Azerbaijani Explanatory Dictionary
AYNABƏND : Azerbaijani Explanatory Dictionary
is. [fars.]
Şüşeli balkon, pencereleri çox böyük olan otaq, şüşebend. Pəncərəsi aynabəndə çıxan kiçik otaqda yorğan-döşək yığmaq üçün bir aynalı divar şkafı var. S.Rehman. Batan günün şöləsilə yanar neçə aynabənd. Ə.Cemil. Hüseynağa aynabəndə çıxan kimi gözləri divanın ya-nında durmuş Zeynəbə sataşdı. M.İbrahimov.
Bitki yetişdirmek üçün şüşebend.
Pencere, vitrin. Dəmirov pəncərədən
açılmış mağazalara, geniş aynabəndlərə
baxırdı. S.Rehimov.
AYNABƏNDLI : Azerbaijani Explanatory Dictionary
sif. Aynabendi olan, şüşe-bendli, her terefi şüşeli, pencereli (bina, otaq ve s.). Məhkəmə yuxarı məhəllənin tinində ikimərtəbə, uzun aynabəndli evdə idi. Mir Celal. [Tahir] ağ daşdan tikilmiş birmərtəbəli aynabəndli evin qabağında "Moskviç"igördü. M.Hüseyn. Ipəkməxmər pərdələr aynabəndli pəncərələri bəzəyirdi. S.Rehimov.
AYNACIQ : Azerbaijani Explanatory Dictionary
is. dan. Kiçik ayna, balaca güzgü. Burada üç çilçıraq, kiçik aynacıq-ların qabarıq ornamentləri, mozaika və s. nəzərdə tutulmuşdur. "İncesenet".
AYNAÇI : Azerbaijani Explanatory Dictionary
is.
köhn. Şüşesalan, aynasa-lan, aynasaz.
köhn. Keçmişde zadegan ailelerinde: xanım geyinerken onun qabağında ayna tutan xidmetçi. b a x aynatutan.
AYNAÇILIQ : Azerbaijani Explanatory Dictionary
is. Aynaçı seneti.
AYNALAMA : Azerbaijani Explanatory Dictionary
"Aynalamaq"dan f.is.
AYNALAMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Güzgülemek, güzgü vurmaq, güzgü salmaq. Şifoneri aynalamaq. // Parıldatmaq, cilalandırmaq.
Şüşe salmaq (pencereye ve s.-ye). Pəncərələri aynalamaq. Skafı aynalamaq.
AYNALANMA : Azerbaijani Explanatory Dictionary
"Aynalanmaq"dan f.is.
AYNALANMAQ : Azerbaijani Explanatory Dictionary
məch.
Güzgülenmek, güzgü vurulmaq (salınmaq).
Şüşe salınmaq (pencereye ve s.-ye).
AYNALATMA : Azerbaijani Explanatory Dictionary
"Aynalatmaq"dan f.is.
AYNALATMAQ : Azerbaijani Explanatory Dictionary
f.
köhn. Xencere ve s. silahlara cila verdirmek, parıldatmaq.
Şüşe saldırmaq (pencereye ve s.-ye).
AYNALI : Azerbaijani Explanatory Dictionary
sif.
Aynası, güzgüsü, ya şü-şesi olan. Aynalı şkaf. Aynalı otaqlar. Aynalı bufet.
Yorğun-arğın insanlar işdən sonra; Yığılmışdı divarları daş aynalı bir salona. S.Vurğun.
Pencereli, penceresi olan.
AYNALI : Azerbaijani Explanatory Dictionary
is. köhn. Patronu üstden qoyu-lan teklüle tüfeng (bezen "aynalı tüfeng" şeklinde işledilir). Aynalını təmizləyib qur-taran Həcər, aynalı ilə oynamağa başladı. S.Rehimov. Nəbi aynalı tüfəngini götürüb düşmən qabağına getmək istəyərkən qara-çılar qoymurlar. "Qaçaq Nebi".
AYNASAZ : Azerbaijani Explanatory Dictionary
is. [fars.] bax aynaçı
ci menada.
AYNATUTAN : Azerbaijani Explanatory Dictionary
is. etnoqr. Köhne meişetde: gelin gederken onun qabağında güzgü apa-ran şexs.
AYNIMAQ : Azerbaijani Explanatory Dictionary
f. dan.
Sağalmağa başlamaq.
Başı açılmaq, azad olmaq, yüngülleş-mek (işden). Başım heç işdən aynımır.
AYPARA : Azerbaijani Explanatory Dictionary
is.
Ayın nazik qövs şeklinde olan dövrü; hilal; yeni ay, bir-iki günlük ay. // Bu cür Ay şekli. Yenə də Rüxsarə, üstündə qırmızı aypara olan həkim çantasını çiyninə salacaq, sökülən dağı, yıxılan meşələri dola-nacaqdır. S.Rehimov.
köhn. Qızıl, ya gümüşden qayrılan
yarımdaire şekilli qadın bezeyi.
B ax ay parçası
ci menada ("ayx"da).
Ayparatək üzə bax; Qələm qaşa, gözə bax;
Deyirsən sevim səni; Anam deyən sözə bax!
(Bayatı). Reyhan mavi göylərdən yerə enmiş
bir ayparadır. M.Hüseyn.
◊ Qızıl Aypara Cəmiyyəti
bezi Şerq xalqlarında Qırmızı Xaç Cemiyyetinin vezifesini daşıyan könüllü teşkilatın adı (keçmişde buna Hilal ehmer cemiyyeti deyi-lerdi). Qızıl Aypara Cəmiyyəti üz verən fəlakətlə əlaqədar Yəmənə 50 ton buğda unu, 10 min metr ağ bez və 1500 ton sement göndərmişdir.(Qezetlerden).
AYPARALI : Azerbaijani Explanatory Dictionary
sif. köhn. üzerinde aypara kimi bezeyi olan, üzerinde aypara olan. Ay-paralı don. Ayparalı bayraq. Ayparalı başlıq. // üzerinde aypara şekli olan, üzerinde aypara çekilmiş. Rüxsarə çiynindən asılmış ayparalı çantaya baxdı. S.Rehimov.
AYRAN : Azerbaijani Explanatory Dictionary
is. Yağı alınıb su qarışdırılmış qatıq. Heç kəs öz ayranına turş deməz. (Ata. sözü). Masanın üzərində böyük bir mətərə buzlu ayran qoyulmuşdu. M.S.Ordubadi. Qızxanım parçı ağzına qədər ayranla dol-durub Almurad ağaya verdi. I.Əfendiyev. [Göyçek] ayranı çürüdüb şor elədi. Ə.Veliyev.
AYRANAŞI : Azerbaijani Explanatory Dictionary
is. məh. bax ayrançilo.
AYRANÇİLOV : Azerbaijani Explanatory Dictionary
is. məh. Ayranda bişirilen aş.
AYRANLIQ : Azerbaijani Explanatory Dictionary
is. məh. Itlere ayran tökmek üçün qazılan çuxur, çala.
AYRI : Azerbaijani Explanatory Dictionary
zərf Xüsusi, tek, başqası ile bağlı olmayaraq, müsteqil, özbaşına. O, ata-anasından ayrı yaşayır. Ayrı gəzib dolan-maq. □ Ayrı düşmək
aralı düşmek, uzaq düşmek, uzaqlaşmaq, elaqesini itirmek. Ailədən ayrı düşmək.
Vətəndən ayrı düşüb indi laməkan ölürəm. X.Natevan. Alagözlü, səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür. Aşıq Əlesger. Sənin vəziy-yətin o qədər də çıxılmaz
. deyil, sən ancaq bir-iki gün öz ailəndən ayrı düşmüsən. M.S.Ordubadi. Ayrı salmaq
ayırmaq, uzaqlaşdırmaq, elaqenin kesilmesine sebeb olmaq. Gəlin, çox yormayın sevgilinizi; Fələk ayrı saldı deyəsən bizi. S.Vurğun.
sif. Başqa, elahidde, qeyri, diger. Ayrı bir iş. Ayrı məsələ. Ayrı adam. Onun paltarı ayrı parçadandır.
Gördü bir ayrı arı bu halı; Arılardan soruşdu əhvalı. S.Ə.Şirvani. Mən də:
Məlik Məmməd, Qırat nağılla-rından ayrısını bilmirəm,
deyə bacım kifayətləndi. S.S.Axundov.
Qoşma menasında. Qərar etməz könül zülfündən ayrı. Nesimi. Səndən ayrı bağrım kababə dönmüşdür. M.P.Vaqif.
ayrı-ayrı zərf Her biri ayrıca olaraq, başqa-başqa, birce-birce. Hər kəsi ayrı-ayrı başa salmalı.
Axşamçağı idi, kənd əhalisi
işlərini qurtarıb, arvadlar və kişilər ayrı-ayrı küçə ağzında
. çömbəlmiş oturmuşdular. B.Talıblı. // Tek-tek, bezi. Ayrı-ayrı tənqidi qeydlər.
Bağ-bağça öz yaşıl donunu çox-dan tökmüş, ayrı-ayrı ağaclarda beş-on saralmış yarpaqdan başqa bir şey qalma-mışdı. M.Ibrahimov. □ Ayrı-ayrılıqda
teklikde, birini teklikde götürdükde, öz-özlüyünde.
AYRIC : Azerbaijani Explanatory Dictionary
is. Bir neçe yolun ayrıldığı ve ya bir yolun bir neçe terefe haçalandığı yer (adeten "yol" sözü ile beraber işlenir). Ayna və Sənəm qarı da yol ayrıcına çatdılar. Ə.Memmedxanlı. Yorğun əsrlərin yol ayrı-cında; Durmusan dağ kimi böyük sənətkar!
R.Rza.
AYRICA : Azerbaijani Explanatory Dictionary
zərf Ayrı olaraq, xüsusi ola-raq, teklikde. Ayrıca oturmaq. Ayrıca yaşa-maq. Bu barədə ayrıca danışarıq.
sif. Xüsusi, ayrı, tek. Ayrıca otaq. Ayrıca loja. Ayrıca yol.
Fatma Məsmənin uşaqları üçün ayrıca yağlı fətir kündəsi hazırlamışdı.
Mir Celal.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani