Azerbaijani Explanatory Dictionary
QAMAŞIQ : Azerbaijani Explanatory Dictionary
sif. Qamaşmış halda olan (göz ve diş haqqında).
QAMAŞMA : Azerbaijani Explanatory Dictionary
"Qamaşmaq"dan f.is.
QAMAŞMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Turş bir şey dişlemek-den, yaxud dişe deymekden kesmez ve uyuşmuş bir hala gelmek. Alçadan dişlərim qamaşdı.
Parlaq bir şeye ve ya çox güclü işığa baxmaqdan, yaxud qaranlıqdan işığa çıxar-ken qaralıb görmez hala düşmek. Günəşə baxdım, gözüm qamaşdı. // Mec. menada. Siyah vəsmə zivər çəkibdir qaşa; Onu görən gözlər istər qamaşa. M.P.Vaqif. Zöhrə! Sənin camalının şövqündən; Gün tutular, göz qa-maşar, ay gəlməz. (Qoşma).
QAMBÜZİYA : Azerbaijani Explanatory Dictionary
[isp.] Qızdırma ağcaqanad-larını telef etmek meqsedi ile şirin su göl-meçelerine buraxılan çox kiçik balıq cinsi. Orta Asiyada ağcaqanad sürfələrinə qarşı mübarizə üçün onların olduğu gölməçələrə tropik ölkələrdə yaşayıb diri bala doğan qam-buziya balığı buraxırlar. "Darvinizm esasları".
QAMÇI : Azerbaijani Explanatory Dictionary
is. Heyvanları vurmaq, yaxud hür-kütmek üçün bir ağacın ucuna bağlanmış ip, deri ve s.; şallaq, qırmanc. Arabaçı atları sax-ladı, düşdü yerə. Sonra qamçını arabanın içinə tullayıb getdi. C.Memmedquluzade.
Bu zorbalıqda ayı mənim qamçımın qorxu-sundan hələ bir oyun çıxarır, amma bu bala-calıqda qızın əlində aciz qalmışam. S.S.Axun-dov. // məc. Zerbe menasında.
QAMÇILAMA : Azerbaijani Explanatory Dictionary
"Qamçılamaq"dan f.is.
QAMÇILAMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Qamçı ile vurmaq. Atları qamçılamaq.
Heyvanı rahat qoyma-yıb qamçıladım. S.S.Axundov. Şirəli çiynin-dəki tüfəngi doldurdu, atı bərk qamçıladı. M.Hüseyn. // məc. Döyeclemek, vurmaq. Ba-şımızın üstündə yağmur alaçığın keçələrini gum-gum qamçılayırdı. A.Şaiq. Artıq yağış başlamışdı. Qorxunc bir gurultu ilə pəncərəni qamçılayır, suyu içəri sıçradırdı. çemen-zeminli.
məc. Berk tenqid etmek, ifşa etmek; eyib ve nöqsanlarını açıb göstererek tenqid etmek. Yazıçı öz əsərində köhnə həyatın mənfi cəhət-lərini qamçılayır.
QAMÇILANMA : Azerbaijani Explanatory Dictionary
"Qamçılanmaq"dan f.is.
QAMÇILANMAQ : Azerbaijani Explanatory Dictionary
məch.
Qamçı ile vu-rulmaq, döyülmek.
məc. Berk tenqid olunmaq, ifşa olunmaq. Bu əsərdə olduğu kimi cahil şeyxlərin təəs-süb və şarlatanlığı heç bir zaman qamçılan-mamış və qamçılana bilməzdi də. N.Vezirov.
QAMÇILATMAQ : Azerbaijani Explanatory Dictionary
icb. Qamçı ile döy-dürmek.
QAMÇILILAR : Azerbaijani Explanatory Dictionary
cəm zool. Tekhüceyreli ibtidai heyvanlar; esasen şirin sularda ya-şayan ve qamçıya oxşar hereket orqanı olan mikroskopik heyvanlar.
QAMƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Boy, boy-buxun, qedd. Der idim qamətinə sərv, vəli özgə imiş. Fü-zuli. Qamətin tək heç bir qamət biçilməz. M.P.Vaqif. Sərvi xar etdi, əcəb, bu qaməti-rənayə bax. Heyran xanım. Fəda o qamətinə kim, qəza nə xoş çəkmiş. X.Natevan.
Bel. Bir əllə də qılınc vurmaq mənim köhnə adətimdir! Buna şahid qocalsam da, bükülməyən qamətimdir! S.Vurğun. □ Qa-məti bükülmək (əyilmək)
beli eyilmek (bezen qocalmaq menasında). Dərd yükü-nün ağırlığı altında əyilməyə başlayan qa-mətini, ayaqları ağır-ağır qapıya sarı çəkdi. Ə.Əbülhesen.
QAMƏTLİ : Azerbaijani Explanatory Dictionary
sif. Boylu-buxunlu, tendürüst, serrast bedeni olan. Rəşid.. sadə geyimli, qa-mətli bir qızın ardınca düşüb heç yana bax¬madan tələsik gedir, özünü ona yetirməyə çalışırdı. M.Hüseyn.
QAMIŞ : Azerbaijani Explanatory Dictionary
is.
Sulaq yerlerde biten uzun, içiboş gövdeli, buğumlu bir bitki; qarğı. Gö-rürsən on üç yaşında bir uşaq nə qədər ki, qamışdan at qayırıb, minib küçələri o tərəf-bu tərəf kişnəyə-kişnəyə çapır, sağ və sala-matdır. C.Memmedquluzade. Orada-burada göllənmiş suların içində adamboyu hündür-lüyündə göy qamışlar ucalırdı. M.Hüseyn. // Şeker qamışı (şiresinden şeker hazırlanan qamış). Şəkər qamışından qayrılmış qəndi birinci dəfə Hindistandan tacirlər Avropaya gətirdikdə Qərb əhalisinin heyrətinə mucib olmuşdur. A.Sehhet. // Qamışdan qayrılmış. Qamış qələm. Qamış çəpər.
Biz o tarixi qa-mış qələmlərlə deyil, iti qılınclarımızla yaz-malıyıq. M.S.Ordubadi. Seyid qamış qələmi cızıqlı kağız üzərində cırıldadaraq kəşidə xətlə Tahirzadəyə şəhadətnamə yazdı. Mir Celal.
Qamış kimi içi boş ve uzunca şey.
QAMIŞQUŞU : Azerbaijani Explanatory Dictionary
is. zool. Əsasen qamışlıq yerlerde yaşayan kiçik bir quş.
QAMIŞLIQ : Azerbaijani Explanatory Dictionary
is. çoxlu qamış biten yer. [Heyder bey:]
.Gərək qıraqdan uzaqlaşaq, qamışlıqda gizlənək. M.F.Axundzade. Qa-mışlıqda quruldayan qurbağalar tez-tez səs-lərini kəsib şappıltı ilə suya atılırdılar. İ.Şıxlı.
QAMQALAQ : Azerbaijani Explanatory Dictionary
is. Xarrat işleri zamanı yere tökülen nazik taxta
talaşa.
.Sarı əlinə dü-şən çör-çöpü, qamqalağı, çır-çırpını samo-vara atır. S.Rehimov.
.Qovrulacaq, buru-lacaq dilim-dilim; Hayandasa qor düşəcək qamqalağa. M.Araz.
QAMQALDAQ : Azerbaijani Explanatory Dictionary
is. dan. Nizamsız bir hal-da boşaldılıb, bir-birinin üzerine tökülmüş şeyler.
QÄMMA : Azerbaijani Explanatory Dictionary
[yunan elifbasının
cü herfinin adı]
mus. Bir yaxud bir neçe oktava da-xilinde qalxan, yaxud enen seslerin ardıcıl sı-rası. Avropa musiqisində 24 qamma vardır, bunun əvəzində bizdə 120 qamma vardır. ü.Hacıbeyov.
məc. Her hansı bir yekcins, lakin bir-birinden ferqli olan şeylerin, hadiselerin ar-dıcıl sırası; bu ve ya diger hadiselerin ardı-cıl suretde deyişmesi. Boyaların qamması.
0 Qamma şüalar fiz.
radioaktiv mad-delerin buraxdığı üç növ şüalardan biri.
QAMU : Azerbaijani Explanatory Dictionary
"Hamı" sözünün qedimi forması. Qamu bimarinə canan dəvayi-dərd edər eh-san; Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? Füzuli. Cahanda qulların çoxdur, Nəsimi qamudan bədtər. Nesimi.
QAMUS : Azerbaijani Explanatory Dictionary
is. [ər. esil menası "deniz, derya"] Böyük lüğet kitabı; ensiklopediya.
QAN : Azerbaijani Explanatory Dictionary
is.
Orqanizmin damarlarında dövr edib, onun bütün hüceyrelerinin qidalanma-sını ve maddelerin mübadilesini temin eden qırmızı maye. Sadıq kişi əllərinin qanını arxda yuyub üz qoydu həyətdən çıxmağa. C.Memmedquluzade.
.çox qan itirməsinə baxmayaraq, bədənin möhkəmliyi və cavan-lığı Tapdığın sağalmasına kömək etmişdi. Ə.Əbülhesen. □ Qan damarı anat.
insan ve heyvan bedeninde qanın axdığı damar. Qoyunun mədəsində toxumdan bir kiçik qurd çıxır ki, bağırsağı deşib qan damarına girib qan ilə belə gedib qoyunun beyninə yetişib, orada barama qurdu kimi özünə ətdən ba-rama qayırır. "Əkinçi". Urək deyilən mö-cüzəsinin dərinlərində; qırıldı bir kiçik qan damarı. R.Rza. Qan dövranı fiziol.
be-dende qanın damarlarda dövr etmesi. Qan getmək
çox qan axmaq, çox qan axıtmaq, çox qan itirmek. Bu dağdan bir can getdi; Urəyindən qan getdi; Qız nə cür ağlamasın; Sevdiyi oğlan getdi. (Bayatı). Qan təzyiqi tib.
damarlarda qanın tezyiqi. İnfarkt, qan təzyiqi!.. İki xəstəlik; Əsrin gərginliyi, əsrin zədəsi! B.Vahabzade.
məc. Qan qohumluğu menasında. Sə-mədin qorxusu qaçdı və öz-özünə:
Yox-a, özümünküdür?.. Qandır, zarafat deyil,
deyə bacısı oğlundan lap arxayın oldu. B.Talıblı.
məc. Qetl, adam öldürme. Burada, de-yəsən, qan var.
məc. Düşmenük, qanlı edavet. Araların-da qan var.
[Eyvaz:] Bu qanı tarix yuya bilməyəcəkdir. Açın gözlərinizi, qardaşlar, aldanmayın! C.Cabbarlı.
öldürülen adamın intiqamı, qisası. Qa-nını tələb etmək.
Atamın qanını unutmaq üçün mən gərək bişərəf və binamus bir adam olam. M.İbrahimov. □ Qan düşməni
ba-rışmaz, qeddar düşmen. Hər nə isə mənimdi bu; Əsrlik qan düşməninə; Deyə bilmir son sözünü; Amma qırır öz-özünü, utanıram.
B.Vahabzade. Qan düşmən(çi)liyi
köhne meişetde: öldürülmüş yaxın qohumun inti-qamını almaq adeti. İnqilabdan əvvəl keçmiş zəhmətkeş kütlələrinə çoxlu zərər yetirən vəhşi adətlərdən biri də qan düşmənçiliyi idi. S.S.Axundov.
məc. Dava, müharibe menasında. Qan olmasın deyə dünya xalqları arasında sülh yaradılmalıdır.
məc. Tebiet, fitret. □ Qanında olmaq
tebietinde olmaq, fitretinde olmaq.
məc. dan. Teessüb, qeyretkeşlik mena-sında. Onda heç qan yoxdur.
◊ Qan ağlamaq
1) çox müteessir olmaq, qanlı göz yaşı tökmek, yasa batmaq. Səndən ayrı ol qədər qan ağladım ki, dəmbədəm; Yaşa batıb islanıb səbrü qərarın kağızı. M.P.Va-qif. Bülbül gül üzündə xarı görəndə; Qan ağ-lar, rüxsarı yaşı dayanmaz. Aşıq Əlesger. [İsmayıl:] Yox, ölməyibdir, amma bir günə düşübdür ki, görsən qan ağlarsan. Ə.Haq-verdiyev; 2) cana gelmek, tenge gelmek, zara gelmek, çox incimek, dad çekmek. Qan ağ-latmaq
cana getirmek, tenge getirmek, çox incitmek, zülm etmek. Qan ağlatdın ürəyimi, üstəlik də tənə vurma; Sındırdığın bu şüşə-dən qan axar al şərab kimi. Şehriyar. Qan axıtmaq
1) müharibe etmek; müharibe qı-zışdırmaq; 2) adamların ölmesine, qırılmasına sebeb olmaq. Qazan dağında, Acıbulaqda, Qarasuçuda, Samıxda, Zincirlidə olan vu-ruşmalarda Alının dəstəsi yüzlərlə adam qır-mışdı, sel kimi qan axıtmışdı. "Aşıq Əlesger". Qan axmaq məc.
dava ve qırğın düşmek. Ozyurdunu şum eləmək; Qan axıtmaq, sonra, sonra; Su axtarmaq
qan yumağa?! M.Araz; Qan aldırmaq
xalq arasında müalice meq-sedi ile damardan qan çıxartdırmaq. Mənim əmim Kərbəlayı İmam Qulu
. ildə otuz iki dəfə dəllək usta Mədədi çağırıb qan aldırar. C.Memmedquluzade. Qan almaq
1) mü-alice meqsedi ile damardan qan çıxarmaq. [İkinci azarlı:]
.Hacı əmi, bu baş ağrısı məni həlak eləyibdir;
. gedirəm usta Cəfərin ya-nına, deyir:
Qanın çoxalıb, gərək səndən qan alam. C.Memmedquluzade. At çərlə-mişdi. Bu saatda atdan qan almaq lazımdır. Ə.Veliyev; 2) məc. intiqam almaq. Mahmu-dun qanını bəylərdən almasam, Xocahandan getməyəcəyəm. "Qaçaq Nebi". Qan apar-maq
yaradan çox qan axmaq neticesinde üzülüb özünden getmek. Ey kamanqaşlı, məni yarələdi qəmzən oxu; Zülfünü bas yarama, qoyma, məni qan aparır. S.Ə.Şirvani. Deyir: "Yoldaş, qorxma məndən, qorxma, məni qan aparmaz". S.Vurğun. Qan bahası
köhne meişetde: öldürülen bir adamın evezinde öl-dürenden ve ya onun qohumlarından alınan pul ve s.; qan evezi, diye. Gəl, ey aşiq, şəhid ol eşq içində; Ki, həqdir ol şəhidin qan bəhası. Nesimi. Hakimlərin gəlir mənbələrindən birisi də ərəblər vaxtından qalan diyə, yəni qan bahası məsələsidir. Adam öldürənlərə cəza verilmir, çünki qatillər qanın bahasını verib günahlarını təmizləyirlər. M.S.Ordubadi. Qan bahasına
çox böyük insan telefatı hesa-bına, böyük qurbanlar vererek. Görəcəksiniz! Almanlar qan bahasına tutduqları şəhərləri qoyub Berlinə daban almasalar, mənə nə de-yirsiniz, deyin! Mir Celal. Qan başına vur-maq
son derece qezeblenmek, özünden çıxmaq, hiddetden özünü bilmemek. Nəbi Həcərin tutulmasını Kirə dağında eşitdi. Hə-min saat qan sıçradı onun beyninə. "Qaçaq Nebi". Məktubu oxuduqda qanım başıma vurdu. M.S.Ordubadi. Qan beyninə vur-maq (sıçramaq)
bax qan başına vurmaq. [İbad:] Doğrusunu deyin.
.Qan beynimə vu-randa; it kimi doğraram onu. C.Cabbarlı. Qan çanağı
1) qan tökmek isteyen, qan-qan deyen, davakar, fitnekar, araqarışdıran adam haqqında. [ömer Koxa:] Görəsən, Hə-sən ağa namərdlik etməyib ki? Bilirəm Alqa-zax uşağı qan çanağıdır, nahaq yerə onlara "Dəli Alqazaxlılar" demirlər. İ.Şıxlı; 2) məc. şerab piyalesi menasında. Əksi-ləbin səadə-tini bulmasaydı mey; Meyl etməz idi hiç kəs ol qan çanağına. Q.Zakir. Qan çanağına dön-mək
qezebin, hirsin şiddetinden, yaxud ağlamaqdan, xestelikden ve ya yuxusuzluq-dan gözleri berk qızarmaq, qanla dolmaq, qıp-qırmızı olmaq. [Sekine xanım:] Bir güzgüyə bax, gör, gözlərin acıqdan qan çanağına dö-nübdür. M.F.Axundzade. Xan hiddətindən dodaqlarını gəmirir. Hirsindən gözləri qan çanağına döndüsə də, Vaqifin dediklərinə qarşı bir söz tapa bilmədi. çemenzeminli. Qan çəkmək
1) qohumluq elaqesini büruze vermek, yaxınlaşmaq; 2) qızarmaq. Gözləri qan çəkmək. Qan düşmək
dava düşmek, edavet düşmek. Könlüm quşunu seyd eylədi qəmzeyi-çeşmin; Qorxum budu, qanlar düşə ortaq arasında. Q.Zakir. Qan eləmək (et-mək)
1) adam öldürmek. Aşıqlar bağrını şan-şan eylərsən; Hər qıya baxanda yüz qan eylərsən. Q.Zakir. çoxdu günahım, onu əfv et mana! Qan eləyib qapına gəldim dəxil. S.Ə.Şirvani; 2) məc. şiddet elemek, çoxlu zi-yan vermek, telefata, felakete, bedbextliye sebeb olmaq. Bu çay coşub daşanda nə qan-lar eləməmişdi. Indi qış onu gücdən salmışdı. çemenzeminli. Qan görmək
aybaşı ol-maq. Qan içdirmək
bax qan uddurmaq. Aşıq Humay indi bu saat özündən çıxıb, yor-yoxsulun başı üstündə qamçı oynadan mül-kədar balalarına qan içdirirdi. Qaçaq Nəbi-dən deyir, Həcəri tərifləyirdi. Ə.Veliyev. Qan içmək
zülm etmek, qeddarlıq etmek, insan qanına susamaq. Tarix cəllad qan iç-məkdən yorulmaz; Tərpənişsiz qara zəncir qırılmaz. C.Cabbarlı. // məc. İstismar etmek, qanını sormaq. Deyirdi ki, gərək bəyləri kənd-dən çıxarasınız. Bunlar sizin qanınızı içirlər. B.Talıblı. Qan iddiası
qisas isteme, inti-qam teleb etme. Qazan deyir: Oğul, min kafir öldürsən də, kimsə səndən qan iddiasında ol-maz. "Kitabi-Dede Qorqud". Qan istəmək
1) qan bahası iddia etmek, diye teleb etmek. Gül kimi bir dəfə öpməklə qızarmış yanağın; Demə, gəl mən də öpüm ki, qana qan istəyi-rəm. Ə.Vahid; 2) b ax qan-qan demək. Qan iyi gəlmək
qan tökmeye, adam öldürmeye hazır olan adam haqqında.
.Dönün, qayıdın, balam! Bunlardan qan iyisi gəlir! M.F.Axund-zade. Qan-qan demək
qana susamaq, mey-dan oxumaq, heç bir sebeb olmadan döyüş-meye, vuruşmağa, qan tökmeye behane ax-tarmaq. Indi qan-qan deyir insanları iranlı-ların! Dərhəqiqət pis imiş qanları iranlıların! M.Ə.Sabir. Qan qaraltmaq
acıqlandırmaq, dilxor etmek, pert etmek, esebileşdirmek. Ucuz söz qan qaraldar ki, küsərsən dostla sirdaşdan. S.Vurğun. [Qaçay:] Canəli dayı, ay Canəli dayı, sənə nə oldu, qanın niyə qa-raldı? İ.Melikzade. Qan qardaşı
birge mübarizede axıdılan qan neticesinde bir-birine yaxın olan adam haqqında. Qan qar¬daşım, nəhayət ver artıq yasına; Azadlığı ala-caqsan qan bahasına. S.Rüstem. Bizlər ki, lap bir dil, bir qan qardaşıq; Qardaş qalsın, insanlarıq, yoldaşıq.. Şehriyar. Qan qayna-maq
canlanmaq, dirçelmek, cuşa gelmek. Bu sözlərdən sonra Fəxrəddinin damarların-da qan qaynamağa və beyni alovlanmağa başladı.. M.S.Ordubadi. Qan qohumluğu
hem ata, hem ana terefden olan qohumluq. Qan qoxıısıı gəlmək
1) dava, müharibe eh-timalı olmaq, müharibe gözlenmek; 2) dava istemek, dava üçün behane aramaq. Sənin sözündən qan qoxusu gəlir. C.Memmedqulu-zade. Dadaşın qardaşı çıxmış özündən; Gə-lir qan qoxusu hər bir sözündən. M.Müşfiq. Qan qusdurmaq
çox incitmek, ezab ve eziyyet çekdirmek, başa bela kesilmek. [Ayrım qızı:] O qapı, bu qapıda veyl-veyl sürünməkdən başqa [Kerim babanın] əlin-dən bir iş gəlməzdi; evə gəldikdə bizə qan qusdurardı. A.Şaiq. Qan qusmaq
1) verem azarına tutulmaq; 2) məc. olmazın ezab, eziy-yet, sıxıntı çekmek. [Zinyet xanım:] Doğru deyiblər ki, hər bir halda dövlət başa bir bəla imiş. "Neylərəm qızıl teşti, içinə qan qusam"
doğru söz imiş. N.Vezirov. Qan ocağı
fitne-fesad menbeyi, cinayet yuvası. [Aqil:] Məni qan ocağı adlandırdılar, kənddən qovdular. S.Rehimov. Qan olmaq
1) qan tökülmek, adam öldürülmek. [Tellinin anası:] Tanrının qüdrətinə şükür, ağaclarda meyvə qalmadı, görəsən yenə harda nahaq qan olub ki, bəla-sını çəkirik. çemenzeminli; 2) məc. qiyamet qopmaq, mehşer qopmaq, gurultu qopmaq, dava düşmek. Qan salmaq
fitne salmaq, fesad töretmek, dava salmaq, vuruşdurmaq. [Salatın:] Qurbanın olum, ay qağa, evimizə qan salma. Amanın bir günüdü, əlini qana bu-lama! İ.Şıxlı. Qan səpilmək məc.
qızar-maq, allaşmaq. Nahardan sonra təkrar bağa çıxmışdı. Artıq günəş batır, qüruba qan sə-pilirdi. çemenzeminli. Qan su yerinə ax-maq (yerimək)
çox qan tökülmek, son derece çox adam öldürülmek, qırğın olmaq. Omər koxa başa düşdü ki, oğlu bir himə bənd-dir, əgər ona bir balaca işarə etsə, bütün çıraqlıları ayağa qaldırar və qan su yerinə axar. İ.Şıxlı. Qan tökmək
1) dava, müha-ribe etmek; 2) öldürmek. Gah qan tökər və gah içər qan; Ol sərvi-qədə budur nişanə. Heyran xanım. Zahirdi qəmzənin ciyər sök-məyi; Can almağı, nahaq qanlar tökməyi. Q.Zakir. Qan tökülmək
adam öldürülmek, dava olmaq. Bu yaxşı əlamət deyildi, belə hal-larda mütləq qan tökülməli idi. çemenze-minli. Qan tutmaq
1) qatil haqqında: et-diyi cinayetin tesiri altında şüuru kütleşmek, özünü itirmek, özünü çaşdırmaq; 2) ahı tut-maq, qarğışı tutmaq. Mən aşiq, qanlıları; Qan tutsun qanlıları; Quduz qurda dönəydim; Tutaydım qanlıları. (Bayatı). Qan uddur-maq
ezab ve eziyyet vermek, olmazın zeh-met ve iztirab çekdirmek, gününü qara ele-mek. Belə kafir olmaz, aşiqlərinə; Qan uddu-rur çanaq-çanaq gözlərin. Q.Zakir. Həqqi var kim, uddura hər gündə yüz qanlar sənə. S.Ə.Şirvani. Qan udmaq
son derece ezab ve eziyyet çekmek, zehmetde olmaq, izti-rablı günler keçirmek. Omrüm uzunu qan udaram, hali-pərişan; Kirpiklərin, ol sinəvü ol zülfün əlindən. Heyran xanım. Qana bo-yanmaq
öldürülmek, qetl edilmek, yaxud yarasından çoxlu qan axmaq. [Şahnigarın] qolları və cırıq paltarından görünən dizləri al qana boyanmışdı. İ.Şıxlı. Qana bulamaq
öldürmek, qetl etmek. [Salatın:] Qurbanın olum, ay qağa, evimizə qan salma. Amanın bir günüdü, əlini qana bulama! İ.Şıxlı. Qana çalxatmaq
xatalı, qorxulu, tehlükeli işe celb etmek, calamaq, sövq etmek. Evin yıxıl-sın mənim evimi yıxan! Qan qusasan məni qana çalxayan! M.F.Axundzade. Qana dol-maq
rengi özüne gelmek, canlanmaq. Lə-tifənin göyərmiş dodaqları yavaş-yavaş qana dolurdu. M.Hüseyn. Qana düşmək
böh-tana, xataya, davaya düşmek. Bağban deyər, məni qoyma nişana; Oldürər gözlərin, düşər-sən qana. Aşıq Memmed Bağban. Səgrəqib bilməsin, düşərik qana; Sərzəniş gəlməyə bəlkə canana. Q.Zakir. Qana qan eləmək (etmək)
intiqam almaq, qisas almaq; qan evezinde qan almaq. Amandır, sən daha gəl tökmə qanım, qanə qan etmə! Ə.Vahid. Qana salmaq
davaya salmaq, davaya sebeb ol-maq. Uzün təmənnası, ləbin xəyalı; Binəvanı salıb qanə, deyərmi? Q.Zakir. Qızarıb arizi-ali güli-tər tək meydan; Açıban ruyini eşq əhlini yüz qanə salıb. S.Ə.Şirvani. Qana susamaq
dava arzulamaq, qan tökmek, adam öldürmek arzusunda olmaq. Zalım fə-lək xub susayıb qanıma; Bir kimsənə yoxdur gələ yanıma. Q.Zakir. Qanda üzmək
çox qan tökmek, çox adam öldürmek, qırğın dü-zeltmek. Görürəm qanda üzür cəlladlar. S.Rüstem. Qanı batmaq
qatili cezasız qal-maq; qisası, intiqamı alınmamaq. Biri əmr elədi, o biri qırdı; Qansızlar bu nahaq qanı batırdı. B.Vahabzade. Qanı cuşa gəlmək
bax qan qaynamaq. Qanı halal olmaq məc.
cezaya, ölüme layiq olmaq. Seyyida, bilməyirəm hiç nə məzhəbdi bu kim; Qan halal oldu bunun qəmzeyi-xunxarəsinə. S.Ə.Şirvani. Qanı qaçmaq
benizi saralmaq, ağarmaq, solmaq. Saralıb rəngi-rüxün, ləblərinin qanı qaçıb. S.Ə.Şirvani. Zavallı uşağın qorxudan qanı elə qaçmışdı ki, üzünün rəngi ayaqları altındakı qardan seçilmirdi. S.S.Axundov. Qanı qaralmaq
kefi pozulmaq, ehvalı telx olmaq, çox pert olmaq. Səməd dayının qanı qaraldı və qəm-qüssəsi aləmi tutdu. B.Talıblı. Dünən yenə Şahingildə toplaşdıq. Ancaq ilk addımdan qanımız qaraldı. S.Rehman. [Göy-çek] Cumanı bu canavarla müqayisə etdikdə qanı qaralır. Ə.Əbülhesen. Qanı qayna-maq
çox xoşuna gelmek, ürekden sevmek, alışmaq, üns tutmaq, ünsiyyet etmek. Or-xanın bu oğlana birdən-birə qanı qaynadı, onun didilmiş papağından da, cütburun ça-rığından da, toppuzlu çomağından da, kişi-kişi danışmağından da xoşu gəldi. İ.Melik-zade. Qanı tutmaq
ahı tutmaq, etdiyi haq-sızlığın cezasını çekmek. Səni, ey lalərüx, aşiqlərinin qanı tutub. S.Ə.Şirvani. Qanı yerdə qalmaq, qanı itmək
bax qanı bat-maq. [Tubu:] Bəs Iskəndər kimi cavanın qanı yerdə qalacaq idi? Ə.Haqverdiyev. Qanına boyanmaq
öldürülmek. çəmənlər üstündə, lalələr arasında qucaqlaşaraq öz qanlarına boyanmış Zeynəb və Abbas anaları Fatma-nın naləsini eşitmirdilər. S.S.Axundov. Qa-nına qəltan etmək
çoxlu yara vuraraq öl-dürmek. Qanına susamaq
birini öldürmeyi arzu etmek, birinin ölümünü ürekden iste-mek. çün Nəsiminin susamış qanına yarın ləbi; Noldu, ey münkir, sana, kim qaynadı qanın yenə? Nesimi. Susadım arslan kimi qanına; Hazır oldum hünərlə meydanına.
A.Sehhet. Qanına yerimək (keçmək, işlə-mək)
1) sirayet etmek, yoluxmaq, keçmek.
.Qaraca qızın dişinin dibi qanadığı üçün, yaranı sorduqda zəhər tüpürcəklə onun qa-nına yerimişdi. S.S.Axundov; 2) məc. iliyine, damarına işlemek, verdiş olmaq, kök salmaq. Qanından keçmək
1) bağışlamaq, efv et-mek, qisasını almamaq; 2) özünü qurban et-mek, özünü feda etmek, canını vermeye ha-zır olmaq. Verir fərmanını, keçər qanından; Tökülmüş dabana saçların, gəlin! Aşıq Əmir. Qanını əsirgəməmək- bax qanından keç-mək
ci menada. Dedi:
Əsirgəməm bir qaşıq qanı; Vəli laf vuranlargen gündə hanı? Q.Zakir. Qanını içmək
öldürmek. [Hacı Murad:] Ay namərd oğlu namərd, hara qa-çırsan, qanını içəcəyəm! N.Vezirov. Qanını sormaq
istismar etmek, zülm etmek, var-yoxunu elinden almaq. [Rza xan Hikmet İsfahaniye:] Kimdir min hiylə ilə vətənin qa-nını soran? Sizsiniz! Xaricilərlə əlbir olub, beş qranlıq malı otuz qrana satan sizsiniz! M.İbrahimov. Qanını tökmək
öldürmek. Qanını tökdü gözün hər ləhzə bir sövda ilən. Nesimi. Qanını yerdə qoymamaq
qatilin cezasını vermek, öldürülenin intiqamını al-maq. [Rüstem bey:] Rəşid!
.Sənin qanını yerdə qoymaram, oğul! Qəbirdə rahat yat... Hərgah meydanda tək də qalsam, genə düş-məndən əl çəkməyəcəyəm. N.Vezirov. Qanı-nın arasına girmək
çox çetin ve ya qor-xulu veziyyete düşen bir adamı bu veziyyet-den qurtarmaq, birinin nicatına sebeb olmaq. Mən onun qanının arasına girdim, yoxsa onu sel aparmışdı.
Onların direktoru başlaya-caq ki, mən Xəlilin qanının arasına girdim. Axı biz də özümüzə görə bir kişiyik. M.Hüseyn. ürəyi, ciyəri qana dönmək (qan olmaq)
iztirablı hal keçirmek, çox müteessir olmaq. Dərdü qəm çəkməkdən qan olub ciyər; Gəti-rən yox nazlı yardan bir xəbər. Q.Zakir. Qə-min əlində, ilahi, dönüb ürək qanə. M.Hadi.
QANACAQ : Azerbaijani Explanatory Dictionary
is.
Düşünce, şüur, anlaq. Amma mənim qanacağıma görə, sizin kitabı-nızda olan məlumat məhz Avropa və Rusiya mənbəyindən əxz olunmuşdur. C.Memmed-quluzade. Dil eyni zamanda şəxsiyyətin qa-biliyyət və qanacaq dərəcəsini bildirən bir məhək daşıdır. M.İbrahimov.
Ədeb, merifet, terbiye. Bu adamda heç bir qanacaq yoxdur.
Zehniyyet, görüş menasında. Bəs hər zə-manənin bir qanacağı var ki, bu qanacağı ol zəmanənin kitablarından, xalqının adətlərin-dən, işlətdiyi əsbab və qeyrədən bilmək olur. N.Vezirov.
QANACAQLI : Azerbaijani Explanatory Dictionary
sif. Qanacağı olan, merifetli, şüurlu, düşünceli, anlaqlı; edebli, nezaketli. Qanacaqlı adam. Qanacaqlı uşaq.
Bir də, dedim, Mirzə Qulam qanacaqlı adama oxşa-yır. Mir Celal. Kərim kəndin hünərli, yetkin bir gənci, mahir bir ovçusu, qanacaqlı bir xeyir-şər adamı olurdu. S.Rehimov.
QANACAQLILIQ : Azerbaijani Explanatory Dictionary
is. Merifetlilik, düşün-celilik, anlaqlılıq; edeblilik, nezaketlilik.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani