Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
KAM : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
Arzu, meqsed, meram, murad. Neçə ildir gözümüzü Mürsəlin toyu-na dikmişik, bu bizim üçün böyük kamdır... A.Şaiq. Zaman bizdən kam alıbdır; Daha ürək qocalıbdır; Bizdən ancaq ad qalıbdır; Nə sən gülsən, nə mən bülbül. B.Vahabzade. □ Kam almaq
1) b a x kama yetmək (yetişmək çatmaq). Fərhad, Məcnun, Kərəm kamın almadı; Bir Yusifi sevdiyinə yetirdin. Molla Cüme. Biz də muradımızca fələkdən kam alaydıq; Sizə qonşu olaydıq. M.Müşfiq; 2) intiqam almaq, evez olaraq birinin fela-ketine sevinmek. Kam bulmaq köhn.
bax kam almaq
ci menada. Fəsli-bahar gəldi, könül, şad, kam bul! Q.Zakir. Kam vermək
arzusuna, kamına yetirmek. Xəstədir, Qövsi, təbibin, dərd bilmək çağıdır; çarə qılmaq, kam vermək, könül almaq çağıdır. Qövsi. Kama yetirmək
arzusuna çatdır-maq. Kama yetmək (yetişmək çatmaq)
arzusuna nail olmaq, meqsedine çatmaq. De-yin sərvi-güləndama; Oldürsün, yetişsin kama. Q.Zakir. [Mirze Rza:] [Nesreddin şahı] öl-dürdüm, indi kama yetişdim! C.Cabbarlı. Yoxsa yetməyəcək kamına şair; Quru bir tax-tanı simsiz çalacaq? S.Vurğun. Kami-dil klas.
ürek arzusu. Şükr Seyyid, gedirəm kami-dil ilə bu səhər. S.Ə.Şirvani. Kamı gözündə qalmaq
arzusuna çatmamaq, ar-zusu üreyinde qalmaq. Gözündə qalmasın insanın kamı. Z.Xelil.
klas. Lezzet, zövq. □ Kam vermək

zövq vermek, lezzet vermek. Açdın dəri-iltifatü ənam; Verdin gərəgincə hər kəsə kam. Füzuli. Kam götürmək
zövq almaq, lez-zet almaq. [Qadın:] Ikicə nəfər belə balam olaydı, hərəsini bir məktəbə qoyaydım, hər gün birinin yanına gedib baxanda kam gö-türəydim. Mir Celal.
Kamınca kamımca şeklinde köhn.

üreyince, üreyimce; istediyin kimi, istedi-
yim kimi. Seyyid, təhəmmül et şəbi-hicranə,
çəkmə ah; Bir gün olur ki, kamınca ruzigar
olur. S.Ə.Şirvani. Yüz il yaşayıb bircə gün
ömrümdə fələkdən; Kamımca mədar olmasa,
mən neyləyə billəm? Ə.Vahid.

KAM : Azerbaijani Explanatory Dictionary

is.: kamına çəkmək
udmaq. Əj-daha itaət edib cəhənnəmi çəkdi kamına. Ə.Haqverdiyev. Ikibaşlı əjdaha kimi [sel] ağzını açıb, bizi kamına çəkmək istəyirdi. S.Rehimov.

KAMAL : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Kamillik, yetkinlik.
Elm, ürfan, fezilet. [Hacı Nuru şair:] Atan oxumuşdu, kamalı var idi. M.F.Axund-zade. Ana gərək övladına kamal işığını ba-ğışlasın. C.Memmedquluzade. □ Kamala çatmaq (yetmək yetişmək)
yetkinleşmek, yetkinlik dövrüne çatmaq; kamilleşmek, tek-milleşmek. Bədəsillər çətin yetər kamala; Əgər ki, oxuya üzündən məni. Q.Zakir. Bəlkə də yetməmiş dünya kamala; Bəlkə də görmə-yir bu dəhşətləri. S.Vurğun. [Əliş Gülcamala:] Sonra da Gəncədə məktəbə getdik; Bir yer-də oxuyub kamala yetdik. Z.Xelil. // Nöq-sansızlıq, mükemmellik, tamamlıq, bitkin-lik. Kamala yetirmək
yetişdirmek, ders vermek, yetkinleşdirmek. Vaqif kimi molla-dan dərs almısan; Gər yetirsin səni kamalə, Yetər. M.P.Vaqif.
Ağıl, zeka, derrake. Kamil insan kama-lından bəlli olar. (Ata. sözü). Ələsgər söy-ləyə söz müxtəsərin; Ağlı kamil ola, kamalı dərin; Hamı bir ağızdan deyə "afərin!" Aşıq Əlesger. □ Kamal sahibi
ağıllı, derrakeli (adam). Gün kimi neməti-xubluqda kamal sahibidir. M.P.Vaqif. Kamalı (kamaldan) azmaq
ağlını itirmek, deli olmaq. Mahi-təmamə eylədi nisbət camalını; Nöqsanı var ki, Seyyid azıbdır kəmaldən. S.Ə.Şirvani. // İnsan ömrünün yetkinlik dövrü.
İzafet terkiblerinde: qoşulduğu söze bitkinlik, tamlıq, mükemmellik menası ve-rir; mes.: kamali-ehtiramla (tam ehtiramla, artıq ehtiramla), kamali-ləzzətlə (böyük lez-zetle), kamali-diqqətlə (tam diqqetle, böyük diqqetle).
.Əgər bəzi şəxslərə həmin mə-sələ [papaq meselesi] əhəmiyyətsiz və xırda bir məsələ görsənsə, biz kamali-cürətlə deyə bilərik... C.Memmedquluzade. [Selim] kamali-etidalla gözləyirdi ki, [Mehriban] ağlayıb ürəyini boşaltsın. S.Hüseyn.
.Kamali-ehtiramla [Hacı Qambay ve Meşedi Heybete] salam verdim. Qantemir.
◊ Kamal attestatı
tam orta mektebi qur-tarmaq haqqında attestat.

KAMALENCA : Azerbaijani Explanatory Dictionary

zərf köhn. Lazımi derecede, mükemmel suretde, kifayet qeder; lazımın-ca. Bu vaxtadək nə Qasım bəy Zakirin və nə Hacı Seyid Əzim Şirvaninin tərcümeyi-hal-ları və əşarü asari kamalınca öyrənilməyib. F.Köçerli.

KAMALLANMA : Azerbaijani Explanatory Dictionary

"Kamallanmaq"danf.is.

KAMALLANMAQ : Azerbaijani Explanatory Dictionary

f. Əqlen kamilleşmek, yetkmleşmek.

KAMALLI : Azerbaijani Explanatory Dictionary

sif. Kamal sahibi olan; ağıllı, terbiyeli, merifetli. Kamallı uşaq.
[Şeref-nise xanım:] Nə sözdür ki, sənin kimi cavan, kamallı oğlan Tiflisdə qulluq tapmaz? M.F.Axundzade. [Hacı:] Oğlanlarım, ağıllı olun, kamallı (z.) olun, gəlinlər sizi bir-birinizdən ayırmasın. Qantemir. Mən sənin gözlərindən görürəm, kamallı balasan, ancaq kimə nə fayda?! S.Rehimov.

KAMALLILIQ : Azerbaijani Explanatory Dictionary

is. Əqli cehetden kamillik, yetkinlik, bitkinlik.

KAMALSIZ : Azerbaijani Explanatory Dictionary

sif. Ağlı-kamalı olmayan, eqli cehetden kamil olmayan; merifetsiz. [Qadın:] Cənab, belə sözləri nə üçün buyurursunuz?
. Mən onlara ağılsız, qabiliyyətsiz, kamalsız deyə bilmərəm. Ə.Haqverdiyev.

KAMAN : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
Bax kamança. Nə qədər dərdlidir o qırıq kaman; Şikayət eylə-yir öz dünyasından. S.Vurğun. Söylədik qan ağlayan Araza dərdimizi. S.Rüstem. Sular üstə yayılır; Tar səsi, kaman səsi. İ.Seferli.
Oxatan yay. Ox atılır, sanki kaman səslənir; Saheyi-meydanda vurur tək səbir. M.Ə.Sabir. Nişançılar dərhal kamanlarını çiyinlərindən çıxarıb, xurma ağacları içəri-sinə yüyürdülər. Ə.Memmedxanlı.
0 Kaman kimi əyilmək məc.
beli eyil-mek (bükülmek), ikiqat olmaq. Kaman kimi (tək) əymək məc.
belini eymek. Eləmi deyər məni; Yadlara deyər məni; Ayrılıq uzun olsa; Kamantək əyər məni. (Bayatı). Kama-na dönmək
bax kaman kimi əyilmək. Əziziyəm çəkməkdən; Qəlyan alıb çəkmək-dən; Qəddim kamana döndü; Qürbət dərdi çəkməkdən. (Bayatı). Qaşı kaman şair.
bax kamanqaş(lı). Qaşları kaman, ay qız; Apar-dın iman, ay qız; Dedim, hara gedirsən? Oldun bədgüman, ay qız! (Bayatı). Müjgan-ların oxdu, qaşların kaman; Gözlərin qəsd edər cana, Gülpəri! Aşıq Əlesger. [Sultan bey:] Aman, aman, oy, qaşı kaman, oy! Gəl alım, maralım, dilbilməz! U.Hacıbeyov.

KAMANÇA : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Alt terefi diz üstüne qoyulub yayla çalınan musiqi aleti; kaman. Kamança çalmaq. Kamança kirişi.
Məclisin dalından kamança səsi eşidilir. Ə.Haqver-diyev. Alqışlar altında endi səhnədən; Yeni-dən kamança dindi səhnədən. B.Vahabzade.

KAMANÇAÇALAN : Azerbaijani Explanatory Dictionary

KAMANçAçI is. Ka-mançada çalan çalğıçı. Tarzən ilə kamançaçı məharətlə çalır, qavalvuran oğlan isə boğazı-nı arıtlayıb oxumağa hazırlaşırdı. M.Hüseyn. Rəşid, eyni zamanda ən coşqun bir ovçu, ən mahir bir kamançaçıdır. M.Rzaquluzade.

KAMANÇAÇILIQ : Azerbaijani Explanatory Dictionary

is. Kamança çalma se-neti.

KAMANÇALAN : Azerbaijani Explanatory Dictionary

ax kamançaçalan. Ka-
mançalan kimdir o?
Bəxtiyar! Küləkmi, ya simdir o?
Bəxtiyar! R.Rza.

KAMANÇI : Azerbaijani Explanatory Dictionary

is. bax kamançaçı.

KAMANDAR : Azerbaijani Explanatory Dictionary

is. [fars.] köhn.
Oxatan, mahir atıcı. Kamandar atar oxunu; Al eylədim mən çoxunu. "Koroğlu". Kamil kamandardı, atıb-vurandı; Qovğa günü igidləri yıxandı. Aşıq Əlesger.
Qedimde ağasının yanınca ox-yayını gezdiren xidmetçi.

KAMANDARLIQ : Azerbaijani Explanatory Dictionary

is. köhn. Kamandarm işi, vezifesi.

KAMANƏ : Azerbaijani Explanatory Dictionary

is. [fars.] köhn. Kamanın, ka-mançanın yayı. Mehrabi-qaşın fikri bu xəm qəddimi, ey məh; Döndərdi qaşın kimi ka-manə, ölürəm mən. Ə.Vahid.

KAMANQAŞ(LI) : Azerbaijani Explanatory Dictionary

sif. şair. Qaşları kaman (yay) şeklinde olan. Harda görsəm şux ka¬manqaşlını; Istərəm canımı qurban eyləyim. M.P.Vaqif. Ey kamanqaşlı, məni yarələdi qəmzən oxu; Zülfünü bas yarama, qoyma məni qan apara. S.Ə.Şirvani.

KAMBAĞI : Azerbaijani Explanatory Dictionary

is. Atın dalındakı yükü bağla-maq üçün ip.

KÄMBALA : Azerbaijani Explanatory Dictionary

[fin.] zool. Gözleri başının bir terefinde olan yastı balıq.

KAMELİYA : Azerbaijani Explanatory Dictionary

is. [fr.] Tüklü yarpaqları ve iri gözel gülleri olan ağac; gül adı.

KÄMERA : Azerbaijani Explanatory Dictionary

[lat.]
Bezi idarelerde xüsu-si meqsedler üçün ayrılmış otaq. Dezinfek-siya kamerası. Əl baqajı kamerası.
Hebsxanada dustaqların salındığı otaq-lardan her biri. Kameraya ağır bir sükut çök-dü. M.Hüseyn. Dünya bir an içində; Kame-raya çevrilib, necə balacalandı; Soyuq tər basdı məni; Dedim, dar ağacından öz dilim asdı məni. B.Vahabzade.
tex. Her hansı bir cihazın, maşmın, qur-ğunun içindeki qapalı boşluq. Peçin kame-rası. Sıxılmış hava kamerası.
Fotoaparatın, plastinka ya plyonka qo-yulan, işıq keçmeyen içeri hissesi.
Şinin, topun içerisine hava doldurulan rezin kisesi. Avtomobil şininin kamerası. Fut-bol topunun kamerası.

KAMERA : Azerbaijani Explanatory Dictionary

kamera musiqisi
bir ve ya bir neçe ifaçı üçün yazılmış musiqi eseri. Kamera musiqisi əslində kiçik binalarda ifa edilmək üçün yaradılan vokal və instrumental əsərlərdən ibarət olur. Ə.Bedelbeyli. Ka-mera konserti
kamera musiqisi eserlerin-den ibaret konsert.

KAMERÄL : Azerbaijani Explanatory Dictionary

[fr.]: kameral işləri kame-ral işləmə
ekspedisiya ve çöl-axtarış iş-leri zamanı toplanmış materiallarm laborato-riyada, kabinede işlenmesi. Dialektoloji eks-pedisiya materiallarının kameral işlənməsi.