Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
KÜNC : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Bucaq, guşe. Şkafın kün-cü. Küncə çəkilmək.
Arvad ələyi gətirəndən sonra Qurban oturdu otağın bir küncündə və başladı gəci ələməyə. C.Memmedqulu-zade. Məhbuslar qorxularından küncə qısı-lırlar. ü.Hacıbeyov. Qalaca küncünə qısılan şahın; Xalqı palçıq kimi tapdalanıbdı. M.Araz. // Mec. menada.
.Meşənin dərin küncündə cəh-cəh ilə oxuyan bülbüllərə qulaq verdim. A.Divanbeyoğlu. Atıb anan səni bir qəmli küncə; Sənə süd verərdi sanki ödüncə..
M.Müşfiq.

KÜNC-BUCAQ : Azerbaijani Explanatory Dictionary

is.
Bax künc. Otağın fərşi çoxdan bəri süpürülməmişdi: künc-bucağı, tavanı hörümçək toru basmışdı. M.S.Ordubadi. [Xalıqverdi:] Mitillərimin hamısını söküb, küncü-bucağı qazıq-qazıq eləyibsiniz. Ə.Veliyev.
məc. Gizlin, nezere çarpmayan, xelvet, dalda yer menasında. Künc-bucağı axtar-maq. Küncdə-bucaqda gizlənmək.
[Hüm-met:] Küncdə-bucaqda danışmaq arvad işidir,
deyə, astadan gileylənə-gileylənə ey-vana çıxdı. B.Bayramov.

KÜNCLÜ : Azerbaijani Explanatory Dictionary

sif. Küncü, tini olan.

KÜNCÜD : Azerbaijani Explanatory Dictionary

is.
Tumundan yağ alınan ağ rengli çiçekleri olan birillik bitki. Küncüd çiçəkləmişdir.

Bu bitkinin toxumu (çöreyin üstüne sepilir, tibde işledilir). Solmaz küncüddən tutmuş qarpız tumuna qədər əlinə nə düşsə, Patrona yedizdirərdi. İ.Melikzade. □ Kün-cüd yağı
küncüdden alınan bitki yağı. Küncüd halvası
küncüdden hazırlanan halva növü.

KÜNCÜDLÜ : Azerbaijani Explanatory Dictionary

sif. Küncüd vurulmuş, küncüd qatılmış, terkibinde küncüd olan. Küncüdlü halva. Küncüdlü çörək.
.Kimi ayaq üstə durub ağzına küncüdlü qovurğa atır. Ə.Aba-sov.

KÜNDƏ : Azerbaijani Explanatory Dictionary

is.
Sonradan yaymaq, yastıla-maq üçün yumru hala salınmış xemir parçası. Bir kündə xəmir. Kündələri tabağa yığmaq.
Atam elə bicdir ki, kündəni sayır, anam elə bicdir ki, kündədən kəsir. (Mesel). Gülsənəm son kündəni də
. sacın üstünə sərdi. S.Rehi-mov. Pəri nənə səy və diqqətlə iri kündəni yayırdı. M.Hüseyn.
məc. Qalın, kobud, kele-kötür. [Mür-sel:] Ayaqların kündə, əllərin kösöy; Gəlin gedən kimi qaynananı döy! S.Rüstem. // Sif. menasında. Kündə əl. Kündə ayaq.

KÜNDƏ : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Keçmişde: qaçmasın deye dustaqların ayaqlarına, boyunlarına ve ya ellerine vurulan ağır şey. Mən aşiqəm tey yara; Canım aldı tey yara; Boynum kündədə olsun; Əlim yetsin tey yara. (Bayatı). Xəlil paşa hökm elədi, üçünün də ayağına kündə vurub zindana salsınlar. "Koroğlu". Həcərin ayağına qandal, boynuna kündə vurdular. "Qaçaq Nebi".

KÜNDƏAÇAN : Azerbaijani Explanatory Dictionary

is. Kündeni yaymaq üçün alet.

KÜNDƏLƏMƏ : Azerbaijani Explanatory Dictionary

"Kündelemek"den f.is.

KÜNDƏLƏMƏK : Azerbaijani Explanatory Dictionary

f. Xemirden künde ha-
zırlamaq, künde qayırmaq, künde tutmaq. O, süfrə qabağında oturub xəmir kündələ-yirdi. S.Rehimov.

KÜNDƏLƏNMƏ : Azerbaijani Explanatory Dictionary

"Kündelenmek"den f.is.

KÜNDƏLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

məch. Xemirden kün-
de hazırlanmaq, künde qayrılmaq, künde tu-tulmaq. Xəmir kündələndi.

KÜNDƏLI : Azerbaijani Explanatory Dictionary

sif. Ayağına ve ya boynuna künde vurulmuş (b a x kündə2). Ayağı kün-dəli dustaq.

KÜNDƏLIK : Azerbaijani Explanatory Dictionary

is. Saylarla işlenerek, xemir-den tutulacaq kündenin miqdarını bildirir. On kündəlik xəmir yoğurmaq.

KÜNDÜR : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Saqqız ağacrnrn qabı-ğından hazırlanan xoşiyli sarımtıl madde. Yazılmış uca məzar daşlarının dibindən çı-xan səndəl və kündür tüstüləri qızların nə-zərini cəlb edirdi. M.S.Ordubadi.

KÜNƏ : Azerbaijani Explanatory Dictionary

is. Yumurtanın enli (küt) terefi.
.Əli yumurtasının künəsini tutur və deyir.. C.Memmedquluzade.

KÜNFƏYƏKÜN : Azerbaijani Explanatory Dictionary

[ər.]: künfəyəkün etdir-mək
alt-üst etdirmek, darmadağın etdir-mek. [Mesteli şah:] Xanım, buyurursunuzmu Pariji künfəyəkün etdirim, altını üstünə çe-virtdirim. M.F.Axundzade. Künfəyəkün etmək
alt-üst etmek, darmadağın etmek. [Meşedi:]
.And olsun oğlumun canına, ayda manat bir şahıdan artıq müamilə alma-mışam. Artıq almışamsa, Allah mənim evim künfəyəkün eyləsin.. Ə.Haqverdiyev. Künfə-yəkün olmaq
alt-üst olmaq, darmadağın olmaq; mehv olmaq, dağılmaq. Qərəz, ailə bir neçə ilin içində künfəyəkün oldu. S.Rehman.

KÜNG : Azerbaijani Explanatory Dictionary

is. köhn. Saxsı boru (su kemeri ve ya kanalizasiya üçün).

KÜNH : Azerbaijani Explanatory Dictionary

is. [ər.] klas. Bir şeyin esli, mahiy-yeti, esası, meğzi. Adəmin künhünü anlardı, qılardı səcdə. S.Ə.Şirvani. çatdı ya ki, uşaq-ların; Künhünə elmü sənətin? Yaxşı ki, qor-xub az yedin; Toxluq edər təbiətin. A.Sehhet. □ Künhünə varmaq (çatmaq)
bir şeyin esasını, eslini, mahiyyetini, meğzini öyren-mek, araşdırmaq, bilmeye çalışmaq. Məsə-lənin (işin) künhünə çatmaq.

KÜNYƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Bir şexsin adı, esli-nesebi ve s. kimi xüsusiyyetlerini gösteren qeyd (adeten ereb dilinde "ebu", "ibn", "ümm" sözleri ile başlanan leqeb). çün Nəsiminin Əbülfəzl oldu həqdən künyəsi. Nesimi.

KÜP : Azerbaijani Explanatory Dictionary

is. Kürede bişmiş sarı palçıqdan, gil-den qayrılan iri saxsı qab. Su küpü. Bir küp sirkə. Küpü doldurmaq.
Mənim rəhmətlik dədəm burada yeddi küp qızıl basdırıb. "M.N.letif". Pusqu üçün girdi küpün dalına; çəkdi əlin bığına, saqqalına. S.Ə.Şirvani. çoban məşəlin yanındakı iri küpdən bir parça [neft] götürüb məşələ atdı. M.Rzaqu-luzade. □ Küp qəbri tar.
çox qedimlerde ölülerin basdırıldığı ve indi qazıntı halında tapılan küpe
qebir.
0 Küp dibində yatan
daim serxoş halda olan adam haqqında. Küp dibində yatmaq
- heddinden çox içmek, hemişe serxoş ol-maq, serxoşluq etmek. [İskender:]
.Cəlal, ay Cəlal! Sən də mənim kimi dərs oxuyub qurtarandan sonra, başlayacaqsan Iskəndər dadaşın kimi küp dibində yatmağa. C.Mem-medquluzade. Küp qarısı
bax küpəgirən. Daha pünhan qala bilməz nə xeyir, nə şər əməli; Küdurətin küp qarısı gələ bilməz kələk bizə. Şehriyar. Küpünə girmək (çaxırın və s. içkinin)
heddinden artıq içmek (şerab ve b. içki). [Meşedi Seferqulu:] Sən öləsən, şəra-bın küpünə girir. S.S.Axundov. Küpünü yum!
ağzrnı yum! sus!

KÜP : Azerbaijani Explanatory Dictionary

is.
B a x dibcik. Tüfəngin küpilə vurub boynuna; Əl salıb cibinə, həmi qoy-nuna... H.K.Sanılı. [Gödek kişi] tüfəngin küpünü yerə qoydu, sağ əlini [Qedire] verdi. Mir Celal. Əsgər əlini tüfəngin küpünə vur-du. Ə.Əbülhesen. // Keçmişde ağızdan, dolma tüfenglerde ve tapançalarda lüle ile çaxmağın arasında piston qoyulan yer. [Ovçu] çaxma-ğı qaldırıb gördü ki, küpündə piston da var. M.Rzaquluzade.
Baltanın sapı keçirilen yerin arxa hissesi. Baltanın küpü ilə vurmaq.
Xencer ve s. kimi kesertilerin elle tu-tulan hissesi, destesi, qebzesi.
Buxovun açarla açılıb-bağlanan hissesi. Buxovun küpü.

KÜPÇƏ : Azerbaijani Explanatory Dictionary

is. Balaca küp, kürecik. O qədər küp üstə küpçələr sınıb. (Ata. sözü).

KÜPÇÜ : Azerbaijani Explanatory Dictionary

is. İp ve s. boyayan adam; bo-
yaqçı.

KÜPÇÜLÜK : Azerbaijani Explanatory Dictionary

is. Küpçünün işi, seneti, pe-şesi; boyaqçılıq.