Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
AŞIRILMAQ : Azerbaijani Explanatory Dictionary

"Aşırmaq"dan məch.
t-siz. Minmek. Rüstəm atını hündür bir daşa çəkib, onun üstünə aşırıldı. S.Rehimov.
t-siz. üzerinden atılıb düşmek, aşmaq. Atdan aşırılıb düşmək.
t-siz. çevrilmek. O, çarpayıda o tərəf-dən bu tərəfə aşırıldı.

AŞIRIM : Azerbaijani Explanatory Dictionary

is. Dağın beli, dağın aşıb keçmek üçün yararlı yeri. Aşırımları aşdı, keçirim-ləri keçdi, özünü Ruma yetirdi. "Koroğlu".
.Yuxarı aşırıma doğru yönələrkən ovçuya elə gəldi ki, Maral gölünün gözü dolmuşdur. Ə.Memmedxanlı. Bu dağın aşırımlarını
. Murad dəfələrlə Əzizə tərifləmişdi. Ə.Veliyev.

AŞIRMA : Azerbaijani Explanatory Dictionary

is.
"Aşırmaq"danf.is.
Bir şeyin üstünden atılan, sallanan ve ya bağlanan bağ.
Şalvarı düşmeye qoymamaq üçün çi-yinden keçirilib şalvara bend edilen lentşe-killi qoşa bağ; şalvar asmalığı. Rezin aşırma.
0 Aşırma atəş
müharibede: mermilerin qabaqda duran qoşunların başı üstünden ve ya maneeler (meşe, tepe, kend) üzerinden atmaqla düşmenin uzaq mövqelerini topa tutma. Aşırma qatar köhn.
sağ çiyin ile sol qoltuq arasından keçirilen qatar, patrondaş.

AŞIRMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Qaldırıb qoymaq, yükle-mek. Yükü atın belinə aşırmaq. Yeşiyi dalına aşırmaq.
üzerinden keçirmek, sallamaq.
.Müsyö
Jordan firəngi libasında, qıçın qıçı üstə
aşırıb,
. lülələnmiş tənbəki yarpağını yan-
dırıb çəkir. M.F.Axundzade. Həcər təkrar
papağı başına qoydu, əlini aynalıya atdı,
kəməri çiyninə aşırdı. S.Rehimov.
üzerinden atmaq. Vahid üzərində
ağırlaşan yorğanı cəld aşırıb dikəldi. Mir
Celal. [Heyder] bu yükü aşırmaq və dərdini
boşaltmaq istəyirdi. S.Rehimov.
Yıxmaq, döndermek, çevirmek, devir-mek, endirmek, düşürmek, salmaq. Arabaçı dərədə arabanı aşırdı.
Bir az keçmiş kol-ların arasından güllələr açıldı. Birinci güllə zənbərəkçini aşırıb dəvədən saldı. çemen-zeminli. // Diyirletmek. Eyvazın briqada-sında işləyən bir dəstə iri bir daşı aşıra-aşıra (z.) dərənin qırağına gətirirdi. Ə.Veliyev.
Hündür bir yerin üstünden keçirmek. Səlim Kərim bəyi meşənin ən sıx yerindən keçirib, təpənin dal tərəfinə aşırdı. Mir Celal.
Atlatmaq, keçirmek, yaxa qurtarmaq. Bu bəlanı da başımızdan aşırdıq.
məc. dan. öldürmek, vurub öldürmek; vurmaq, vurub yıxmaq. Ovçular dünən üç canavar aşırdılar.
Lidiya bir güllə ilə onu [düşmeni] aşırdı. Ə.Əbülhesen.
məc. Bir şeyi acgözlükle ve celd yemek. [Qonaqlar] sabah açılanda qalxıb, bir cüt.. toyuğun da çığırtmasını aşırdılar. S.Rehimov.
məc. dan. Birinin malını, pulunu ve s.-ni menimsemek, yemek, udmaq, dağıtmaq, xercleyib puç etmek.
məc. dan. öhdesinden gelmek, hell
etmek. [Ağamerdan:] Hacı Rəcəbəli əldə ol-
masa, bu işi aşırmaq olmaz. M.F.Axundzade.
0 Alığını aşırmaq
b a x alıq. Ayağını başından aşırmaq
b a x ayaq.

AŞIRTMAQ : Azerbaijani Explanatory Dictionary

f. b a x aşırmaq 1, 3 ve
ci menalarda.

AŞISIZ : Azerbaijani Explanatory Dictionary

sii. Aşı vurulmamış, aşılanmamış. Aşısız dəri. Aşısız gön.

AŞİKAR : Azerbaijani Explanatory Dictionary

[fiars.] klas. bax aşkar. Bu aşikar bir mətləbdir; bəyana ehtiyacı yoxdur. C.Memmedquluzade. Birdən-birə göründü gözə bir xərabəzar; Görəsən nə qəmli mənzərələr aşikar idi. M.Hadi. Pa-paqların bəzisi uzun qovun çeşnisində idi. Bunların sahibinin molla və əyandan olmağı aşikar idi. çemenzeminli.

AŞİQ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Birisine mehebbet bağ-lamış, vurulmuş, bend olmuş adam; vurğun. Eyləməz xəlvət sərayi-sirri-vəhdət məhrəmi; Aşiqi məşuqdən, məşuqi aşiqdən cida. Füzuli. Bu müşəxxəsdi ki, eşq aşiqə qovğa gətirir. X.Natevan. Hər aşiqin ki sən kimi bir gülyanağı var; Lalə kimi əyandı ki, könlündə dağı var. S.Ə.Şirvani. // Meftun, vurulmuş, alude. Mən təbiətin bu gözəl-liklərinə aşiqəm. O, öz sənətinin aşiqidir.
Kim ki insanı sevər, aşiqi-hürriyyət olur; Bəli, hürriyyət olan yerdə də insanlıq olur. M.Ə.Sabir. Mirzə Səiərin söhbətlərinə hamı aşiqdi. Gözəl danışardı. Ə.Haqverdiyev. Dağıtmış yuxumu yenə gözümdən; Əzəldən nəğmələr aşiqiyəm mən. S.Vurğun. □ Aşiq olmaq
vurulmaq, mehebbet bağlamaq; meftun olmaq. Yarın, bahar mövsümüdür, aşiq olmalı; Canan yolunda ölmək üçün şaiq olmalı. A.Sehhet. [Seadet:] Oğlum bir könüldən min könülə Gülnaza aşiq olub. M.İbrahimov.

AŞİQANƏ : Azerbaijani Explanatory Dictionary

sii. [ər. aşiq ve iars.
..ane] Eşqe, mehebbete, sevgiye aid olan; eşq, mehebbet, sevgi ifade eden. Aşiqanə məktub. Aşiqanə roman. Aşiqanə lirika. Aşiqanə nəzər salmaq.
Mən aşiqəm, həmişə sözüm aşiqanədir. Füzuli. Yetişdim kamə, yazdım aşiqanə şeirlər, Seyyid. S.Ə.Şirvani. Fəryad elə bir dəm aşiqanə (z.); Söylə dili-zarü natəvanə. M.Ə.Sabir. Füzulinin özü həqiqi aşiq olduğu üçün kəlamı dəxi başdan-ayağa aşiqanədir. F.Köçerli.

AŞİQLİK : Azerbaijani Explanatory Dictionary

is. Aşiqin, birine vurulmuş adamın halı; aşiq olma, eşqe mübtela olma;
vurulma, bend olma. Məndə Məcnundan iüzun aşiqlik istedadı var. Füzuli. Aşiqlik işinə xeyli püriənəm; Fərhada, Məcnuna, Vamiqə tənəm. Q.Zakir.

AŞİQ-MƏŞUQ : Azerbaijani Explanatory Dictionary

[ər.] Bir-birine berk vu-
rulma (vurulmuş). □ Aşiq-məşuq olmaq
- bir-birine berk vurulmaq. [Bedircahan:] Züleyxa xanım sənə belə aşkarca aşiq-məşuq olub dinməz-söyləməz. N.Vezirov.

AŞİNA : Azerbaijani Explanatory Dictionary

is. ve sifi. [fiars.] klas.
Melumatlı, vaqif, tanış, xeberdar, beled. □ Aşina olmaq
tanış olmaq, beled olmaq.
Dost, yaxın yoldaş. Görən kim oldu bu gülşəndə aşinası gülün? X.Natevan. Biga-nələrlə çünki olur aşina könül; Kaş olma-yaydım ol güli-bixarə aşina. S.Ə.Şirvani. Gördüm əğyarın aşinaları var; Vətəni, qövmü əqrəbaları var. A.Sehhet.

AŞİNALIQ : Azerbaijani Explanatory Dictionary

a x aşnalıq. Vaxtında sən aşinalıq etdin; Döndün, belə bivəialıq etdin. X.Natevan. Əzəldən eylədin mənnən aşinalıq; İndi nədən oldu bu bivəialıq? Aşıq Dilqem.

AŞİYAN : Azerbaijani Explanatory Dictionary

is. [iars.] şair. Yuva, quş yuvası. Nə oldu bülbülə kim, qıldı gülüstan tərkin? Unutdu güllərini, etdi aşiyan tərkin. X.Natevan. Orada indi başqa məhəbbət, başqa eşq aşiyan edəsidir. S.S.Axundov. De, hansı məclisdə sənsiz oturdum; Bir aşi-yan tikib, bir yuva qurdum... S.Vurğun.

AŞİYANƏ : Azerbaijani Explanatory Dictionary

[fars.] b a x aşiyan. Yəqin ki, şaxi-gül üstündə aşiyanə tikib; O qarə züli camalında bir pərəstudur. S.Ə.Şirvani. Quş-lar qayıdıb oxur təranə; Şaxlarda tikirlər aşiyanə. A.Şaiq.

AŞKAR : Azerbaijani Explanatory Dictionary

sii. Açıq, aydın, göz qabağında olan, belli, melum. Aşkar məsələ. Aşkar iş. □ Aşkar etmək
meydana çıxarmaq, üze çıxarmaq, belli etmek, göstermek, üstünü açmaq, müeyyenleşdirmek. Vəziyyəti aşkar etmək lazımdır. Aşkar olmaq
meydana çıxmaq, belli olmaq, melum olmaq, üze çıx-maq, üstü açılmaq, aydın olmaq. Məsələ indi aşkar oldu.
Zənn edirəm ki, mətləb burada aşkar olur. C.Memmedquluzade. // zəri Açıq, aydın, gizletmeden. [Hacı Hesen:] Biryolluq aşkar de ki, Nazlını da verəcəyəm Mir Bağır ağaya. C.Memmedquluzade. Yox,
. sənin səsində bir titrəyiş var; Gəl məndən gizləmə, aç söylə aşkar! S.Vurğun.
is. Heqiqet. [Qurban:] Pəh, pəh, pəh, belə də dəsgah olarmı, başına dönüm
. bu yuxudur görəsən, a Qulu, yoxsa aşkardır. N.Vezirov. [Nise xala:] İlahi, bu yuxudur, nağıldır, aşkardır? Mir Celal.

AŞKARA : Azerbaijani Explanatory Dictionary

sii. və zəri Açıqdan açığa, açıq-aydın. [Divanbeyi:] Mənim mahalımın ortasında aşkara quldurluq quru nağıldır? M.F.Axundzade. [Selimnaz xanım:] Sən bu gün aşkara dava axtarırsan. N.Vezirov. □ Aşkara çıxarmaq
meydana çıxarmaq, üze çıxarmaq, belli etmek, üstünü açmaq. Aşkara çıxmaq
meydana çıxmaq, üze çıx-maq, belli olmaq, üstü açılmaq, bilinmek.

AŞKARCA : Azerbaijani Explanatory Dictionary

zərf (bezen aşikarca şeklinde de tesadüf edilir). b a x aşkara. Gəldiyev Muxtarı görəndə yanındakıları aşkarca qovdu. Mir Celal.

AŞKARLIQ : Azerbaijani Explanatory Dictionary

is. Aydınlıq, açıqlıq, göz qa-bağında olma, zahirde olma, melum olma.

AŞQAL : Azerbaijani Explanatory Dictionary

sii. məh. Arıq, döllüye yaramayan
(qoyun).

AŞQALLANMA : Azerbaijani Explanatory Dictionary

"Aşqallanmaq"dan i.is.

AŞQALLANMAQ : Azerbaijani Explanatory Dictionary

f. məh. Pozulmaq, xarab olmaq, cırlaşmaq, yararsız olmaq (qoyun).

AŞQAR : Azerbaijani Explanatory Dictionary

is. Müeyyen meqsedle bir şeye elave edilen, qatılan başqa madde; bir şeyin terkibine daxil olan madde, ünsür; xelite. Bu unda aşqar var.
Hamısı Allah bəndəsi
. akulə düyüsünə Tərtər düyüsündən aşqar vurmayan [adamlardır] Ə.Haqverdiyev. [üzüm cecesi] gil məhlulu üçün əlavə aşqar kimi yarayır. (Qezetlerden).

AŞQARLI : Azerbaijani Explanatory Dictionary

sii. Aşqarı olan, terkibine başqa şey, başqa ünsür qatılmış olan.

AŞQARSIZ : Azerbaijani Explanatory Dictionary

sif. Terkibinde başqa şey, başqa ünsür olmayan; heç bir şey qatılmamış; xalis, temiz. Aşqarsız un.