Azerbaijani Explanatory Dictionary
ARTIQ : Azerbaijani Explanatory Dictionary
zərfi ve sifi.
çox, çoxlu, xeyli, olduqca, çoxlu miqdarda. [Fexreddin:] Mən dünyada hər şeydən artıq yaltaq adamlar-dan iyrənirəm. M.S.Ordubadi. // Daha çox, ziyade. Hüsnün olduqca iüzun, eşq əhli artıq zar olur. Füzuli. Zeynəb daha artıq bir həssaslıq və qayğı göstərirdi. M.İbrahimov. Bu səxavətli qonaqların hamısından artıq nədənsə Təbarəkin sovqatlarına iikir veri-lirdi. Mir Celal.
üstün, ireli, yaxın, qiymetli, yüksek. Sən mənə hamıdan artıqsan. O kimdən artıqdır? □ Artıq tutmaq
üstün tutmaq, ireli tutmaq, daha yaxşı hesab etmek. Mən inanmıram ki, bizim əsrin şairləri bahar iəslini, məsələn, qış iəslindən artıq tutalar. C.Memmedquluzade. [Hesen]
.zurna çal-mağı da özünə sevimli bir sənət intixab edib onu hər şeydən artıq tuturdu. B.Talıblı.
Lazım olduğundan çox, gereksiz, lü-
zumsuz. Artıq yük. Artıq aş ya qarın ağrı-
dar, ya baş. (Ata. sözü). [Pericahan:] Bu qız
buradan gedəsidir, artıq söz lazım deyil.
S.S.Axundov. Qəhrəman, doğrudan da, evdə
artıq bəzək-düzək olmağının əleyhinə idi.
S.Rehimov. □ Artıq bilmək
lüzumsuz
hesab etmek, lazım bilmemek. [Geldiyev]
əlüstü həll olunan məsələni plana yazmağı
artıq bilirdi. Mir Celal. Artıq danışmaq
lüzumsuz sözler danışmaq. // üstelik. Atalar
yaxşı deyiblər, çörəyi ver çörəkçiyə, birini
də artıq. M.İbrahimov.
İs. mənasında. Bütün ehtiyac temin olun-duqdan sonra artıq qalan şey, qalıq. Artıqları toplayıb bir yerə qoymalı. Süirənin artığı.
əd. Bir işin başlamış olduğunu, yaxud olub bitdiyini bildirir. Bulud artıq başımızın üstünü almışdı.
[Gülperi ve İdris] kəndə yetişəndə artıq gecə idi. M.Hüseyn. Adam-lar artıq ayaq üstə yeməyə və içməyə başla-mışdılar. M.İbrahimov.
əd. Daha, bundan elave. Artıq mənim
səndən heç bir tələbim yoxdur.
Əlimdəki
işləri yoluna qoya bilsəydim, artıq burada
durmazdım. H.Cavid. // Bundan bele. Artıq
mənim yarım deyil xəyalı; Heç bir qaşa
bənzətmərəm hilalı. Ə.Cavad.
artıq-artıq zəriHedden artıq, lüzumun-dan artıq. // Lüzumsuz, yersiz. Artıq-artıq danışmaq. Artıq-artıq sözlər söyləmək.
ARTIQ-ƏSKİK : Azerbaijani Explanatory Dictionary
sif. ve zərfi Artıq, lüzumsuz, yersiz, münasibetsiz. [Selimnaz xanım:] Mən bu cavan canımdan xeyir gör-məyim, balam, əgər mən ona artıq-əskik söz demişəmsə. N.Vezirov. [Əli:] Kişi, artıq-əskik danışma! Heyvanları çölə çıxart. M.İbrahimov.
is. çatışmayan, yaxud lüzumundan artıq olan, gereksiz şey. [Usta Ağabalanın] elə saqqalı da pərişan halda görünürdü, lazım idi ki, artıq-əskiyini düzəltdirsin. çemenzeminli.
