözüm yalan oldu. Aşıq Əlesger.
.Günahkar muzdur özünün bəd əməlindən peşman olub, istiğfar edə-edə yerindən qalxdı. S.M.Qenizade.
Dini exlaq normalarını pozan adam.
Sebebkar; bais. [Behlul:]
.Mənə aydın
idi ki, anamla ayrılmağın əsil günahkarı atam
olub. B.Bayramov.

GUNAHKARCASINA : Azerbaijani Explanatory Dictionary

zərf Günahı, teqsiri olan kimi; teqsirkarcasına. Günahkarcasına baxmaq.

GUNAHKARLIQ : Azerbaijani Explanatory Dictionary

is. Müqessirlik, teqsir-karlıq. Günahkarlığını boynuna almaq.

GUNAHLANDIRILMA : Azerbaijani Explanatory Dictionary

"Günahlandırıl-maq"dan f.is.

GUNAHLANDIRILMAQ : Azerbaijani Explanatory Dictionary

məc. Müqessir tutulmaq, teqsirlendirilmek.

GUNAHLANDIRMA : Azerbaijani Explanatory Dictionary

"Günahlandırmaq"-dan f.is.

GUNAHLANDIRMAQ : Azerbaijani Explanatory Dictionary

f. Günahkar hesab etmek, müqessir saymaq; teqsirlendirmek. Oğruluqda günahlandırmaq. Əsassız yerə günahlandırmaq.

GÜNAHLI : Azerbaijani Explanatory Dictionary

ax günahkar 1 ve
ci me-nalarda. Şəfiqə xanım, sən də məni bağışla, mən günahlıyam. İ.Musabeyov.

GUNAHSIZ : Azerbaijani Explanatory Dictionary

sif.
Günahı, teqsiri olma-yan; teqsirsiz. Günahsız adam.
İnsaf et, öldürmə, günahsız qulu; Əl-əldən üzülür, yaman çağıdır. M.P.Vaqif. Qəlbində birye-timtək qoymadın öz kamını; Günahsız qur-banların aldın intiqamını. S.Rüstem.
Mesum. [Cemil bey:]
. O günahsız quş-cuğazı; Məhv etməkdə nə məna var? H.Cavid.
Ana basdı bağrına günahsız körpəsini; Hönkür-hönkür ağladı. B.Vahabzade.