Azerbaijani Explanatory Dictionary
QAŞIMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Bedenin gicişen yerini dır-naq ve ya sert bir şey ile sürtmek, cırmaq-lamaq, dırnaqlamaq. Başını qaşımaq. Dalını qaşımaq.
Qapıçıdan soruşdum: "Filankəs mənzilindədirmi?" Dedi: "Buyurun, mənzil-dədir!" Və cavab vermədən qabaq ikiqat baş əyib, iki barmağı ilə boynunun ardını qaşıdı. Ə.Haqverdiyev.
Qazımaq, qazıyıb temizlemek, sıyırmaq. Taxtanın üstünü qaşımaq.
QAŞINDIRMA : Azerbaijani Explanatory Dictionary
"Qaşındırmaq"dan f.is.
QAŞINDIRMAQ : Azerbaijani Explanatory Dictionary
icb. Qaşınma hissi doğur-maq, gicişdirmek, qıcıqlandırmaq. Gicitkən toxunduğu yeri qaşındırır.
QAŞINMA : Azerbaijani Explanatory Dictionary
"Qaşınmaq"dan f.is.
is. Gicişme, qaşınmaq ehtiyacı. Bədə-nimdə qaşınma var.
QAŞINMAQ : Azerbaijani Explanatory Dictionary
f. Gicişme hiss etmek, gi-cişmek. Bədənim qaşınır.
qayıd. Dırnaqla ve ya berk bir şeyle bedenin gicişen yerini qaşımaq. [Allahqulu:] Biz kötəksiz məgər dolana bilərik? Belimiz adət eləyib. Iki gün kötək dəyməyəndə bədə-nimiz qaşınmağa başlayır. Ə.Haqverdiyev.
QAŞINTI : Azerbaijani Explanatory Dictionary
is.
Bax qaşınma
ci me-nada.
Taxta ve s.-den qaşınıb tökülen xırım-xırda. Təknənin qaşıntısı. Ət taxtasının qa-şıntısı.
QAŞITMA : Azerbaijani Explanatory Dictionary
"Qaşıtmaq"dan f.is.
QAŞITMAQ : Azerbaijani Explanatory Dictionary
icb. Qaşınmasına sebeb ol-maq; qaşınma ehtiyacı doğurmaq.
QAŞQA : Azerbaijani Explanatory Dictionary
is.
ümumiyyetle, mal-qaranın, xüsusile at, inek ve öküz kimi iri ev heyvan-larının alnındakı ağ leke. // sif. Alnında qaşqası olan. Qaşqa inək. Qaşqa day. Qaşqa dana.
[Pericahan xanım:] Qaşqa at altımda qoruq-dan gəlirdim. S.S.Axundov. Əqlin baltasıyla vurdu başından; Sındırdı öküzün buynuzlarını;
Milyon il dedilər:
Qaşqa öküzlə; çatıbdır şöhrətə, şərəfə dünya. B.Vahabzade.
məc. Alnın tam ortası. Ovçu quşu qaş-qasından vurmuşdu.
Qaşqası böyük olanın sözü çox danışılar. (Ata. sözü). Qızdırmalı bir bayqınlıq içində Tərlanın alnındakı qaş-qanı yaxından nişan alıb, tətiyi çəkdim. Ə.Memmedxanlı.
QAŞQABAQ : Azerbaijani Explanatory Dictionary
is. Acıqlı, hirsli ve ya bir şey-den narazı olan adamın üzünde emele gelen hal; qaşların çatılması ve alnın qırışdırılması. Xudayar bəy qaşqabaq ilə cavab verdi. C.Memmedquluzade. □ Qaşqabağı açıl-maq
üzünde fereh elameti görünmek; açığı, hirsi soyuyaraq üzü açılmaq. [Hacı Murad:] Bəs niyə heç qaşqabağın açılmır? S.S.Axundov. Qızın
. üzündə qəzəb və hid-dət bir anda silindi. Qaşqabağı açıldı. M.Rzaquluzade. Qaşqabağı yer altından (yer ilə) getmək
hedden artıq hirsli, acıqlı olmaq. Tükəzban qayət hirsli olaraq içəri da-xil oldu. Nədənsə ovqatı çox təlx idi; qaşqa-bağı yer altından gedirdi. B.Talıblı. Qaş-qabağını sallamaq (turşutmaq, tökmək)
qaşlarını çataraq ve alnını qırışdıraraq, öz sifetine acıqlı, yaxud narazı bir ifade vermek. Sözlərini qurtaran kimi Səməd yenə qaşqa-bağını sallayıb, sükuta gedərdi. çemenze-minli. Bu dəmdə Məstan bəyin keçmiş nökəri çolaq Məcid daxil oldu, Məstan bəy qaşqa-bağını tökdü B.Talıblı. Qaşqabaq göstər-mək
pis qarşılamaq, acıqlı qarşılamaq. Şək-siz səninlə ədavəti var; Onunçun göstərir qaş-qabaq sənə. Q.Zakir.
QAŞQABAQLI : Azerbaijani Explanatory Dictionary
sif. Acıqlı, hirsli, tutqun
üzlü. [Serxan] gələndə ən qaşqabaqlı adam-ların belə dodağı qaçırdı. M.Ibrahimov. [Tü-kezban] əvvəlki kimi qaşqabaqlı (z.) gəlib öz yerində oturdu. B.Talıblı. [Yalıncaq beyin] üst-başı toz-torpaq içində, özü
. qaşqa-baqlı və kədərli idi. M.Rzaquluzade. // məc. çox tutqun. Yuxarıda kol-koslu qayalıqlar, bunların da üstündə qara buludlar oynaşan qaşqabaqlı göy görünürdü. çemenzeminli.
QAŞQABAQLILIQ : Azerbaijani Explanatory Dictionary
is. Qaşqabaqlı adamın hal ve keyfiyyeti.
QAŞQAL : Azerbaijani Explanatory Dictionary
is. məh. Xır bağlanan zaman, suyu paylaşdırmaq üçün bir neçe yerden de-şilib, suyun ağzına qoyulan ağac parçası.
QAŞQALAŞMAQ : Azerbaijani Explanatory Dictionary
f. məh. Toqquşmaq, bir-biri ile sözleşmek, çekişmek, tutaşmaq, de-yişmek. Ay yoldaşlar, sizə bir söz söyləyim; Kəndlilərlə qaşqalaşdı mollalar. Aşıq Mirze.
QAŞQALDAQ : Azerbaijani Explanatory Dictionary
is. zool. Əti yeyilen qara rengli, ördeye benzer su quşu. Pirallahıdan bu yanda balaca bir ada var, bir dəfə atam ora qaşqaldaq ovuna getmişdi, məni də apar-mışdı.. Ə.Memmedxanlı.
QAŞLAMAQ : Azerbaijani Explanatory Dictionary
f. üzüye qaş taxmaq.
QAŞLATMAQ : Azerbaijani Explanatory Dictionary
icb. üzüye qaş taxdırmaq.
QAŞLI : Azerbaijani Explanatory Dictionary
sif. Qaşı olan. b ax qaş 2 ve
cü menalarda. Qaşlı üzük. Qaşlı yəhər.
Səadət xanım Gülnazı.. Laləzara apardı. Parça ma-ğazalarını, ətriyyat və daş-qaş dükanlarını gəzdirdi. Hətta almaz qaşlı bir üzük də alıb barmağına taxdı. M.Ibrahimov.
QAŞOTU : Azerbaijani Explanatory Dictionary
is. bot. Dağlıq yerlerde, çemen-lerde biten çoxillik ot bitkisi.
QAŞOV : Azerbaijani Explanatory Dictionary
is. Heyvanların tozunu, çirkini qa-şıyıb temizlemeye mexsus demirden düzel-dilmiş dişli alet. Malları hər gündə iki dəfə şotka və qaşov ilə təmiz edib, iki dəfə də on-ların altının otlarını dəyişdirirlər. "Əkinçi".
□ Qaşov çəkmək
bax qaşovlamaq
ci menada.
QAŞOVLAMA : Azerbaijani Explanatory Dictionary
"Qaşovlamaq"dan f.is.
QAŞOVLAMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Heyvanın qaşov ile tozunu, çirkini temizlemek. Donqarınla don-qar ayı; Qaşovlandı bütün yayı; Boz qaban ağzı dolayı... Palıd, səni kim yıxdı? M.Araz.
məc. dan. Ruhen incitmek, ruha ezab vermek (pis çalğıçı ve ya qaba sesle oxuyan haqqında).
QAŞOVLANMA : Azerbaijani Explanatory Dictionary
"Qaşovlanmaq"dan f.is.
QAŞOVLANMAQ : Azerbaijani Explanatory Dictionary
məch. Qaşov çekilmek, qaşovla temizlenmek.
QAŞOVLATMA : Azerbaijani Explanatory Dictionary
"Qaşovlatmaq"dan f.is.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani