Azerbaijani Explanatory Dictionary
İRADƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
İnsan psixikasının, in-sanın öz qarşısına qoyduğu meqsede nail olmaq, arzu ve isteklerini heyata keçirmek qabiliyyetinde tezahür eden xüsusiyyet-lerinden biri. Iradə qüvvəsi. Iradə zəifliyi.
[Doktor:]
.Hər çətinliyi ortadan qaldıran iradədir. A.Şaiq. Min bir əzaba dözdün,
iradən sarsılmadı; Qəlbindən hicran yükü daş kimi asılmadı. S.Rüstem. Əjdər Mirzə Hüseynin sözlərində böyük iradə və inam olduğunu hiss edirdi. S.Rehman. // Bir şeyi elde etmek üçün gösterilen sey, cehd, qeyret, inad. [Sebire:] Birdən zərfi əlimdə gördüm. Qaytarmağa iradəm çatmadı. M.Hüseyn.
İstek, arzu, könül, teleb. Iradəsini yerinə yetirmək.
köhn. Əmr, hökm, ferman. // Niyyet, meram. [Vezir:] A kişi, padşahın iradəsi budur ki, sənin qızını alsın, razısanmı? ü.Hacıbeyov. □ İradə etmək (buyurmaq) köhn.
emr vermek, hökm etmek, buyurmaq. Pəs o biri rəfiq iradə etdi ki, daxil olsun, onun da halı bu qərar ilə oldu. M.F.Axundzade.
İRADƏLİ : Azerbaijani Explanatory Dictionary
sif. Möhkem iradeye, xarak-tere sahib olan (b a x iradə
ci menada). Iradəli oğlan.
[Güneş] nəzakətli, ciddi və iradəli bir qadın olmuşdu. A.Şaiq. Zeynəb
. ədəbiyyatımızda yaranmış iradəli qadın su-rətlərindəndir. M.İbrahimov. Həcər qızının möhkəm iradəli olduğunu bilirdi. Ə.Veliyev.
İRADƏLİLİK : Azerbaijani Explanatory Dictionary
is. Möhkem iradeye malik olma, iradece möhkemlik; sebatlılıq.
İRADƏSİZ : Azerbaijani Explanatory Dictionary
sif. İradesi olmayan, iradesi zeif, qetiyyetsiz. Zeynal iradəsiz bir gəncdi. S.Hüseyn.
İRADƏSİZLİK : Azerbaijani Explanatory Dictionary
is. İradesi olmayan ada-mın hal ve keyfiyyeti; irade zeifliyi, qetiy-yetsizlik. Toğrul artıq hökumət işlərindəki dəyərsizliyini və həddindən artıq zəiflik və iradəsizliyini göstərdi. M.S.Ordubadi. [Mahmud] iradəsizlik etsə, özünü məhv edə bilər. Z.Xelil.
İRADƏT : Azerbaijani Explanatory Dictionary
[ər.] klas. Arzu, istek, könülden gelen razılıq. Oz iradəti ilə (öz razılığı ile).
Hüsn afəti-eşq olub dəmadəm; Gəldikcə iradət oldu möhkəm. Füzuli. Durmuşam eyni iradətlə yenə; Baxıram kuyinə həsrətlə yenə. M.Ə.Sabir. [Mirze Beyler:] Bir az məhəbbətə sədaqətim var; Şövq ilə həvəsə iradətim var. Aşıq Əlesger.
İRADİ : Azerbaijani Explanatory Dictionary
sif. İradeye aid, iradeden asılı olan, irade ile bağlı olan; ixtiyari. Iradi hərəkət.
İRADSIZ : Azerbaijani Explanatory Dictionary
sif. Heç bir iradı, nöqsanı olma-yan; nöqsansız, qüsursuz, eyibsiz. Iradsız iş. Iradsız əsər. Iradsız adam olmaz.
İRADSIZLIQ : Azerbaijani Explanatory Dictionary
is. Nöqsansızlıq, qüsursuz-luq, eyibsizlik.
İRAQ : Azerbaijani Explanatory Dictionary
zərf Uzaq, uzaqda. Iraq olmaq. Iraq durmaq.
Gül əkdim, şaxta vurdu; Nə yaman vaxtda vurdu; Bimürvət ovçu məni; Yardan iraqda vurdu. (Bayatı). Mürği-ru-hum getməz səndən irağa. Aşıq Əlesger. □ İraq düşmək
uzaq düşmek, ayrılmaq, uzaqda olmaq. [Bahadır] gördü ki, Sonadan xeyli iraq düşübdür. N.Nerimanov. İraq eləmək
uzaqlaşdırmaq, uzaq elemek. çı-xardaq məmləkətdən; Olkədən iraq eyləyək! Aşıq Əlesger. İraq olmaq
uzaq olmaq, uzaq düşmek. Elə bilsin padşahi-zamandır; Hər kim iraq olur, müxtəsər, səndən. Q.Zakir. Müddətdi gözümdən olubdu iraq; Əridib ürəyim dərdü qəm, fəraq. Aşıq Əlesger. Gözümdən bir an da iraq olmadın; Mən sənə hər yerdə Vətən deyirəm. S.Rüstem. // sif. Uzaq. Uzaq ölkələrə, iraq ellərə; Axışan buludlar, axan buludlar! N.Refibeyli. // Is. mənasında. Uzaq yer. Yo-lum oldu iraqlar; çiynim kəsdi yaraqlar; Ayrılıq məlum oldu; Mən ağlaram, yar ağlar. (Bayatı). İraq iraq candan iraq ol-sun
uzaq olsun, Allah göstermesin (qor-xulu, zererli, arzuedilmez bir şey, hadise haqqında deyilir). [Gülsüm xala:] Buy, bu nə sözdür deyirsən, a qadasın aldığım, iraq canından, Allah eləməsin ki, Şirin qiyamətə kimi yatsın.. E.Sultanov. [Seriyye xala:] Iraq candan, [uşaqlar] dilənçiyə oxşayırdı-lar. M.İbrahimov. [Kiçikxanım:] Allah elə-məsin, iraq candan!
deyə onun əlini sıxdı və tələsirmiş kimi ayrılıb getdi. Mir Celal.
İRAQLAŞDIRILMA : Azerbaijani Explanatory Dictionary
"İraqlaşdırılmaq"-dan f.is.
İRAQLAŞDIRILMAQ : Azerbaijani Explanatory Dictionary
məch. Uzaqlaşdı-rılmaq.
İRAQLAŞDIRMA : Azerbaijani Explanatory Dictionary
"İraqlaşdırmaq"dan f.is.
İRAQLAŞDIRMAQ : Azerbaijani Explanatory Dictionary
f. Uzaqlaşdırmaq.
İRAQLAŞMA : Azerbaijani Explanatory Dictionary
"İraqlaşmaq"dan f.is.
İRAQLAŞMAQ : Azerbaijani Explanatory Dictionary
f. Uzaqlaşmaq.
İRAQLIQ : Azerbaijani Explanatory Dictionary
is. Uzaqlıq, uzaqda olma. Mə-nim qanıma girmə, ey pəri, kim; Iraqlıqdan gözüm qan ağlar oldu. Kişveri.
İRANLI : Azerbaijani Explanatory Dictionary
is. ve sif. İran ehalisinden olan; İran vetendaşı, İran tebeesi.
İRANŞÜNAS : Azerbaijani Explanatory Dictionary
is. [fars.] İranşünaslıq mü-texessisi.
İRANŞÜNASLIQ : Azerbaijani Explanatory Dictionary
is. İran dilleri ve mede-niyyetini öyrenen elmlerin mecmusu; İran filologiyası.
İRBİS : Azerbaijani Explanatory Dictionary
is. zool. Qar bebiri, pişikkimiler fesilesinden memeli yırtıcı heyvan.
İRÇAL : Azerbaijani Explanatory Dictionary
dan. bax riçal. Armud irçalı
. indi istədiyin qədər taparsan. Ə.Əbülhesen.
İRÇƏ : Azerbaijani Explanatory Dictionary
is. məh. Qelib. Zərgər irçəyi.
İRDƏLƏMƏK : Azerbaijani Explanatory Dictionary
f. məh. Temizlemek, arıt-maq. Taxılı irdələmək. Meyvəni irdələmək.
İRƏLİ : Azerbaijani Explanatory Dictionary
zərf
Hereketin istiqametine göre qabağa, qabaq terefe (geri eksi). Irəli yeri-mək. Irəliyə addımlamaq. Irəli çıxmaq. Irəli sürmək.
Qaraca qız isə irəli gəlib öz dos-tunun zəhərlənmiş qanını sorur. S.S.Axun-dov. Kəhər yerindən dördnala sıçrayıb dır-nağının altından palçıq topaları səpələyə-səpələyə irəli cumdu. M.İbrahimov. □ İrəli vermək
1) qabağa vermek, qabağa uzat-maq. Tüfəngi irəli vermək; 2) qabağa itele-mek, qabağa çıxartmaq. Uşağı irəli verdim. // Sif. mənasında. Qabaq, ön. Məktəbin irəli tərəfi güllükdür. // İrəlidəki şeklinde
önde olan, qabaqda olan. Irəlidəki dəstə sürətlə qaçırdı. // Qabaq terefe, qabağa (bezen irə-liyə şeklinde). Urkə tövşüyə-tövşüyə su iç-mək üçün başını irəli uzadanda silah səsin-dən diksinib qulaqlarını şəklədi. M.Hüseyn. Sal daşının dibindən irəliyə bir qoşalülə çıxmışdı.. M.İbrahimov. Qırmızı alov irəli hücum edir, pəncələnmiş buğda dərzlərini yandırıb məhv edirdi. Ə.Veliyev. // İrəli-dən şeklinde
qabaqdan, önden, qarşıdan. Irəlidən arıq tülküyə bənzəyən alış-verişçi-lər qaban kimi gümrahlanıb don-don don-quldanırdılar. E.Sultanov.
Əvvel, qabaq. Fərəhimdən ölərəm gər səni birdən görsəm; Gəlməyindən irəli eylə xəbərdar məni. S.Ə.Şirvani. [Allahqulu:] O məndən bir-iki saat irəli gəlibdir. N.Vezirov. // Tez. Hamıdan irəli gəldi. □ Bundan irəli
1)
..evvel,
..qabaq. Yetmiş il bundan irəli bina olunan Naxçıvan hamamlarının xəzi-nəsinin suyu yeddi ildə bir dəyişilir. C.Memmedquluzade. Indiki işləri görəndə on bir il bundan irəli olan bu əhvalat yadıma düşür.. Qantemir; 2) keçmişde, keçmiş za-manda, evveller, qabaqlar. Bundan irəli ar-vadlar ərləri ilə fəxr edirdilər. Ə.Veliyev.
// İrəlilər irəlilərdə şeklinde
keçmişde, qabaqlar, evveller. [Qurban:] Qarı nənə, bayaq dedim, irəlilər ar eləyirdim. Ə.Haq-verdiyev. [Cahangir ağa:] Irəlilərdə mən də sənin kimi eşitmişdim. S.S.Axundov.
İrəlini şeklinde
geleceyi, sonranı, qabağı, gelecek zamanı (dövrü, şeraiti ve s.-ni). Irəlini nəzərə almaq. Irəlini düşün-mək. Rəhbərlik etmək üçün irəlini görmək lazımdır. // İrəlidə şeklinde
1) qabaqda, önde, qarşıda; 2) qabaqda, sonra. Bu xüsus-da söhbət irəlidə gedəcəkdir.
Irəlidə Mər-dəkanın işıqları fərq edilirdi. S.Hüseyn. Birinci gün olduğu kimi yenə də Cavad irəlidə gedir, döyüşçüləri ruhlandırırdı. Ə.Veliyev. // Gelecekde, qarşıda. Irəlidə Səmədi tamamilə yeni bir həyat, yeni işlər, yeni qayğılar gözləyirdi.
◊ İrəli atmaq
ortalığa atmaq, ireli sür-mek, müzakireye qoymaq. Onu gözəl tanı-yır və həmişə qabaqda getdiyini, yeni təşəb-büslər irəli atdığını yaxşı bilirdilər. İrəli düşmək
1) bir işden qazanc elde etmek, xeyir görmek, menfeet götürmek. Hacı Sultan isə yalnız daşgərdişindən gündə qırx-əlli pud irəli düşürdü. S.Hüseyn; 2) başqasından daha tez hereket etmek, mü-veffeqiyyet elde etmek, qabaqlamaq. O, məndən irəli düşdü. İrəli çəkilmək
baş-qalarının arasından seçilib daha mesul işe, vezifeye teyin edilmek. [Sara] xalq məhkə-məsində bir il qulluq etdi, irəli çəkildi. Mir Celal. İrəli çəkmək
1) başqalarının ara-sından seçib daha mesul işe, vezifeye qoy-maq. Onu məktəb müdiri vəzifəsinə irəli çəkmişdilər; 2) ortaya atmaq, ireli atmaq. Müəllim Tellinin irəli çəkdiyi şəriət məsələ-sini təhlil etmək istəyirdi. S.Hüseyn. İrəli getmək
1) irelilemek; 2) daha mütereqqi fikirler ireli sürmek. C.Məmmədquluzadə bəzi ictimai hadisələrin anlayışında çox irə-li gedir. M.İbrahimov; 3) inkişaf etmek, te-reqqi etmek, artmaq. [Bedirnise:] Bu, çox yaxşı qızdır. Kənddə qadınların irəli getmə-yinə çox can yandırandır. Mir Celal. [Memmed:] Sən təsəvvür edirsənmi, beş-on ilin içərisində elm nə qədər irəli gedib? Ə.Əbülhesen. İrəli gəlmək
1) emele gel-mek, yaxşılaşmaq, düzelmek. Uşaq günbə-
gün irəli gəlir.
[Baloğlan:] Daha bal da yesə, irəli gəlməz. C.Cabbarlı; 2) töremek, doğmaq, meydana çıxmaq, baş vermek. Nöqsanlar diqqətsizlikdən irəli gəlmişdir.
[Beypolad:] Cəsarətimin əfv ediləcəyinə əminəm, çünki səmimiyyətdən irəli gələn qüsurlar əfv edilir. H.Cavid. İrəli sürmək
müzakire, melumat ve s. üçün teklif etmek, ortaya atmaq. Ittiham irəli sürmək. Tezis irəli sürmək. Namizədlər irəli sürmək. İrə-lidə getmək
1) qabaqcıl olmaq, birinci yeri tutmaq, başqalarını ötüb keçmek. Yarışda irəlidə getmək; 2) yol göstermek, başçılıq etmek, qabaqda getmek. Birinci gün olduğu kimi yenə də Cavad irəlidə gedir, döyüşçü-ləri ruhlandırırdı. Ə.Veliyev.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani