Azerbaijani Explanatory Dictionary
KÖRÜKLÜ : Azerbaijani Explanatory Dictionary
sif. Körüyü olan, körük qoyul-muş. [Nüşabe:] Məsturu andıqca, qəlbim od-lanır; Elə bil körüklü ocaqdır, yanır. A.Şaiq.
KÖSÖV : Azerbaijani Explanatory Dictionary
is.
Bir hissesi yanıb qaralmış, yaxud yanıb sönmekde olan odun parçası. Kösövləri bir-birinin üstünə yığmaq. Kösövü alışdırmaq.
Keçmiş kösövü zor ilə yerə vu-randa qığılcım saçılan kimi [dervişin] göz-ləri məşəlləndi. A.Divanbeyoğlu. Kişinin ov-qatı daha da xarablaşar, o yan-bu yanı axta-rar, əlinə təndir kösövü götürüb, itə bir-iki çəkərdi. H.Sarabski. Xəmiri basdırandan sonra Gülcahan mətbəxin yanındakı təndirə doğru gəlib, təndirin odunu kösövlə qarış-dırdı. T.Ş.Simurq.
məc. Yanıb qaralmış, kobudlaşmış şey haqqında. [Mürsel:] Ayaqların kündə, əllərin kösöv; Gəlin gedən kimi qaynananı döy! S.Rüstem. Rəngi sapsarı, dodaqları göm-göy; Əlləri qapqara bir kösöy. N.Refibeyli. □ Kösövə dönmək
1) yanmaq, qaralmaq. Neçə il qabaq qonşularında olan Pakizə qızın özünü yandırması, bir an içində onun qol-qıçlarının bir kösövə dönməsi Nənəqızı də-rin bir dəhşətə salırdı. S.Rehimov; 2) məc. hirslenmek, alışmaq, odlanmaq. [Ədhem] fik-rinin siyasi təsirini artırmaq üçün bircə an içində qaralıb kösövə döndü. B.Bayramov.
0 Cəhənnəm kösövü
bax cəhənnəm. Kösövü tüstülü olmaq
adı pis çıxmaq, adı vayqanlı olmaq. [Əlyarov:] Yaxşı, yaxşı,
dedi,
bu sözü burda dedin, başqa yerdə demə,
. onsuz da kösövümüz tüstülüdür. M.Hüseyn.
KÖSÖVLƏNMƏ : Azerbaijani Explanatory Dictionary
"Kösövlenmek"den f.is.
KÖSÖVLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
f. Yanıb kösöve dön-
mek, kösöv olmaq, yanıb qaralmaq. Odun-ların yarısı kösövlənmişdi.
KÖSÖVLÜ : Azerbaijani Explanatory Dictionary
sif. Kösövü olan, elinde kösöv tutmuş. Evi yanan mənəm, əli kösövlü sən. (Ata. sözü).
KÖSTƏBƏK : Azerbaijani Explanatory Dictionary
is. zool. Memeliler sinfin-den torpaq altında yaşayan, xırda-gözlü xez-derili heyvan. Köstəbək dərisi. Köstəbək xəzi.
KÖŞƏ : Azerbaijani Explanatory Dictionary
is. köhn. Deriden, gönden kesilmiş ensiz bağ. O, yəhərqaş xurcununda həmişə neştər, biz və burulmuş nazik köşə gəzdirər, yeri gələndə işə salardı. S.Rehimov. Insan var ki, nə çarıqdır, nə köşə. R.Rza. □ Köşə çəkmək (çıxartmaq)
bax köşələmək
ci menada.
KÖŞƏBƏND : Azerbaijani Explanatory Dictionary
sif. köhn. Köşe ile bağlanan. Köşəbənd çarıq.
KÖŞƏK : Azerbaijani Explanatory Dictionary
is. Deve balası. Dəvəni itirib kö-şək axtarır. (Ata. sözü). Qoyun, quzu, at, eş-şək; Salmış çölə qalmaqal; Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Sehhet. Şəfi-qənin gözləri köşək gözü kimi iri, qaynar bu-laq kimi oynaq və gülərdi. Ə.Veliyev.
KÖŞƏLƏMƏ : Azerbaijani Explanatory Dictionary
"Köşelemek"denf.is.
KÖŞƏLƏMƏK : Azerbaijani Explanatory Dictionary
f.
Deri, gön ne s.-den köşe kesmek, köşe çıxartmaq. Bu gön parça-sını köşələmək lazımdır.
Köşe ile tikmek, köşe ile bağlamaq. Axşam namazından, şam yeməyindən sonra
əlində çuvalduz çarığını köşələyən Salman kişi ayaq səsi eşitdi. Mir Celal.
KÖŞƏN : Azerbaijani Explanatory Dictionary
ax kövşən. Yer deyər: məndədir ol neçə min dağ; çay, çəmən, bulaq, köşən, bağça, bağ. Aşıq Memmed. [Bahar] Gün yer-dən qopana qədər köşəndə gəzdi. Mir Celal.
KÖŞƏNLİK : Azerbaijani Explanatory Dictionary
ax kövşənlik.
KÖŞK : Azerbaijani Explanatory Dictionary
is.
Bağ-bağça içinde tikilmiş be-zekli ev; imaret, qesr, kaşane. Pir Osman küçəsindən gələn dəstə Xərabat məhəlləsi-nin tinində durub ikimərtəbəli köşkün pən-cərəsindən eşidilən musiqi və nəğmələri din-ləyir. M.S.Ordubadi. Heydərbaba, alçaqların köşk olsun; Bizdən sonra qalanlara eşq olsun! Şehriyar.
Parklarda, bağlarda istirahet üçün üstü-
örtülü, yanları açıq yüngül tikili. Ayaz köşkə
yaxınlaşanda, Baxış qabağına çıxdı. Q.İlkin.
B a x kiosk. Qəzet köşkü. çiçək köşkü.
KÖTƏK : Azerbaijani Explanatory Dictionary
is. Ağac, deyenek ve s. ile vuru-
lan zerbe. Kötək aradakına çox dəyər. (Ata. sözü). Şərəf o qədər də aciz deyil ki, Xuda-yar bəyin sözünün qabağında bir söz danış-masın, yainki ərinin kötəyinin qabağında du-rub baxsın. C.Memmedquluzade. Tubu ağ-layır, arvad da kötəyin zərbəsindən bağırırdı. H.Sarabski. □ Kötək altına salmaq
ağac, deyenek ve s. ile döymek, köteklemek.
.[Kişi] övrəti beş-on gün salır kötəyin altına, axırda da övrət cana doyandan sonra çıxıb qaçır. C.Memmedquluzade. Kötək yemək
bax kötəklənmək. Hiç məqul söz deməz-sən sən! Qandadır kim, kötəkyeməzsən sən? Füzuli. Qaraca qızın təbiətində inadcıllıq vardı.. Yusifdən nə qədər kötəkyeyərdisə də, yenə tərsliyindən əl götürmürdü. S.S.Axun-dov. [Meşedi İbad:]
.Arvadərindən nə qədər kötək yesə, bir o qədər ərin çox sevər. ü.Hacı-beyov. Kötək vurmaq (döşəmək)
bax kötəkləmək. Məşədi Imamqulu qeyz ilə uşa-ğı küncdən kənara dartıb, arxasına kötək dö-şəməyə başladı. çemenzeminli.
KÖTƏKLƏMƏ : Azerbaijani Explanatory Dictionary
"Köteklemek"den f.is.
KÖTƏKLƏMƏK : Azerbaijani Explanatory Dictionary
f. Ağac, deyenek ve s.
ile vurmaq, döymek. Bir az bir-birimizi cır-maqlayandan və kötəkləyəndən sonra, bir də gördüm ki, bir qoca kişinin qucağındayam. C.Memmedquluzade. [Cebi:] Bəlkə yadına salanda səni də kötəkləyə. S.S.Axundov.
Mahmud hirsindən dodaqlarını çeynəyib öz kişiliyini göstərməyi və arvadı evdə kötəklə-məyi qət etdi. B.Talıblı.
KÖTƏKLƏNMƏ : Azerbaijani Explanatory Dictionary
"Köteklenmek"den f.is.
KÖTƏKLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
məch. Ağacla, deye-
nekle vurulmaq; döyülmek. O ki var kötək-ləndi.
.Bikə tərəfindən hərdənbir kötəklənən [Asya] idi. Ə.Memmedxanlı.
KÖTƏKLƏŞMƏ : Azerbaijani Explanatory Dictionary
"Kötekleşmek"denf.is.
KÖTƏKLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary
qarş. Bir-birini kötek-
lemek; vuruşmaq.
KÖTÜCƏ : Azerbaijani Explanatory Dictionary
ax kötükcə
ci menada. Nənə öz kötücəsini oynadır.
[Tahir:] Sən nəvə nədir, nəticəni də görəcəksən, hələ bir kötücəni də. M.Hüseyn.
KÖTÜK : Azerbaijani Explanatory Dictionary
is.
Ağacın yerden iri budaqla-rına qeder olan hissesi; oduncaq. Ağacın kötüyünü kəsmək.
[Piri-fani:] O zaman bu qurumuş ağac kötüyügöyərər.. S.S.Axundov. O gözəlin adını mənim nəzərlərimdə; Quru-muş bir ağacın kötüyünə yazdılar. S.Rüstem. Sinəmdə ürəyim buz bağlayıbdır; Budağı bu-danmış kötük olmuşam. B.Vahabzade.
Ağacın qalın yerinden, oduncağından kesilen bir hisse. Kötüyün üstündə odun doğramaq. Ət kötüyü (üstünde et doğramaq, kesmek üçün kötük).
Ocağa böyük kötük-lər qoyub yandırdılar. S.S.Axundov. Bığı xınalı, dəvərəgöz bir qəssab kötüyün üstün-də ət doğrayırdı. Mir Celal.
Bir şey işlendikden sonra qalıb atılan hissesi. Siqaret kötüyü.
Yalnız indi başını dik qaldıran Xəlil onun ardınca baxdı, papi-rosunun kötüyünü yerə çırpıb ayağı altında tapdaladı. M.Hüseyn. // Qebz ve s. kesildik-den sonra defterçede qalan hissesi. Qəbzin kötüyü. Bloknotun kötüyü. // Kitabın, defte-rin tikilmiş olduğu yer.
məc. Yaşlı adam, yaşca en böyük, qoca, ixtiyar menasında. Evin kötüyü. Baba nəslin kötüyüdür.
Kök, rişe. Ağacın kötüyünü çıxarmaq. Kolun kötüklərini qırmaq.
[Gilenin] axşam-dan basdırdığı qaratikan kötüyü lülə köz ol-muşdu. Ə.Veliyev. □ Kötük diş
srnmış, çürümüş dişin etin içerisinde qalan hissesi. // məc. Əsas, bünövre, kök. Etiqad əsl kötük-dür, hər əməl şaxəvü bər. S.Ə.Şirvani.
sif. mənasında. Kök, şişman, qalın. Kötük əl. Kötük adam.
KÖTÜKCƏ : Azerbaijani Explanatory Dictionary
KöTüKCƏ is.
Neticenin uşağı. Nə nə-
vən var, nə nəticən, nə kötükcən olacaqdı.. M.Araz.
B a x kötükcük.
KÖTÜKCÜK : Azerbaijani Explanatory Dictionary
is. Balaca kötük, kiçik kötük.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani