Azerbaijani Explanatory Dictionary
KÖTÜKÇIXARDAN : Azerbaijani Explanatory Dictionary
is. xüs. Ağac ve kol-ların kötüyünü çıxaran maşın ve s. Yeni mar-kalı kötükçıxardan. // Sif. menasında. Kötük-çıxardan maşın.
KÖVDƏN : Azerbaijani Explanatory Dictionary
sif. köhn. Ağılsız, sefeh, gic. Lənət olsun bədəsilə, kövdənə; Istəmə, əgər-çi can verə sənə. Q.Zakir. [Vezir Ağa Beşire:] Sən kövdən, bir mənim evimi, mənim nökər-lərimi dolandıra bilmirsən! M.F.Axundzade. Xilqətdə Fəlatun ilə gər mən tən olurdum; Ol arif olub, mən nə üçün kövdən olurdum? S.Ə.Şirvani.
KÖVƏR : Azerbaijani Explanatory Dictionary
is. məh. bax köbər. [Gülşen] kövərə bitişik yeri qızlara göstərib dedi.. Ə.Veliyev.
KÖVƏŞİMƏ : Azerbaijani Explanatory Dictionary
"Köveşimek"den f.is.
KÖVƏŞİMƏK : Azerbaijani Explanatory Dictionary
f. Azacıq şişmek, köpmek.
KÖVKƏB : Azerbaijani Explanatory Dictionary
[ər.] klas. Ulduz. Meşəlikdən çıxanda oldu səhər; Sübh işıqlandı, batdı kövkəblər. A.Sehhet.
KÖVRƏK : Azerbaijani Explanatory Dictionary
sif.
Tez ovulan, tez dağılan, tez sınan. Kövrək kəsək. Kövrək buz.
O za-man qız qaratikan kolunun himayəsinə sığın-mış xırdaca çiçəkli boyaqgülünün kövrək zoğlarını gördü. Ə.Memmedxanlı. Rəngini itirmiş kağızın kövrək qat kəsikləri də göstə-rir ki, xeyli müddət gəzdirilmiş, neçə əldən-ələ keçmişdir. Q.İlkin.
məc. Zeif, titrek, nazik, yumşaq, hezin,
ağlamsınan. Qoca, kövrək səsinin titrədiyini
duyub susdu. M.Hüseyn. Abbas kişi onun bu
sözündən kövrək bir ahəng duydu. Mir Celal.
Həsən bəy kövrək və səmimi bir səslə:
Mən-
dən bütün uşaqlara salam yetirin,
dedi.
Q.İlkin.
məc. Tez tesirlenen, tez müteessir olan;
üreyi yuxa, yumşaq. Kövrək adam.
Bircə
kövrək xatirələr qalanmış; Onu da ki, ha
çevirim, ha sanım... M.Araz. □ Kövrək ol-
maq
her şeyden tez tesirlenmek. Gülnisə
son zamanlarda çox kövrək olmuşdu.
M.Hüseyn. Yaman kövrək olur, yamanca
həssas; Yetim ürəklərin eşqi, fitrəti. B.Vahab-
zade.
KÖVRƏLMƏK : Azerbaijani Explanatory Dictionary
KöVRƏKLƏNMƏ "Kövreklenmek"den
f.is.
KÖVRƏKLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
f.
Kövrek halına
gelmek, tez ovulmaq, tez dağılmaq, tez sın-maq. Lavaş kövrəklənmişdir. Qar kövrəklənib.
məc. Bezen "üreyi", "qelbi", "könlü" sözleri ile
müteessir olmaq, riqqete gelmek, tez tesirlenmek, doluxsunmaq, ağlamsınmaq. [Əbülhesen bey:] [Qızlar] məni gördükdə yenə də kövrəklənib ağladılar. M.S.Ordubadi. Rüxsarənin ürəyi hərdənbir uşaq ürəyi kimi kövrəklənirdi. S.Rehimov.
KÖVRƏKLƏŞMƏ : Azerbaijani Explanatory Dictionary
"Kövrekleşmek"den f.is.
KÖVRƏKLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary
B a x kövrəklən-
mək
ci menada. Urək kövrəkləşir sən oxu-yanda; Sən də dinləsəydin mən oxuyanda!
M.Müşfiq.
B a x kövrəklənmək
ci menada. Sən bu qədər də kövrəkləşmə, Ələmdar,
deyə, Müqim bəy dəsmalını çıxarıb
. Leyləyin göz-lərini sildi. S.Rehimov.
KÖVRƏKLİK : Azerbaijani Explanatory Dictionary
is.
Ovulma, tez dağılma,
tez sınma xassesi. çörəyin kövrəkliyi. Buzun kövrəkliyi.
məc. Tez tesirlenen, tez müteessir olan, riqqetlenen adamın hal ve xasiyyeti; tez te-sirlenme, riqqetlenme, doluxsunma. Qəri-bədir, indi Ulduzun səsində elə bir kövrəklik vardır ki, elə bil ki, bu səs bu dəqiqə sınacaq, qırılacaq, dağılacaqdır. Ə.Memmedxanlı. Indi necə oldusa Mədədov qəlbində hiss et-diyi bir kövrəkliklə (z.) ondan təkrar soruş-du. Ə.Əbülhesen.
KÖVRƏLMƏ : Azerbaijani Explanatory Dictionary
"Kövrelmek"den f.is.
KÖVRƏLMƏK : Azerbaijani Explanatory Dictionary
f.
Ovulmaq, dağılmaq.
Lavaş kövrəlib.
B a x kövrəklənmək
ci menada. [Xaver] sevincindən kövrəlmiş halda qapını açdı.. M.İbrahimov. Qoca sanki öz acı is-tehzasından özü kövrələrək, yaşarmış göz-lərini kənara çevirdi. Ə.Memmedxanlı. Ar-vadın kövrəldiyini görən kişi, Umidin başı-na gələn əhvalatı qəti dandı.. B.Bayramov.
0 ürəyi (qəlbi) kövrəlmək
bax kövrəklənmək
ci menada. [Mahmud:] Sən ağlayanda mənim də ürəyim kövrəlir, ağla-mağım tutur. Ə.Haqverdiyev. Bizimlə görü-şərkən ürəyi kövrəlib ağladı. A.Şaiq. Dodağı nəğməli bu büllur bulaq; Könlümü açmayır, kövrəlir könül. M.Rahim.
KÖVRƏLTMƏ : Azerbaijani Explanatory Dictionary
"Kövreltmek"den f.is.
KÖVRƏLTMƏK : Azerbaijani Explanatory Dictionary
icb.
Kövrek hala sal-
maq, kövrek etmek.
məc. Tez tesirlendirmek, müteessir et-mek; riqqetlendirmek, doluxsundurmaq. Uşağı kövrəltmək. Ağır xəbər qadını köv-rəltdi.
Gəlinin sözləri anasını da kövrəltdi. çemenzeminli. [İnci:] Sən məni kövrəltdin, Gülər. S.Rehman. Qızı təzədən kövrəltmə-mək üçün Aqil ondan ağlamasının səbəbini də soruşmadı.. Q.İlkin.
0 ürəyini (qəlbini) kövrəltmək
bax ürək. Məsmə oğlunun ürəyini kövrəltmək is-təmədi, daha da təsəlli verdi. Mir Celal. Hüm-mətyarın bu cür hərəkət etməsi Xanpərinin qəlbini kövrəltdi. Ə.Veliyev.
KÖVSƏR : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Dini efsaneye göre, guya cennetde olan bir bulağın adı. // Şairane teşbehlerde. Ləblərin ləzzəti var; Kövsəri-rizvandan betər. Aşıq Əlesger. □ Kövsər suyu
bax abi-kövsər ("ab"da). Qədir.. şərabı kövsər suyuna bənzədir. Mir Celal.
məc. Şirin, dadlı, lezzetli içki menasın-da. Gözəllər çeşməndən götürmür abı; Dad verə dəhanda kövsər şərabı. Aşıq Əlesger.
KÖVŞƏN : Azerbaijani Explanatory Dictionary
is.
Taxıl ekilmiş yer; zemi. Heç keçilər öz-özünə kövşəndən çıxıb cana-vara yem olarmı? S.Rehimov. [Ataş:] Atam kövşəndə taxıl biçəndə anam xırmanda vəl sürürdü, sovruq atırdı.. Ə.Veliyev. // Taxılı biçilmiş tarla. Dağlarda, daşlarda, kövşən-lərdə Alı kişinin ayağı dəyməmiş bir qarış da yer qalmamışdı. "Koroğlu". Kəhər köv-şənin ortasında, yoldan xeyli aralı uçuq bir xarabalığın səmtinə çatırdı. M.İbrahimov.
.Taxılı biçilib yığılmış kövşənlər tez-tez bir-birlərini əvəz edirdi. İ.Əfendiyev.
Küleş. Kövşən dam.
Yeddi-səkkiz ad-dım kənarda, üstü kövşənlə örtülmüş emalat-xananın yoğun dirəyinə söykənib Xəlilin ta-nımadığı bir kəndli ilə söhbət edən katibini səslədi. M.Hüseyn.
KÖVŞƏNLƏMƏ : Azerbaijani Explanatory Dictionary
"Kövşenlemek"den f.is.
KöVŞƏNLƏMƏKf. üstihıü kövşenle, kü-leşle örtmek. Damı kövşənləmək.
KÖVŞƏNLƏNMƏ : Azerbaijani Explanatory Dictionary
"Kövşenlenmek"den
f.is.
KÖVŞƏNLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
məch. üstü kövşenle,
küleşle örtülmek.
KÖVŞƏNLİ : Azerbaijani Explanatory Dictionary
sif. Kövşeni olan, üstü köv-şenli örtülmüş. Kövşənli dam.
KÖVŞƏNLİK : Azerbaijani Explanatory Dictionary
is. Taxılı biçilmiş tarla. Kü-
rün o tayından əsən qəfil külək sahildəki bi-çənəyin üstündən adlayıb kəndin arasını dolaşdıqdan sonra kövşənliyi xışıldatdı, xır yolu tərəfə gəldi və gözlənilmədən yana bu-rulub təpədəki qəbristanlığa doğru döndü.
İ.Şıxlı.
KÖZ : Azerbaijani Explanatory Dictionary
is. Od yandrqdan sonra qalan alovsuz, qızmar kömür. Ağac yanar, köz olar; Su səp-mə, köz-köz olar. (Bayatı). Firəngiz göbə-ləklərin çökəyinə duz səpib, bir-bir közün üstünə düzürdü. B.Bayramov. // məc. Qızğrn, odlu, heraretli menasında. Əbədi bir heykəl qurur sənətkar öz ürəyində; Bu hörmətdən alov tutar, alışar köz ürəyində. B.Vahabzade. □ Köz düşmək
bax közə dönmək. Ton-qalın alovu sönüb köz düşdükcə onun başın-dakı fədailərin halqası daralır və sıxlaşırdı.. M.İbrahimov. Ocaq çatıldadıqca qığılcımlar ətrafa sıçraşır, yavaş-yavaş köz düşürdü. İ.Şıxlı. Köz salmaq
yandrrmaq, qızdrrmaq üçün yanar kömür ve ya başqa bir şey salmaq, tökmek. Aqil qalxıb balaca samovara su tökdü, gətirib köz saldı, onu balkona qoyub qayıtdı. S.Rehimov. Göyçək samovarı bal-kona qoyub köz saldı. Ə.Veliyev. Közə dön-dərmək
1) qızartmaq, közertmek. Odları yandırıb közə döndərmək; 2) berk qızdrrmaq, qızmar hala salmaq. Avqust günəşinin qızdı-rıb közə döndərdiyi hava
. daha da ağırla-şırdı. Ə.Əbülhesen. Közə dönmək
1) qı-zarmaq, közermek. Ocaqda kömür közə dön-dü; 2) yanıb puç olmaq, istinin şiddetinden telef olmaq, xarab olmaq. Məhsul köze dö-nüb. Otlar közə dönmüşdü. // İstiden, quraq-lıqdan yanmaq. Tiflis və Kars mahalları qu-raqlıqdan yanıb közə dönüblər. C.Memmed-quluzade. Köz kimi (təki) məc.
qıpqırmızı, alov kimi. Sifəti köz kimi qızarıb.
[Koroğlu:] Sinəm odlandı köz kimi; Miskin olarmı biz kimi? "Koroğlu". Qaşlar vəsmələnir, göz sürmələnir; Köztək yanaqları xoş şölələnir. M.P.Vaqif. // Od kimi. Ayrılıq dediyin duzlu bir sudur; Içdikcə köz kimi yandıracaqdır. R.Rza. // məc. mənada. Pul haqqrnda. [Qedir:]
Ay başa çatmayıb ki, Qumrunun əziz cehizi, alagöz kilimi çərçiyə satılıbpulları köz kimi nağd yüzbaşının ovcuna tökülmədimi? Mir
Celal.
köz-köz: köz-köz olmaq
köz kimi ol-maq, köz kimi işıldamaq. Dərdin çoxdur, döz, anam; Urəyi köz-köz anam; Qohum-qardaş dayansın; Qoy ağlasın öz anam. (Bayatı). Bağrı köz-köz oldu "Yanıq Kərəm"in; Tel-lər inildədi, yandı, nə yandı. B.Vahabzade.
KÖZƏL : Azerbaijani Explanatory Dictionary
is. Xırman sovrulanda taxılla sa-man arasında qalan çör-çöp, iri saman, sün-bül ve s.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani