Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
İNNABI : Azerbaijani Explanatory Dictionary

is. mus. Azerbaycan xalq oyun havalarından birinin adı.

İNNABLIQ : Azerbaijani Explanatory Dictionary

is. İnnab ağacları ekilmiş yer. Bağ başdan-başa innablıqdır.

İNNERVÄSİYA : Azerbaijani Explanatory Dictionary

is. [lat.] anat. Bedenin ve ya toxumanın qeyri-beraber elementler-le techizi.

İNSAF : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
İnsanda vicdan ve eda-let hissi, öz hereketleri üçün menevi mesu-liyyet hissi; vicdana müvafiq hereket. Insaf dinin yarısıdır. (Ata. sözü). Bəylərin bəyi-sən, xanların xanı; Unutma insafı, satma imanı.. Aşıq Əlesger. Insafımın və vicdanı-mın yanında məsul olaram, əgər yalan de-səm ki, təqribən yarım saat mənim təamım çəkdi.. C.Memmedquluzade. // Rehm, mü-rüvvet, şefqet, edalet. Insaf xoşdur, ey eşq, ancaq məni zəbuni et; Ha böylə möhnət ilə keçsinmi ruzigarım? Füzuli. Könlündə qalmadı insaf əsəri; Dürdanənin qəlbi sal buza döndü. M.Rahim. Məsmənin qəlbini dağlayan fələkin "çərxi çevrilmiş", fələkin zərrə qədər insafı, mürüvvəti yoxmuş! Mir Celal. □ İnsaf deyil
reva deyil, insafa müğayirdir. [Memmed:] Yox, bu insaf deyil ki, bu cür nəcib heyvanın leşini mən bu çöl-də dəfn etməmiş gedim.. E.Sultanov. İnsaf etmək (eləmək)
rehm etmek, merhemet göstermek, edaletle yanaşmaq. Omür keçdi, insaf elə, sevdiyim; Nə müddətdi dərdü möhnət çəkirəm. Q.Zakir. Vəfa rəsmin tutub gəl, ey pəri, cövrü cəfadan keç; Əgər adəm-sən, insaf et, bu vəzi-narəvadən keç. S.Ə.Şirvani. İnsaf görmək
vicdanı qebul etmek, reva görmek. İnsafa gəlmək (düşmək)
rehme gelmek, insaf elemek; haqsızlıq etmekden vaz keçmek, merhemet etmek. Eləmi qaldı səbir; Qovğadı, qaldı səbir; Nə yar insafa gəldi; Nə məndə qaldı səbir. (Bayatı). Insafa gəl, aman! Məni məhv etdi intizar; Səbrim tükəndi, yox qəmi-hicranə taqətim. H.Cavid. İnsafa gətirmək
rehme getirmek, üreyinde merhemet oyatmaq. İnsafdan çıxmaq
haqsızlıq, edaletsizlik etmek, birinin haqqını pozmaq, insaf ve vicdana müğayir hereket etmek. İnsafı itirmək
bax insafdan çıxmaq. İnsafı yol verməmək
insafı, vicdanı reva görmemek, insaf görmemek, reva görme-mek. Doğrusu, belə bir nazənin sənəmin sumkasının boş olmasına insafım yol ver-mədi. Ə.Haqverdiyev. [Demirçi Rzaya:]
.Səni beş qrana işlətməyə insafım yol ver-mir, artığa da gücüm çatmaz.. M.İbrahi-mov. Allah
.. insaf versin
edaletli, insaflı olmağa devet. [Qurban:] Allah Zərnigar qarıya insaf versin. Ə.Haqverdiyev.
İnsafla şeklinde
düzlükle, edaletle, vicdanla. Dünyada hər nə cür və xariqüladə bir məsələ bəsirət və insafla müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar. C.Memmed-quluzade.
İnsafdır(mı) şeklinde
revadırmı, in-safa, vicdana, edalete uyan şeydirmi? Insaf-dırmı, Bəlli Əhməd tutula; Qolac qolu dal gərdənə çatıla. "Koroğlu".

İNSAFƏN : Azerbaijani Explanatory Dictionary

zərf [ər.] İnsafla deyilse, düzü deyilse, heqiqetde (tesdiq bildirir). Insafən o, yaxşı işçidir. Insafən yaxşı uşaqdır.
In-safən [Murad beyde] padşah cəlalı vardı. Qantemir.
.Gülər insafən ən gözəl bir qız idi. C.Cabbarlı. Bu gözəllik ki sənin var, gö-zəlim, insafən; Nə mələkdə, nə pəridə, nə bir insandə olur. Ə.Vahid.

İNSAFLI : Azerbaijani Explanatory Dictionary

sif. İnsafı olan, insafla iş gören. Insaflı adam.
[Veli bey:] çox insaflı adamsan, mən çalışmağımı hesab etmirəm, çünki dost dost yolunda canını da qoyar. S.S.Axundov. Qoy Mehribanın Zeynal ilə Naşada verdiyi bu sualı hər bir insaflı kişi özünə versin. S.Hüseyn.

İNSAFSIZ : Azerbaijani Explanatory Dictionary

sif.
İnsaflı olmayan, mürüv-vetsiz; zalım, qeddar, rehmsiz. Insafsız gü-nəş də ki batmaq bilmirdi. E.Sultanov. Insafsız, avam bir adam olan əmim arvadı iri mis səhəngi çiynimə verib səhərdən ax-şama qədər mənə ayaqyalın, başıaçıq su daşıtdırardı. İ.Əfendiyev. // Zerf menasın-da. [Orxan:] Məndə artıq can qalmamış, Mərhəmət; Mərhəmət qıl, insafsız olma, Is-mət! H.Cavid.
Vicdansız, şerefsiz. Zeynəbin özü Mə-cidə xəbər verdiyini Nadir indi güman etdi və hər ikisi tərəfindən belə insafsız (z.) bir tərzdə aldandığına acıdı. B.Talıblı. // İs. menasında. Bilmirəm bu yanlış məlumatı gözəl qıza hansı bir insafsız xəbər vermişdir. M.S.Ordubadi. Sərt oldu rəftarı o insafsızın; Dərslərinə vaxtı qalmadı qızın. M.Rahim.

İNSAFSIZCA(SINA) : Azerbaijani Explanatory Dictionary

zərf Rehmsizcesi-
ne, amansızcasına, vehşicesine. [Əreblin-skini] insafsızcasına döymüşdülər. S.Rehi-mov. // Vicdansızcasına, haqsızcasına, he-yasızcasına. Onu insafsızcasına aldatmışlar.

İNSAFSIZLIQ : Azerbaijani Explanatory Dictionary

is. Rehmsizlik, mürüvvet-sizlik; zalımlıq, qeddarlıq. // Vicdansızlıq, edaletsizlik, haqsızlıq; vicdansız, haqsız hereket. □ İnsafsızlıq etmək
edaletsiz, vicdansız hereket etmek, haqsızlıq etmek. Veys haqqında insafsızlıq etdiyi başqa bir tərəfdən də çimnaza ağır gəlirdi. Ə.Əbül-hesen.

İNSAN : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Adam, beşer. Ey mələk-sima ki səndən özgə heyrandır sana; Həq bilir, insan deməz, hər kim ki insandır, sana. Füzuli. Ancaq onu da bilməmiş deyilsən ki, insan mələk deyil. M.Hüseyn. Insan özü qocalsa da; Urəyi yüz yaşında da qocalma-yır. B.Vahabzade.
İnsaniyyetli, vicdanlı adam. çox insan adamdır.
Murad kişi bağbandır; çox mehriban insandır. M.Rahim.
◊ İnsan oğlu
adam, insan. Insan oğlu, uzaqlaşma, gəl yaxın; Başqa yerdən alın-masın sorağın. M.Müşfiq.

İNSANABƏNZƏR : Azerbaijani Explanatory Dictionary

sif. İnsana oxşayan, adama oxşayan, insanı xatırladan.
◊ İnsanabənzər meymunlar zool.
qo-rilla, gibbon, oranqutanq ve şimpanzenin mensub olduğu meymunlar fesilesinin adı. Qədim insanabənzər meymunlar hələ meşə-lərdə yaşadıqları dövrdə onların əlləri və ayaqları ağac həyatına əlverişli surətdə uy-ğunlaşmışdı. M.Axundov.

İNSANCASINA : Azerbaijani Explanatory Dictionary

zərf ve sif. İnsana yaraşan terzde, insana layiq, insan kimi. Insancası-na rəftar. Insancasına münasibət. Insanca-sına hərəkət etmək.

İNSANDANQAÇAN : Azerbaijani Explanatory Dictionary

ax adamdanqaçan.

İNSANGİRİZ : Azerbaijani Explanatory Dictionary

[ər. insan ve fars.
..giriz] bax insandanqaçan.

İNSANİ : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] İnsana xas olan, insana aid olan; beşeri. Yüksək insani ləyaqət.
Cab-barlının qəhrəmanları nəcib insani hisslərə malikdirlər. M.Arif. Veysin yaxşı evdə rahat və gözəl yaşamaq meyli ən insani meyildir. Ə.Əbülhesen.

İNSANİYYƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
top. Bütün in-sanlar, beşeriyyet, insan övladı, insan ce-miyyeti. [Abdulla bey Asi ve S.Ə.Şirvani-nin] də məslək və əqidəsi və baş arzuları ümumi bəşərin və insaniyyət aləminin səa-dətidir. F.Köçerli. [Əli:] Din bir əmri-vaqe olaraq, insaniyyətlə bərabər doğmuş və əsr¬lərdən bəri dolanbac tarix yollarında onu təqib edir. çemenzeminli.
İnsanperverlik, insanlıq, insana yara-şan sifet ve feziletler, mürüvvet. Bu zəh-mətlər şərh olunmaz, uzundur: Insaniyyət həp bunlara mədyundur. A.Sehhet. Həbib Gözəlin evində hərarət, körpələrində ünsiy-yət, özündə mərhəmət gördüyü kimi, Gözəl də Həbibdə insaniyyət, mehribanlıq hiss edirdi. Ə.Veliyev.

İNSANİYYƏTPƏRVƏR : Azerbaijani Explanatory Dictionary

[ər. insaniyyet ve fars.
..perver] bax insanpərvər.
.Fər-had oxumuş olduğu üçün [Aslan] onu özün-dən daha mərhəmətli, insaniyyətpərvər və safdil ədd edirdi. C.Cabbarlı.

İNSANİYYƏTPƏRVƏRLİK : Azerbaijani Explanatory Dictionary

ax insan-pərvərlik. [Mektubda bele yazılmışdı] "..Daima insaniyyətpərvərlikdə və qan qar-daşlığına himmət göstərmənizi arzu edi-rik..". Ə.Əbülhesen.

İNSANİYYƏTSİZ : Azerbaijani Explanatory Dictionary

sif. İnsaniyyeti, insan-
lığı olmayan, insanlıq sifet ve feziletlerin-den mehrum; mürüvvetsiz, vicdansız. Insa-niyyətsiz adamdı.

İNSANİYYƏTSİZLİK : Azerbaijani Explanatory Dictionary

is. İnsaniyyeti, in-
sanlığı olmayan adamın hal ve sifeti; mü-rüvvetsizlik, vicdansızlıq.

İNSANLIQ : Azerbaijani Explanatory Dictionary

is.
top. Beşeriyyet, insan-lar. Sən mükafatını insanlığa xidmətdə ara; Əbədi zövqü, təsəllini həqiqətdə ara. A.Sehhet. Dünyada səfalət və fəlakət yalnız insanlığın yoxsul qisminə nəsib imiş. A.Şaiq. Insanlığa Tusilər, Səbuhilər verdik biz; 0e-rimizin qüdrəti bir dənizdir, bir dəniz. R.Rza. Qoy bütün insanlıq səcdənə gəlsin; Ey şəhid qanından qızaran bayraq! B.Vahabzade.
məc. İnsanperverlik, esil insana xas olan sifet ve feziletler; mürüvvet. Kim ki insanı sevər, aşiqi-hürriyyət olur; Bəli, hürriyyət olan yerdə də insanlıq olur. M.Ə.Sabir. Yox kimsədə mərhəmətlə vic-dan; Insanlığı həp unutdu insan. H.Cavid. Rəşidin bu insanlığını və hümmətini hər kəs bildi. İ.Musabeyov. □ İnsanlıq sifətini itirmək
edaletsiz, qeyri-vicdani iş gör-mek, insan adına layiq olmayan hereketlere yol vermek. Kömək etmək imkanı əldə ikən bu vəzifədən boyun qaçırmaq insanlıq sifətini itirmək deməkdir. M.S.Ordubadi.

İNSANPƏRVƏR : Azerbaijani Explanatory Dictionary

sif. [ər. insan ve fars.
..perver] İnsanları seven, insanlara meheb-bet besleyen; humanist. Iki ağıllı, aydın fikirli, nəcib və mədəni gəncin
. faciəsində böyük demokrat və insanpərvər ədibin icti-mai ədalətsizliyə qarşı qüvvətli etirazı mey-dana çıxır. M.Arif.

İNSANPƏRVƏRCƏSİNƏ : Azerbaijani Explanatory Dictionary

ax insanca-sına.

İNSANPƏRVƏRLİK : Azerbaijani Explanatory Dictionary

is. İnsanları sevme,
insanlara mehebbet besleme, onlara kömek etmeye hazır olma; humanizm.
.Azərbay-can xalqının müqəddəs insanpərvərlik duy-ğuları həmişə ətirli bir çiçəyi andıran "Əsli-Kərəm" dastanında öz ifadəsini tap-mışdır. M.İbrahimov. Səməd Vurğunun insanpərvərliyi
. yeni və yüksək idealların ifadəsidir. M.Arif.

İNSANSEVƏN : Azerbaijani Explanatory Dictionary

İNSANSEVƏR bax in-sanpərvər.