Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
İMTİYAZSIZ : Azerbaijani Explanatory Dictionary

sif. Heç bir imtiyazı, xüsusi ve müstesna hüququ olmayan.

İMTİZAC : Azerbaijani Explanatory Dictionary

[ər.]
Qarışma, qarışa bilme, bir neçe maddenin qarışıb bir madde emele getirmesi. Kimyəvi imtizac.
Bir-birine uyğun gelme, bir-biri ile tutma, bir-biri ile qaynayıb-qarışma; uy-ğunluq, aheng. Rənglərin imtizacı.
məc. köhn. Bir-biri ile uyuşma, yola getme, keçinme. Aralarında imtizac yoxdur.

İMZA : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Bir mektubun, senedin ve s.-nin altında öz dest-xetti ile adını ve ya familiyasını yazma, qol çekme, qol qoy-ma; qol. Fəxrəddinin və Ələddinin imzası ilə şəhərə belə bir bəyannamə buraxılmışdı. M.S.Ordubadi. [Geldiyev] direktor gələndə kağızları kargüzara verdi, imza üçün gön-dərdi. Mir Celal. □ İmza etmək (atmaq)
imzalamaq. Sənədləri imza etmək. çeki imza etmək.
[Musa:] Imza da atmıram, pul da almayacağam. S.Rehman. Elmar kağıza imza ataraq Laləyə verir. İ.Əfendiyev.
Texellüs, leqeb menasında. C.Məmməd-quluzadə "Molla Nəsrəddin" imzası ilə müntəzəm surətdə felyetonlar, baş məqalə-lər dərc edirdi. M.İbrahimov.

İMZALAMA : Azerbaijani Explanatory Dictionary

"İmzalamaq"dan f.is.

İMZALAMAQ : Azerbaijani Explanatory Dictionary

f. Altında öz familiyasını (ya adını) yazmaq, öz imzasını qoymaq, qol çekmek. Kərbəlayı Xəlil
. teleqrafçının verdiyi kağızı türkcə imzaladı və teleqrafçıya qaytararaq iki şahı da pul verdi. T.Ş.Simurq. Sərvərov əmri götürüb imzaladı. Mir Celal. [Benövşe:] Komissiya aktı imzaladı. Tez köçün. S.Rehman.

İMZALANMA : Azerbaijani Explanatory Dictionary

"İmzalanmaq"dan f.is.

İMZALANMAQ : Azerbaijani Explanatory Dictionary

məch. İmza edilmek, qol çekilmek, qol qoyulmaq. Müqavilə imza-landı.
Əmrnamə yazılmış və Balacayev tərəfindən imzalanmışdı. S.Rehimov.

İMZALANMIŞ : Azerbaijani Explanatory Dictionary

f.is. İmza edilmiş, qol qo-yulmuş, qol çekilmiş. Imzalanmış qərar. Imzalanmış kağızlar.
[Sabirin] sabiqdə bəzi müstəar adlar ilə imzalanmış abdar, xoş-məzmun və mövzun kəlamları "Molla Nəs-rəddin" səhifələrində dərc olunub. F.Köçerli.

İMZALATDIRMA : Azerbaijani Explanatory Dictionary

"İmzalatdırmaq"dan f.is.

İMZALATDIRMAQ : Azerbaijani Explanatory Dictionary

ax imzalatmaq.

İMZALATMA : Azerbaijani Explanatory Dictionary

"İmzalatmaq"dan f.is.

İMZALATMAQ : Azerbaijani Explanatory Dictionary

icb. Qol çekdirmek, imza
etdirmek. Baş mühasib
. içəri girdi, əlində-ki sənədləri idarə müdirinə imzalatdırıb qa-pıya yaxınlaşırdı ki, Surxay soruşdu.. M.Süleymanov.

İMZALI : Azerbaijani Explanatory Dictionary

sif. Qol çekilmiş, imzalanmış, imza ile tesdiq edilmiş. Imzalı məktub. Imza-lı sənəd.

İMZASIZ : Azerbaijani Explanatory Dictionary

sif. Altında imza olmayan, imza edilmemiş, qol çekilmemiş. Imzasız mək-tublar.

İNABƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn. Tövbe, tövbe etme.

İNAD : Azerbaijani Explanatory Dictionary

sif. Əsassız olaraq dediyini yerit-meye çalışan, heç bir güzeşte getmek iste-meyen; ters, höcet. Inad adam. Inad xasiy-yət.
[Qulu] xəsis, tamahkar, heç bir şeyə güzəştə getməyən, tərs və inad bir adam idi. A.Şaiq. [Böyükxanım:] Bax, özün bil, teleq-ram edərəm gəlsinlər! Amma Qulam xan da
inadın birisidir. M.S.Ordubadi. □ İnad et-mək (eləmək)
1) sözünün üstünde dur-maq, israr etmek, sözünden geri çekilmemek; 2) terslik etmek, höcet göstermek, öz dediyi-ni yeritmeye çalışmaq. Gülsəhər inad eləyir, Dildar isə hədə-qorxu gəlirdi. Ə.Veliyev. İnad göstərmək
ezmli olmaq, deyanet göstermek, ezminden dönmemek, sözünün üstünde durmaq, dediyinden el çekmemek. Doktor Qəbzi bəy yay zamanı Xansaray yaylağına gəlməməkdə elə bir inad göstərdi ki, hətta onun öz yavuq qohum-əqrəbası da bu işə məəttəl qalmışdılar. C.Memmedqu-luzade. İnad yeritmək
bax inad etmək. [Hemze:] [Seriyye] də bizim ilə inad yeritsə, onda gərək bizə papaq haram olsun. C.Cab-barlı. İnada durmaq
bax inad etmək. İnada düşmək
acığa düşmek, terslik et-mek, tersliyi tutmaq.
.Əgər mənim uşaqla-rımın biri inada düşüb, məni qəsd ilə incit-mək istəyir, qoy burada bir söz deməyim.. C.Memmedquluzade. İnadı yerə qoymaq
- inadından, tersliyinden el çekmek, razı olmaq. [Hacı:] Sən olasan Allah, ay Sərdar,
- dedi,
bu inadı yerə qoy, bu işlərə bir ən-cam çək! P.Makulu. // Is. mənasında. İnad adam, ters adam, höcet adam. Gülsabahın atası çox inad adamdı. Ə.Veliyev. [Əh-med:] Hacı, inadı var, xahiş eləyərsən, oxu-maz. Nə illah eləyirsən, oxumayanda oxu-maz! Inaddı! Mir Celal.

is. Əzm, deyanet, sebat; ezminden dönmeme. Belə hadisələr bizim inadımızı daha da artırmalıdır. H.Nezerli. Yerli əha-linin inadından
. qəzəblənmiş şah vəziri Taygöz Yusifi çağırıb kimsəyə aman vermə-məyi ona əmr etdi. İ.Əfendiyev.
İnadla şeklinde zərf
metanetle, ezmle, sebatla. Inadla mübarizə etmək.
O deyir:
Mənimdir bu ana torpaq; Vuruşur inadla əlində yaraq. M.Rahim.
.Məhsuldar çöllər yorulmadan və inadla çalışan insan-larla doludur. M.İbrahimov. Tez-tez çay keçmək nə qədər yorucu olsa da, onlar inadla irəliləyirdilər. Ə.Veliyev.

İNADCIL : Azerbaijani Explanatory Dictionary

ax inadkar. Hər şeydə möh-kəm, sözünün üstə duran, inadcıl, amansız olan Baxış bəyin bir zəifcəhəti vardı: çox şorgöz idi. Ə.Abasov.

İNADCILLIQ : Azerbaijani Explanatory Dictionary

ax inadkarlıq.

İNADÇI : Azerbaijani Explanatory Dictionary

ax inadkar. [Mehribanın]
nöqsanı yalnız savadsızlığı, eyni zamanda inadçı əsəbiliyi idi. S.Hüseyn.

İNADÇILIQ : Azerbaijani Explanatory Dictionary

ax inadkarlıq. Qaraca qı-zın təbiətində inadçılıq vardı.. Yusifdən nə qədər kötək yeyirdisə də, yenə tərsliyindən əl götürməzdi. S.S.Axundov.

İNADEDİCİ : Azerbaijani Explanatory Dictionary

ax inadkar.

İNADKAR : Azerbaijani Explanatory Dictionary

sif. [ər. inad ve fars.
..kar] İnad, inadcıl, ters, dediyinden el çekmeyen. Polis və qoşunun təzyiqinə baxmayaraq, qəhrəman və inadkar fəhlələr mədən dairə-sindən çıxmadılar. M.S.Ordubadi. Şair ən inadkar bir çocuq kimi; Endi xəyalının də-rinliyinə. S.Vurğun. Səlimnaz arvad [oğlu-nun] inadkar olduğunu çoxdan bildiyi üçün, daha təkid eləmədi, gəlib oğlu ilə yanaşı ye-riməyə başladı. M.Hüseyn.

İNADKARCASINA : Azerbaijani Explanatory Dictionary

zərf Terslik ederek,
inad göstererek, dediyinden el çekmeye-rek. Inadkarcasına demək.
Həbib Mədə-din fikri ilə razı idi. Ancaq inadkarcasına öz sözlərini təkrar edirdi.. Ə.Veliyev.

İNADKARLIQ : Azerbaijani Explanatory Dictionary

is.
İnadkar adamın xasiy-yeti; terslik, inad. Inadkarlıq etmək.
Qızın inadkarlığı; çox ağır gəldi ona. B.Vahabzade.
Sözünün üstünde durma, ezminden dönmeme; deyanet, sebat.

İNADLI : Azerbaijani Explanatory Dictionary

sif.
Ters, höcet, kec, inadcıl, dediyinden el çekmeyen. Mehriban inadlı bir qız idi. S.Hüseyn. çoxlarının bezdiyi və uzaq qaçdığı inadlı, şıltaqçı və ağlağan uşaqları Nazimə sanki əfsun ilə ələ alır(dı).
Mir Celal.
Əzmli, deyanetli, sebatlı, qetiyyetli. Inadlı mübarizə. Inadlı müqavimət.