Azerbaijani Explanatory Dictionary
KÜPƏ : Azerbaijani Explanatory Dictionary
is. Su, yağ ve s. tökülen müxtelif ölçülü saxsı qab. Yağı küpələrə doldurmaq. Küpənin ağzını bağlamaq. Küpəyə doşab tök-mək.
Saat yarımdan sonra Qurban gəldi. Küpəni, ləyəni, parçı və bir lüləyin gətirdi. C.Memmedquluzade. [Selime:] Küpənin di-bində bir az gərək turşu olsun. Ə.Haqverdi-yev. [Sadıq] içi kərə yağla dolu şirli küpəni döşəməyə qoydu. Mir Celal. □ Küpə qoy-maq (salmaq)
soyuq deymiş adamın da-lına balaca küpe (banka) qoymaq (salmaq). [Güneş:] Səni soyuq almış, gəl belinə küpə qoyum,
dedi. A.Şaiq. [Melek:] Bu saat penisillin vuracağam, küpə salıb, üstünü basdıracağam. M.İbrahimov.
KÜPƏ : Azerbaijani Explanatory Dictionary
is. dan. Tumurcuq. Ağacın küpə-sinə baxmaq.
KÜPƏCIK : Azerbaijani Explanatory Dictionary
ax küpçə.
KÜPƏÇIÇƏYI : Azerbaijani Explanatory Dictionary
is. bot. Parlaq, çox vaxt qır-
mızı çiçekleri olan dekorativ kol-bitki.
KÜPƏGIRƏN : Azerbaijani Explanatory Dictionary
küpəgirən qarı folk.
hiyle, biclik, fırıldaq, ara vurmaq kimi işler-le meşğul olan qarı (nağıllarda menfi suret kimi işlenir). [Hekimbaşı:] Gör bir küpəgi-rən qarı tapa bilərsənmi? Ə.Haqverdiyev. Kənardan küpəgirən, işsiz, peşəsiz, avam və cahil qarılar meydanı daha da qızışdırardı-lar. H.Sarabski.
KÜPƏLƏMƏ : Azerbaijani Explanatory Dictionary
"Küpelemek"den f.is.
KÜPƏLƏMƏK : Azerbaijani Explanatory Dictionary
f. Küpe qoymaq, küpe sal-maq; bankalamaq. Xəstəni küpələmək.
KÜPƏLƏNMƏ : Azerbaijani Explanatory Dictionary
"Küpelenmek"den f.is.
KÜPƏLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
məch. Küpe qoyulmaq,
küpe salınmaq; bankalanmaq.
KÜPƏLƏTDIRMƏK : Azerbaijani Explanatory Dictionary
ax küpələtmək.
KÜPƏLƏTMƏ : Azerbaijani Explanatory Dictionary
"Küpeletmek"den f.is.
KÜPƏLƏTMƏK : Azerbaijani Explanatory Dictionary
icb. Küpe qoydurmaq,
küpe saldırmaq; bankalatdırmaq.
KÜPƏMƏ : Azerbaijani Explanatory Dictionary
"Küpemek"den f.is.
KÜPƏMƏK : Azerbaijani Explanatory Dictionary
f. dan.
B a x gopamaq
ci menada. Qız almanı küpədi [Melik Cümşü-dün] dalınca. (Nağıl).
Acgözlükle yemek, aşırmaq, tıxmaq, ötürmek. Xörəyi küpəmək.
KÜPSƏMƏ : Azerbaijani Explanatory Dictionary
"Kürsemek"den f.is.
KÜPSƏMƏK : Azerbaijani Explanatory Dictionary
ax küpəmək
ci menada.
Ağca xanım keçib uşağın qolundan tutdu, murdar bir pişik balası kimi çıxarıb eyvana qoydu, kürəyinə də bir yumruq küpsədi. Mir
Celal.
KÜR : Azerbaijani Explanatory Dictionary
sif.
Ağlağan, qışqırıqçı, şıltaq. Kür uşaq.
Hay-küyçü, zorakı, dediyini yeriden, inadkar. Kür adam.
[Əlyarov:] Sonra ağ-zıgöyçəklər deyəcəklər ki, Əlyarov kürdür, heç kəslə yola gedən deyil. M.Hüseyn.
Tenbel, bacarıqsız, aciz, elinden iş gel-meyen. // İs. menasında. Kür günortayacan nə eyləyib ki, günortadan sonra nə eyləsin? (Ata. sözü).
KÜR : Azerbaijani Explanatory Dictionary
sif. Pak, temiz (su haqqında). Hovuz kürdür.
KÜRD : Azerbaijani Explanatory Dictionary
is. Azerbaycan, Türkmenistan, Su-riya, İraq, İran, Türkiye, Əfqanıstan ve Pa-kistanda yaşayan irandilli xalq ve bu xalqa mensub adam. Əsli kürd olan bu adamın ağası Alıkişi qapılarda muzdurluq etməklə böyük ailəsini saxlayırmış. "Qaçaq Nebi". [Qaçay:] Kürdün kürdə sovqatı, bir dəstə bulaq otu,
deyiblər. Ə.Veliyev.
0 Kürd-ovşarı kürd-şahnaz ve s.
klas-sik Azerbaycan musiqisinde muğam adları.
KÜRDI : Azerbaijani Explanatory Dictionary
is. mus. Əsasen kamançada ifa olunan lirik musiqi.
KÜRDOĞLU : Azerbaijani Explanatory Dictionary
is. mus. Aşıq musiqi forma-larından biri.
KÜRDÜ : Azerbaijani Explanatory Dictionary
ax küləcə. KüRDüNAĞIRI is. mus. Yallı terzinde
oyun havası. Kürdünağırı çalmaq.
KÜRDCƏ : Azerbaijani Explanatory Dictionary
zərf ve sif. Kürd dilinde. Kürdcə-azərbaycanca lüğət. Kürdcə danışmaq.
KÜRƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər. kürre] Yer küresi, üzerinde sakin olduğumuz planet. Yer kürəsinin əha-lisi. Geri fırlan, Yer kürəsi, zamandan küsüb; Nüşabənin kəcavəsi təpədən aşdı... M.Araz. □ Küreyi-ərz köhn.
Yer küresi, dünya. Bu küreyi-ərzdə mən, müxtəsər; Müxtəlif əl-van görürəm, qorxmuram. M.Ə.Sabir. // Şar, yuvarlaq şey. Küçələrdə sıra ilə yerə basdı-rılmış çuqun dirəklərin başında ağ kürələr parlayırdı. Ə.Sadıq.
KÜRƏ : Azerbaijani Explanatory Dictionary
is. [fars.]
Demiri qızdrrmaq üçün körükle odu közerdilen demirçi ocağı. Kürəni körükləmək. Dəmirçi kürəsi.
Dəmi-ri kürədən dəmir çıxardar. (Ata. sözü). Əlli qədəm bir-birindən aralı çadırların aşağı tərəfində ağacdan bir çardaq tikilib, içində böyük misgər kürəsi və bu kürəyə münasib bir körük nəsb olub. M.F.Axundzade.
.Kö-rüklər basılır, kürə qızarır, zindan səslənir. S.Rehimov. □ Cəhənnəm kürəsi
bax cəhənnəm. Yayda cəhənnəm kürəsi kimi hər tərəfi yandıran Tehran günəşi, payızın son ayları və qışda çox ilıq və mülayim olur. M.İbrahimov.
Palçıqdan, gilden ve ya demirden dü-zeldilen kiçik ocaq. Xörəyi kürədə bişirmək. Kürəyə kömür tökmək.
Mətbəxdə mütləq təndir, biri böyük, digəri kiçik iki ocaq, bir kürə olardı. H.Sarabski.
.Fatmasəkidə, pal-çıqdan qoyulmuş kürədə südlü sıyıq bişirirdi. Ə.Əbülhesen.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani