Azerbaijani Explanatory Dictionary
QAPIÇILIQ : Azerbaijani Explanatory Dictionary
is. Qapıçının işi, vezifesi. [Sa-dıq kişi:] A kişi, Allah sənə qapıçılıqdan artıq qulluq qismət eləməsin, qırarsan xalqı! Mir
Celal.
QAPILMA : Azerbaijani Explanatory Dictionary
"Qapılmaq"danf.is.
QAPILMAQ : Azerbaijani Explanatory Dictionary
"Qapmaq"dan məch. Əlin-dən qapılmaq. Papağı başından qapıldı.
QAPILMAQ : Azerbaijani Explanatory Dictionary
t-siz. Bir şeye heddinden ar-tıq alude olmaq, uymaq, bütün fikrini, özünü tamamile bir şeye hesr etmek. Elmə qapıl-maq. Kitaba qapılmaq.
Lakin Tütünçüoğlu, gənc olduğuna baxmayaraq, başqaları kimi həlli müşkül olan arzulara qapılmazdı. M.S.Ordubadi.
.Lakin buna baxmayaraq, o hər an hissə qapılmayacağına söz verir. M.Hüseyn. // Bir şeye hedden artıq başı qı-zışaraq, başqa şeyleri unudub, yalnız onun haqqında düşünmek. Hər gün qapılır bir yeni xülyaya bizim qız! Ə.Nezmi. [Kerimxan] bü-tün varlığı ilə başladıqları işin şövqünə qa-pılmışdı. M.İbrahimov.
QAPISIZ : Azerbaijani Explanatory Dictionary
sif. Qapısı olmayan. Qapısız və gecələr işsiz olan hücrələrin döşənəkləri çü-rük həsir qırıqlarından ibarətdi. Ə.Memmed-xanlı.
QAPIŞDIRILMAQ : Azerbaijani Explanatory Dictionary
məch. Tez-telesik gö-türülmek, bir-birinin elinden qapılıb alınmaq, dartışdırılmaq.
QAPIŞDIRMA : Azerbaijani Explanatory Dictionary
"Qapışdırmaq"dan f.is.
QAPIŞDIRMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Tez-tez, telesik gö-türmek, bir-birinin elinden qapıb almaq, dar-tışdırmaq.
çırpışdırmaq, oradan-buradan götürmek.
icb. İtleri bir-birinin üzerine saldırmaq,
boğuşdurmaq.
QAPIŞ-QUPUŞ : Azerbaijani Explanatory Dictionary
is. dan. Here bir yandan tez, telesik götürme, qapışdırma, bir-birinin elinden qapıb alma, dartışdırma. □ Qapış-qupuş etmək
qapışdırmaq. Alaçiy bişən əti adamlar tüstülü-tüstülü, alovlu-alovlu qapış-qupuş elədi. S.Rehimov.
QAPIŞMA : Azerbaijani Explanatory Dictionary
"Qapışmaq"dan f.is.
QAPIŞMAQ : Azerbaijani Explanatory Dictionary
qarş. Bir-birini qapmaq, bir-birini dişlemek; boğuşmaq.
QAPQARA : Azerbaijani Explanatory Dictionary
sif. Tünd qara, zil qara. Qap-qara kömür. Qapqara saç. Qapqara rəng.
[Südabenin] qapqara gözləri yenə şam kimi yandı. M.İbrahimov. Qapqara tüstülər qal-xır yuxarı. M.Rahim. □ Qapqara qaral-maq
tamamile qara olmaq. Kosanın qırışıq sifəti saralmış, dodaqları sallanmış, dişləri-nin qurd yeyən yerləri qapqara qaralmışdı. S.Rehimov.
QAPQARANLIQ : Azerbaijani Explanatory Dictionary
sif. Tamamile qaranlıq, zülmet. Qapqaranlıq gecə.
QAPLAMA : Azerbaijani Explanatory Dictionary
"Qaplamaq"dan f.is.
is. Metal ve s. üzerine çekilen tebeqe.
QAPLAMAÇI : Azerbaijani Explanatory Dictionary
is. Metal ve s. üzerine qızıl-dan, gümüşden ve s.-den tebeqe çeken usta.
QAPLAMAQ : Azerbaijani Explanatory Dictionary
f. Her terefini ehate etmek, bürümek, çulğamaq, örtmek, basmaq, tut-maq. Duman ətrafı qapladı.
Zülmət yenə qaplamış cahanı; Yox nuri-həyatdan əlamət. A.Sehhet. Buludlar bir-birinin üzərinə yı-ğılmış, ortalığı dərin bir zülmət qaplamışdı. A.Şaiq. Təntənəli bir sükut qaplamışdı otağı.
R.Rza.
QAPLAN : Azerbaijani Explanatory Dictionary
is. zool. İsti ölkelerde yaşayan, pişik cinsinden çox yırtıcı ve çevik heyvan; benqal pişiyi, bebir. [Şair:] Qaplan yırtıcı-ların ən vəhşisidir, fəqət qaplanları parçala-yacaq daha böyük vəhşilər var ki, o da insan-lardır. H.Cavid. Hər kəs
. şaşqın bir həyəcan içində ikən, on beş yaşlarında bir oğlan bir qaplan çevikliyi ilə meydana atılıb düz buğa-nın üstünə cumdu. M.Rzaquluzade.
QAPMA : Azerbaijani Explanatory Dictionary
"Qapmaq"dan f.is.
QAPMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Birden elini uzadıb celd götürmek, dartıb almaq, qamarlamaq. Mə-hərrəm iynəni əlindən buraxıb bucaqdakı ağırbaşlı çəkici qaparaq qapını açıb kənara çıxdı. H.Nezerli. [Şagird qızın] bu sözlərin-dən molla bacı elə acıdı ki, çubuğu qapıb qızı döyəcləməyə başladı. çemenzeminli. // Gö-türmek, qaldırmaq.
.Qaçdım yerdəki daş-lara tərəf və qabağıma gələn daşları yerdən qapıb, başladım Şirəliyə tərəf tullamağa. C.Memmedquluzade. Bir tikanlı ağac qapıb yerdən; Gözlədim qovğanın zəmanını mən. A.Sehhet. [İmamverdi:] Dəyənək davasıdır məgər, qapım dəyənəyi, iyirmi soldatı xurd-xəşil edəm. C.Cabbarlı. // Celd tutmaq (atı-lan, yaxud uçan şeyi). Səməd
. Mirkazımın atdığı qızılı göydəcə qaparaq, göy jiletinin kiçik cibinə yerləşdirdi. S.Rehimov. // Ya-pışmaq, yapışıb tutmaq. Mən onu deyirəm ki, bu axır zamanda bir naxoşluq əmələ gəlib-dir, adına "minengit"
. deyirlər, mərizlərin qapır peysərindən, peysər dönür bir oduna. N.Vezirov.
çalmaq, oğurlamaq, aparmaq, götürüb qaçmaq. Dedi:
Yorğan üçün imiş bu təlaş; Yorğanı qapdılar, kəsildi savaş. M.Ə.Sabir.
Dişlemek, dişlerini batırıb yaralamaq. It uşağı qapdı.
QAPSAMAQ : Azerbaijani Explanatory Dictionary
QAPSIMAQ f. məh. Zorla almaq, tutmaq, zebt etmek. Qapsayıblar ye-timlərin obasın; Ev sahibin qovar zor olsa qonaq. Q.Zakir.
QAPSANMAQ : Azerbaijani Explanatory Dictionary
QAPSINMAQ f. Qapan-maq, tıxanmaq, perçim olmaq.
QAR : Azerbaijani Explanatory Dictionary
is. Qışda müxtelif şekillerde, en çox ulduz şeklinde yağan ve her terefi örten don-muş ağappaq su kristalcıqları. Qar yağır. Yum-şaq qar. Sulu qar. Qar kimi ağ. Qar yığını.
Qar yerin yorğanıdır. (Ata. sözü). Göyün üzünü qar havasına məxsus bir tutqunluq bü-rümüş, şiddətli küləklə qar yağırdı. S.Hüseyn. □ Qar anbarı
yayda işlenmek üçün qar saxlanılan yeraltı anbar. Qar çovğunu
berk külekli qar. Dondum heyrət içində iki ay ər-zində siz; Min fəryadı dinləyib bir ah da çək-mədiniz! Bakıda qar çovğunu... pəncərə buz, şüşə buz; Gözləriniz mavi buz. X.Rza. Qar kimi
ağappaq, dümağ, süd kimi ağ. Ağar-mış saçları dağda qar kimi; Urəkdə həsrəti, dərdi var kimi.. S.Vurğun. Salatın isə geniş açılmış gözləri ilə qarşısındakı qocanın ay işığında qar kimi ağaran ağ saqqalına ba-xaraq, donub qalmış, sanki qızın nitqi tutul-muşdu. Ə.Memmedxanlı. Qar olmaq
ağar-maq. Dağlar başı qar oldu; Bulud gəldi, tar oldu; Dünya mənim başıma; Nədən belə dar oldu? (Bayatı). Vaxtsız ayrılığa dözmədi qəlbi; Ağardı saqqalı, saçı qar oldu. S.Vurğun. Qar uçqunu
uca dağlarda qar yığınının altı eri-diyi zaman, birden aşağıya doğru sürüşüb enen qar yığını. Qarlı dağlar dumanlara bü-rünür; Parlayır, sislər içrə xoş görünür; Bir¬dən ordan qar uçqunu uçdu; Bərk səs ilə gu-ruldayıb düşdü. A.Sehhet. Əbədi qar
uca dağların başındakı erimeyen qar.
QARA : Azerbaijani Explanatory Dictionary
sif. Bütün renglerin en tündü, en tutqunu; his, kömür rengi (ağ ziddi). // sif. Bu rengde olan. Qara boya. Qara saç. Qara at. Qara kostyum.
[Musanın nevesi] qara papağını qoydu, əlinin pəncəsi ilə bir az qa-bağa basdı. Qantemir. // sif. çox tutqun (açıq ziddi). Qara çörək.
Həmin gecə göy üzünü qara buludlar tutub, şiddətli yağmur yağmağa başlayır. S.S.Axundov. Salam
. qara torpaq-dan bir xışma götürdü, baxdı. Mir Celal. // Obrazlı teşbehlerde: qaranlıq, tutqunluq (adeten terkiblerde işlenir). Gecə qara pər-dəsini götürdükdə Cavad yuxudan ayıldı. Ə.Veliyev. // Qaraderili, derisinin rengi qara olan. Qara irq. // İs. menasında: cem şek-linde: qaralar
qara derililer, qara irqe men-sub olanlar. Anqola
qaralar ölkəsi, zənci-lərin qədim torpağı; Odlar, alovlar içində yanır. R.Rza.
İs. menasında; cem şeklinde: qaralar
şahmat, dama oyunlarında qara rengli fiqur-lar, daşlar. Qaralarla oynamaq.
sif. çirkli, kirli, tünd bir şeye boyan-mış, yaxud adi rengine nisbeten daha tünd, daha tutqun. Uz-gözü çirkdən qara olub. Kö-mürçünün qara əlləri. Böyürtkəndən dişlərim qara olmuşdur.
is. Yazı, xett, herf. Qara tanımaq. Qa-raya baxmaq (oxumaq).
Ağlın aparıb, bəs ki baxır gündə qarayə. M.Ə.Sabir. [Molla:] Hə, hə, heç bilmirsiniz ki, onun üstündə mən nə zəhmət çəkmişəm, qaraları bir-bir ona tanıtmışam. H.Sarabski.
is. Bir yazının qaralaması, ilk metni, la-yihesi. [Əbülhesenbey:] Indi mənə de görüm, rusca yazdığın o intibahnamənin qarasını harada saxlayırsan? M.S.Ordubadi. □ Qa-rasını tökmək (yazmaq)
ilk metnin la-yihesini yazmaq, tertib etmek. Onlara gön-dəriləcək məktubun qarasını töküb katibə verdikdən sonra, ancaq Maral evə qayıtdı. Ə.Əbülhesen.
sif. məc. Ağır, menhus, pis, keder do-ğuran, qem getiren, qorxulu. Fərman bir yan-dan belə söyləyirdi, bir yandan da ürəyinə qara fikirlər gəlirdi. Ə.Haqverdiyev.
[Meherrem] sayıq idi. Pristavın və Səlim bəyin öz haqqında bəslədikləri nifrət və qara fikir-ləri bilirdi. H.Nezerli. // məc. Sefaletli, fe-rehsiz, sevincsiz, talesiz, bedbext, facieli. Nə bəladır bizə, ya rəb, nə qara gündür bu? Fü-zuli. [Perzad:]
.Bayram, mənim dəxi bəxtəvər olmağım getdi; qara gün çox yaxınlaşıbdır. M.F.Axundzade. Səbəb budur ki, orucluq söhbəti düşəndə mənim yadıma uşaqlığımın qara günləri düşür. C.Memmedquluzade. // məc. Əziyyetli, meşeqqetli, çox ağır, men-hus. Ruzigarım qara (z.) keçdiyin məgər; Söy-ləməyib zülfi-pərişan sənə? Q.Zakir. Qara qış üstümə tökər qarını; Nərgiz gözlərindən məni ayırsan. M.Müşfiq. Nəhayət, o qara qış çıx-mış, yenə də yaz gəlmişdi. Ə.Memmedxanlı.
sif. məc. Cinayetkar, menfur, mürtece,
fitnekar. Irticanın qara qüvvələri.
Biz ədi-
bin [Nerimanovun] hər cür qara qüvvələrə,
irticaya, zülmə, cəhalətə qarşı qəzəblə coşan
qəlbini, nifrətlər yağdıran qələmini duyuruq.
M.Arif.
is. Yas, matem menasında. Fələk qoy-maz qaradan çıxsın ol sərvi-güləndamı. S.Ə.Şirvani. Könlüm yasdan çıxdı, qəlbim qaradan; Gülə-gülə bu həvəsdə xoş gəldin! Aşıq Əlesger. □ Qara bayram
bir şexsin ölümünün ilk bayrama tesadüf etdiyi gün. Qara geymək, qara bağlamaq
yaslı ol-maq, yas saxlamaq. Qarə geydim, dağə bat-dım, saxlaram matəm hənuz. S.Ə.Şirvani. Bu gün Təbriz şəhəri iki böyük matəm üçün qara geyinmişdir. M.S.Ordubadi. Qara xə-bər
seferde olan bir adamın ölüm xeberi. Qara xəbər el-obanı dolandı; Əsgəranda Qoç Nəbini vurdular. B.Vahabzade. Qara kağız
ölüm xeberi getiren mektub. Bu gün-lər qara kağızı gəldi qonşumuzun; Anasına oxuyanda kağızı; arvad birdən qocaldı; ağardı qaşları da. R.Rza.
Qoşulduğu sözlere menfilik, menhus-luq, meşumluq menası verir. Qara qayğı. Qara dərd.
[Medine] şair,
dedi,
üzün-dən bir duman keçdi, qaş-qabağın bulud kimi sallandı... Canımı qara qeyd aldı... Amma axırı yaxşı oldu, üzünə yenə gün doğdu. çemenzeminli.
sif. köhn. Cemiyyetin yuxarı siniflerine
mensub olmayan, istismar olunan; adi, avam.
Dəli Ozan qobuzunu çomaq kimi əlinə alıb
. bəylər cərgəsindən keçib qara camaatın içinə qarışdı. M.Rzaquluzade. [Əbdüleli bey:] Doğrudur, şəriət ancaq avam adamlar üçün-dür, qara camaat üçündür. C.Cabbarlı. [Qe-dir] özünü kütlədən, yəni qara camaatdan ayırmaq üçün həmişə hamı deyənin ziddinə getdi. Mir Celal.
sif. Qedim Rusiyada: dövlete mexsus olan, dövletin ixtiyarında olan, öz xüsusi mül-kiyyeti olmayan. Dövlətə məxsus
. torpaq-larda yaşayan kəndlilərə "qara kəndlilər" və ya "qara xışlılar" deyirdilər.
sif. köhn. İxtisası olmayan, ixtisas te-leb etmeyen, ağır işde işleyen; adi. [Nadir] haman yerdə 15 il irəli qara işçi idi. B.Ta-lıblı. [Bayram] əvvəllər neft mədənində qara fəhlə idi. M.Hüseyn.
is. Deyersizlik, ehemiyyetsizlik, heç-lik menasında. [Hacı Bayram:] Ərz elədim ki, bir qara qəpik də verməyəcəyəm. Ə.Haq-verdiyev.
is. Bezi bitki ve heyvan adlarının ter-kib hissesi kimi. Qara darı. Qara istiot. Qara gavalı. Qara qarışqa.
◊ Qara basmaq
qorxulu yuxu görmek, yaxud gözüne qorxulu şeyler görünmek, xe-yalına qorxulu şeyler gelmek, vahime bas-maq. Məni qara basırdı. Sanki balkona baxan camların dalısında yüzlərcə adam durmuşdu. M.S.Ordubadi. Müəllim on yaşında sadə ürəkli və heç şeydən xəbəri olmayan bir uşağın sö-zünə inanmayaraq, "səni qara basıb",
deyə cavab verdi. B.Talıblı. Qara bayraq çək-mək (açmaq)
matem elameti olaraq qara bayraq qaldırmaq, asmaq. Ki nagah bir qara bayraq açıldı dar ağacında; Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət. M.Ə.Sabir. Qara birja
qeyri resmi, gizli buja. Qara güruh
ifrat irticaçı, talançı teşkilat ve bu teşkilatın üzvleri. [Saran:] O qara güruhun içində it yiyəsini tanımır. M.Hüseyn. Qara qarışqa kimi
hedden çox, saysız-hesabsız. Xalq qara qarışqa kimi küçələrdə gəzir. Qara qızıl məc.
neft. Qara qızıl çıxartdı yerin yeddi qatından; "Nədir bunun qiyməti?" sor-madılar heç ondan. B.Vahabzade. Qara pul
mis pul. Əvvəl gümüş idim sərraf əlində; Sərrafdan ayrıldım, qara pul oldum. Molla
Cüme. [Kişi:] Mən sənə hamam pulu vermək-dən yoruldum,
deyə pul kisəsini çıxarır, [iyirmi qepik] qara pul çıxardıb arvadına verərdi. H.Sarabski. Qara su
1) içmeye yaramayan, içmeli olmayan sert su. Belə da-yazdan çıxan suya kənd arasında "qara su" deyirlər. Hamınız bilirsiniz ki, qara su olan yerdən naxoşluq əskik olmaz. Ə.Haqverdiyev;
2) dan. gözün tutulması ile neticelenen göz xesteliyi. [Sona xanım:] Mənim də gücüm öz canıma gəlir, başıma vurmaqdan az qalıb gözlərimə qara su ensin. Ə.Haqverdiyev;
3) almaz ve brilyantın qaramtıl şöle veren növü. Qara vermək
1) özünü göze çarp-dırmaq, göstermek, olduğunu hiss etdirmek. Sən burada qara ver, mən bu saat gəlirəm.
Əvvəlcə onlardan bir nəfəri itlərə qara ver-miş, iki nəfəri girəvələrdə dayanmış,
. xan da dərəyuxarı sürüyə sürünmüşdür. S.Rehimov; 2) özünü işleyen kimi göstermek. Qara yax-maq
böhtan atmaq, lekelemek. Əla oxu-yan, hörmət qazanan bir tələbəyə nə ad qo-yub, nə qarayaxasan? Mir Celal. Qara yuxu olmaq
1) berk yuxulamaq, ayılmamaq; 2) ölmek.
QARA : Azerbaijani Explanatory Dictionary
is. Yer küresinin torpaqla örtülü hissesi; torpaq (su qarşılığı). Qarada və suda. Qara qüvvələri.
QARA : Azerbaijani Explanatory Dictionary
is. Plov üzerine, yanına qoyulan xuruş. Aşın qarası azdır.
qara...
bezi mürekkeb sözlerin birinci terkib hissesi; mes.: qarasaç, qaragöz, qaragün.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani