Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
QARAÇÖRƏKOTU : Azerbaijani Explanatory Dictionary

is. bot. Küncüt fesi-lesinden bir bitki olub, qara ve etirli tumu çöreyin üzüne sepilir.

QARAÇÖYRÜKOTU : Azerbaijani Explanatory Dictionary

is. bot. Küncüte ox-şar, bir qeder etirli tum meyve veren cenub bitkisi; itotu.

QARADABAN : Azerbaijani Explanatory Dictionary

sif. dan. Uğursuz, bedşü-küm, ağırayaq. [Gelin:] Elə Cahandar ağa-nın özü də sonradan,
qaradabansan, gələn kimi evimə qan saldın,
deyə mənim üstümə atılmazmı? Yox, mən qana bais ola bilmərəm.
İ.Şıxlı.

QARADALAQ : Azerbaijani Explanatory Dictionary

qaradalaq etmək
1) çox
qovaraq elden salmaq, üzmek. Bu vuruşma-da Nəbi Haqverdi yüzbaşını qovub qarada¬laq etdi. "Qaçaq Nebi"; 2) qorxudub bağrını yarmaq.

QARADƏRİLİ : Azerbaijani Explanatory Dictionary

sif. Derisinin rengi qara olan. Qaradərili adam.
İs. menasında, cem şeklinde: qaradəri-lilər
zenciler.

QARADIRNAQ(LI) : Azerbaijani Explanatory Dictionary

sif. Dırnaqlarının rengi
qara olan. Xəzər sərkərdəsinin qaradırnaqlı atı insan qanına hərisdir. M.Hüseyn.

QARADİNMƏZ : Azerbaijani Explanatory Dictionary

sif. Daima susan, lal-dinmez, danışmaz. Qaradinməz adam.
Tə-biətən qaradinməz (z.) və qaşqabaqlı olan Rüstəm uzaqdan Rza Qəhrəmanini görən kimi başını tərpətdi. M.İbrahimov. Xəlil əslində qaradinməz adam idi. Mir Celal. Usta qara-dinməz bir kişi idi, haraya isə tələsirdi. Ə.Sa-dıq. // İs. menasında. Rəhim bəy dedi:
Uşaq tayfası Ağca xanım kimi oynamağa, gülməyə yaranmışdır.. Yoxsa mənim qızım kimi qara-dinməzdən nə fayda? S.S.Axundov.

QARADİNMƏZCƏ : Azerbaijani Explanatory Dictionary

zərf Susmuş halda,
küsmüş kimi. [Süleyman:] Balam, nə olub ki, belə qaradinməzcə oturubsan, yoxsa dünyanın dərdi sənə qalıbdır? ü.Hacıbeyov.

QARADİNMƏZLİK : Azerbaijani Explanatory Dictionary

is. Qaradinmez ada-mın xasiyyeti; danışmamazlıq. Azadda Cu-manınkına oxşayan xasiyyət onun qaradin-məzliyi idi. Ə.Əbülhesen.

QARADOVOY : Azerbaijani Explanatory Dictionary

ax qorodovoy. Sərvər fit çalır, qaradovoy çağırır. Qoçular həmən saat qoyub qaçırlar. ü.Hacıbeyov.

QARADÖŞLÜ : Azerbaijani Explanatory Dictionary

sif. Döşü qara olan. Qara-döşlü toyuq.

QARADUVAQ : Azerbaijani Explanatory Dictionary

sif. köhn. Qarğış ifade eden söz (adeten kömekçi feillerle işlenir). [Ana qışqırır:] Əndamın açılsın, qaraduvaq ola-san, yaşın qara gəlsin, ay Gülpəri, uşağı yan-dırdın! H.Sarabski.

QARAFATMA : Azerbaijani Explanatory Dictionary

is. zool. Evlerin soba ve buxarıya yaxın isti divar deliklerinde gizle-nen ve geceler kesik-kesik cırıldayan qaram-tıl cücü. Küncə-bucağa dolmuş qarafatma-ların qəmli cırıltıları çöldəki böcəklərin sə-sinə qarışmışdı. İ.Şıxlı.

QARAGEYMİŞ : Azerbaijani Explanatory Dictionary

is. dan. Bedbext, yazıq. [Mamaça:] A, a, a! Qarageymiş,
. heçxəbə-rüvüz var ki, bizim kənddə Kəblə Qayxanım doğub? H.Sarabski.

QARAGİLƏ : Azerbaijani Explanatory Dictionary

sif. Denesi, gilesi qara olan. Qaragilə üzüm.
is. Salxımlı qara ve ya qırmızı turş mey-vesi olan kol bitki ve bu bitkinin meyvesi. Qaragilə xırda kol bitki olub, sıra ilə düzül-müş yumurtaşəkilli yaşıl yarpaqları və tək-tək yerləşən çəhrayı çiçəkləri vardır. Əliyev. Bu meşələrdə milyonlarla özü özbaşına bitən alma, armud, qarğıdalı, qaragilə, alça, zoğal, hər nə desən, var. S.Rehimov.
Yanır kəpə-nəyin zərif qanadı; Quruyur yemşanın qara-giləsi. X.Rza.
sif. dan. Qaragöz menasında. // Azer-baycan xalq havalarından birinin adı.

QARAGÖZ(LÜ) : Azerbaijani Explanatory Dictionary

sif. Gözleri qara. Qaragöz qız. Qaragöz oğlan.
Böyük qız ucaboylu, incəbelli, qaragözlü, uzun qarasaçlı,
. nə-zakətli bir
. gözəl olduğunu sübut edirdi. S.S.Axundov. Qaragözlü, şahin oğlan; Az danışar, düşünərdi. N.Refibeyli. // is. Qara-göz qız menasında. Bu qaragözlüləri bunca sevmişəm, Vahid! Nə yaxşı olmamışam bəxti qarə, şükr olsun! Ə.Vahid.

QARAGÖZLÜK : Azerbaijani Explanatory Dictionary

qaragözlük etmək dan.
yalandan ağlamaq, aldatmaq üçün özünü ağ-layan kimi göstermek.

QARAGÜL : Azerbaijani Explanatory Dictionary

is. Orta Asiyada yetişdirilen qiymetli, qıvrımtüklü derisi olan qoyun cinsi. // Bu qoyunun derisi; Buxara derisi. [Mirze Muxtarın] həmişə damağında əyri qəlyan olardı, soyuq havada boynu qaragül dərili uzun paltonu çiyninə salardı. I.Şıxlı.

QARAGÜN(LÜ) : Azerbaijani Explanatory Dictionary

sif. Bedbext, başıbelalı,
yazıq; heyatı, güzeranı çox ağır keçen. [Se-kine xanım:] Sənin adına və abrına zərər ye-tişməsin deyən, mən gərək ömrüm olduqca özümü qaragünlü edim? M.F.Axundzade. // Is. menasında. Kim ki səninlə olmadı sübhi-əzəldə aşina; Taəbəd ol qaragünün bəxti sə-hab içindədir. Nesimi. Hər yerdə qaragünlü xətadan uzaq olmaz. Q.Zakir.

QARAGÜNÇÜLÜK : Azerbaijani Explanatory Dictionary

is. dan. Əziyyet, çox çetinlik, meşeqqet, mehrumiyyet. Hər bir müsəlman qaragünçülük ilə bir əlli-altmış manat cibində görən kimi, gecə yatıb səhər durur, övrətinə xəbər verir ki, "ağam məni istəyib". C.Memmedquluzade.

QARAGÜNLÜK : Azerbaijani Explanatory Dictionary

qaragünlüyünü qab-laşdırmaq dan.
her cür mehrumiyyeti, çe-tinliyi, tehlükeni ve s. arzuolunmaz şeyleri gözü önüne almaq, ona hazır olmaq. [Giley¬güzarov] bu qənaətə gələndən sonra, mən binəva öz qaragünlüyümü qablaşdırdım. S.Rüstem.

QARAGÜRUHÇU : Azerbaijani Explanatory Dictionary

is. tar. çar Rusiyasında: silahlı talançı bandaların iştirakçısı; irticaçı padşahperest teşkilatlardan birinin üzvü. Qaragüruhçu dəstələr. Qaragüruhçu təşki-latlar. // ümumiyyetle, qatı irticaçı. Vəziy-yətdən çıxmaq üçün yeni ildə uşaqlardan təh-sil haqqı alınması qərara alındı. Belə olduqda camaat arasında narazılıqyarandı. Bundan istifadə edən qaragüruhçular Sabirin üzərinə daha şiddətlə hücuma keçməyə başladılar. "Hophopname".

QARAGÜRUHÇULUQ : Azerbaijani Explanatory Dictionary

is. Qaragüruhçu-nun fikir ve zehniyyeti, işi, emeli; qatı irti-caçılıq.

QARAĞAC : Azerbaijani Explanatory Dictionary

is. bot. Meşe zonalarında te-sadüf edilen oduncağı berk, qol-budaqlı bö-yük ağac. Qarağac Azərbaycanda qədim za-manlardan bəri becərilən, sıx kölgəlik əmələ gətirən bəzəkli ağaclardan biridir. Qedirov.

QARAĞAT : Azerbaijani Explanatory Dictionary

is. bot. Xırda üzüm kimi sal-xımlı, turşmeze, qara ve qırmızı meyvesi olan kol-bitki ve onun gilemeyvesi. Giləmeyvə-dən qarağat, çiyələk, moruq və başqalarında "C" vitamini vardır.
Kişmiş ilə hüccət edir qarağat. Q.Zakir. [Laçın] əvvəlcə Gülyazla bərabər dərəyə enib qarağat yığdığını
. xa-tırlayanda uşaq kimi sevindi. M.Hüseyn.