Azerbaijani Explanatory Dictionary
ATÇILIQ : Azerbaijani Explanatory Dictionary
is. At saxlama, at yetişdirme. Qədim skiilərin atçılıq təsərrüiatları olmuş-dur.
Əhalinin bir qismi kənd təsərrüfatı
əkinçilik, bağçılıq, dəyirmançılıq, atçılıq və maldarlıqla məşğul olardı. H.Sarabski.
ATÇIBINI : Azerbaijani Explanatory Dictionary
a x atmilçəyi.
ATDIRILMAQ : Azerbaijani Explanatory Dictionary
"Atdırmaq"dan məch.
ATDIRMA : Azerbaijani Explanatory Dictionary
"Atdırmaq"dan f.is.
ATDIRMAQ : Azerbaijani Explanatory Dictionary
"Atmaq"dan icb.fi. Ton-qala atdırmaq.
i. Kesmek, üzmek. [Koxa] xəncəri çıxa-rıb pişiyin boynunu atdırdı. S.Rehimov.
i. Maşın ve s. vasitesile didib temiz-lemek (yunu, pambığı).
ATEIST : Azerbaijani Explanatory Dictionary
[yun.] Ateizm terefdarı, allahsız. Ateist iikrin tarixi. Ateist görüşlərin rüşeym-ləri. Ateist baxış və əqidəsi.
ATEIZM : Azerbaijani Explanatory Dictionary
[yun.] Allahın varlığını, fövqel-tebii qüvveleri ve dinleri elmi biliklere esasen inkar etme; allahsızlıq. Ateizmin izləri. Ateizmin nəzəri əsası materialist iəlsəiədir. Ateizm tərbiyəsinin bir əsas vəziiəsi də dinin elmə zidd olduğunu sübuta yetirməyə çalış-maqdan ibarət idi.
ATELYE : Azerbaijani Explanatory Dictionary
[fr.] Ressam, heykelteraş, fotoqraf ve s. emalatxanası. // Umumiyyetle emalatxana. Soyuducu cihazlar təmir olunan atelyelərin sayı artırılır. Yeni tikilən binanın birinci mərtəbəsində iərdi ayaqqabı atelyesi açılmışdır. □ Moda atelyesi
derzixana, derzi emalatxanası.
ATƏŞ : Azerbaijani Explanatory Dictionary
is. [fars.]
Od. Atəşin təqazası yandırmaqdır. O xasiyyət daim onda büruz edər. "Əkinçi". Hər tərəii atəş sarımış, alovların təşkil etdiyi atəşin dairə dəqiqə-bədəqiqə daralmaqda idi. A.Şaiq. Ocağın alovu sönüb tamam olurdu. Qıraqlarındakı atəşləri kül yavaş-yavaş cavanlığı qocalıq bürüyən kimi bürüyürdü. A.Divanbeyoğlu. // Ocaq menasında. Atəş kənarı qış gününün laləzarıdır. (Ata. sözü). //məc. Klassik ede-biyyatda adeten izafet terkiblerinde işlenir.
Atəşi-eşqindən dil kabab olmuş; Dolanır, çevrilir pərvanələnmiş. M.V.Vidadi. Görən saətdə zövqümdən yıxıldım məstü layəqəl; Dağıldı əql başımdan, alışdı atəşi-sevda. Nebati.
məc. Işıqsaçan şey, işıqsaçan nöqte.
Uzaqdan şəhərin saysız-hesabsız atəş nöq-
tələri görünürdü.
məc. Qızğınlıq, coşqunluq, heraret, ehti-ras menasında. Gözləri atəş saçır.
Nəriman, içində alovlanan bir atəş duydu. Mir Celal.
Tüfeng ve ya topdan atış. Hər atəşdə, hər hücumda düşmənlərə hər səiər; "Hədiyyələr" göndərirdik isti-isti güllələr! S.Rüstem. Atəş halqasını keçib yönəldim; Dərhal məntəqənin üstünə gəldim. M.Rahim. Düşmən qurtara bilmir atəşindən başını. M.Seyidzade. □ Atəş açmaq
1) tüfeng ve s.-den atmağa başlamaq. Bu halda mü-səlləh atlı kazaklar və jandarmlar camaatın qarşısını alaraq atəş açdılar. S.S.Axundov. [Nikitin] avtomatdan arasıkəsilməz atəş açdı. M.Ibrahimov; 2) b a x atəşə tutmaq
ci menada. Dəmirov rayonun vəziyyətini ətrailı təhlil edərək, öz məruzəsində kəsir-lərə qarşı atəş açmış(dı). S.Rehimov. Atəşə tutmaq
1) gülleye basmaq, topa tutmaq. [Qehreman:] Mən burada dörd nəiər yol-daşım və bir pulemyot ilə həm körpünü, həm də meydanı yaxşıca atəşə tuta bilərdim. H.Nezerli. Tuturlar onları qaiil atəşə; Giz-ləyir dostları qalın bir meşə. M.Rahim; 2) şiddetli tenqid etmek (bu menada, adeten, "tenqid ateşine tutmaq" şeklinde işlenir). Atəş xətti hərb.
atılan gülle ve mermilerin tesir dairesi. İndi artıq Moskva atəş xəttindən uzaqdadır. M.Hüseyn. Yaylım atəşi
b a x yaylım. // Ateş açmaq üçün herbi komanda: ateş!
ATƏŞBAR : Azerbaijani Explanatory Dictionary
sif. [fars.] şair. Od yağdıran, qızğın, heraretli. Batdı əncüm, çıxdı gün, ya bir əsiri-eşqdir; Tökdü dürri-əşkü çəkdi ahi-atəşbar sübh. Füzuli. Məktəbi-qəmdə bu dərs olmuş lisanım əzbəri; Tiri-atəşbari-qəmdən dağidar olmuş cahan. M.Hadi.
ATƏŞBAZ : Azerbaijani Explanatory Dictionary
is. [fars.]
Yanar ve part-layıcı maddelerden bezekli, rengbereng işıqlar veren fişengler ve s. hazırlayan usta; fişengçi, pirotexnik.
Odla tamaşa gösteren adam.
ATƏŞBAZLIQ : Azerbaijani Explanatory Dictionary
is.
Yanar ve partlayıcı maddelerden bezekli, rengbereng işıqlar veren fişengler ve s. hazırlama işi; piro-texnika.
Əlvan ve bezekli işıqlar veren fişeng-lerle keçirilen şenlik. Məmmədhəsən mirzə də böyük bir atəşbazlıq düzəltmişdi. M.S.Ordubadi. Balaca uşaqlar təzə paltar geyərdilər və məşhur olan oyunlardan "kos-kosa" oynardılar, cahıllar isə atəşbazlıq edərdilər. H.Sarabski. O təpələrdə elə bil atəşbazlıq nümayiş etdirilirdi. Ə.Əbülhesen.
ATƏŞBÖCƏYI : Azerbaijani Explanatory Dictionary
is. zool. Ust qabığı fos-forla örtülü olduğundan qaranlıqda işıq saçan böcek.
ATƏŞFƏŞAN : Azerbaijani Explanatory Dictionary
sif. [fars.] Ateş saçan, od püsküren; çox parlaq. Yaşıl çəmən üstü gün atəşfəşan; Parıldayır lacivərdi-asiman.
A.Sehhet.
ATƏŞFƏŞANLIQ : Azerbaijani Explanatory Dictionary
a x atəşbazlıq
ci
menada. Müsamirədə dövlət filarmoniya-sının
. artistləri də iştirak edəcəkdilər. Axırda atəşfəşanlıq olacaqdı.
Qaynaq şamlarının gözqamaşdırıcı qığılcımları ətrafa sıçradıqca, bayram günləri düzələn atəşfəşanlığı xatırladırdı. Əlizade.
ATƏŞGAH : Azerbaijani Explanatory Dictionary
is. [fars.]
B a x atəşgədə. Tam bu sırada Solmaz atəşgah qapısında görünür.. C.Cabbarlı. Sonralar Suraxanı kəndində tikilmiş atəşgah indi də durur. M.Hüseyn.
Odluq, od yandırılan yer.
ATƏŞGƏDƏ : Azerbaijani Explanatory Dictionary
is. [fars.] Ateşperestlerin ibadetgahı, mebedi. Suraxanı atəşgədəsi. Atəşgədələrdə müxtəlif dini ayinlər icra edilir, qurbanlar kəsilirdi.
Hər şəhərdə və kənddə bir və ya bir neçə atəşgədə var idi. Ə.Haqverdiyev.
ATƏŞXANA : Azerbaijani Explanatory Dictionary
is. [fars.] Od yanan yer, ocaq, odluq.
ATƏŞIN : Azerbaijani Explanatory Dictionary
sif. [fars.] Odlu, od kimi isti.
Qan-yaş töküb yanında gəzər atəşin kəbab; Məşuqə bənzər atəşü aşiq kəbab ona. Füzuli. // məc. Qızğın, heraretli, ehtiraslı. Atəşin salam.
Natiq atəşin bir nitq söylədi. M.S.Ordubadi. Dinləyin yanğılı sədalərini; Eşidin atəşin nəvalərini. M.Ə.Sabir. Həsən bəy Zərdabi, dövrünün qabaqcıl adamı və Azərbaycan torpağının atəşin vətənpərvəri idi. M.Ibrahimov. // Coşqun, deliqanlı. Cünun səhrasının məcnunları vardır, vəli, Qövsi; Bu meydan bir sənintək atəşin cöv-lana layiqdir. Qövsi.
ATƏŞİNLİK : Azerbaijani Explanatory Dictionary
is. Qızğınlıq, heraretlilik, ehtiraslılıq.
ATƏŞKEŞ : Azerbaijani Explanatory Dictionary
is. [fars.] Ocaqdan od çekmek üçün demir alet.
ATƏŞKƏS : Azerbaijani Explanatory Dictionary
is. Müharibe aparan terefler arasında ateşin müveqqeti dayandırılması. Atəşkəs rejiminin pozulması.
ATƏŞQURDU : Azerbaijani Explanatory Dictionary
a x atəşböcəyi. İsti tə-rəflərin dəryalarında çox kiçik, şəfəqli hey-vanlar
atəşqurdları olur. H.Zerdabi.
ATƏŞLƏNDİRİLMƏK : Azerbaijani Explanatory Dictionary
məch. Odlandırıl-maq, alovlandırılmaq, alışdırılmaq.
ATƏŞLƏNDİRMƏ : Azerbaijani Explanatory Dictionary
"Ateşlendirmek"den f.is.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani