Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
QANKƏSİCİ : Azerbaijani Explanatory Dictionary

sif. Qan axmasını dayandı-ran. Qankəsici dərman.

QANKÖÇÜRMƏ : Azerbaijani Explanatory Dictionary

is. tib. Müalice meqsedi ile xestenin bedenine başqasından alınmış qanı, yaxud öz bedeninin bir yerinden alın-mış qanı başqa yerine yeritme. Qanköçürmə üsulundan yalnız əsil qan xəstəliklərinin de-yil, bir çox başqa xəstəliklərin müalicəsində də müvəffəqiyyətlə istifadə etmək olar.

QANQAL : Azerbaijani Explanatory Dictionary

is. bot. Yarpağı tikanlı, özeyi ye-yilen alaq bitkisi; qalağan. Qanqallar da çi-çək açmışdı. İ.Əfendiyev. Onlar kəndi keç-mişdilər. Şahnigar bunu bilsə də dinmir, qan-qalların arası ilə irəliləyirdi. İ.Şıxlı.

QANQALLI : Azerbaijani Explanatory Dictionary

sif. Qanqal biten, qanqalı çox olan. Qanqallı əkin. Qanqallı çöllər.

QANQALLIQ : Azerbaijani Explanatory Dictionary

is. çoxlu qanqal biten yer. Belə bəhs edərək, gəlib bir kolluq və qanqallıq yerdə qazılmış qəbrə çatdılar. S.S.Axundov. Uzunqulaq özünü evin yan tərəfinə, qanqal-lığa verdi. S.Rehimov.

QANQARALDAN : Azerbaijani Explanatory Dictionary

sif. Əhvalı pozan, pert eden, esebileşdiren. Qanqaraldan söz.

QANQARALDICI : Azerbaijani Explanatory Dictionary

sif. bax qanqaraldan. Qanqaraldıcı söz. Qanqaraldıcı xəbər.

QANQI : Azerbaijani Explanatory Dictionary

QANQU "Hansı" sözünün qe-dimi forması. Vəsfində Nəsimi sözünü ərşə
çıxardı; Qanqı sədəfin incisi buldu bu nizami? Nesimi.

QANQIMAQ : Azerbaijani Explanatory Dictionary

f. məh. Dilemek, yalvarmaq, arzusunda olmaq, hesretinde olmaq. Sail, qapıdan baxma bizə, pis göz atarsan! çox qanqıma, durram, elə vurram ki, batarsan!
M.Ə.Sabir.

QANQIRMIZI : Azerbaijani Explanatory Dictionary

sif. Qan kimi qırmızı, qıp-qırmızı. Gözlərdə dolaşan qanqırmızı su; Otən yarışların nəticəsiydi. M.Müşfiq.

QANQREN : Azerbaijani Explanatory Dictionary

[yun.] tib. Qan dövranının po-zulması neticesinde toxuma ve ya bedenin bir yerinin çürüyerek ölmesi. Ayağı qanqren olmaq.

QANQRENLİ : Azerbaijani Explanatory Dictionary

sif. tib. Qanqren olmuş. Qan-qrenli barmaq.

QANQSTER : Azerbaijani Explanatory Dictionary

is. [ing.] Quldur, soyğunçu, bandit.

QANQURUDAN : Azerbaijani Explanatory Dictionary

is. bot. Qan dayan-dırmaq üçün xalq tebabetinde işledilen bir
bitki.
sif. Axan qanı qurudan, dayandıran. Qan-qurudan dərman.

QANLI : Azerbaijani Explanatory Dictionary

sif.
Qana batmış, qana bulaşmış. Qanlı paltar. Qanlı silah.
Fəhlələrdən bir neçə nəfəri Qurbanın qanlı cənazəsini ka-zarmaya gətirirlər. M.İbrahimov.
Qanla dolu, qanla qarışıq, içinde qan olan. Qanlı irin. Qanlı ishal. Qanlı, yara.
çoxlu qurbanlara, çoxlu adam qırılma-sına, çoxlu qan axıdılmasına sebeb olan. Qanlı toqquşma. Qanlı vuruşma.
Qanlı mü-haribələrin şahidi olan Içərişəhər hər yan-dan qalın barı və bürclərlə əhatə edilmişdi. A.Şaiq. Açılmasın qanlı hərbin bir də qara qanadları. M.Dilbazi. // məc. öldürücü, can-alıcı. Könül dost kuyinə etdikcə güzər; Qanlı qəmzəsinə etməzmi həzər? M.V.Vidadi.
öz vehşilikleri ile, adam öldürmekle özünü lekelemiş, vehşi, yırtıcı. Faşizmin qanlı cəlladları.
is. Qatil. Qanlıdan qada əskik olmaz. (Ata. sözü). Gəh gözdə, gəh könüldə xədən-gin məkan tutar; Hər qanda olsa qanlını, əl-bəttə, qan tutar. Füzuli. Əzrayılı qanlı tutma-sın anam; Məni bir kirpiyi peykan öldürür... Aşıq Əlesger. Doğrudur, xalqın sözü: Qan-lını qan tutarmış; Bəzən də bir içim su əjda-hanı boğarmış. H.Cavid. // Düşmen, qan düş¬meni. [Əsed bey:] Hər bir halda qanlı qan-lıdan əl çəkməz. C.Cabbarlı. Bir oxla ayrıl-mışdı Sara nişanlısından; Düşündü: "Intiqam al, gəl, onun qanlısından". Ə.Cavad. Burada [Göytepede] çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. İ.Şıxlı.
çox bişmemiş, çiyhal, alabişmiş. Igid canlı, kabab qanlı (gərək). (Mesel).
məc. dan. Qeyretçeken, teessübçeken; öz xalqının ve veteninin teessübünü, qeyre-tini çeken. O, çox qanlı adamdır.
◊ Qanlı göz yaşları
acı-acı ağlama, ya-nıqlı-yanıqlı ağlama. Dizi üstə əzəl alıb başı-mı; Sildi lütf ilə qanlı gözyaşımı. A.Sehhet.
qanlı-qanlı zərf Düşmencesine, qeyzle, acıqlı-acıqlı. Usta yenə arabir Tahirə qanlı-qanlı baxır, narazı halda başını bulayırdı. M.Hüseyn.

QANLIBIÇAQ : Azerbaijani Explanatory Dictionary

is. dan. Düşmen. Amma Murtuza Qulu xanla araları yoxdur, qanlı-bıçaqdırlar. M.S.Ordubadi. Ancaq o çox sa-dədir, tərifi-zadı sevməz; Elə bil ki, şöhrətlə qanlıbıçaq kimidir. R.Rza. □ Qanlıbıçaq ol-maq
bir-birile düşmen olmaq; araları berk deymek.

QANLI-QAÇAQ : Azerbaijani Explanatory Dictionary

zərf Düşmen, qan düş-meni. [Bayram:]
.Oldürməkdən nə hasil? Mən özüm də qanlı-qaçaq ollam. M.F.Axundzade.

QANLI-QADALI : Azerbaijani Explanatory Dictionary

sif. Xatalı, qorxulu, qana bais ola bilen.

QANLILIQ : Azerbaijani Explanatory Dictionary

is.
Qanlı, qana bulaşmış şe-yin halı.
Bedende qan çoxluğu; dolğunluq.
Qatillik, canilik, adam öldürme.
Köhne meişetde: düşmençilik, qan eda-
veti. Camaat arasına qanlılıq düşürdü.
H.Sarabski. [Settar:] Mən kürdlərin arasında
hökm sürən nifaqa, qanlılığa təəssüflənirəm.
P.Makulu.

QANMA : Azerbaijani Explanatory Dictionary

"Qanmaq"dan f.is.

QANMAQ : Azerbaijani Explanatory Dictionary

f. Anlamaq, başa düşmek. [Şah-baz bey:] Əmi, qanmıram ki, siz necə Parij əhlinin adət və xəvasından xəbərdarsınız? M.F.Axundzade. [Sefderqulu:] Vallah, mən bilmirəm sən məndən nə istəyirsən, qana bilmirəm, nə qədər fikir eləyirəm, qana bil-mirəm. N.Vezirov.
qana-qana zərf Bile-bile, qesden. Sözü qana-qana dur; çəkin, yana-yana dur; Daha məni görməzsən; Sızla, yana-yana dur! (Ba-
yatı).

QANMAZ : Azerbaijani Explanatory Dictionary

sif. Anlamaz, anlaqsız, düşün-cesiz, qanacaqsız; edebsiz, terbiyesiz.
.Bir para qanmaz adamlar gedib özgəsinin yaxa-sından yapışar, o da gəlib sizin yaxanızdan yapışar, siz də mənim, mən də sizin, axırda qalmaqal çıxar. "Mol. Nesr.".

QANMAZCASINA : Azerbaijani Explanatory Dictionary

zərf Ədebsizcesine, heyvancasına.

QANMAZLIQ : Azerbaijani Explanatory Dictionary

is. Anlamazlıq, düşüncesiz-lik, qanacaqsızlıq, terbiyesizlik. [Kosaoğlu:] Ozünü niyə qanmazlığa qoyursan? Səni əs-gərlikdən saxladım, kolxozun yerini verdim, bostan əkdin. İ.Şıxlı.

QANOTU : Azerbaijani Explanatory Dictionary

is. bot. Nem yerlerde, su ke-narlarında, ekinlerin arasında ve zibilli yer-lerde biten birillik bitki.