Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
AYIRD : Azerbaijani Explanatory Dictionary

ayırd etmək (eləmək)
Yox-layıb müeyyenleşdirmek. Məsələni ayırd etmək.
[Qoca keşikçi:] Mən davanızı ayırd edərəm,
dedi. M.Hüseyn. [Keremov:] Yaxşı, bu məsələlərin hamısını iclasda ayırd eləyərik. S.Rehman.
Ayırmaq, ferqlendirmek, seçmek,
yaxşını pisden, irini xırdadan ve s. ayırmaq.
Bizim bu günə qədər haqqı batildən seçməkdə
və doğrunu əyridən ayırd etməkdə yanlışlı-
ğımız bu cəhətdəndir... M.F.Axundzade.
Dalaşanları, tutuşanları, mübahise eden-
leri bir-birinden ayırmaq. Bəziləri didişir,
böyük yoldaşları onlara acıqlanır, onları
ayırd edirdi. S.Rehimov.

AYIRICI : Azerbaijani Explanatory Dictionary

is. xüs. Bir şeyi növlere, çeşid-lere ayıran, çeşidçi (fehle, maşın).

AYIRMA : Azerbaijani Explanatory Dictionary

"Ayırmaq"dan fi.is.

AYIRMAQ : Azerbaijani Explanatory Dictionary

i.
Bütöv halda olan şeyi parçalamaq, yaxud onun bir hissesini götür-mek, qoparmaq. Yumurtanın sarısını ağın-dan ayırmaq. Sümüyü ətdən ayırmaq. Mad-dəni tərkib hissələrinə ayırmaq.
Əlaqesini kesmek, rabitesini kesmek, bir-birinden uzaqlaşdırmaq, aralı salmaq. Tale onları bir-birindən ayırdı. Ailəsindən ayırmaq. Vətənindən ayırmaq.
Dağların dağı məni; Bağçası, bağı məni; Mən səndən ayrılmazdım; Ayırdı yağı məni. (Bayatı). Ayırdı məndən o məhruyi biməqam iələk. S.Ə.Şirvani. [Qedir] özünü kütlədən, yəni "qara camaatdan" ayırmaq üçün həmişə hamı deyənin ziddinə gedir. Mir Celal.
Aralamaq, kenara çekmek, bir-birinden uzaqlaşdırmaq. Dalaşanları ayırmaq. Buzovu anasından ayırmaq. Uşağı döşdən ayırmaq (böyüdüyü üçün uşağa daha süd vermemek, emizdirmemek).
Tecrid etmek, başqalarından ayırmaq, uzaqlaşdırmaq, başqaları ile elaqesini kes-mek. Xəstələri sağlamlardan ayırmaq. Uşağı zərərli mühitdən ayırmaq.
Yarmaq, şaqqalamaq, parçalamaq, kes-mek. Kötüyü balta ilə dörd yerə ayırmaq. Qoyunun cəmdəyini beş yerə ayırdılar.
Bölmek, teqsim etmek. Şeyləri ikiyə ayırmaq. Hər kəsin payını ayırıb özünə verdi. Otağı pərdə ilə iki hissəyə ayırmaq.
Seçmek, ferqlendirmek. Yaxşını pisdən ayırmaq. Saiı çürükdən ayırmaq. Dənin iri-sini xırdasından ayırmaq.
İstifade üçün vermek, ixtiyarına ver-mek, texsis etmek. Uşaq üçün otaqda bir guşə ayırmaq. Ləvazimat almaq üçün pul ayırmaq. Laboratoriya üçün avadanlıq ayırmaq.
Gəldiyev Ağca xanımın xəca-lətindən çıxmaq üçün tələbələrə gələn gü-zəştli biletdən iki dənə ayırır, Ağca ilə get-məli olurdu. Mir Celal.
Nezere çarpdırmaq, ferqlendirmek.
Mətnin əsas yerlərini qara hərilərlə ayırmaq.

AYISOGANI : Azerbaijani Explanatory Dictionary

is. bot. çemenlerde biten soğanaqlı bitki.

AYIŞMA : Azerbaijani Explanatory Dictionary

"Ayışmaq"dan i.is.

AYIŞMAQ : Azerbaijani Explanatory Dictionary

fi. Gicişmek. Gözü ayışmaq.

AYITMAQ : Azerbaijani Explanatory Dictionary

fi. qəd. Demek, söylemek. Olma məlul, ayıtma kim, bəndü hasar için-dəyəm. Nesimi. Şah Xətayi aydır:
sirrini yayma. Xetayi.

AYIN : Azerbaijani Explanatory Dictionary

is. [fiars.]
Qayda, qanun. Gəl-mədi, saçı arasında yəqin itdi könül; Rəsm-ayindir, olur şami-qaranqudə bəla. Q.Zakir. // Deb, adet, üsul.
Dini mahiyyetde olan merasim; ibadet. Dini ayinlərin icrası.
Aldanmaram ki, doğ-rudur ayinin, ey əmu; Kəssin məni, həqiqi isə dinin, ey əmu! M.Ə.Sabir. // Mec. menada. Səcdədir hər qanda bir büt görsəm ayinim mənim; Xah mömin, xah kaiir tut, budur dinim mənim. Füzuli.

AYINƏ : Azerbaijani Explanatory Dictionary

is. [fiars.] b a x ayna
ci menada. Ol məhi-namehriban istər ki, züliün dara-sın; Sən götür ayinə, ey gün, ey qəmər, sən şanə tut. S.Ə.Şirvani. Şairəm, əsrimin ayi-nəsiyəm; Məndə hər kəs görür öz qaş-gözünü. M.Ə.Sabir. Ədəbiyyat [xalqın] ayineyi-həqiqətnümasıdır ki, onun maddi və mənəvi tərəqqisini və istiqbalı üçün nicat və səadət yollarını eyni ilə göstərir. F.Köçerli.

AYINƏDAR : Azerbaijani Explanatory Dictionary

is. [iars.] Aynatutan (keçmiş zamanlarda bir böyük adam geyinerken, onun qabağında güzgü tutan xidmetçi).

AYQABAQ(LI) : Azerbaijani Explanatory Dictionary

a x aybəniz. Buludzülfi-lü, ayqabaqlı gözəlin; Duruban başına dolanmaq gərək. M.P.Vaqif.

AYQIR : Azerbaijani Explanatory Dictionary

is. Döllük erkek at. At zavodunda cins ayqırlar yetişdirilir.
Ayqır başını qal-dırıb ilxıya gələn qatıra diqqətlə baxdı. S.Rehimov.

AYLAM : Azerbaijani Explanatory Dictionary

is. məh. Daire, dövre, halqa.

AYLANDIRMA : Azerbaijani Explanatory Dictionary

"Aylandırmaq"dan i.is.

AYLANDIRMAQ : Azerbaijani Explanatory Dictionary

i. Dolandırmaq, fırlan-
dırmaq; aylanmağa, fırlanmağa, herlen-meye mecbur etmek.

AYLANMA : Azerbaijani Explanatory Dictionary

"Aylanmaq"dan i.is.

AYLANMAQ : Azerbaijani Explanatory Dictionary

i.
Dolanmaq, fırlanmaq, herlenmek.
Gicellenmek, dönmek. Başı aylanmaq.
◊ Dünya başına aylanmaq
çox mü-teessir olmaq, başa gelen bir hadise üzün-den derin iztirab ve ya ruhi sarsıntı keçir-mek. [Rüstem bey:] Haradasan oğul,
. yaraların yadıma düşəndə, dünya başıma aylanır. N.Vezirov.

AYLI : Azerbaijani Explanatory Dictionary

sii. Ay işığı ile işıqlanmış, mahtab. Aylı gecələr.
Göy üzü dumduru, aylı bir gecə. M.Rahim.

AYLIQ : Azerbaijani Explanatory Dictionary

sii. Ayda bir defe olan, her ay olan, bir ayda görülen, bir aya mexsus, ayda bir defe çıxan. Aylıq iş planı. Aylıq hesabat. Aylıq məcmuə.
sii. Bir ay müddeti, bir ay davam eden, bir ay teleb eden, bir ayda hasil olan (emele gelen). Aylıq gəlir. Aylıq məzuniyyət. Aylıq məhsul. // Saylarla beraber
bir, iki, üç
.. aylıq. Biz qaçanların hamısının özünü və ailəsini bir aylıq məsariilə təmin etmişik. M.S.Ordubadi. [Fikret:] Bəzən bir boran altı-yeddi aylıq əməyimizi bircə dəqiqənin içərisində puça çıxarır. M.Hüseyn.
is. dan. Bir ayda alınan maaş, mevacib, zehmet haqqı. Aylığımızı dünən almışıq.
Aylığımız artmışdır.
Papaqçı dedi:
Bala, mənə şagird durarsanmı? Rəsul dedi:
Nə üçün durmaram. Aylığım neçə olacaq? "Aşıq Qerib". Kərim baba inəkləri aylıq ilə güdərdi. A.Şaiq. [Bayram:] Mədəndə bun-dan dörd qat az alırdım, indi, şükür Allaha, aylığım pis deyil. M.Hüseyn.
is. Her hansı bir işi, ictimai kampani-yanı keçirmek üçün bir aylıq müddet. Şəhəri yaşıllaşdırma aylığı.
Cabbarlı
cu ildə Zaqafqaziya xalqlarının mədəni birliyi aylığında iştirak etmişdi. M.Arif.
Yaşı bir ay olan, 30 günlük. Aylıq uşaq. Aylıq quzu.

AYLIQÇI : Azerbaijani Explanatory Dictionary

sif. Ay hesabı ile, aylıq muzd ile işleyen. [Qarı:] Hələ mənim özümü burada aylıqçı qoyub ki, Tiflis şəhərinə yeni gələn qəriblərin xəbərini ona verim. "Aşıq Qerib".

AYLIQÇILIQ : Azerbaijani Explanatory Dictionary

is. Aylıqla işleme.

AYLIQLI : Azerbaijani Explanatory Dictionary

sif. Maaşlı, maaşla xidmet eden, işleyen.

AYLI-ULDUZLU : Azerbaijani Explanatory Dictionary

sif. Ay çıxmış, işıqlı ve ulduzlu. Aylı-ulduzlu bir gecə idi. M.Hüseyn.

AYNA : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
Güzgü. Aynanın çat-dığı calaq qəbul eləməz. (Ata. sözü). Əgər bilmək istəyirsiniz ki, kimin üzünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza. C.Memmedquluzade. [Hekim:] Mən ayna ilə üzbəüz oturmuşdum. Qonşu otağın bir hissəsi bu aynada görü-nürdü. C.Cabbarlı. // məc. Bir şeyi özünde eks etdiren. Mətbuat həyatın aynasıdır.
Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun,
. o qəzetə baxan xalqı aynada görən kimi görsün. H.Zerdabi. Qarşımda iki lövhə, keçən günlər aynası. R.Rza.
Pencere, pencere şüşesi. Ayna salmaq. Aynadan küçəyə baxmaq. Pəncərənin ayna-ları qırılıbdır.
məc. Saflıq, duruluq, parlaqlıq, şeffaf-lıq menasında teşbih. Ayna kimi suyun üzü bərq vurar; Məxmər kimi otun üstü xovla-nar. A.Sehhet. Tarixi binalar kimi bir çox; Evlər görürəm ayna sularda. M.Müşfiq. çaylar axıb ayna kimi durulur; Görən deyir, nə göyçəkdir kəndimiz. Z.Xelil. // Gözellik, ağlıq menasında teşbih. çən alıb dağlar başın; Bağ başın, bağlar başın; Camalın bir aynadır; Hər görən bağlar başın. (Bayatı). Günəş kimi nur çiləyir; Hər tərəfə od ələyir; Könlümü məftun eləyir; Ayna üzü gözəllə-rin. Aşıq Penah.
◊ Aynası açıq dan.
1) özünü bir qeder yaxşı hiss eden xeste haqqında; 2) xoşreftar, mehriban, üzügüler adam haqqında. Aynası açılmaq
1) ağır xestelikden ayılmaq, eh-valı yaxşılaşmaq; 2) kefi açılmaq, üreyi açılmaq.
.Onsuz gülməz üzüm, açılmaz aynam.. M.Müşfiq.