Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
KARTOŞKA : Azerbaijani Explanatory Dictionary

[rus.] dan. bax kartof. Hə-
diyyə qızarmış kartoşka gətirib, uşağın qa-bağına qoydu. Mir Celal.

KARTVELLƏR : Azerbaijani Explanatory Dictionary

cəm Gürcülerin ve onla-ra yaxın olan Qafqaz xalqlarının (lazların, minqrellerin ve svanların) ümumi adı.

KARUSEL : Azerbaijani Explanatory Dictionary

[ital.] üstünde oturub eylen-mek üçün at, araba, qayıq ve s. şeklinde mi-nik yerleri olan, herlenen qurğu; fırlanqıc. Fırlanır karusel bir təkər kimi; Daima fırla-nan, dönən yer kimi. B.Vahabzade.

KARVAN : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
Bir-birinin ardrnca sıra ile hereket eden yüklü heyvan (esasen deve) destesi (qatarı); qafile. It hürər, kar-van keçər. (Ata. sözü). Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə.. C.Memmedqu-luzade. Bizim karvanımız beş çarvadar atından ibarət idi. S.Hüseyn. □ Karvan bağlamaq
sıraya düzülmek, deste düzelt-mek. Yenicə işə qoşulmuş bal arıları çiçək üçün yaxındakı meşəyə karvan bağlamışdı-lar. Ə.Veliyev. Karvan çapmaq (vurmaq soymaq dağıtmaq kəsmək) köhn.
yol-dan gelib keçen yüklü karvanları soymaq, soyğunçuluq etmek. Kəsdim yollar, vurdum karvan; çəkib soydum çox bazirgan. "Koroğlu". [Heyder bey:] Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu. M.F.Axund-zade. [Memmedağa:] Omər nəhayətdə ağıllı və kamallı oğlandır, amma bunun ilə belə atasının xoşuna gəlmir, zira ki, adam öldür-məyir, quldurluq etməyir, karvan kəsmir. N.Nerimanov. Karvan çəkmək
karvanı idare etmek, karvana başçılıq etmek. Darğa lələş
. bu çətin yoldan şəhərə karvan çəkərdi. S.Rehimov. Karvan yolu köhn.
keçmişde karvanlarrn işlediyi yol. Sinəsi gül rəngli tala doludur; Bu çöllər ən qədim karvan yoludur. S.Vurğun.
məc. Toplu halında bir-birinin ardınca, srra ile hereket eden şeyler haqqrnda. Təy-yarə karvanı. Maşın karvanı. Gəmi karvanı.
Dolanır göyləri bulud karvanı; Bürüyür düzləri Kürün dumanı. H.K.Sanılı. Fəza yollarında baş alıb gedən ulduzlar karvanı ağır-ağır yüksəlir, getdikcə böyük bir boş-luqda qərq olaraq, tamamilə gözdən itirdi. Ə.Memmedxanlı.
məc. klas. Gelib keçen şey haqqında ("bu dünyadan köçme" menasında). Bahar

yetməkdədir, Qövsi, gözün aç, qönçə tək uyma; Yetişər köçməyə növbət sənə həm, karivandır bu. Qövsi.
karvan-karvan sif. Karvan kimi, qatar-qatar, deste-deste. Karvan-karvan göydən ulduzlar keçir; Oz bəxtinə hər kəs bir ülkər seçir. S.Vurğun. Süzülür göy üzündə bulud-lar karvan-karvan. M.Seyidzade.

KARVANBAŞI : Azerbaijani Explanatory Dictionary

is. köhn. Karvana başçılıq eden adam; karvançı. Karvanbaşı üstündə mürgülədiyi birinci dəvənin üstündən sıç-rayaraq tələsik onu cilovundan tutub yola çəkir və maşının yanından keçirirdi. M.İbrahi-mov. Karvanbaşı, qocalmışam, karvanını aramla çək; çəkirəm dünya dərdini, çiynim-dən qurğuşun gedir. Şehriyar.

KARVANBAŞILIQ : Azerbaijani Explanatory Dictionary

is. köhn. Karvana baş-çılıq etme, karvanbaşrnın işi ve vezifesi.

KARVANÇI : Azerbaijani Explanatory Dictionary

is. köhn.
Karvanla yük da-şıyan adam.
Karvan başçısı, karvanr idare eden şexs; karvanbaşı. Ibn Mingə qulaqlarına inanmadı, karvanbaşı olduğu bir karvanda karvançı bir oğlanın üzəngisini tutmaq onun üçün çox ağır və dözülməz bir cəza idi.. Ə.Memmed-xanlı.

KARVANÇILIQ : Azerbaijani Explanatory Dictionary

is. köhn.
Karvanla yük daşıma peşesi.
Karvana başçılıq etme; karvanbaşılıq.

KARVANQIRAN : Azerbaijani Explanatory Dictionary

is.
Zöhre (ulduz).
Oksüz taleyim tək gecikdin nədən? Karvan-qıran doğdu, görünmədin sən. C.Cabbarlı. Buludun pərdəsi sıyrıldı bir az; Göydə Kar-vanqıran gümüşü qotaz. R.Rza.
məh. Dağdan esen soyuq külek, dağ küleyi.

KARVANQOVAN : Azerbaijani Explanatory Dictionary

sif. çox şiddetli külek, qasırğa haqqında. Incə ətir yayırdı bağça-dakı çiçəklər; Uzaqdı bu həyətdən karvan-qovan küləklər. S.Rüstem.

KARVANSARA : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
özge yerler-den gelen karvanların ve yolçuların müveq-qeti qalması, qoşqu heyvanları ve minik ve-saitinin saxlanması üçün böyük heyeti olan xüsusi bina. [Qerib] küçələrdə gəzə-gəzə bir adam axtarırdı ki, karvansaranı soruşsun, bir də gəlib bir meydana çıxdı. "Koroğlu". [Yusif şah] əmr elədi ki, hər yerdə yollar təmir olunsun və lazım məqamlarda və mən-zillərdə körpülər və karvansaralar tikilsin. M.F.Axundzade.
məc. zar. Qonağı, gelib-gedeni çox
olan yer haqqında. Ev dönüb karvansaraya.
mən. Böyük, geniş yer menasında. Ara-ba karvansara kimi böyük bir həyətə girdi. A.Şaiq.
məc. dan. Yoxsul, kasıb, içinde müxel-lefatı, dir-dirriyi olmayan menzil haqqında. Evi karvansaraya oxşayır.

KARVANSARAÇI : Azerbaijani Explanatory Dictionary

is. köhn. Karvansara sahibi, karvansara saxlayan adam. Bu şəhə-rin Yuxarıbaş deyilən məhəlləsində Kərbə-layı Kazım adlı bir karvansaraçı var idi. P.Makulu. Bu saat karvansaraçıya deyim, onları oyatsın. Nə qədər yükünüz var çatın!
Q.İlkin.

KARVANSARAÇILIQ : Azerbaijani Explanatory Dictionary

is. köhn. Karvan-saraçrnrn peşesi, karvansara saxlama. Kar-vansaraçılıq etmək.

KARVANVURAN : Azerbaijani Explanatory Dictionary

is. köhn. Yoldan gelib
keçen karvanları soyan; yolkesen, quldur, çapovulçu.

KARVANYOLU : Azerbaijani Explanatory Dictionary

is. bax kəhkəşan.

KARYER : Azerbaijani Explanatory Dictionary

is. [fr.] Karxana. Daş karyerası. Qum karyerası.

KARYERA : Azerbaijani Explanatory Dictionary

[fr. carriere] Xidmeti ve ya başqa fealiyyet sahesinde irelileme, şöhret-lenme, tanrnma; menseb, şöhret. [Sultan:] Bizim bir para cavanlarımızın evini yıxan, bax, elə bu karyera həvəsidir. İ.Hüseynov.

KARYERİST : Azerbaijani Explanatory Dictionary

[fr. carriere-den] Karyera-sınr her şeyden üstün tutan adam; menseb-perest, şöhretperest. Ona baxar, nəğmə deyər qızların gül dodağı; Karyeristin açıl-mayır tutqun qaşı, qabağı. S.Vurğun.

KARYERİZM : Azerbaijani Explanatory Dictionary

[fr.] Mensebperestlik, şöhı-retperestlik.

KASA : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
çini, büllur, saxsı ve ya metaldan qayrılmrş ağzıgen qab. Mis kasa. çini kasa. Kasaya xörək tökmək. Bir kasa su.
Axşam çay ortalığa gələndə gənə bir kasa-da qaynar süd ortalığa gəldi. C.Memmed-quluzade. Kənd uşaqları əllərində badya, mis kasa dərəyə enirdilər. A.Şaiq.
Baş sümüklerinin, beyni ehate eden yuxarı hissesi. Beyin kasası.
Qaşıq ve ona benzer şeylerin çuxuru. Qaşıq kasası. çömçə kasası. Tarın kasası.
bot. bax kasacıq
ci menada. Kasa-sını açır zanbaq; Xoş bir ətir saçır zanbaq.
M.Dilbazi.
0 Kasa rəqsi
içi su ile dolu kasalarla ifa edilen xalq reqsi. [Şahin:] Mənim orijinal bir nömrəm var. O da kasa rəqsidir; kasa-ları su ilə doldurub bir podnosa düzürəm və başıma qoyub rəqs eləyirəm. S.Rehman.
..kasası daşmaq (dolmaq)
bir şeyin son heddini gösterir. Əvvəl bu fələk cümlədən əymişdi damağı; Qəm kasəsi daşdı. M.Ə.Sabir. [Gövher xanrm:] Daha bəsdir! Səbir kasam dolub daşmış. S.S.Axundov.

KASACIQ : Azerbaijani Explanatory Dictionary

is.
Kiçik kasa, balaca kasa.
bot. Açma dövründe çiçeyin xarici ör-tüsü; kasa. Tam çiçəkdə kasacıq, taccıq, er-kəkcik və dişicik olmalıdır. M.Qasımov.

KASAD : Azerbaijani Explanatory Dictionary

[ər.]
sif. Ticaretde: mala teleb olmadığı, müşteri tapılmadrğı, onun satılma-dığı hal; alış-verişde durğunluq, revacsız-lıq. [Hacı Qara:] Bu kasad bazarda mənim bir şahı qazancım yoxdur, abbasını hardan alıram, sənə verim? M.F.Axundzade. □ Kasad etmək (eləmək)
alıcıdan, müş-teriden mehrum etmek; satılmamasına, alınmamasına, yayılmamasına sebeb olmaq. Kasad olmaq
bax kasadlaşmaq.
is. Qıt(lıq), qehet(lik), azlrq, çatışmazlıq.

KASADLANMA : Azerbaijani Explanatory Dictionary

"Kasadlanmaq"dan f.is.

KASADLANMAQ : Azerbaijani Explanatory Dictionary

ax kasadlaşmaq.

KASADLAŞDIRMA : Azerbaijani Explanatory Dictionary

"Kasadlaşdırmaq"-dan f.is.