Azerbaijani Explanatory Dictionary
QALINLIQ : Azerbaijani Explanatory Dictionary
is.
Qalın şeyin halı; yoğun-luq (naziklik müqabili). Parçanın qalınlığı. Ağacın qalınlığı.
Kərim baba
. bir qarış iki barmaq qalınlığında yaş çubuğu yonurdu. A.Şaiq. Dərin dərənin içi ilə qumluq aşağı axan suyun yanlarını kağız qalınlığında buz tuturdu. S.Rehimov.
Sıxlıq, sıx yer, keçilmez yer. Meşənin qalınlığından keçmək olmur.
QALINLIQÖLÇƏN : Azerbaijani Explanatory Dictionary
sif. xüs. Müxtelif şey-lerin qalınlığını ölçen. Qalınlıqölçən cihaz.
QALINTÜK(LÜ) : Azerbaijani Explanatory Dictionary
sif. Tükü qalın, sıx ve çox olan. Qalıntüklü qoyun. Qalıntüklü dəri.
QALIŞ : Azerbaijani Explanatory Dictionary
is. Qalma; qalmaq işi. Əsli xanım köçdü getdi elindən; Mənim burda qalışıma nə deyim? Aşıq Kerem.
QALİB : Azerbaijani Explanatory Dictionary
sif. [ər.] üstün gelen (gelmiş), qe-lebe çalan (çalmış). Qalib ordu.
Fəxrəd-dinin qalib dəstələri şəhərə girdiyi zaman, Gəncə qadınları qalib dəstələrin başına dam-lardan gül səpirdilər. M.S.Ordubadi. // İs. menasında. Qaliblər marşı.
[İlyas qıza:] Şəxsi həyat üzərində qopan gurultular, yemək və qazanc üstündəki vuruşmalar, aldadan-ların şadlığı, aldananların göz yaşı, haqqını müdafiə edənlərin məğlubiyyəti, qaliblərin bayram təntənələri
. məni yoran işlərdən¬dir. M.S.Ordubadi. □ Qalib gəlmək (olmaq, çıxmaq)
1) üstün gelmek (olmaq, çıxmaq), qelebe çalmaq. Məğlub olanlar qalib çıx-mağa tələsənlərdir. M.S.Ordubadi; 2) yarışda irelide olmaq, birinciliyi qazanmaq. Beynəl-xalq şahmat yarışlarında şahmatçılarımız qa-lib gəldilər.
[Sevinc:] Bu mübarizədə qalib çıxmaq üçün gərək ağlın iti olsun, qolun da güclü. Z.Xelil; 3) məc. Tesir etmek, zor gel-mek, elden salmaq, üzmek. Biz uşaqların bü-tün günləri bağlarda keçirdi. Ta aclıq bizə qalib gəlməyincə evlərimizə qayıtmazdıq. S.S.Axundov.
QALİBA : Azerbaijani Explanatory Dictionary
ara söz [ər.] kit. köhn.
çox ehtimal ki, yeqin ki, zennimce, mene göre. Demirəm mən sənə şair deyilsən, var şerin; Vəzni var, qafiyə var, qaliba yox can, Yusif! S.Ə.Şirvani.
B ax qalibən. Umum camaatında qa-liba mütəəssib və avamlığını da mülahizə edəndə tamam məyusluq və naümidlik üz verirdi. C.Memmedquluzade.
QALİBANƏ : Azerbaijani Explanatory Dictionary
zərf[ər. qalib ve fars.
..ane] Qalib sifeti ile, qalib kimi, qaliblere yaraşan bir terzde. Qalibanə yürüş.
QALİBƏN : Azerbaijani Explanatory Dictionary
zərf [ər.] kit. köhn. Əkseriy-yetle, ekseren, çox zaman, çox vaxt. Əhli-İran qalibən bisavaddırlar. M.F.Axundzade.
QALİBİYYƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Döyüşde, mühari-bede, mübarizede, yarışda üstünlük, müvef-feqiyyet; qalib gelme, qelebe (məğlubiyyət ziddi). Düşmən üzərində qalibiyyət. Yarışda qalibiyyət qazanmaq.
Biz səadətin qədrini bildiyimiz kimi, qalibiyyətin məğrur sevincini də dərk etmişik. Ə.Memmedxanlı. Müjdə çə-tin yaranır, muştuluq ondan çətin; Nə yaxşı ki, məğziyəm, çətin qalibiyyətin! X.Rza.
QALİBİYYƏTLİ : Azerbaijani Explanatory Dictionary
sif Hemişe qalib gelen, müzeffer; meğlubedilmez. Qalibiyyətli türk ordusu. Qalibiyyətli xalq üsyanı.
QALİBLİK : Azerbaijani Explanatory Dictionary
is. Qalib gelme, üstün gelme. Qalibliyin məğrurluğu nə don geyir; Son zər-bənin nəşəsinə bürünəndə?! M.Araz.
QALİFE : Azerbaijani Explanatory Dictionary
[fr. xüs. is.-den] Aşağısı dar, yu-xarısı ise yanlardan enli herbi şalvar. Əksə-rən uzunboğaz çəkmə, qalife şalvar və cibli köynək geyərək belini qayışla bərkitmiş kişi-lər furqonun yan tərəfinə doluş(du).. M.İb-rahimov. Onun boyu az uzun, şalvarı az qa-life, çənəsi az yastı, bədəni arıqdır. Qantemir. Şahnaz onun [Qurbanın] corablarını çıxarıb, qalife şalvarının balağını yuxarı çəkdi. İ.Şıxlı.
QALLAC : Azerbaijani Explanatory Dictionary
sif. dan. Əliaçıq, sexavetli. Qal-lac adam.
QALLAR : Azerbaijani Explanatory Dictionary
cəm Eramızdan qabaq IV-I esr-lerde indiki Fransa ve Belçika erazisinin bir hissesini tutmuş qedim kelt tayfaları. Qal-ların üsyanı.
Kim deyir ki, bu qalalar [Qız qalası]; Yalnız elə qallar üçün; Qaldırılan bir qaladır? B.Vahabzade.
QALLI : Azerbaijani Explanatory Dictionary
sif. Qalmaqal salan, qalmaqalçı. çoxlarını məhv elədi bu qovğalı, qallı dünya; Sultanlara qalmadı, yox, Nəsimiyə qaldı dünya. X.Rza. // Şıltaq. Ziba nimtənəli, tikmə köy-nəkli; Gözləri qəmzəli, qallı sənəm, gəl. Xeste Qasım.
QALLİSİZM : Azerbaijani Explanatory Dictionary
[fr.] dilç. Fransız dilinden alınma söz, ya ifade; fransız diline xas olan cümle.
QALLÖN : Azerbaijani Explanatory Dictionary
[ing.] İngilterede, ABŞ-da ve başqa ölkelerde maye ve sepelenen cisim-ler üçün hecm ölçüsü vahidi (4,5 litre bera-berdir).
QALMA : Azerbaijani Explanatory Dictionary
"Qalmaq"danf.is.
QALMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Olduğu yerde ve halda dur-maq, yerini deyişmemek, yerinden getme-mek. Hamı getdi, o qaldı. Qışda kənddə qal-maq.
Evdə ancaq Sona ilə Bahadır qaldı. N.Nerimanov. Bu axşam student evdə qala-raq, atasına məktub yazmaqla məşğul idi. çemenzeminli. // Yuxarı sinfe keçmemek. Ikinci sinifdə qalmaq.
Var olmaq, mövcud olmaq, davam et-mek. Onun gözəlliyindən ancaq iki gözü qal-mışdır. Urəyində heç bir hiss qalmamışdır.
Sağ olmaq, heyatda olmaq, yaşamaq. Onun indi bircə qızı qalmışdır.
Şirin güf-tarından ayrı lalam mən; Umidyoxdur gələn ilə qalam mən. Q.Zakir. // İnkar şeklinde: qalmamaq
ölmek, yaşamamaq, heyatda olmamaq, sağ olmamaq. övladı qalmamaq. Onlardan heç kəs qalmamışdır.
İşlendikden, serf edildikden, xerclen-dikden sonra müeyyen miqdar mövcud ol-maq. On kilo düyüdən bir kilo qalmışdır. Ci-bimdə bir manat pulum qalıbdır. // Bir ededi bir ededden çıxdıqdan sonra hasil olmaq. Beşdən üç çıxanda iki qalır.
Texir edilmek, sonraya buraxılmaq,
başqa vaxta keçirilmek. Iclas sabaha qaldı.
// Dayandırılmaq, el çekilmek, buraxılmaq,
terk edilmek, vaz keçilmek. O iş qaldı. Ki-
tabın nəşri hələlik qaldı.
Bir yerde unudulub buraxılmaq, yaddan çıxarılmaq. Portfelim maşında qaldı. Gözlü-yüm evdə qalıbdır.
İrs yetişmek, irsen çatmaq. Atasından ona xeyli şey qaldı.
Dörd otaqdan ibarət ağzınacan dolu, topdağıtmaz ev-eşik təkcə ona [Ağcaya] qalmışdı. Mir Celal.
Mehrum olmaq, elinden çıxmaq. Qə-piksiz qalmaq. Yuxusuz qalmaq. Paltosuz qal-maq. Işsiz qalmaq.
Seyr üçün camalını əlimdə fürsət varkən; Əfsus ki, indiyədək qal-dım ziyarətindən. Ə.Cavad.
Ede bilmemek, başa çatdıra bilmemek, nail ola bilmemek, davam etdire bilmemek, gede bilmemek, iştirak ede bilmemek. Dərs-dən qalmaq.
Qara qoçun kəlləsinin zərbəsi ilə Bəxtiyar onbasının ağrısından iki gün iş-dən və fəhləlikdən qaldı. S.Hüseyn. // Gecik-mek, çatışa bilmemek, yetişe bilmemek, ge-cikerek yerinde qalmaq. Qatardan qalmaq.
Gelenden sonra müveqqeti olaraq bir yerde yerleşmek, qerar tapmaq, bir yere düş-mek; qonaq olmaq. Bu gecə harada qalmış-dınız? Qonaqlar dünən bizdə qalmışdılar.
Aid olmaq, dexli olmaq, üzerine düş-mek. Onun dərdini çəkmək sənəmi qalıbdır?
İlişmek, ilişib qalmaq, girib çıxmamaq. Boğazında sümük qalmaq. Güllə əzələsində qalıbdır.
Bir hala düşmek, bir veziyyet içerisine düşmek. Pis vəziyyətdə qalmaq. Ayaq üstə qalmaq. O, üçyaşında atasız qaldı. Yuxusuz qalmaq.
[Xanımnaz:] Qorxuram
. qulluq-dan çıxardarlar səni, yenə qalarıq əvvəlki kimi elə belə. C.Cabbarlı.
Mühafize etmek, davam etmek, el çek-memek, saxlamaq. öz fikrində qalmaq. Tut-duğu mövqeyində qalmaq.
Yubanmaq, durmaq, bir yerde ilişib qalmaq, gelib çıxmamaq. Bizim yoldaşlar ha-rada qaldı? Yarı yolda qalmaq. Bu vaxta kimi harada qalmısan?
Vaxt, zaman haqqında. Saat beşə üç dəqiqə qalıbdır. Ayın axırına iki gün qalıbdır.
Onun ömrünə az qalıbdır.
Axşama bir saat qalmış [Ceferqulu] Fərhad bəyin qapısına yetişdi. Qantemir. // Hele çatmamaq, yetiş-memek. Lakin hələ Tükəzban xalanın təkli-finin [iclasda] qəbul olmaq vaxtına qalırdı.
B.Talıblı.
İnkar şeklinde: qalmamaq
1) ha-
mısı serf olunmaq, işlenib qurtarmaq. Dağ başın duman almır; Yar yarın dərdə salmır; Dövlət şirin olsa da; Axırda heç kəsə qalmır. (Bayatı). [Qurban:] Səhər qazandığın axşama qalmır. Ə.Haqverdiyev; 2) qırılıb qurtarmaq, mehv olub (edilib) qurtarmaq; 3) kifayet-lenmemek. [Selimi:] Oğlan, xarici kapital yalnız bizim torpağın sərvətini talan etməklə qalmır. O, şəxsi mənfəət üçün hər şeyə hazır olan ərbablarımızdan, aclıq və səfalətin qu-cağına atdığı yüzlərlə biçarələrdən casuslar, satqınlar yetirir. M.İbrahimov; 4) geri qal-mamaq, beraber olmaq. Dəcəllikdə yoldaşın-dan qalmaz.
[Mahmud:] Mənim barmaq-larım kobudluqda, bərklikdə oymaqdan qal-maz! Ə.Əbülhesen; 5) hereketinde, işinde, adetinde davam etmek, arasını kesmemek, el çekmemek. Kefindən qalmamaq. Işindən qalmamaq.
Guya Zeynal vəzifəsinə çox so-yuq baxır, dəfələrlə özünə xatırladılmasına baxmayaraq, səhlənkarlıqdan qalmırmış. S.Hüseyn.
Qalmamışam, qalmamışıq şeklinde
ehtiyacım(ız) yoxdur, bize lazım deyil. [Se-fer:] Yüzbaşı,
dedi,
sənin buğdana qalma-mışıq, bir az özünü yığışdır. çemenzeminli.
Bir sıra isimlerin yanına getirilerek, ismin gösterdiyi menada mürekkeb feil, ya-xud müxtelif ifadeler düzeldilir; mes.: avara qalmaq, sağ qalmaq, gözü qalmaq, heyran qalmaq.
0 Əslinə qalanda
eslinde, heqiqetde, doğrusuna geldikde. Əslinə qalanda bu vəh-şilərin [qoçuların] həyatı qazamatda da pis keçmirdi. H.Sarabski. O ki qaldı..., qaldı
ki...
..gelince,
..geldikde. [Ferecullah:] An-
caq o ki qaldı mənə, mən razıyam. Bir qız
. bir oğlanındır, gülüm! H.Sarabski. Xeyr, xeyr, mən onun [telebemin] adını sizə deyə bilmə-rəm. Qaldı ki, onun zahiri görünüşü, xasiy-yəti, qabiliyyəti haqqında danışmaq, bu başqa məsələdir. Qantemir.
QALMAQAL : Azerbaijani Explanatory Dictionary
is. Ses-küy, dava, dava-dalaş. Qalmaqal salmaq (etmək).
Hər zaman ki, səndən umdum şəfəqqət; Bir dava başladın, qalmaqal etdin. M.P.Vaqif. Emalatxanada böyük bir qalmaqal çıxdı. M.S.Ordubadi. Qapı ağzında oturan köhnə cahıl işin şuluq olduğunu və qalmaqal olacağını görüb, müt-rübün oyununu saxladı. H.Sarabski. // Dedi-qodu, söz-sov, cencel. [Şöle xanım:] Onun qalmaqalının qorxusundan hərgiz cürət edib bura ayaq basa bilməz. M.F.Axundzade.
.Getdin Məhəmmədhəsən əminin eşşəyini gətdin, bizi qoydun qalmaqalda? C.Memmed-quluzade.
QALMAQALÇI : Azerbaijani Explanatory Dictionary
is. Daim qalmaqal düzel-den adam.
.Bu müstəbid təbiətli adam eyni zamanda bir küçə qalmaqalçısı qədər ağzı-söyüşlü, tərbiyəsiz idi. M.İbrahimov.
QALMAQALÇILIQ : Azerbaijani Explanatory Dictionary
is. Daim qalmaqal salma xasiyyeti; davakarlıq.
QALMAQALLI : Azerbaijani Explanatory Dictionary
sif. Davalı, dava-dalaşlı,
cencel. Qalmaqallı iş.
QALOŞ : Azerbaijani Explanatory Dictionary
[rus.] is. Ayağı rütubet ve pal-çıqdan qorumaq üçün adeten çekme, tufli ve s. üstünden geyilen rezin ayaqqabı. örtülü qaloş. Uşaq qaloşu.
Paltoları və qaloşları çıxarıb Həsən ağaya tapşırdıq. M.S.Ordu-badi. Cümlə dəyişdirmisən kürkünü, palta-rını; çəkmə, qaloş geymisən, pozmusan ətva-rını.. M.Ə.Sabir.
QALPAQ : Azerbaijani Explanatory Dictionary
is.
Mahuddan, keçeden, bez-den, yaxud demirden ve s.-den qayrılan baş örtüsü
papaq. Aşpaz qalpağı. Qaynaqçı qal-pağı.
[Balacayev] əyninə ağ xalat geymiş, başına ağ qalpaq qoymuş, gözlərinə ağ də-mir saplı eynək ilişdirmişdi. S.Rehimov.
Müxtelif şeylerin üstüne qoymaq üçün qapaq, örtü. Qoruyucu qalpaq.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani