Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
AVTOVAĞZAL : Azerbaijani Explanatory Dictionary

is. Şeherlerarası ve şehe-retrafı avtobus marşrutları sernişinlerine xidmet göstermek üçün şeherlerde yara-dılan tikililer kompleksi.

AY : Azerbaijani Explanatory Dictionary

is.
Yer küresinin peyki olub, onunla birlikde Güneşin etrafında fırlanan ve geceler inikas eden Güneş işığı ile işıq-lanan göy cismi. Ay işığı. Ayın batması.
.Ay buludlar arasından siyrilib çıxdı. M.Hüseyn. // məc. Gözelin camalına teşbih (bezen ay üz, ay parçası, on dörd gecelik ay ve s. ter-kiblerde işlenir). Ay üzünü görmək istər sevdiyim; Söylə görüm bəs yaşınmaq nə-dəndir? Qurbani. Heyran görüncə ay cama-lın; Oldu genə eşqdə fiəsanə. Heyran xanım. □ Ay doğmaq
ay çıxmaq. Əzizim, aydın olsun; Ay doğsun, aydın olsun; İki həsrət qovuşdu; Gözlərin aydın olsun. (Bayatı). [Faytonçu:] İnşallah, gecə yarısı, ay doğanda yola düşərik. Ə.Haqverdiyev. Ay görünmək
- her ayın evvelinde hilalın (ayparanın) ilk defe görünmesi. Ay qalxmaq (qəlbilənmək)
- ucalmaq, yükselmek, üfüqden uzaqlaşmaq (Ay). Ay qaranlığı
aysız gece, Ay işığı olmayan gece, qaranlıq gece. Ay qaran-lıqlamaq
axşamdan görünmeyib geceden bir qeder keçenden sonra, ya sehere yaxın görünmek (Ay). Ay parçası
1) hilal, aypara; 2) məc. gözelin epitetlerinden biri. Ay tutulmaq astr.
Yer küresinin Güneş ile Ay arasına girmesi neticesinde Ayın müveqqeti olaraq qismen ve ya tamamile görünmemesi. Bəzən şəhərə belə bir səs düşərdi ki, gün və ya ay tutulmuşdur. H.Sarabski. Boz ay
qışın axırıncı ayı, mart ayı. Artıq Qarabağ düzənliyinin boz ayı başlamışdı. S.Rehimov. Elqovan ay
yayın axırıncı ayı, yaylaqdan qayıtma vaxtı.
İlin bölündüyü on iki hisseden her biri. Yaz ayları. Bir ay bundam əvvəl. İlimiz on iki aydır.
Zakira, səbr elə ki, vəslə deyən aiətdən; Ay ötər, il dolanar, vaxt olu, hicranə dəyər. Q.Zakir. [Ayrım qızı] Kərim babanı qızışdırmaq fiikri ilə deyirdi:
Bu yaramazı görürsünüzmü? Aylarca (z.) üzünü görməzdim. A.Şaiq. Gün keçir, ay ötür, il yaman gedir. M.Rahim. □ Ayda-ildə
herden, herdenbir, gec-gec, nüd-reten. Ayda-ildə bir namaz, onu da şeytan qoymaz. (Ata. sözü). Araz başdan lil gələr; Dəstə-dəstə gül gələr; Neylərəm belə yarı; Ayda-ildə bir gələr. (Bayatı).

AY : Azerbaijani Explanatory Dictionary

nida.
çağırış, müraciet, haylama, haraylama nidası. Ay camaat!
Ay qalan uşaqlar, siz bizim dalımızda olun, qorxma-yın! M.F.Axundzade. [Kerbelayı Fatma:] Ay hacı, bu nə xəbərdir? Deyirlər Kərbəlayı Fətulla dirilib gəlir? C.Memmedquluzade. Növbət gəlinə gəldi:
Ay uşaq, qaçın, gəlin gəlsin. çemenzeminli. // Bezen tesiri şiddetlendirmek üçün "haray", "dad" söz-leri ile birlikde deyilir: [Nazir:] Ay haray, ay dad, a başına dönüm! Axır mənim təq-sirim nədir! M.F.Axundzade.
Gözlenilmeyen bir keyfiyyet, ya ha-dise neticesinde doğan hissi, qorxunu, dik-sinme ve s. hissleri ifade edir. Ay, ilana bax! Ay, gələn odur! Ay, qorxdum ki! Ay, ürəyim qopdu! // Keder, teessüf, merhemet, şefqet kimi hissleri ifade edir. Ay yazıq! Ay biçarə!
Əxlaqi pozğun, adəti pis, pasibanı yox; Qəlbim yanar, ona deyərəm: "Ay yazıq çocuq!" A.Sehhet. // Birden ağrı tutduqda deyilir. Ay başım! Ay öldüm! // Teeccüb, heyret, heyranlıq ifade edir. Ay, nə çoxdur! Ay, nə gözəldir! // Tesiri güclendirmek üçün deyilir (bezen tekrar edilmekle: ay, ay, ay). Ay, ay, ay! Nə gözəl səs gəlir! // Narazılıq, memnunsuzluq ve s. ifade eden xitab bil-dirir. Boşla, ay molla dayı, sən də bizi çəkmə zora; Biz sənin hiylən ilə düşmərik əsla bu tora. M.Ə.Sabir. Ay Mirzə Səttar, axır niyə insai ilə danışmayırsan? Ə.Haqverdiyev. [Zehra:] Ay Kərim, çox öyünmə. Ayrım qızı dörd-beş kişiyə dov gəldi. A.Şaiq.
"A" yerinde nida olaraq işlenir (b a x A2). Ay uşaqlar, bir sakit olun! Ay yoldaş, səbr elə! Ay qız! Ay qoçaq!

AY : Azerbaijani Explanatory Dictionary

is. astr. İlin on iki hissesinden biri.
i 31,
ü 30,
i 28 (her dörd ilden bir 29) günden ibaretdir.

ÄYA : Azerbaijani Explanatory Dictionary

əd. Sual ve teeccüb ile beraber temenna ve ümid bildirir; göresen. Aya bu işdən bir şey çıxacaq? Aya bir az tez gələ bilməzdin?
Hər xilqətə gərçi bir səbəb var; Aya səbəbi kim etdi izhar? Füzuli. [Nuxalılar:] Aya biz bu gün o cənabın ziya-rətinə müşərrəi ola bilərikmi? M.F.Axund-zade. Hamı məəttəl qalıb, aya bu qədər yandüdüyünü haradan yığmaq mümkündür və aya görəsən qoşuna bu qədər yandüdüyü nə lazımdır? C.Memmedquluzade.

AYÄ : Azerbaijani Explanatory Dictionary

is.
Barmaqlar daxil olmadan elin içi, açıq yeri.
Yarpağın üzü. [Gülxetminin] yarpaq-ları dar xaçvaridir, aya və qın hissəsi də tüklərlə örtülüdür. H.Qedirov.

AYAĞIAĞIR : Azerbaijani Explanatory Dictionary

a x ağırayaq.

AYAĞIPƏRDƏLİ : Azerbaijani Explanatory Dictionary

sii. zool. Suda üzmek
üçün barmaqlarının arası bir-birine deri perde ile bitişik olan. Ayağıpərdəli quşlar (qaz, ördek, anqut ve s.).

AYAĞISÜRÜŞKƏN : Azerbaijani Explanatory Dictionary

sii. dan. Əxlaqı yün-
gül, pozğun (qadın haqqında).

AYAĞIYÜNGÜL : Azerbaijani Explanatory Dictionary

ax ayağı yüngül ("ayaq^&#
de).

AYAĞIYÜNGÜLLÜK : Azerbaijani Explanatory Dictionary

is. Xoşqedemlik.

AYAQ : Azerbaijani Explanatory Dictionary

is.
İnsan ve heyvanın yeri-mesine xidmet eden beden üzvü. Balaca ayaq. Qarın üstündə heyvan ayağının izi var. Ayaq barmaqları.
Təkərlərin səsi, atların ayaqlarının tappıltısı meşələrə səs salırdı. N.Nerimanov. Fərraşlar Məşədi Həsəni yıxıb ayağına on çubuq vurdular. çemenzeminli. // Qıç menasında. Ayaq getdi, əl gətirdi, diş yedi; Baxmaqdan savayı gözə nə qaldı?! Aşıq Alı.
dan. Yarım arşına yaxın mesafe ölçüsü. Uç ayaq aralığı var. Stolların arası beş ayaqdır.
Süret, addım menasında. Yolda Məmməd bəy Səiərə dedi:
Səiər, qoşun ayağı ilə getsək, gec olacaq, Mustaia xan kəndləri çalıb-çapıb qaçacaq, gəl çaparaq gedək. çemenzeminli.
Bir sıra şeylerin ayağa oxşayan, yere direnen hissesi, dayağı, qıçı, direyi. Ma-sanın ayağı. Taxtın ayaqları. çarpayının bir ayağı sınmışdır. // Dik duran şeylerin yere direnen alt hissesi. Nərdivanın ayağı. Sütu¬nun ayağı.
Qədim dayı axşama kimi pillə-kənin ayağında oturdu. S.Rehimov.
çay, bulaq ve s. axar suların aşağı his-sesi. çay ayağı. Arxın ayağı gölə tökülür.
Son, axır. Onun sözünün nə başı var, nə ayağı.
Pambıq, ərzaq və xuşgəbar karvanının başı, ayağı məlum olmayırdı. Ə.Haqverdiyev. // Bir yerin qurtaracağı, son nöqtesi. Kəndin ayağından bir bulaq axır; Toz qalxızmış suya gələn mal-naxır. A.Sehhet. Sağ tərəfiimizdə Azadlıq kəndinin meşəsinin ayağı gərək olsun. T.Ş.Simurq.
dan. Defe, kere. Bir ayaq. Maşın hər ayaqda üç ton yük aparır. Avtobus səhərdən beş ayaq gəlib-getmişdir.
.Beş ayaq qa-yıtdıqları halda, yeddi dəiə xörəyi doldurub boşaldırdılar. Ə.Veliyev. □ Bu ayaq
indi, bu defe. [Koroğlu:] Aşıq Cünun, indi de gö-rüm, haraları gəzdin? Nə gördün? Nə eşit-din? Bu ayaq haradan gəlirsən? "Koroğlu".
məc. dan. Deyersiz, alçaq, qiymetsiz, keyfiyyetsiz, keyfiyyetce yaramaz. Ayaq mal.
Tüfeng, tapança kimi silahların çax-mağı, tetiyi. Tüiəngi ayağa çəkmək. Tapan-çanın ayağı boşdur. Qoşalülənin ayağı işləmir. □ Ayaqda qoymaq
tüfeng, ya tapançanın çaxmağını geri çekerek atmaq üçün hazır saxlamaq.
Adeten çıxışlıq halında: ayaqdan,
ayağından dan.
hesabdan,
..hesabından.
Qoyunu qoyun ayağından, keçini keçi aya-
ğından. (Mesel). [Meşedi:] çitin arşınını
bir şahıdan,
. ay-ulduzu iki abbasıdan, məx-
məri on şahıdan və qalan malı da bu ayaq-
dan qiymət edirlər. Ə.Haqverdiyev.
Adeten yerlik halında: ayağında dan.
- vaxtında, meqamında, çağında, zamanı
olduğu halda, baş verdikde. Dava ayağında
yardıma gəlmək.
0 Ayağa atılmaq
birden qalxmaq. Ozünü yuxuya verən Sərvinaz xanım ayağa atılıb, qapını möhkəm bağladı. S.Rehimov. Ayağa bağlanmaq
engel olmaq, el-qol açmağa mane olmaq. Ayağa çıxmaq
qur-tarmaq, bitirmek, tamam etmek. Ayağa dolaşmaq
mane olmaq, engel olmaq. Ayağa döşənmək
çox yalvarmaq. Ayağa durmaq
bax ayağına qalxmaq (dur¬maq). Ayağa düşmək
1) b a x ayağa döşənmək. Cananı görən ləhzədə can düşdü ayağa; Yalvardı gəda iczilə sultanını görcək. S.Ə.Şirvani; 2) ucuzlaşmaq. Malın qiyməti lap ayağa düşdü; 3) hörmetden düş-mek. Ayağa qaldırmaq məc.
1) herekete getirmek, heyecana getirmek. Xalqı da ayağa qaldıran və [inqilab] ətrafına toplayan bugünkü qurbanlar olacaqdır. M.S.Ordubadi. Sarıl günəş rəngli bir al bay-rağa; Səsinlə elləri qaldır ayağa. S.Vurğun; 2) sağaltmaq. İstisu vannaları bir həftədən sonra xəstəni ayağa qaldırdı; 3) besleyib-böyütmek, terbiyelendirmek, yetişdirmek, araya çıxartmaq, müsteqil hala getirmek. Ayağa qalxmaq
1) herekete gelmek, qiyam etmek, üsyan etmek. Asiya və Afrika xalqları ayağa qalxaraq öz istiqlaliyyətləri uğrunda mübarizə aparırdılar.
Vyetnam, Malay da qalxmış ayağa; Gülür azadlığın bayrağı çində! Z.Xelil; 2) xestelikden sağalmaq, durmaq, yaxşı olmaq; 3) işleri qaydaya düşmek, düzelmek, artıq müsteqil olmaq. İndi uşaqlar böyüyüb, hamısı ayağa qalxıbdır. Ayağa salmaq
qiymetden sal-maq, hörmetden salmaq, etibardan salmaq, gözden salmaq. Ayağa salıbdır Vaqifi qəmlər; Baş çəkəydi binəvayə, gələydi. M.P.Vaqif. Yüz ieyzin olsa xəlqə əgər aiitabtək; Dövran salar ayağa səni mahtabtək. S.Ə.Şirvani. [Mesum kişi:] Hardayazılıbki, oğul atanı.. ayağa salsın. Mir Celal. Ayağa vermək
terefini vermek, alçaltmaq, hörmetden salmaq. Ayağı açılmaq
1) bir yere gedib-gelmeye başlamaq; 2) ishala düşmek, qarnı işlemek. Ayağı ağır
b a x ağırayaq. Ayağı bağlı olmaq
qebiz olmaq, qarnı işlememek. Ayağı dolaşmaq
büdremek, gezerken çaşmaq. Ayağı düşmək
1) guya birinin gelmesi xoşbextliye, müveffeqiy-yete, işin baş tutmasına sebeb olmaq; ayağı xeyirli olmaq, xoşqedem olmaq. Xala, məni təbrik et. Qızın ayağı mənə düşdü. A.Şaiq; 2) tesadüfen, yaxud keçerken bir yere gelmek. Mənim qapıma ayağın düşər, səni it ilə çıxardaram. Ə.Haqverdiyev. Ayağı işləmək
b a x ayağı açılmaq
ci menada. Ayağı kəsilmək
1) bir yere gelib¬getmemek, elaqesini kesmek. Dövlət getdi, hörmət qalxdı aradan; Qapımızdan dost ayağı kəsildi. Aşıq Əlesger; 2) ardı kesil-mek, daha gelmemek. Ayağı sürüşmək məc.
sehv etmek, düz yoldan çıxmaq, yanılmaq. Ayağı uğurlu
bax ayağı yüngül. Ayağı yanmaq məc.
vurulmaq, bend olmaq. [Şehrebanı xanım:] Şahbaz bəy Qarabağda oturduğu yerdə, Parij qızlarına ayağı yanıb, Müsyö Jordana qoşulub getdi. M.F.Axundzade. Ayağı yer almaq
yeri möhkemlenmek, dili uzun olmaq, özüne güvenmek. [çiçek xanım:] Mən səndən yavaş danışıram, yoxsa ayağın yer alır? N.Vezirov. Ayağı yer tutan
geze bilen, yerimeye iqtidarı olan. Nəhayət, qocaların məsləhəti ilə Xınalıqda qalmış bütün kolxozçular, ayağı yer tutan qocalar, arvadlar, uşaqlar mücü yığmaq üçün dağ-dərəyə dağılmışdılar. R.Rza. Ayağı yüngül
- ayağı xeyirli, uğurlu, xoşqedem. Ayağına aparmaq
hesab etmek, bir sırada tutmaq. [Əziz bey:] Buyur, Səkinə xanımın özü ilə də küitgu edə bilərsən! Onu özgə qızlar ayağına aparma! M.F.Axundzade. Ayağına çağırmaq
yanına gelmesini emr etmek. Ayağına düşmək (döşənmək)
birinin qabağında diz çökerek yalvarmaq. Əgər ayağına düşmək macalım olsaydı; Dəxi götürməz idim baş anın ayağından. Nesimi. Seyyid, görəndə yarı düşürsən ayağına. S.Ə.Şirvani. Dolanıb başına sərvi-rəvanın; Döşən ayağına qaşı kəmanın. Q.Zakir. Ayağına getmək
minnet götürmek, xahiş etmek. Ayağına gəlmək
1) teslim olmaq, razılığını bildirmek üçün birisinin hüzuruna gelmek; 2) hörmet ve ehtiram üçün birinin qulluğuna getmek. Ayağına qalxmaq (dur-maq)
biri daxil olarken hörmet üçün ayağa qalxmaq. Bütün ailə onun ayağına qalxdı, yuxarı başa keçirdilər. Mir Celal. Ayağına yazmaq
1) birinin hesabına yazmaq; 2) birisine isnad etmek. Ayağına yıxılmaq
- bax ayağına düşmək (döşənmək). [Əlesger ağanı] görcək, [Usta Ağabalanın] cəmi dərd yadından çıxdı. Onun ayağına yıxılıb sevindiyindən ağladı. çemenzeminli. Ayağında qalmaq
borcu qalmaq. Aya¬ğından çəkmək
birini yıxmağa çalışmaq, ayağının altını qazımaq; birinin qeybetini etmek, ziddine getmek. Mən rədd etdim, o pərt oldu, tez ayağımdan çəkdi. S.Rüstem. [Hepir:] Taleyim belədir, xalqın yeddi arxa yadları ağzını açanda tərifi tökür,
. mənim
. doğma atam ayağımdan çəkir. Mir Celal. Ayağını açmaq
işletmek, ishala salmaq. çiy süd uşağın ayağını açdı. Ayağını bas-mamaq
b a x ayaq basmamaq. Sevil ge-dəndən bəri [Gülüş] ayağını bu evə bas-mayıb. C.Cabbarlı. Ayağını başından aşırmaq
öldürmek. O, ilk atəşi ilə düşmən zabitinin ayağını başından aşırdı. Mir Celal. Ayağını çəkmək
1) axsamaq; 2) terk etmek, elaqeni, gediş-gelişi kesmek, bir yere daha gedib-gelmemek. Ayağını kəs-mək
1) bir yere daha gedib-gelmemek, elaqeni kesmek. Seyyid, qayıt bu mərhələ-dən, kəs ayağını; Axır bu rahi-meykədənin bir məlalı yox. S.Ə.Şirvani. Pərzad bir müddət ayağını qızının evindən kəsdi. Mir Celal; 2) gedib-gelmesine icaze vermemek, elaqeni kesmeye mecbur etmek, sebeb olmaq. Doktor bir saniyə düşündükdən sonra:
Mən onun ayağını buradan kəsə-rəm,
dedi. A.Şaiq; 3) aradan qaldırmaq. [Xanqulu:]
.İndi şikayət yoxdur, koxa! Nədən ki, bu oğurluğun ayağını kəsibdir. S.Rehimov. Ayağını qarmaq məc.
qor-xutmaq, hedelemek, döymek. Ayağının altına dəmir (ərsin) at(ın)!
gelmesi arzu edilen ve çoxdan görünmeyen bir adam bir yere birinci defe, ya da çox uzun müddet keçdikden sonra geldikde, yaxud bir adam gelmediyi bir yere birinci defe geldikde deyilir. [Hacı Ağadadaş:] Əleykəssalam, həmişə sən gələsən, a balam, bunun ayağı-nın altına bir dəmir atın! H.Sarabski. Ayağının altını qazımaq
birine zerer vermek, pislik elemek üçün onun eleyhine xelveti iş görmek. [Babacan:] Bu gün çörəyimi yeyən adam sabah ayağımın altını qazır. Ə.Əbülhesen. Ayağının altını öpmək
- birinin qabağında alçalaraq yalvarmaq, özünü son derece alçaltmaq. Ayaq açmaq
- bir yere tez-tez gelmek. Ayaq almaq
- telesmek, tez-tez getmek, celd yerimek, iti getmek, qaçmaq. Ayaq altına almaq
- meğlub elemek, tamamile özüne tabe etmek. Ayaq altına düşmək
tapdalanmaq.
Turac təki ayaq altına düşdüm; Hər yetən tapdalar, şəhrə yol oldum. Aşıq Cuma. Ayaq altına salmaq
hörmetden, nüfuzdan, qiymetden salmaq. Ayaq altında qalmaq
tapdalanmaq, tezyiq altında olmaq. Ayaq basmaq
bir yere girmek, daxil olmaq, gelmek. Pişxidmətlər əllərində məcməyi ilə ki içində xələti-şahanə qoyulmuşdu, dükana ayaq basdılar. M.F.Axundzade. [ülfet:] Görürsən, yad qızı hələ evə ayaq basmamış, gədənin saqqızını oğurlayıb. Mir Celal. Ayaq basmamaq
bir yere daha gedib-gelmemek, elaqesini kesmek, girmemek. [Hacı Kerim:] Sizə demişəm, mənim ota-ğıma ayaq basmayın. A.Şaiq. Ayaq çalmaq
- b a x ayaq döymək. Ayaq çəkmək
b a x ayaq kəsmək. Ayaq çək, Zakira, bəsdir, bəqasız dəhr bağından; Nə gördün dərdü möhnətdən savayı bir səmər ondan. Q.Zakir. Qüdrət heç vaxt evimizdən ayaq çəkmirdi. M.S.Ordubadi. Ayaq dirəmək
inad etmek, israr etmek, terslik etmek, dediyinden el çekmemek. Ayaq döymək
bir şeyi elde etmek üçün çox çalışmaq, gedib-gelmek, elleşmek, işlemek. Ramazan özü də belə bir ustanın yanında on beş il ayaq döymüş, yalnız inqilabdan iki ay sonra buruq ustası ola bilmişdi. M.Hüseyn. Ayaq götürmək
tez yerimek, iri addımlarla yerimek. Xala-mın yalvarmağı yadıma düşəndə bir qədər ayaq götürdüm. C.Memmedquluzade. Ayaq izi
lepir. Ayaq kəsilmək
gediş-geliş dayanmaq, sakitlik düşmek. [Qüdret] evinə çatanda hələ küçələrdən ayaq kəsilməmişdi. M.Hüseyn. Ayaq kəsmək
b a x ayağını kəsmək
ci menada. Söhbəti-əhli-riyadan qət edib kəsdim ayaq. S.Ə.Şirvani. Ayaq qoymaq
b a x ayaq basmaq. Axır sən də bir hərəkət eylə, bir proqresə ayaq qoy. M.F.Axundzade. Elə ki, ikinci aya ayaq qoydu, dinməz-söyləməz övrəti çağır yanına, dur bir dəiə də olsun alnından öp. C.Memmedquluzade. Ayaq olmaq
şerik olmaq, ortaq olmaq, bir işe qoşulmaq, bir işde iştirak etmek. Sən də oyunda bizimlə ayaq ol.
Ayaq saxlamaq
dayanmaq, durmaq. Kəndlilər ayaq saxladılar. Ə.Haqverdiyev. Yolçu çarəsiz qalıb ayaq saxladı. Ə.Memmedxanlı. Ayaq sürmək
birinin üstüne hücum çekib getmek. Ustümə ayaq sürüb gəldi. Ayaq sürümək
könülsüz yerimek, yubanmaq, geri qalmaq, gederken qesden dala qalmaq. Ayaq tutmaq
1) teze-teze yerimeye başlamaq. [Tapdıq] təzə-təzə ayaq tutub yeriyəndə qalxıb
. özünü birdən-birə cəhrənin arxasında oturan anasının qucağına atardı. Ə.Əbülhesen; 2) ayaqlaş-maq, beraber olmaq. O, bu işdə mənimlə ayaq tuta bilməz; 3) vagirlik etmek (b a x vagirlik). Bəzən bir böyük qazmada
. Səlim meyxana deyər, o biriləri ayaq tutardılar. Ə.Əbülhesen. Ayaq üstə dura bilməmək-1) çox zeif, taqetsiz, elden düşmüş adam, ya heyvan haqqında; 2) çox serxoş adam haqqında. O qədər içib ki, ayaq üstə dura bilmir. Ayaq üstə qalmaq
oturmağa yer tapmamaq. Ayaq vurmaq
1) heddinden artıq yerimek, gezmek, bir şeyi elde etmek üçün çox gezmek; 2) nişanı düz vurmamaq, hedefin alt yanına vurmaq. Tüiəng ayaq vurur. Ayaqda qalmaq
1) b a x ayaq üstə qalmaq; 2) axıra qalmaq, geride qalmaq. Ayaqda sürünmək
hamıdan geriye qalmaq. Ayaqdan (ayağı) diri
bir işi tez gedib yerine yetiren, iti geden, celd yeriyen adam haqqında. Ayaqdan düşmək (olmaq)
- yerimekden yorulmaq, taqetden düşmek, üzülmek. Düşər ayaqdan ol sərv qamətin, billah; Qiyaməti gətirər başıma əyan, getmə! X.Natevan. Yardən xali görüb bəzmi ayaq-dan düşdüm; Saqiya, tut əlimi bir dolu peymanə ilə. S.Ə.Şirvani. Ayaqdan salmaq
- 1) çox gezdirib yormaq, elden salmaq. Uşağı lap ayaqdan saldın; 2) üzmek, iztirab vermek, cefa ve eziyyet vermek. Saldı məni ayaqdan qəm, ver piyalə, saqi; Yoxdur bir ondan özgə üfitadələr dayaqi. Q.Zakir. Ayrılıq dərdi məni ayaqdan saldı, yarım. Heyran xanım. Saldı ayaqdan aşiqi, ey yar, fiirqətin; Gəl bir əyadətə əgər olsa fiəraqətin. M.Ə.Möcüz; 3) bir yeri çox gezmek. Şəhəri ayaqdan salmaq. Ayaqdan-dırnaqdan düşmək
b a x ayaqdan düşmək (olmaq).
Ayaqları ardınca sürünmək
son derece yorularaq zorla yerimek, yeriye bilmemek. Bu gün o qədər gəzmişəm ki, ayaqlarım ar-dımca sürünür. Ayaqlarını uzatmaq məc.
- ölmek. Bərk ayağa çəkmək
sıxışdırmaq, ciddi imtahana çekmek. Bərk ayaqda
iş çetine düşdükde, veziyyet çox çetin ve ağır olduqda, tehlüke zamanı. Bərk ayaqda yoldaşı tərk etmək olmaz.
Hər iki xalqdan olan zəhmətkeş camaat dostluğu pozmur, kəsdikləri duz-çörəyi tapdalamır, bərk ayaqda da həmişə birlik yaradırdılar. çemenzeminli. Bir ayağı getmək, bir ayağı getməmək
tereddüd etmek, ne edeceyini bilmemek. [Uşaq] atasından cavab almadı-ğından, bir ayağı gedər, bir ayağı getməzdi. H.Sarabski. Bir ayağı qəbirdə
b ax qəbir. Arvadı Nabat xalanı, qoca, bir ayağı burda, bir ayağı qəbirdə olduğu üçün, Əhməd onu varislər arasına daxil etməyirdi. B.Talıblı. Əl-ayağa düşmək
bax əl. Əl-ayağı so-yumaq
bax əl. Əl-ayaq çəkilmək
b a x əl. Əlini-ayağını çəkmək
b a x əl. İki ayağını bir başmağa dirəmək (soxmaq)
- terslik etmek, inadla teleb etmek, israr et-mek, inadla istemek, berke salmaq, darıx-dırmaq. (Oz) ayağı ilə gəlmək
tesadüfen gelmek, devetsiz, çağırılmadan, öz xoşu ile gelmek. Oz ayağı ilə tələyə düşmək
öz teqsiri üzünden özünü keleye salmaq, öz işini çetinliye salmaq, özünü çıxılmaz, çetin veziyyete salmaq. üstünə ayaq almaq
- bax ayaqlanmaq
cü menada. Biri ge-dib Ballıca yolunu kəsib, gəlib-gedənə sataşır, biri də qaçaqlıq eşqinə düşüb üstü-müzə ayaq alıb... çemenzeminli. Bədirnisə Badam xalaya yavaşca deyirdi:
Dərnəyə yazıl getsin, bütün arvadlar gəlir.. Yazılma-san tay-tuş üstünə ayaq alar. Mir Celal. Dərə-təpə, it-qurd üstümüzə ayaq alacaq. S.Rehimov.
ayaq-ayaq zəri Bir ayaq-bir ayaq, addım-addım, yavaş-yavaş, ağır-ağır. Ayaq-ayaq nərdivana çıxarlar. (Ata. sözü).

AYAQ : Azerbaijani Explanatory Dictionary

is. klas. Qedeh, piyale. Meygərçi səia verər damağə; Axdığı üçün düşər ayağə. Füzuli. Ta girib meyxanə içrə başıma çəkdim ayaq. S.Ə.Şirvani.

AYAQAÇDI : Azerbaijani Explanatory Dictionary

AYAQAçDI, AYAQAçMA is. etnoqr.
Qızın toydan sonra atası evine birinci defe gelmesi adeti. Məşədi öz qızını və kürəkə-nini
. axşam çörəyinə ayaqaçmaya çağır-mışdı. Ə.Haqverdiyev.

AYAQALTI : Azerbaijani Explanatory Dictionary

is.
Ayaq altına salınan, yaxud ayaq silmek üçün qapının ağzında, gireceyinde salınan xalça, balaca palaz, hesir, esgi ve s. // Dar, uzun xalça. Ayaqaltı salınmış pilləkən.
Daim tapdalanan, daim hamının basıb keçdiyi yer. Həyət lap ayaqaltı oldu.
məc. Heç kesin saymadığı, hesablaş-madığı, hörmet etmediyi adam; iradesiz, heqir, mezlum adam. □ Ayaqaltı olmaq
öz iradesizliyi, yaxud acizliyi üzünden hörmet-den düşmek, heç kes terefinden sayılma-maq, hamının tehqirine meruz qalmaq.

AYAQ-AYAĞA : Azerbaijani Explanatory Dictionary

zəri
Bir vaxtda, birden, o birileri ile bir vaxtda ayağını qoyub götürerek; beraber, birlikde. Uşaqlar ayaq-ayağa yeriyirlər.
məc. öz hereket ve görüşünü uzlaş-dıraraq, uyğunlaşdıraraq. Zəmanə ilə ayaq-ayağa getmək.

AYAQCIQ : Azerbaijani Explanatory Dictionary

is.
"Ayaq"dan kiç. Quşun ayaqcığı.
bot. çiçek ve meyvenin saplaqcığı.

AYAQÇI : Azerbaijani Explanatory Dictionary

is. məh.
köhn. Qapı-qapı ge-zib, mal satan adam; çerçi.
Kağızpaylayan, kuryer.

AYAQÇI : Azerbaijani Explanatory Dictionary

is. qəd. Keçmişde: qedeh gez-diren, şerab paylayan; saqi. Cam içirən ayaq-çıya döndü Füzuli; Şairlərə bir içim mey sundu Füzuli. Ə.Cavad.

AYAQDAŞI : Azerbaijani Explanatory Dictionary

a x dabandaşı. Hamamçı-nın qabağında
. xırda bankaların içində rüşul, ayaqdaşı, xına, yumurta və bu kimi şeylər olardı. H.Sarabski.

AYAQDUZAĞI : Azerbaijani Explanatory Dictionary

is.
Ayaq buxovu.
məc. Əngel, manee.

AYAQKİRƏSİ : Azerbaijani Explanatory Dictionary

is. köhn. dan. Getmek ve gezmekle elaqedar olan bir iş üçün teleb olunan zehmet haqqı.

AYAQQABI : Azerbaijani Explanatory Dictionary

is. Ayağa geyilen şey. Dəri ayaqqabı. Rezin ayaqqabı. Ayaqqabı mağa-zası. Ayaqqabı iabriki.

AYAQQABIÇI : Azerbaijani Explanatory Dictionary

is. çekmeçi, ayaqqabı tiken, ya yamayan usta.

AYAQLAMA : Azerbaijani Explanatory Dictionary

"Ayaqlamaq"danfi.is.