Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
KƏLİSA : Azerbaijani Explanatory Dictionary

ax kilsə. Harda olsan, dövləti-didarın olsun cilvəgər; Arifə məqsəd nə məs-cid, nə kəlisadır, qərəz. S.Ə.Şirvani. Dəstə-maz eylədiyin çeşmə müsəlman qanıdır; Bilmirəm hansı kəlisada nəmaz eyləmisən. Şehriyar.

KƏLLAHI : Azerbaijani Explanatory Dictionary

sif. ve zərf dan. özbaşrna, azad, serbest, özü istediyi kimi. Kəllahı adam. Kəllahı dolanmaq.
Adam var, çölləri gə-zər kəllahı; Adam var, tanımaz gözəl Allahı. "Abbas ve Gülgez".

KƏLLƏ : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
Baş. Kəlləsindən vur-maq.
Ox atma sən bu daşa; Bu qayaya, bu daşa; Düşməni elə vur ki; Kəlləsindən bud aşa. (Bayatı). Misri qılınc kəllələri kəsəndə; Bağırsaqlar cəmdəklərə dolana. "Koroğlu". Kəllə vurmaq
başı ile vurmaq. Qurd atıldı meydana; Vuruşdular doyunca; Keçi kəllə vurunca; Qurd bulaşdı al-qana. M.Müşfiq. // Başın tepe hissesi, ortası. Işıqda kəlləsi parıldayırdı.
Əti çürüyüb tökülmüş baş sümüyü; qafa tası; qafa. Skeletin kəlləsi. Mamontun kəlləsi.
[Xeyyam:] Bir böyük quş qonaraq bürcünə gördüm Tusun; Süzərək kəlləsini pəncədə Keykavusun. H.Cavid. [Heyat:] Sən lap filosof olmusan. Hamlet kimi çürümüş kəllələrlə danışmaq istəyirsən. M.İbrahimov. □ Kəllə qutusu
bax qafa tası ("qafa"da).
B a x kəlləpaça. Kəllə bişirmək. Kəllə yemək.
Bir şeyin en yuxarı hissesi, tepesi; zir-ve. Divarın kəlləsi. Ağacın kəlləsi.
Ay get-gedə qarşıdakı uca dağın kəlləsinə sancılıb gizlənməyə başlayırdı. H.Nezerli. [Rüstemin] gözləri qabağında
. Qəhrəmanın quşqon-maz ağacların kəlləsinə çıxmağı canlandı. S.Rehimov.
məc. dan. Ağıl, kamal, şüur menasında. Kəlləsi yoxdur. Kəlləsi işləmir. // məc. dan. çox ağıllı, başlı adam haqqında. Yaman kəl-lədir.
Konus ve ya yuvarlaq şekilde istehsal olunan şey. Iki kəllə pendir.
[Sultan bey:] Elə hamı mən deyəni deyir: bir hallıca-bolluca dul arvad ola ki, bir nəfər molla, üç manat pul və bir kəllə qənd ilə iş tamam ola. ü.Hacıbeyov. [Cavad:] O günlər Məşədi Babanın qızının kəbini kəsiləndə iki xalvar buğda,
. bir kəllə qənd və bir girvənkə çay gətirmişdilər. B.Talıblı.
sif. mənasında. Baş, başda olan; kenar. Kəllə pəncərə.
[Nuriyye:] Qərənfil bacı məni pəncərələri qərbə baxan kəllə otağa apardı. İ.Əfendiyev. Eyvanın kəllə sütununun qabağında qoyulmuş bədənnüma güzgünün qabağında Ağazal özünə axırıncı sığalı da verdi. Ə.Əbülhesen. Həyətinə sal daşı döşən-miş ev iki kəllə, bir orta otaqdan ibarətdir. Ə.Veliyev.
məc. dan. Kobud, qaba, kimseye boyun eymeyen adam haqqında. Kəllə uşaq. çox kəllədir. Kəllə (z.) danışır.
Bax zenit
ci menada. Avqust günəşi düz kəllədə idi. Ə.Əbülhesen.
0 Kəllə-kəlləyə gəlmək (durmaq)
üz-üze gelmek, döyüşmek, vuruşmaq, toqquş-maq. Tanklar qabaqlaşdı. Elə bil, iki qoç kəllə-kəlləyə gəldi. Ə.Veliyev. // məc. Mü-barize aparmaq. Zəngəzur naçalniki Səlim bəylə kəllə-kəlləyə gələn,
. adı dillər əzbəri həmin igid Həcəri deyirəm! S.Rehimov. [Ferman] hər gün öz maşınına əyləşərək dağlarla kəllə-kəlləyə gəlirdi. Ə.Sadıq. Kəlləni ağartmaq
bax kəlləni yerə qoy-maq (atmaq)
ci menada. Kəlləni yastığa atmaq (qoymaq)
bax kəlləni yerə qoy-maq (atmaq)
ci menada. At kəlləni yastı-ğına, yaxşı uzan, yaxşı yat; Mən dinsəm də, dinməsəm də, keçinəcək bu həyat. S.Vurğun. Kəlləni yerə qoymaq (atmaq)
1) yıxılıb yatmaq, yuxulamaq; 2) məc. ölmek. Baxış bəy:
Dava nədir, ay pristav,
dedi,
alnına gülləni vurarlar, kəlləni birdəfəlik qoyarsan yerə. Ə.Abasov. Gözü (gözləri) kəlləsinə çıxmaq
bax göz. Axundun gözləri çıxır kəlləsinə. "M.N.letif". [Merdan:]
.Yoxsa səni o qədər boğaram ki, gözlərin çıxar kəl-lənə dana gözləri kimi. N.Vezirov.

KƏLLƏBƏKƏLLƏ : Azerbaijani Explanatory Dictionary

kəlləbəkəllə gəlmək
- bax kəllə-kəlləyə gəlmək (durmaq)
("kəllə"de).

KƏLLƏÇARX : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Neft buruqlarrnrn ve qülle şekilli başqa qurğuların tepesinde olan qaldırıcı çarx. Dolamaçarxın kəlləçarxı.
- Vışkaların təpəsində fırlanan kəlləçarxla-rın cırıltısı eşidilmirdi. M.S.Ordubadi. Bu-ruqların şam ağacı kimi səmaya yüksəlməsi, başlarında qurulmuş kəlləçarxın fır-fır fır-lanıb quyulardan neft dartması
. əzəmət təş-kil edirdi. B.Talıblı.
0 Kəlləçarxa vurmaq
bir iş ve ya he-reketde son hedde, ifrat dereceye varmaq; heddini aşmaq. [Mirze Celil:] [Ataş] özba-şına qalsa, kəlləçarxa vurar, yatan itləri də oyadar. Ə.Veliyev.

KƏLLƏÇARXÇI : Azerbaijani Explanatory Dictionary

is. dan.
Kelleçarxda işleyen fehle.
çox yükseklerde işlemeyi bacaran feh-le, usta.

KƏLLƏGOZ : Azerbaijani Explanatory Dictionary

sif.
Nağıllarda: gözü kel-
lesinde olan (canlı); tepegöz. Qəhrəman altı-ayaq, kəlləgöz atını sürüb, Ibrahimi də aldı tərkinə. (Nağıl).
məc. Hirsli, tez qızışan, qezebli. [Şiraslan:] Bir az belə, bir təhər adamdır, kəlləgözdür.. M.Süleymanov.

KƏLLƏGOZLUK : Azerbaijani Explanatory Dictionary

is. dan. Tez hirslenen,
tez qızışan adamrn xasiyyeti; hirslilik.

KƏLLƏLƏMƏ : Azerbaijani Explanatory Dictionary

KƏLLƏLƏMƏ "Kellelemek"den f.is.

KƏLLƏLƏMƏK : Azerbaijani Explanatory Dictionary

f.
Kelle ile döyüşmek, kelle ile vurmaq. Qoçlar bir-birini kəllələ-dilər.
məc. Qesden incitmek.

KƏLLƏLƏŞMƏ : Azerbaijani Explanatory Dictionary

"Kelleleşmek"den f.is.

KƏLLƏLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary

qarş. Kelle ile vuruş-maq, kelle ile döyüşmek. Qoçlar kəllələşdi.
Bax kəllələmək
ci menada.

KƏLLƏLİ : Azerbaijani Explanatory Dictionary

sif. dan. zar. Başlı, ağıllı.

KƏLLƏLİK : Azerbaijani Explanatory Dictionary

is.
çerçivenin üst uclarını birleşdiren gödek ağac. Kəlləlik kəsmək. Kəl-ləlik düzəltmək.
Bir şeyin kelle (üst) terefini teşkil eden hissesi.
məc. Terslik, yekebaşlıq. Kəlləlik (z.) etmək. Kəlləlik (z.) göstərmək.
məh. Qapının üstünde olan pencere.

KƏLLƏMAYALLAQ : Azerbaijani Explanatory Dictionary

zərf
Başı aşağı,
ayaqları yuxarı halda. Kəlləmayallaq yıxıldım. Kəlləmayallaq olmaq.
Ola bilər ki,
. kəl-ləmayallaq divarın üstündən yıxılıb düşə. C.Memmedquluzade. Kəlləmayallaq aşmaq (gəlmək)
başıaşağı uçmaq, yıxılmaq, en-mek. [Yarmemmed Naznaza:] Yapışdım iki qıçından, şalban kimi kəlləmayallaq aşdı. M.İbrahimov. [Şofer:] Tüfəng açıldı. özüm də təpmənin şiddətindən kəlləmayallaq qayı-ğın dibinə aşdım. M.Rzaquluzade. // Tersine, başıaşağı. Stulları kəlləmayallaq qoymaq.

KƏLLƏPAÇA : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
Kesilmiş qo-yun ve ya keçinin başı ve ayaqları. Kəlləpa-ça bişirmək. Kəlləpaça almaq.
Qazı durdu ayağa, ocağı yandırdı, kəlləpaçanı saldı çöl-məyə. (Nağıl).
aşp. Qoyun ve ya keçinin kellesi ve ayaqlarından bişirilen duru xörek; baş-ayaq. Sirkə-sarımsağını hesab edən kəllə-paçayeməz. (Ata. sözü). [Zerbeli:] Yaxşı lətif piti var, küftəbozbaş, kəlləpaça var, kotlet var. Ə.Haqverdiyev.

KƏLLƏPƏZ : Azerbaijani Explanatory Dictionary

is. [fars.] köhn.
Kellepaça bişirib satan adam. Səfər günü Xəlil əmisi kəlləpəz Imanı gətirib, evlərinə hayan qoyub, anası və bacısı ilə ağlaya-ağlaya vida etdi. Ə.Haqverdiyev.
Kellepaça bişirilib satılan dükan ve s. Bura sərraf dükanı deyil, kəlləpəz dükanı-
dır. "M.N.letif".

KƏLLƏPƏZLİK : Azerbaijani Explanatory Dictionary

is. köhn. Kellepaça bi-
şirme seneti.

KƏLMƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Söz. Qurban mollanın ağzından çıxan kəlmələri yeyəcəkmiş kimi
. onu dinləyirdi. A.Şaiq. [Sefereli:] Bizim Is-tanbulda böylə kəlmələr işlənməz. H.Nezerli. [Ferman müelliminin]
.dediklərini mənim-sər və rusca hələ zəif bilməsinə baxmayaraq, kəlmələri bir-birinə quraşdıraraq sualı sual dalınca verərdi. Ə.Sadıq. □ Kəlmə(si)-kəlməsinə
bax kəlməbəkəlmə. Kəlmə-kəlməsinə xəbər vermək. // İfade, ibare.
Saylarla: bir, iki, üç ve i. a. kelme
bir neçe söz, az söz, qısaca. Mehriban iki kəlmə ilə yenə içə bilməyəcəyini və içmək istəmə-diyini bildirdi. S.Hüseyn. [Qehreman:] Bu iki gündə nə ev sahibi xanım ilə, nə də qul-luqçu ilə bir kəlmə danışmaq ehtiyacımız olmadı. H.Nezerli. [Xalıq:] Bəli, mənəm, da-yan, səninlə iki kəlmə sözüm var. S.Rehman.
Kelme ve ya kelmeyi-şehadet din.
müselmanlığın esas remzi olan "lailahe illel-lah, Mehemmedün-resullüllah" ifadesi (islam dinine göre her bir müselman yatmazdan qabaq ve ya ölerken ve yaxud başqa hallarda bu ibareni söylemekle müselman olduğunu gösterir). Sirat, sual qabaqdadı, nə damaqdı dünyada; Kəlmeyi-şəhadət lazımdı ölən vaxtı dünyada. Aşıq Əlesger. [Arvad:] Ay kişi,
.səni görüm öləndə dilin kəlməyə gəlməsin, sən bəyəm qoyursan ki, mən bilim nə iş gö-rürəm? H.Sarabski.
0 Kəlmeyi-şəhadətini demək (oxumaq söyləmək yada salmaq dilinə gətirmək)
ölümünü gözü qabağına almaq, ölmeye hazıriaşmaq. Uzaqdan diqqət edirsən ki, görüm, əgər [atlıların] başında papaq var, kəlmeyi-şəhadətimi oxuyum. C.Memmed-quluzade. Bu sözləri xatırına gətirib Molla Tanrıverdi başladı
. kəlmeyi-şəhadətini oxumağa. E.Sultanov. Kəlmə kəsmək
danrşmaq. Maral bir daha Cuma ilə kəlmə kəsməyib getdi. Ə.Əbülhesen. Hesabını başa düşən Qarakişi daha bir kəlmə də kəsmədi. B.Bayramov. [Reşid:]
.Ancaq ömrümdə gör-məmişdim ki, Qara Canbalayev, ya da Göv-hər xanım mənimlə kəlmə kəssin. İ.Hüseynov. Kəlmə verib kəlmə almaq
bax kəlmə kəsmək. [Qoca qarı:] Mən gəlin gedəndə ondan da kiçik idim, qaynanamla kəlmə ve-rib kəlmə alanda üzüm qızarardı. Qantemir.
kəlmə-kəlmə zərf Ayrı-ayrı sözlerle, her sözü ayrıca. Kəlmə-kəlmə tərcümə etmək. Kəlmə-kəlmə diktə etmək.
Əzizim, kəlmə-kəlmə; Sözü de kəlmə-kəlmə; Oturaq xəlvət evdə; Danışaq kəlmə-kəlmə. (Bayatı). "Əlif"in hökmüylə, "cim" fərmanıyla; Ara kəlmə-kəlmə, dağıt "əmmə"ni. Aşıq Əlesger.

KƏLMƏBAŞI : Azerbaijani Explanatory Dictionary

zərf Her sözün başında; tez-tez. Dırnaqları manikürlü, dodaqları qır-mızı; Kəlməbaşı deyir ki: "Mən el qızıyam, el qızı". S.Rüstem. Ya mənim ingiliscəm; tər-cüməyə möhtacdır; ya o, keydir; Elə "ay si" deyir; "Yes" deyir; kəlməbaşı "okey" deyir.
R.Rza.

KƏLMƏBƏKƏLMƏ : Azerbaijani Explanatory Dictionary

zərfBir-bir, kelme-
lerle, sözbesöz. Kəlməbəkəlmə oxumaq. Kəl-məbəkəlmə yazmaq.

KƏLMƏCİK : Azerbaijani Explanatory Dictionary

"Kelme"den kiç.

KƏLMƏLİK : Azerbaijani Explanatory Dictionary

sif. Saylarla işlenib sözün miqdarını bildirir. Səməd səbr edə bilməyib bir neçə kəlməlik məktub yazdı. İ.Hüseynov.
.Bəlkə həyatla ölüm haqqında; üç kəlməlik bir əfsanə dedi. R.Rza.

KƏLTƏN : Azerbaijani Explanatory Dictionary

is. məh. İri kesek. Dişli mala-lar iri kəltənləri əzib xırdalayır.
Əkbər kəltəni.. Məşədi Hüseynin kəlləsinə çırpmaq istəyəndə Müslüm qoymadı. Mir Celal.

KƏLTƏNLİ : Azerbaijani Explanatory Dictionary

sif. məh. Kelteni olan; ke-
sekli. Kəltənli yer. Kəltənli tarla.