Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
QARASIZ : Azerbaijani Explanatory Dictionary

sif. Qarası olmayan (bax qara3). Qarasız aş.

QARASOL : Azerbaijani Explanatory Dictionary

is. zool. çeki balıqlarının, de-nizde ve şirin suda yaşayan növlerinden biri.

QARASORAN : Azerbaijani Explanatory Dictionary

is. dan. Her şeyi bilmek isteyen, sorğu-sualçı. [Heyder bey:] Qırış-mal qarasoransan, rahdarsan, bizim yolumu-zu kəsdiribsən? M.F.Axundzade. [Meded:] Bircə mənə de görüm, neçə ildir ortalığa çıx-mısan? [Xanperi:] Nəyinə lazımdır? Qara-soran deyilsən ki! Ə.Veliyev.

QARASOV : Azerbaijani Explanatory Dictionary

sif.
Qaraya çalar, qarateher (reng). Qarasov mahud. Qarasov paltar.
məh. Qaratorpaq.

QARASÖVDA : Azerbaijani Explanatory Dictionary

ax malxulya.

QARAŞAM : Azerbaijani Explanatory Dictionary

is. bot. Şimal ölkelerinde ya-yılmış iyneyarpaqlı meşe ağacı.

QARAŞIN : Azerbaijani Explanatory Dictionary

sif. Qarayağız, qarabuğdayı. Arvadın yaşı əllini və bəlkə əlli beşi keç-mişdi.
Amma özü mərtub, sifəti qaraşın, hündür və salamat bir arvad idi. C.Memmed-quluzade. Qaraşın, xoşsima gənc başını əl-ləri içinə alıb düşündü. A.Şaiq. Bu anda qoca rəssam, dəniz sahilində rast gəldiyi qaraşın zabiti xatırladı. M.Hüseyn.

QARATEL(Lİ) : Azerbaijani Explanatory Dictionary

sif. Saçı qara, qarasaçlı. Nə ayla, nə günəşlə etmərəm müqayisə; Uca-boy, qaratelli talış gözəllərini. S.Rüstem.

QARATƏHƏR : Azerbaijani Explanatory Dictionary

sif. Bir qeder qara, qaram-tıl, qaraya çalan, bir qeder tutqun.

QARATƏPMƏCƏ : Azerbaijani Explanatory Dictionary

sif. dan. Qara-qorxu, herbe-zorba, yalandan qorxutma.

QARATİKAN : Azerbaijani Explanatory Dictionary

is. bot. çeper üçün istifade edilen tikanlı kol bitki. [Quşların]
.bütün pə-nah yeri qaratikan çəpərləri idi ki, orada az-çox yem tapa bilirdilər. S.S.Axundov. Yüz ocağa od veribdir o qara təndir; çəpərlərdə bitən gördüm qaratikanı. M.Araz. Ocaqda atəşə rast gələn zaman; çöp də qanad tapar, qaratikan da. X.Rza.

QARATOYUQ : Azerbaijani Explanatory Dictionary

is. zool. Kolluqlarda ve meşeliklerde yaşayan sarıdimdikli qaramtıl rengli oxuyan quş. Tağı əminin göstərişi ilə mən və Məmmədağa qaratoyuq, alacəhrə, sərçə kimi quşları tutmağı öyrənmişdik. S.S.Axundov. Nə bədgündü bu; it marıq ver-mir; quş yoxa çıxıb; Vurduğumuz bir qara-toyuq; o da düşdü kola. R.Rza.

QARATORPAQ : Azerbaijani Explanatory Dictionary

sif. Rengi qara ve çürün-tüsü çox olan münbit torpaq. Qaratorpaq sa-hələr.
Qaratorpaq əkin yerində, həmçinin bağ, bostan yerində nazik qırmızı qurd olur ki, ona suvalcan (soxulcan) deyirlər. "Əkinçi".

QARAÜRƏKLİ : Azerbaijani Explanatory Dictionary

sif. Paxıl, qelbiqara, bed-xah; xainürekli.

QARAÜRƏKLİK : Azerbaijani Explanatory Dictionary

is. Paxıllıq, semimiyyet-sizlik, xainlik, bedxahlıq, kinlilik. Sevdim kişi yerindən dilləndi:
Qaraürəkliyə lənət, paxı-lın atası gordan-gora tullansın! Ə.Veliyev.

QARAVAŞ : Azerbaijani Explanatory Dictionary

ax qarabaş. Qollarından kəniz və qaravaşlar yapışmış xanım gəlib Qotursuyun yanındakı tut bağının hasarının üstündə oturdu. çemenzeminli. Bir də görər-din ki, dövlətli qadın qollarına qızıl qolbaq-larını keçirib başına al rəngli Şirvan ipək çar-şabını salıb, satıl-boğçasını qaravaşa verib hamama gedərdi. H.Sarabski.

QARAVƏLLİ : Azerbaijani Explanatory Dictionary

is. Azerbaycan xalq aşıq ya-radıcılığında mövzusu meişetde olan ehva-latlardan alınmış mezhekeli janr. Ortaboylu, əsmər bənizli, daima gülərüzlü Firuzə məzəli zarafatları, incə qaravəlliləri ilə manqanın həyatına hər gün yeni bir təravət gətirirdi. İ.Əfendiyev. // Boş söhbet, nağıl. [Kitab-paylayan:] Oturub hər qaravəllini oxusaq, gərək adımızı dəli qoyaq. Ə.Haqverdiyev. [Mecid:] Heç bir belə qaravəlli olmazdı ki, mən düşdüm... Bacı! Bu evMirzədadaşın evi deyil? N.Vezirov.

QARAVURĞUN : Azerbaijani Explanatory Dictionary

is. dan. İflic.

QARAYAĞIZ : Azerbaijani Explanatory Dictionary

sif. Əsmer, qarabuğdayı. Qarayağız qız. Qarayağız oğlan.
İçəridən qarayağız, ortaboylu bir gənc gülə-gülə:
Araz, sən bu yerləri çoxmu sevirsən?
deyə soruşdu. A.Şaiq. Bu suyuşirin, bu qarayağız; Qızın sinəsində; Duyğusu dərin; Yeni gün-lərin; Şirin dalğalı ahəngi yaşar. M.Müşfiq. Qarayağız Fatma hamıdan qabaq gəlmişdi, bir taxtanın üstündə, hey əsnəyir və danışırdı. M.İbrahimov.

QARAYAXA : Azerbaijani Explanatory Dictionary

sif. dan. İstediyinden el çek-meyen, tutduğunu buraxmayan, qır-saqqız olub adamı tenge getiren. Qarayaxa adam. Qarayaxa (z.) olmaq.

QARAYAXALIQ : Azerbaijani Explanatory Dictionary

is. dan. İstediyinden el çekmeme, tutduğunu buraxmama, tenge ge-tirme; qarayaxa adamın xasiyyeti. Qaraya-xalıq eləmək.

QARAYAMAN : Azerbaijani Explanatory Dictionary

is. dan. İnsan ve ya hey-vanda öldürücü bir yara.

QARAYANIQ : Azerbaijani Explanatory Dictionary

sif. Qarabeniz, qarayağız. Kəlbalı alçaqboylu, gödək qılçaları xeyli içə-riyə əyilmiş, qarayanıq bir adam idi. S.Re-himov.

QARAYANIZ : Azerbaijani Explanatory Dictionary

ax qarayağız. Şahnisə xanım qızının qarayanız çöhrəsində dolaşan fərəh və nəşəni fəxr ilə seyr [edirdi] çemen¬zeminli. [Melek] zahirən kobud görünən bu enlikürək, qarayanız kişinin ürəyindən nələr keçdiyini bilmək istədi. İ.Şıxlı.

QARAYARA : Azerbaijani Explanatory Dictionary

is. Qaramalda, atlarda, qo-yunlarda olan, bezen de insanlara keçen yo-luxucu azar. [Xaver:] Barmaqları tökülsün o müəllimin! Əllərinə qarayara çıxsın onun!
Qışqırıq xırp kəsildi və acı hönkürtüyə çev-rildi. İ.Melikzade.