ARTIQLAMAQ : Azerbaijani Explanatory Dictionary
fi. dan. Bir şeyin ve ya xöreyin başından bir qeder yeyib, artığını qoymaq.
ARTIQLAŞA : Azerbaijani Explanatory Dictionary
zərfi dan. Müeyyen edilmiş, nezerde tutulmuş miqdardan artıq; üstelik, elave. Artıqlaşa üç manat verdim.
ARTIQLIĞINCA : Azerbaijani Explanatory Dictionary
zərf dan. Hedden artıq, lüzumundan artıq, artıqlaması ile. Artıqlı-ğınca yemək.
ARTIQLIQ : Azerbaijani Explanatory Dictionary
is.
çoxluq, bolluq. [Nadir]
iztirabının artıqlığından bozarıb qızarırdı. B.Talıblı.
üstünlük, yükseklik. Bunun artıqlığı nədədir?
ARTIQRAQ : Azerbaijani Explanatory Dictionary
zərf köhn. Hamıdan artıq, daha artıq. Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qıl; Kim olam bu dərdə artıqraq giriftar, ey həkim! Füzuli. Bu səbəblərin ümdəsi onlar(ın) bizdən artıqraq elm təhsil etməsidir. "Əkinçi". [Hacı Kamyab:] Mənim ticarətim Hacı Mirzə Əhməd ağadan artıq-raq mənfəət aparır. Ə.Haqverdiyev.
ARTIQTAMAH : Azerbaijani Explanatory Dictionary
sif. çox tamahkar.
ARTIQTAMAHLIQ : Azerbaijani Explanatory Dictionary
is. Tamahkarlıq, ac-gözlülük. Artıqtamahlıq etmək.
[Gülsenem:] [Hümmeteli] artıqtamahlıq eləyib, vəssalam! M.Hüseyn.
ARTIM : Azerbaijani Explanatory Dictionary
is.
Sayca, hecmce ve s. artma; artan miqdar. Bəxti bir yanıqlı ah çəkdi:
Artımı çox azdır.. S.Rehimov.
Bişdikden sonra çöreyin, düyünün ve s.-nin çekisinin artması, bereket. Un çox böyük artım verir. Bu düyünün heç artımı yoxdur.
ARTIMLI : Azerbaijani Explanatory Dictionary
sif. çox artım veren, çox artan, çox artıb töreyen; bereketli, mehsuldar. Artımlı düyü.
ARTIMSIZ : Azerbaijani Explanatory Dictionary
sif. Artım vermeyen, artmayan, artıb töremeyen; bereketsiz.
ARTIRILMA : Azerbaijani Explanatory Dictionary
"Artırılmaq"dan f.is.
ARTIRILMAQ : Azerbaijani Explanatory Dictionary
"Artırmaq"dan məch. Müqaviləyə yeni maddələr artırılmaq. Maşı-nın sürəti artırılmaq. Vəzifəsi artırılmaq. Yükü artırılmaq.
ARTIRMA : Azerbaijani Explanatory Dictionary
"Artırmaq"dan f.is.
ARTIRMA : Azerbaijani Explanatory Dictionary
is.
Eyvan, balkon; esas binaya yapışıq yüngül tikili. Artırmada balıq kababı bişirdilər... A.Şaiq. Nökər də artırma qapısını açıb
. qonağa yol göstərdi. çemen-zeminli. Həyətin ön tərəfində ikimərtəbəli evin balaca artırmasında ağ örpəkli, qara-göz, qaraqaş bir qız görünürdü. Mir Celal.
məh. Uşaq oyunlarından birinin adı; eşşekbeli.
ARTIRMAC : Azerbaijani Explanatory Dictionary
a x artırma
ARTIRMAQ : Azerbaijani Explanatory Dictionary
fi
Miqdarını, çekisini ço-xaltmaq; hecmini, sahesini böyütmek. Məh-sulu artırmaq. Malların sayını artırmaq. Əkin sahəsini artırmaq. Gəliri artırmaq.
