Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
KÖMÜRLƏŞDİRİLMƏK : Azerbaijani Explanatory Dictionary

məch. Kömür
halına saldırmaq, yandırılıb kömür edilmek.

KÖMÜRLƏŞDİRMƏ : Azerbaijani Explanatory Dictionary

KöMüRLƏŞDİRMƏ "Kömürleşdirmek"-
den f.is.

KÖMÜRLƏŞDİRMƏK : Azerbaijani Explanatory Dictionary

icb. Kömür halına
salınmaq, yandırıb kömür etmek.

KÖMÜRLƏŞMƏ : Azerbaijani Explanatory Dictionary

"Kömürleşmek"den f.is.

KÖMÜRLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary

f.
Kömüre dönmek, kömür halına düşmek.
Yandıqdan sonra kömüre çevrilmek. Köz kömürləşdi.

KÖMÜRLÜ : Azerbaijani Explanatory Dictionary

sif. üzerine kömür tozu qon-muş, kömürü olan. Kömürlü əllər. Kömürlü paltar.

KÖMÜRLÜK : Azerbaijani Explanatory Dictionary

is. Evlerde kömür tökülen (saxlanan) yer, kömür anbarı. Az qalırdı adamlar [Qediri] taxtapuşun altına, kömür-lüyə yıxsınlar. Mir Celal.

KÖMÜRSORAN : Azerbaijani Explanatory Dictionary

sif. tex. Hidravlik üsulla
kömür çıxarılmasında işledilen (maşın ve s.). Kömürsoran maşın. // is. Hidravlik üsulla kömür çıxarılmasında işledilen maşın ve s. Yeni markalı kömürsoran.

KÖMÜRTƏMİZLƏYƏN : Azerbaijani Explanatory Dictionary

sif. Kömürü te-mizlemek üçün işledilen. Kömürtəmizləyən maşını işə salmaq. // is. Kömürü temizlemek üçün maşın ve s. Kömürtəmizləyəni quraşdır-maq.

KÖMÜRYANDIRAN : Azerbaijani Explanatory Dictionary

ax kömürbasan.

KÖMÜRYÜKLƏYƏN : Azerbaijani Explanatory Dictionary

sif. xüs. Kömürü va-qona, avtomaşına ve s. yükleyen (maşın ve s). Kömüryükləyən transportyor. // is. Kömürü vaqona, avtomaşına ve s.-ye yükleyen ma-şın ve s. Kömüryükləyəni qaydaya salmaq.

KÖNDƏLƏN : Azerbaijani Explanatory Dictionary

sif. Enine. Köndələn xətt. Köndələn tikiş.
Qarşımda başdan-başa; Əyri, köndələn cızıq; Varaq-varaq kağızlar. R.Rza. Pərinin üzündə, gözünün altında, boynunda bir köndələn qırış belə nəzərə çarp-mırdı. Ə.Veliyev. // zərf Yanakı, çepine, yan. Atı köndələn sürmək. Köndələn tikmək. Parçanı köndələn kəsmək.
Kor, atı minib köndələn çapar. (Ata. sözü). [Əhmed] yavaş-yavaş eşşəyin başını döndərib yolda köndə-lən oturdu. B.Talıblı. Arabaçı isə onlara baxmadan, üzünü köndələn tutub, eyni şika-yətli səslə davam etdi.. M.Hüseyn. // Eyni menada: köndələninə şeklinde. Köndələ-ninə oturmaq.
[Veys]
.divara yanaşı üç cızıq, köndələninə yanaşı iki cızıq çəkdi.. Ə.Əbülhesen.

KÖNLÜAÇIQ : Azerbaijani Explanatory Dictionary

sif. Şen, gülerüzlü, şad, xürrem. Könlüaçıq adam.

KÖNLÜAÇIQLIQ : Azerbaijani Explanatory Dictionary

is. Şenlik, şadlıq, gü-lerüzlülük.

KÖNLÜQARA : Azerbaijani Explanatory Dictionary

ax qəlbiqara. çox göz-ləri yolda qoydun intizar; Şirinzəban, kön-lüqara, danışma! Aşıq Hüseyn.

KÖNLÜQARALIQ : Azerbaijani Explanatory Dictionary

ax qəlbiqaralıq.

KÖNLÜQIRIQ : Azerbaijani Explanatory Dictionary

KöNLüSINIQ sif. ve zərf
Könlü bir şeyden sınmış, incimiş; incik, küs-kün, üreyi sınmış. Könlüqırıq (könlüsınıq) qız. Könlüsınıq getmək.
Gəldi qabağə qolu bağlı pişik; Könlüsınıq, sinəsi dağlı pişik. S.Ə.Şirvani. Molla Əkbər də lal-mat və kön-lüsınıq evinə qayıtdı. B.Talıblı.

KÖNTÖY : Azerbaijani Explanatory Dictionary

sif.
Kobud, münasibetsiz, edebsiz, nezaketsiz. Köntöy söz. Köntöy hə-rəkət.
Siz bunun sözündən inciməyin. Bu həm avam, həm də köntöy adamdır. Ə.Abasov. // Zerf menasrnda. Köntöy danışmaq.
Tahir həmin dostuna çox acıqlı və köntöy cavab vermişdi. M.Hüseyn. Bu vəziyyət belə Rüstəm kişini ayıltmadı, fikrindən döndərmədi, əksi-nə, onu daha da acıqlandırdı, köntöy tərpən-məyə məcbur etdi. M.İbrahimov.
Qaba, kobud, yöndemsiz, biçimsiz. Kön-töy yaba. Köntöy balta.
Əvvəlcə Qaçay köntöy bir kürək qayırdı. Ə.Veliyev.
köntöy-köntöy zərf Kobud-kobud, qa-bacasrna, kobudcasına, ters-ters. Şahmar köntöy-köntöy cavab verdi. B.Bayramov. Nəyinə fikir verəcəyəm?
deyə arvad köntöy-köntöy səsləndi. İ.Hüseynov.

KÖNTÖYLÜK : Azerbaijani Explanatory Dictionary

is. Kobudluq, qabalıq;
edebsizlik, nezaketsizlik. Köntöylük eləmək.

KÖNÜL : Azerbaijani Explanatory Dictionary

is. şair.
Qelb, ürek (menevi me-nada). Könlümün sevgili məhbubu mənim; Vətənimdir, vətənimdir, vətənim. A.Sehhet. [Ağaresul]
.işiyubatmayıb həmin saat kön-lündəki məhəbbəti qıza söylədi... E.Sultanov. // məc. Obrazlı teşbehlerde, terkiblerde işle-nir. Könül aşnası. Könül mülkü. Dəli könül.
[Qerib:] Qıya baxıb, könül evin yıxansan; Tanımırsan solu-sağı, Ağcaqız! "Aşıq Qerib". Könül şəhri gündən-günə talandı; Imdi oldu bir xərabə çöllər, hey! M.V.Vidadi. Aralıqdan könül quşun ürkütdük; Bir-birilə qonuşmadıq, ayrıldıq. M.P.Vaqif.
İstek, arzu, heves, meyil. Teatra get-məyə könlüm yoxdur. öz könlü ilə.
[Nigar:]
..Qonşu arvadların sözünə görə qızın könlü Yusifdədir. N.Nerimanov.
0 Könlü açılmaq
qem-qüssesi dağılmaq, şadlanmaq; üreyi açılmaq. Nə könlüm açılar, nə üzüm gülər; Səkrəqibə məhrəm olandan bəri. Q.Zakir. [Nazlı:]
Azacıq gedib gəz də, könlün açılsın. H.Cavid. Camaatın könlü yax-şı açılsın; Razıyıq,
dedilər,
sazəndə çalsın! H.K.Sanılı. Könlü bulanmaq
kefi pozul-maq, neşesi dağılmaq, qanı qaralmaq. Könlüm bulanır küçədə cövlanını görcək; Nitqim tu-tulur hərzəvü-hədyanını görcək. M.Ə.Sabir. Könlü çəkmək
üreyi çekmek, iyrenmeyib istemek. Könlü xoş olmaq
memnun olmaq, xoşnud olmaq. Könlü istəmək
arzu etmek, xoşlamaq istemek. Elə mənim də sizi könlüm istəyir. M.S.Ordubadi. Əmiraslan hər bir əmr və göstərişdən azad idi. Hər nə könlü istə-səydi, onu edərdi. S.S.Axundov. Könlü qal-maq (incimək)
xatiri sınmaq, incimek. Könlü olmaq
1) istemek, meyli olmaq, he-vesi olmaq. Gəz dolan, bağdan ara; Bülbülü bağdan ara; Bağbanın könlü olsa; Nə gəlib bağda nara? (Bayatı); 2) razı olmaq. Könlü olmamaq
istememek, üreyi olmamaq. [Gülçöhre:] Ay ata, vallah, ərə getməyə heç könlümyoxdur. Necə eləyim? ü.Hacıbeyov. [Hacı Murad:] Məhərrəm bəydə könlün yox-dur, bəs Imranda necə? S.S.Axundov. Könlü pozulmaq
bax könlü bulanmaq. Könlü tutulmaq
qemgin olmaq, qüsselenmek, tu-tulmaq. Gördü nazik ayağın ol dilxun; Tu-tulub könlü oldu çox məhzun. S.Ə.Şirvani. Könlü yaralı
felaket üz vermiş, üreyinde derdi olan, kederli. Könlündən çıxartmaq
- unutmaq, unudub yada salmamaq. Könlün-dən keçmək
üreyinden keçmek, üreyinde arzu etmek, istemek. Onun könlündən çox şeylər keçir. Könlünə dəymək (toxunmaq)
- xetrine deymek, üreyine toxunmaq, qel-bine deymek, incitmek, küsdürmek. Ey gö-züm, nə dəyib köyrək könlünə; Ey şirin güf-tarım, nöşün ağladın? M.P.Vaqif. Ey dilim, lal olasan, bilməyirəm kim, nə dedin; Aşina könlünə dəydin ki, olub biganə. S.Ə.Şirvani. Ancaq mən Eldarın könlünə dəyməmək üçün daha tüfəngə əl atmadım. M.Rzaquluzade. Könlünə düşmək
(birden) arzulamaq, iste-mek, üreyi istemek. Axırda elçi quş əti ye¬məkdən yorulur. Könlünə mal əti düşür. "M.N.letif." Könlümə düşmüş idi bir neçə bütlər həvəsi; Bir zaman beyti-xuda dəhrdə bütxanə idi. S.Ə.Şirvani. [Kişi:] Əgər sənin və həkimin könlünə ət düşübsə, mən sizə qo-yun verrəm. M.Dilbazi. Könlünə görə
öz arzusu ile, öz xoşu ile. Könlünə yatmaq
üreyine yatmaq, xoşuna gelmek, qelbine yatmaq, beyenmek. Könlünü açmaq
1) sevindirmek, şadlandırmaq, üreyini açmaq. Hər gün açır könlümü zövqi-visalın yengidən; Gərçi güllər açmağa hər ildə bir novruz olur. Füzuli; 2) birisine inanaraq üreyinde-kileri açıb söylemek, sirlerini açıb demek. Könlünü almaq
xoş (şirin) sözle dile tu-tub razı, yaxud teskin etmek, acığını unutdur-maq; qelbini ele almaq. Vaqif deyir, yalvar yara, könlün al; Bir busə diləyib, boynuna qol sal.. M.P.Vaqif. [Melek Şeydaya:] Mən səni sıxmaq üçün deyil, yalnız könlünü almaq, acılarını unutdurmaq üçün gəldim. H.Cavid. [Sefer bey:]
.Xərc çəkmişəm ki, birtəhər Molla Abuşun ağzını yumum, məhkəmə rəi-sinin könlünü alım.. B.Talıblı. Könlünü ələ almaq (ovlamaq)
üreyini ele getirmek, razı etmek, mehebbetini qazanmaq, qelbini ovlamaq. Bir ayaq ilə mənim könlümü aldın ələ sən; Görüm, ey saqiyi-gülçöhrə əlin var olsun! S.Ə.Şirvani. Ancaq onu da de görüm, onun könlünü ələ gətirmək mümkündürmü? E.Sultanov. Könlünü xoş eləmək
birinin arzusunu yerine yetirerek sevindirmek. Kön-lünü qırmaq (incitmək)
bax könlünə dəymək. [Turxan bey çingiz beye:] Yazıq deyilmi!
.Neçin könlünü qırdın? H.Cavid. Könlünü parçalamaq
bax könlünü qır-maq. Incə bir riqqət Rübabənin könlünü parçaladı. Mir Celal. Könlünü sındırmaq
bax könlünü qırmaq. Əsli qızların kön-lünü sındırmaq istəmirdi. "Əsli ve Kerem". [Xala:] Yaxşı deyil, ay bala, uşaqlıq eləmə, get, könlünü sındırma! Ə.Memmedxanlı. Könül açıqlığı
şadlıq, fereh, sevinc. [Cemil bey:] Doğrusu, könül açıqlığı olma-yınca insandakı nəşə də alt-üst olur. H.Cavid. Könül bağlamaq
bax könül vermək. Könül bulandıran
ürek-bulandırıcı, xoşa gelmeyen, arzu edilmeyen. Könül bulandı-ran qəmgin bir axşam; Səlim bəy tutmamış evində aram. M.Rahim. Könül bulandırmaq
- kederlendirmek, qüsselendirmek, qanını qaraltmaq. Könül qırmaq (yıxmaq sındır-maq)
ürek sındırmaq, özünden küsdürmek, özünden incitmek, incik salmaq. Sən də, gö-züm, Allaha baxıb, zülmü az eylə; Peyvəstə könül yıxsan əgər, bir də saz eylə. M.P.Vaqif. Könül oxşamaq
1) ezizlemek, xoş sözler söylemek; 2) xoşa gelmek, ruhu oxşamaq, üreye yatmaq. Ilıq, könül oxşayan meh əsir-di. Ə.Veliyev. Könül oxşayar yaşıl kölgəniz. M.Seyidzade. Könül vermək (bağlamaq)
- 1) aşiq olmaq, ürekden sevmek. Könül verdin hər bivəfa yadlara; Hayıf oldu, ömür getdi badlara. M.V.Vidadi. Dostun vəfasını gördüm; Sevdim, seçdim, könül verdim.. Aşıq Əlesger. Səni vəfalı bilib eşqinə könül ver-dim; Pəriliqalara olmazmış etibar, ey dost! S.Ə.Şirvani; 2) razılıq vermek, razılaşmaq, razı olmaq. Mən bu işə könül vermədim. İki könül bir olmaq
sevişmek, bir-birini sev-mek. Iki könül bir olsa, tez tapar dalda yeri. (Ata. sözü). Könül yoldaşı
yaxın dost, se-mimi dost, hemdem, sirdaş, qelb yoldaşı.

KÖNÜLAÇAN : Azerbaijani Explanatory Dictionary

sif. ürekaçan, xoşagelen, xoş; sevindirici, zövq veren, lezzet veren. Kö-nülaçan mahnı.
Qarşıda Xəzər dənizi, Qara və Ağ şəhər zavodları görünürdü. Bu, könüla-çan bir mənzərə idi. S.Hüseyn. [Seriyye:] Həyatda hər şey necə gözəl, necə könülaçan-dır. İ.Əfendiyev. Bəxtəvərlər kəndinin axşam-ları qarğaşalı olduğu kimi, səhərləri könüla-çan, gecələri sözlü-söhbətlidir. Ə.Veliyev.

KÖNÜLLÜ : Azerbaijani Explanatory Dictionary

sif.
öz xoşu ile, öz razılığı ile, öz isteyi ile; qeyri-mecburi. Könüllü vergi. Könüllü əsgər. Könüllü dəstələr. // Is. mənasında. Bir işi öz xoşu, razılığı, isteyi ile öhdesine götüren adam (adeten orduya kö-nüllü gedenler haqqında). Könüllülər batal-yonu.
Konsulxananın avtomaşını könüllü yığmaq üçün seçilmiş komisyonun ixtiyarına buraxılmışdı. M.S.Ordubadi. // Zerf mena-srnda. [Memmed:] Bir çox şəhərləri
Mos-kvanı və Leninqradı gəzdim, sonra könüllü olaraq Uzaq Şərq ordusuna yazıldım. C.Cab-barlı. [Aslan:] Hərbi çağırışı gözləmədən cəb-həyə könüllü gəlmişdi. S.Veliyev.

..tebietli,
..xasiyyetli,
..qelbli,
..ürekli (adeten qoşulduğu sözü seciyyelendirir). Rəs¬sam könüllü.
Deyən, bir insana uydu zavallı; O şair könüllü, rəssam xəyallı. S.Vurğun.
İctimaiyyetin kömeyi ile teşkil olunub işleyen bezi cemiyyet adlarının terkib his-sesi. Könüllü cəmiyyətlər. Yanğından müda-fiə könüllü cəmiyyəti. Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti.

KÖNÜLLÜLÜK : Azerbaijani Explanatory Dictionary

is. öz razılığı, öz xahişi, öz könlü ile olma; qeyri-mecburilik. Könül-lülük prinsipi.

KÖNÜLSEVƏN : Azerbaijani Explanatory Dictionary

sif. üreyeyatan, sevimli, xoşagelen, istenilen. Könülsevən göyçək olar.
(Mesel).

KÖNÜLSÜZ : Azerbaijani Explanatory Dictionary

sif. ve zərfİstemeden, iste-meyerek, arzusuz, hevessiz, üreksiz, razılığı olmadan, ister-istemez. Könülsüz getmək. Könülsüz oxumaq.
Qulu bu dəfə ümidsiz və könülsüz gəldi. A.Şaiq. Bibi könülsüz də olsa, qardaş oğlunun sözlərini dinlədi. Ə.Veliyev. Gülpəri çox könülsüz cavab ve-rirdi. H.Seyidbeyli. □ Könülsüz tikə
is-tenilmeyen, arzu edilmeyen, üreye yatmayan adam, şey haqqrnda.
.Cəmilə xanımın ərin-dən zəhləsi gedirdi, onu görəsi gözü yox idi, könülsüz tikə kimi qəbul edirdi. E.Sultanov.