Azerbaijani Explanatory Dictionary
ACMA : Azerbaijani Explanatory Dictionary
"Acmaq"dan f.is.
ACMAQ : Azerbaijani Explanatory Dictionary
f. Aclıq hiss etmek, yemek iste-mek. Bu bulağın suyunu içən kimi adam acır.
AC-SUSUZ : Azerbaijani Explanatory Dictionary
zərf Heç bir şey yemeden, acqarına, tamamile ac halda. [Hacı Murad:] Ac-susuz altı saatdır o tacirin, bu tacirin dükanının qabağını kəsdirib borc yığıram. S.S.Axundov. Neçəgün meşədə ac-susuz qa-lan Xanməmməd təsadüfən tapılır və yarım-can halda qalaya gətirilir. çemenzeminli.
AC-YALAVAC : Azerbaijani Explanatory Dictionary
is. ve sif. Ac, heç bir şeyi olmayan, yoxsul, dilençi, sefil. [Azyaşlı uşaqlar] ac-yalavac, dilənçi günündə yaşa-yır, gecə-gündüz insan qüvvəsindən xaric işləyirdilər. H.Sarabski. □ Ac-yalavac qoymaq
her şeyden mehrum etmek, var-yoxunu elinden almaq, müflis etmek, dilençi halına salmaq. [Ramazan:] Mən yazığın da var-yoxunu cürbəcür hiylə ilə əlimdən [Sefer] aldı, məni ac-yalavac qo-yub, bu günə saldı. B.Talıblı.
...açan Bezi sözlere qoşularaq mürekkeb sifet düzeldilir; mes.: könülaçan, ürekaçan, gözaçan, iştahaçan.
AÇAR : Azerbaijani Explanatory Dictionary
is.
Qıfılı açmaq ve ya bağlamaq aleti. Qapı açarı. Stolun açarı. Şkaf açarı.
Sən də açılmamış bir dəfinəsən; Açarı qeyb olan bir xəzinəsən. M.Müşfiq. // Mec. menada. Beş dənizin açarı indi əlimizdədir.
Ə.Cemil.
Canlı dilde bezen "qıfıl" menasında da işlenir. Açarın dili sınıbdır. Qapının aça-rını aç.
çilingerlikde işledilen müxtelif ölçülü aletler. // Elektrik cereyanını açıb bağlamaq üçün alet. Elektrik açarı. // Saat ve s. mexa-nizmleri qurmaq üçün alet.
xüs. Şifrle yazılmış bir metni oxumaq üçün xüsusi şekilde düzeldilmiş herfler sis-temi. Şifrin açarını tapmaq. // məc. çeşidli problem ve meselelerin helli yolu. Məsələ-nin açarını tapmaq.
Bilik xəzinəsinə kitab-dır qızıl açar. M.Seyidzade.
fiilol. çetin bir metni yaxşı başa düş-mek, üçün sade şekilde şerh edilmiş yazı.
Nizami əsərlərinin açarı. Firuzabadi qamu-sunun açarı.
mus. Not setirlerinin evvelinde not-ların menasını müeyyen eden işare. Skripka açarı.
0 Açar salmaq
1) oğurluq meqsedi ile özgenin qapısını açmaq; 2) məc. birinin qel-bini, ürek sirrini bilmek üçün onu sınamaq; yoxlamaq.
AÇARÇI : Azerbaijani Explanatory Dictionary
is.
Açar qayıran, qıfıl, açar ustası, çilinger.
Medenlerde ve s.-de mexanizmleri bağlayan fehle. [Ramazan:] Indi elə vaxt deyil ki, buruq ustası olmaq üçün otuz-qırx il külüng çalasan,
. bu gün şagirdsən, sabah açarçı olacaqsan. M.Hüseyn. [Hemid] indi açarçı vəziiəsində işləyirdi. Ə.Memmedxanlı.
Hebsxana qapılarının açarlarını saxla-yan, onları açıb bağlayan xidmetçi.
AÇARÇILIQ : Azerbaijani Explanatory Dictionary
is. Açarçı seneti, işi.
AÇARLI : Azerbaijani Explanatory Dictionary
sifi.
Açarı olan. Açarlı saat. Açarlı qıiıl.
Canlı dilde bezen "qıfıllı, qıfılla bağlı" menasında işlenir. Qapı açarlıdır.
AÇDIRMA : Azerbaijani Explanatory Dictionary
"Açdırmaq"danfi.is.
AÇDIRMAQ : Azerbaijani Explanatory Dictionary
icb. Açmağa mecbur etmek. Alınan məktubu anası güc ilə Rüxsarəyə aç-dırdı. S.Rehimov.
AÇIQ : Azerbaijani Explanatory Dictionary
sifi.
Qapalı olmayan, örtülü olma-yan. Açıq pəncərə. Açıq qutu. Açıq kitab.
- Səhər Sona yuxudan ayılıb medalyonu açıq (z.) gördü. N.Nerimanov. // Qıfılsız, bağlı olmayan. Açıq şkai. Açıq qapı.
örtüksüz, üstü örtülü olmayan, damı
olmayan. Açıq səhnə. Açıq avtomobil. Açıq
kinoteatr. Açıq balkon. □ Açıq havada
- qapalı bina xaricinde. Yığıncaqdan sonra artistlər açıq havada konsert verdilər. S.Rüstem.
Heç bir terefden mehdud olmayan, geniş, vüsetli. Açıq səhra. Açıq dəniz. Açıq tarla.
Qayıq dəniz buruqlarının böyrün-dən şütüyərək açıq dənizə çıxdı. M.Hüseyn. // Hasarı, hüdudu olmayan. Açıq həyət. Açıq meydan.
Serbest, maneesiz, heç bir şeyle meh-dud olmayan. Açıq yol. Açıq satış. Açıq müzayidə. // Zerf menasında. [Humay] ta çocuqluqdan bəzən açıq və sərbəst olaraq böyümüşdür. H.Cavid.
Buludsuz, aydın, temiz, tutqun olma-
yan. Açıq hava.
[Keşikçiler] açıq səmanın
ionunda xırdaca qarışqalara bənzəyirdilər.
İ.Şıxlı.
is. Açıqlıq, boşluq, meydan. Şəhərin ortasındakı açıqda bağ salınmışdır.
Qalın qara meşənin ortasındakı açığı; Buludlu göydən işıqlandırır Ayın işığı. A.Sehhet.
Rengi tünd, tutqun olmayan, zeif. Açıq çay. Açıq məhlul. Açıq paltar. Açıq rəng. Açıq ton.
Sahibsiz, boş, heç kes terefinden tutul-mamış (vezife, yer). Idarəmizdə üç açıq yer var. □ Açıq qalmaq
boş qalmaq, tutul-mamaq.
Müdafiesiz, hücuma meruz qala bilen. Cəbhənin açıq yerlərinə qüvvə göndərmək. // Müdafie edilmeyen, möhkemlendirilme-yen, istehkamsız, qeyri-herbi. Açıq liman. Açıq şəhər.
çılpaq, üryan, örtüsüz. Açıq baş. Açıq döş. Açıq qol.
Qüdrətin qulağının dibin-dən tutmuş açıq boynuna qədər qırmızı bir zolaq uzanır. M.İbrahimov.
Hamı üçün serbest olan, gizli olma-yan. Açıq iclas.
Sən amansız olmalısan,
- deyə Əlyarov əlinin hərəkəti ilə sözünün təsirini gücləndirmək istədi,
onların hamısını açıq məhkəmə eləmək lazımdır. M.Hüseyn.
Semimiyyet ifade eden, semimi. Açıq
adam. Açıq söhbət. Açıq ürək. // Zərfiməna-
sında. Heç bir şeyi gizletmeden, heç bir
şeyden çekinmeden. [Ferhad:] Siz mənimlə
açıq danışın; mən də sizin kimi bir adamam;
nə qədər açıq danışsanız, bir elə mən sizdən
razı olaram. Ə.Haqverdiyev. [Geldiyev]
Verdiyevin söhbətə ayrı rəng verdiyini
görüb açıq danışa bilmədi. Mir Celal.
□ Açıq adam
gülerüzlü, safqelbli. Açıq
olmaq
semimi olmaq, fikrini gizletme-
mek. Açıq ürəklə
semimiyyetle, seda-
qetle. [Dilaranın anası] buna görə də qızını
yola salarkən, açıq ürəklə Həsəni evə gətir-
məyi ona tapşırırdı. M.İbrahimov. Arası
açıq olmaq
yaxın olmaq, aralarında resmi
münasibet olmamaq. Onunla aramız açıqdır.
- Saday onu yaxşı tanısa da, araları bir o qədər açıq deyildir. M.Hüseyn.
Aşkar, belli, aydın, heç bir şeyle giz-ledile bilmeyen; şübhesiz. Açıq düşmənçilik. Açıq ədavət. Açıq mübarizə. Açıq yalan.
məc. Aydın anlaşılan, mentiqli. Açıq fiikir. Açıq ifiadə. Açıq sübut.
[Sabirin] yaz-dığı şeirlərin çoxu açıq və sadə ana dilində olub məişətimizin eynini göstərməyə görə əzbər öyrənilirdi. F.Köçerli. // Qabaqcıl, mütereqqi. Tələbələrdən Qurban Mərəndi adlı birisi öz açıq iikirləri və cəsarətli hərə-kətləri ilə Firidunun diqqətini cəlb etmişdi. M.İbrahimov.
0 Açıq əl məc.
sexavet, comerdlik. Açıq gözlə baxmaq (etmək, getmək ve b.k.)
meqsedi, vezifeni başa düşerek, aydın anlayaraq; şüurlu suretde. [Zaman:] O da istəməzmi ki, açıq gözü ilə dünya işığına baxsın? Ə.Haqverdiyev. Açıq qapı
- qonaqperestlik, mehmannevazlıq, müsa-firperestlik menasında. Hacı Kamyabın qa-pısı hər gələn üçün açıq idi. Ə.Haqverdiyev. Açıq qapı günü
ali mektebe, işe girmek isteyenlerin mekteb ve senaye müessisesi ile tanış olmaları üçün ayrılan gün. Açıq məktub
1) poçt kartoçkası; 2) birisine xitaben qezet ve ya mecmuede derc edilen mektub ve s. Açıq seçki
açıq sesverme üsulu ile keçirilen seçki. Açıq səsvermə
- gizli olmayıb, adeten el qaldırmaqla ses-verme üsulu. Açıq sifət
qemgin olmayan, şad menasında. Açıq tamaşa
her kesin gele bileceyi tamaşa; biletsiz, müfte tamaşa. Açıq yara
hele sağalmamış yara.
açıq... Mürekkeb reng adlarının qabağına getirilerek, onların tünd, qeliz olmadığını, açığa çaldığını gösterir; mes.: açıq-abı, açıq-benövşeyi, açıq-qırmızı, açıq-sarı, açıq-çehrayı, açıq-yaşıl ve s.
AÇIQ-AÇIÜINA : Azerbaijani Explanatory Dictionary
zərfi Açıq bir suret-de, gizletmeden, qorxmadan, çekinmeden. Lakin Əhməd pəncərələrə tərəfi nə üçün baxdığını açıq-açığına Cəmiləyə deyə bilmirdi. S.Rehimov.
AÇIQ-AŞKAR : Azerbaijani Explanatory Dictionary
ax açıq-aydın. ölüm-süzdür açıq-aşkar açılan güllə; Qara həsəd gizli-gizli yeyir ürəyi. B.Vahabzade.
AÇIQ-AYDIN : Azerbaijani Explanatory Dictionary
zərfive sif. b a x açıq (
cü menalarda). Açıq-aydın məsələ. Fik-rini açıq-aydın söyləmək. Açıq-aydın danış¬maq.
Dostumuzun açıq-aydın baxışların-dan; Mavi suya nur tökülür, mənalar yağır. S.Vurğun.
AÇIQCA : Azerbaijani Explanatory Dictionary
zərfi Açıq-aydın bir suretde, gizletmeden, qorxmadan, çekinmeden. Fikrini açıqca söyləmək. Məqsədini açıqca anlatmaq. Səhvlərini açıqca boynuna almaq.
- Əsgər və Əlyar Rüxsarə haqqında, öz aralarında açıq söhbət etdikləri və açıqca danışdıqları halda, Xudakərəm özünü o yerə qoymurdu. S.Rehimov.
sii. Bir az açıq, açıqteher.
AÇIQCASINA : Azerbaijani Explanatory Dictionary
a x açıqca.
AÇIQDAN : Azerbaijani Explanatory Dictionary
zərfi Aydın suretde, aşkar suretde, gizletmeden. Açıqdan ədavət bəs-ləmək. Fikrini açıqdan söyləmək.
AÇIQDAN-AÇIÜA : Azerbaijani Explanatory Dictionary
ax açıq-açığına. Eyiblərini açıqdan-açığa söyləmək. Açıqdan-açığa düşmənçilik etmək. Açıqdan-açığa yalan danışır.
[Mesme] kimsəyə əl açma-yacağını, kimsədən bir şey dilənməyəcəyini açıqdan-açığa kor seyidə bildirir. S.Hüseyn. Tökür hicrində açıqdan-açığa göz yaşını. S.Rüstem.
AÇIQFIKIRLI : Azerbaijani Explanatory Dictionary
sifi. Azad düşünen, düzgün düşünen, sağlam fikirli; dünyagörüşü müte-reqqi olan. Doktorun oğlu darüliünun son kursunda oxuyurdu. O, zəkalı, açıqiikirli və cəsarətli bir adam idi. M.İbrahimov. Mirzə Hüseyn də
. açıqiikirli adamlardandı. S.Rehman.
AÇIQFIKIRLILIK : Azerbaijani Explanatory Dictionary
is. Açıqfikirli adamın xassesi, sağlam fikirlilik, düzgün düşünen, görüşde qabaqcıllıq, tereqqiperverlik.
AÇIQGƏZƏN : Azerbaijani Explanatory Dictionary
sifi. çadrasız, çadra örtme-yen. [Beşir]
.dediyini yenə də deyir: mən oxumuş, açıqgəzən azərbaycanlı qızı alaca-ğam. S.S.Axundov.
AÇIQGÖZ(LÜ) : Azerbaijani Explanatory Dictionary
sifi. Ayıq, sağlam düşü-nen, her şeyi olduğu kimi gören, gözüaçıq. Açıqgözlü adam.
AÇIQGÖZLÜLÜK : Azerbaijani Explanatory Dictionary
is. Sağlam düşünme, her şeye açıq gözle baxma xassesi; gözü-açıqlıq, ayıqlıq.
AÇIQLIQ : Azerbaijani Explanatory Dictionary
is.
Açıq yer, düzengah, açıq sahe, meydan. Açıqlıqda çadır qurmaq. Uşaqlar açıqlıqda top-top oynayırlar.
- [Maro] meşədə xeyli dolandıqdan sonra, meşənin dərinliyində alaçıq böyüklüyündə açıqlıq tapdı. S.Rehimov. // Tikintisiz yer, açıq yer, boş yer. Məktəbin dalı açıqlıqdır. Açıqlıqda binalar tikilmişdir.
[Toğrul] açıqlıqdan keçdi, kömür kimi qara və müz-lim görünən qamışlığa girdi. H.Nezerli.
İki şey arasındakı boşluq, aralıq, me-safe. Yol ilə arx arasındakı açıqlıqda ağaclar əkilmişdir. Kisələri açıqlığa qoy.
Fasilə etibarı ilə bunların arasındakı açıqlıq bir o qədər deyildi. S.Hüseyn.
Aydınlıq, temizlik, buludsuzluq. Hava-nın açıqlığı. Göy üzünün açıqlığı.
Açıq, örtüsüz, qapalı olmayan şeyin halı.
məc. Semimilik, üreyiaçıqlıq, qelbini
gizletmeme. [Mahmud] təbiətinə xas bir
açıqlıq və rayihə ilə bizi heyran etmişdi.
M.İbrahimov. [Rüxsare] indi tənhadır, indi
artıq Rüxsarə ilə tam açıqlığı ilə danışa
bilərdi. S.Rehimov.
0 Açıqlığa çıxmaq məc.
sıxıntıdan, eziyyetden qurtarmaq, derdden, qemden xilas olmaq, xoş güne çıxmaq.
AÇIQRAQ : Azerbaijani Explanatory Dictionary
sif. köhn. Daha açıq. // Bir qeder açıq, azacıq açıq.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani