Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
KEYİKMƏK : Azerbaijani Explanatory Dictionary

ax keyimək.

KEYİMƏ : Azerbaijani Explanatory Dictionary

"Keyimek"den f.is.

KEYİMƏK : Azerbaijani Explanatory Dictionary

f.
Hereket qabiliyyetini itir-mek, qurumaq, çeng olmaq, keyleşmek. Hatəm xanın qolu keyiyib dondu, onun gözü pər-pər çaldı. S.Rehimov. [Selbinin] ayağı elə keyimişdi ki, barmaqlarını kəssəydilər xə-bəri olmazdı. Ə.Veliyev.
məc. Hiss ve derk etme qabiliyyetini itirmek, donub qalmaq, quruyub qalmaq; küt-leşmek, süstleşmek. Şeir adı eşidəndə cəmi vücudum keyidi, başım fırlanmağa başladı. çemenzeminli. Yenə güllə atılırdı, lakin Tər-lanın qulaği keyimişdi. M.Hüseyn. // məc. Azalmaq, zeiflemek, keçmek. Ağrısı bir az keyimişdi.

KEYİMİŞ : Azerbaijani Explanatory Dictionary

f.sif.
Hereket qabiliyyetini itirmiş, çeng olmuş; qurumuş. Keyimiş əl.
Talıb xanla yasavul üzüyuxarı qalxıb, qa-pıdan bir az aralıda keyimiş halda yerə düş-dülər. S.Rehimov. [Qızın] keyimiş dizləri sanki hissini itirmişdi. Mir Celal.
məc. Keyleşmiş, süstleşmiş, kütleşmiş, donub qalmış. Həkimülmülkün keyimiş id-rakı vəziyyəti dərk edəcək halda deyildi. M.İbrahimov.

KEYİŞMƏ : Azerbaijani Explanatory Dictionary

"Keyişmek"den f.is.

KEYİŞMƏK : Azerbaijani Explanatory Dictionary

ax keyimək. Qədir həm yorulmuş, həm də qıçları sanki tutulmuş, keyişmişdi. Mir Celal.

KEYİTMƏ : Azerbaijani Explanatory Dictionary

"Keyitmek"den f.is.

KEYİTMƏK : Azerbaijani Explanatory Dictionary

ax keyləşdirmək. Həyə-canlı sözlər soyuq su damlaları kimi Zibey-dənin üzərinə tökülüb, onu keyitdi. çemen-zeminli. Həkimin verdiyi ağır xəbər elektrik cərəyanı kimi [qızın] qəlbinə çarpıb, bütün əsəblərini keyitmişdi. İ.Əfendiyev.

KEYLƏŞDİRİCİ : Azerbaijani Explanatory Dictionary

sif. Keyleşdiren, key eden, hissizleşdiren. Keyləşdirici iynə (dər-man).
Yerli təsir göstərmək üçün [derman-lara] antiseptik, büzücü, keyləşdirici, ağrıkə-sici və başqa maddələr daxil edirlər. R.Əliyev.

KEYLƏŞDİRİLMƏ : Azerbaijani Explanatory Dictionary

"Keyleşdirilmek"-den f.is.

KEYLƏŞDİRİLMƏK : Azerbaijani Explanatory Dictionary

məch. Key edilmek;
hissizleşdirilmek.

KEYLƏŞDİRMƏ : Azerbaijani Explanatory Dictionary

"Keyleşdirmek"denf.is.

KEYLƏŞDİRMƏK : Azerbaijani Explanatory Dictionary

f.
Key hala salmaq;
hissizleşdirmek. Iynə vurub əti keyləşdirmək.
məc. dan. Keyleşmesine, süstleşmesine, donub qalmasına sebeb olmaq; sarsıtmaq. Bu xəbər onu keyləşdirdi.

KEYLƏŞMƏ : Azerbaijani Explanatory Dictionary

"Keyleşmek"den f.is.

KEYLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary

ax keyimək. Gülnaz, hiss və duyğuların keyləşdiyi, ilk məhəbbətin açılmadan solduğu, ümidsizlik içərisində daşa dönmüş qəlbini ərbaba verdi. M.İbra-himov. Sənubər başı keyləşənə
. qədər oxu-du. B.Bayramov.

KEYLİK : Azerbaijani Explanatory Dictionary

is.
Keyleşmiş, hissizleşmiş şeyin halı. Əlin keyliyi.
məc. Süstlük, kütlük, hissizlik. Şirin özündə bir keylik hiss edirdi. İ.Əfendiyev.

KEYSU : Azerbaijani Explanatory Dictionary

is. [fars.] klas. Uzunsaç, zülf, hö-rük. Belə türrə, belə keysu,
belə saç; Belə qəmzə, belə qaşü göz olmaz. Q.Zakir. Fir-qətindən qara bağrım olub su; Alıbdır qəra-rım o zülfü keysu. Aşıq Mehemmed.

KƏBƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Mekkede müselmanla-rın müqeddes saydıqları bina
qiblegah. Ey həqqi hər yerdə hazırdır deyən əgrinəzər; Bəs nə mənada seçərsən Kəbədən bütxanəni? Nesimi. [Şeyx Neim:] Eylədin Kəbə qarşı-sında yəmin; O bu gün məhv olurmu bir qız için? H.Cavid. // məc. Əsas, merkez. Mərhum Molla Tarqulu həmişə deyərdi ki, Danabaş kəndi yer üzünün Kəbəsidir, yəni mərkəzidir. C.Memmedquluzade.
məc. Ən eziz, en istekli, en müqeddes sayılan şey haqqrnda. [İmran:] Onun Kəbəsi mücrüdür ki, gündə yeddi dəfə başına dolan-sın. S.S.Axundov.

KƏBİN : Azerbaijani Explanatory Dictionary

is. [fars.] köhn.
Evlenme esna-sında kişi (oğlan) terefinden qadrna (qıza) ved edilen nikah bahası; başlıq, mehr. [Mercan bey:]
.Qabaqda axmaqlıq edib, kəbin pulunu beş min manat yazdırmışam. ü.Hacıbeyov. Arvad bədbəxt olub atası evin-də qalardı. Atası da axund otağında, divan-xanalarda kəbin və talaq davası edərdi. H.Sarabski.
İzdivac, nikah; evlenmenin qanuni şek-le salınması. Kəbin əhvalatını bitirməkdən ötrü əvvəlcə mənim bu əqdim
. qeyd olun-malı idi. T.Ş.Simurq. □ Kəbin kağızı
kebin şertlerinin yazıldığı kağız, evlenme haqqrn-da şehadetname. Hər birisi ki razı olsa, onda gərək dübarə Abbas Məhəmməd oğlu-na nikah oxuna və kəbin kağızı yazıla.. M.F.Axundzade. Kəbin kağızını almamış gə-lini bayıra çıxarmazdılar. H.Sarabski. Kəbin kəsdirmək
evlenmesini müvafiq mera-simle qanuni şekle saldrrmaq. [Ağamehdi]
. kəbin kəsdirdi və [Gülnazı] götürüb öz evinə apardı. E.Sultanov. Kəbin kəsmək
evlenme ayini icra etmek, evlenmeyi qanuni şekle salmaq, nikah kesmek. Irəvanda bir belə mirzənin hətta kəbin kəsdiyini görmü-şəm. Ə.Haqverdiyev. Kəbinini kəsmək
ere getmesini qanuni şekle salmaq. [Molla Sefi:] Pəh, bu olmadı ha! Mənə deyən gərəkdi, hə-pənd, bu nə şəriətbazlıqdı... Kəbinini kəsəy-din qurtaraydı gedəydi... N.Vezirov. Kəbi-nini vermək
boşamaq, talağrnı vermek. [Şamama cadu:] Onun da fikrini çəkəcək-sən? Bir yüz manat puldur, onun kəbinini verib, başından rədd elərsən, gedər işinə. Ə.Haqverdiyev.
0 Kəbin(lər)i göydə kəsilib
evlenme-leri tam zeruridir. Əmiqızı ilə əmioğlunun kəbini göydə kəsilib. (Mesel). [Allahqulu çimnaza:] Sən də çalış, Sonanı Büləndə gəlin gətir, bir-birini onlar çox istəyirlər. Hər cə-hətdən də babdırlar. Belələri üçün deyiblər ki, kəbinləri göydə kəsilib! Ə.Əbülhesen. Kəbinim halal canım azad! köhn.
ade-ten qadının mecburiyyet üzünden erinden boşanmaq arzusunu bildiren ifade. [Güllü:] Kağızımı ver, kəbinim halal, canım azad! Ə.Haqverdiyev. [Mercan bey Keble Qubada:] Amma əgər sən bir iş görə bilsən ki, arvadım mənə deyə: kəbinim halal, canım azad və məndən çıxıb gedə, onda sənə iki min manat nağd pul verərəm. ü.Hacıbeyov. Kəbininə kəsilmək məc.
daim boynunda olmaq, boy-nuna qoyulmaq (bir iş, vezife).

KƏBİNLİ : Azerbaijani Explanatory Dictionary

sif. Kebini olan; qanuni. [Sekine xanım:] [Zeyneb] qardaşıma kəbinli arvad deyil idi ki, irs apara. M.F.Axundzade. [Bahadır:] A kişi, nə deyirsən? Kəbinli qızı da qaçırmaq olurmu? N.Nerimanov.
.Zey-nəb, Allaha şükür, dul övrətdi, heç kəbinli də deyil. C.Memmedquluzade.

KƏBİNLİLİK : Azerbaijani Explanatory Dictionary

is. Kebinli olma, kebini
olma, nikahlılıq.

KƏBİNSİZ : Azerbaijani Explanatory Dictionary

sif. Kebini olmayan, resmi ni-kahı olmayan; qeyri-qanuni. Kəbinsiz arvad.
[Qaçay:] Onsuz da Pənah çoxdan tutul-malı idi. Lap Əntiqəni evlərinə kəbinsiz apa-ran günü... İ.Melikzade.

KƏBİNSİZLİK : Azerbaijani Explanatory Dictionary

is. Resmi nikahın olmadığı hal; nikahsızlıq.

KƏBİR : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] klas. Böyük. // İs. mena-sında. [Koroğlu:] Qol-qola bağlayın, tutun əsiri; Səğirin kəbirə qatın, gətirin! "Koroğlu".

KƏBLEYİ : Azerbaijani Explanatory Dictionary

köhn. "Kerbelayı" sözünün canlı dilde işlenen forması (b ax kərbəlayı). [Sefereli:] Kəbleyi! Sən başa düşmürsən. H.Nezerli.