Sən də artır öz əlinlə zəfiərlərin sayını! S.Vurğun.
Əlave etmek, üstüne gelmek. Beşin üstünə üç artırmaq. çayın şirnisini artırmaq. Tezisə yeni maddələr artırmaq.
Güclendirmek, şiddetlendirmek. Maşın sürətini artırdı. Ağrını artırmaq.
Məni Seyyid təki çək guşeyi-meyxanələrə; Artırır qəm, dəxi məsciddə nəyim var mənim. S.Ə.Şirvani. [Novruzun] bayatıları Bahadı-rın dərdini daha da artırırdı. N.Nerimanov. Şəhərin bu dəhşətli mənzərəsi kəndin Firi-dunda oyatdığı kədər və qəzəbi daha da artırdı. M.İbrahimov.
Yükseltmek. Vəzifiəsini artırmaq. Sa-yıqlığı artırmaq. Gənclərin ictimai həyatda rolunu artırmaq.
məc. Böyütmek, şişirtmek, mübaliğe etmek. Artırma, olduğu kimi söylə!
məc. Yaxşılaşdırmaq, tekmilleşdirmek, yükseltmek. İxtisasını artırmaq. Biliyini artırmaq.
ARTİKL : Azerbaijani Explanatory Dictionary
[lat.] qram. Bezi dillerde müey-yenliyi ve qeyri-müeyyenliyi ve bezen cinsi bildirmek üçün isimlerden evvel işlenen hissecik. Bezi dillerde (mes.: ingilis dilinde) artikl deyişmir, bezi dillerde ise (mes.: alman dilinde) artikl cins, hal ve saylar üzre deyişir.
ARTİKUL : Azerbaijani Explanatory Dictionary
[lat.] Malın, memulatın tipi.
ARTİKULYÄSİYA : Azerbaijani Explanatory Dictionary
[lat.] dilç. Müeyyen sesi teleffüz etmek üçün dodaqların, dilin, damarın, ses tellerinin gördüyü iş; mexrec.
ARTİLLERİYA : Azerbaijani Explanatory Dictionary
[fir]
Müxtelif quru-luşlu ve ölçülü toplar. Artilleriya atəş gücünə görə yüngül, ağır, böyük güclü və çox böyük güclü növlərə bölünür.
Topçu qoşunu.
Topların quruluşu, xassesi ve herbi
emeliyyatda tetbiqi haqqında elm; topçuluq
elmi. Artilleriya elminin əsas bölmələri.
ARTİST : Azerbaijani Explanatory Dictionary
[fir.] İncesenet eserlerinin ifaçısı (aktyor, çalğıçı, müğenni ve b.). Opera artisti. Sirk artisti. Balet artisti. Estrada ar-
tisti.
Opera və balet teatrının yaradıcı he-yəti Sabirabad və Əli Bayramlı rayonlarına artist briqadası göndərmişdir. □ Xalq artisti, əməkdar artist
dövlet terefinden incesenet sahesindeki görkemli xidmetle-rine göre artistlere verilen fexri ad.
ARTİSTLİK : Azerbaijani Explanatory Dictionary
is. Artistin seneti, işi. Artistlik etmək. Artistliklə məşğul olmaq. Artistlik qabiliyyəti. □ Artistlik etmək məc.
tel-xeklik etmek, oyunbazlıq etmek, adamları güldürmek. Baş rolu ifia edən Qudurğana cənabları səhnədə etdiyi oyunbazlığı ilə özü-nün artistlikdən bilmərrə bixəbər bir bambılı olduğunu sübut etdi. Ə.Haqverdiyev.
ARTMA : Azerbaijani Explanatory Dictionary
"Artmaq"dan fi.is.
is. Artan şey, artım.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani