Azerbaijani Explanatory Dictionary
QAŞOVLATMAQ : Azerbaijani Explanatory Dictionary
icb. Qaşov çekdirmek.
Atı qaşovlatmaq.
QAT : Azerbaijani Explanatory Dictionary
is.
üfüqi veziyyetde bir-birinin üstünde yerleşen cismin laylarından her biri; lay, tebeqe. Torpağın alt qatları. Yer kürə-sinin dərin qatları. Havanın üst qatları.
Bir sıra neftli sahələrin dərin qatlarında olan neft layları hələlik tədqiq edilməmişdir. M.Qaşqay. // Qedim tesevvüre göre, göyün qübbelerini teşkil eden her tebeqeden biri.
□ Göyün (göylərin) qatı
çox uca mena-sında. Göylərin qatına ucaldı fəryad; O qır¬ğın Qafqazda tutar qoymadı. S.Vurğun. Fə-ləki dolanır göyün qatını. M.Rahim.
Mertebe. Tövlə evin alt qatında idi. S.Hüseyn. Yeddimərtəbə binanın üçüncü qa-tında balkonu küçəyə baxan mənzil xüsusi bir səliqə ilə düzəlmişdi. S.Rehimov.
Bükülmüş parçanın, kağızın ve s.-nin her bükümü. Parçanı dörd qat qatladım. // Büküş yeri, qırış. Bu parçanı qat kəsmiş-dir. // Ipde tel, burum. İpin qatını açmaq.
Defe, kere (adeten reqemlerle). Sal-dıqca cavanlıqda keçən günləri yadə; Dər-dim olur on qat. M.Ə.Sabir.
0 Dalı qatda, arxası qatda
dal terefde, arxa terefde, arxası üstde. Şahsənəm dönüb Qəribi dalı qatda görən kimi atılıb, boynuna sarıldı. "Aşıq Qerib".
...qat
qoşulduğu sayın gösterdiyi qeder çox menasında mürekkeb sifet düzeldilir; mes.: birqat, ikiqat ve s.
qat-qat zərf
üfüqi halda bir neçe te-beqe; lay-lay, çin-çin, tebeqe-tebeqe. Qat-qat yığılmış kitab. Qat-qat yoğurulmuş fətir. // Qatlar, laylar halında. Bitki materiallarını qurudarkən onları qat-qat nazik halda sərib gündə
2 dəfə çevirirlər. Əliyev.
Bir neçe defe, defelerle. Qat-qat artıq. Qat-qat üstün. Qat-qat yaxşı.
Dərsə xan sevinəcək, öyünəcək, oğluna məhəbbəti qat-qat artacaqdır. M.Rzaquluzade. Ozlərindən qat-qat çox olan kərtənkələ rəngli düşmənlə əlbəyaxa, ölüm-dirim çarpışmasında idilər. Ə.Əbülhesen.
QATANQAZ : Azerbaijani Explanatory Dictionary
sif.
Kobud, cod, qatlanmaz,
çetin bükülen. Palazı suya saldıqda, taxta kimi qatanqaz olur.
çirkden, kirden codlaşmış, sertleşmiş (paltar ve s. haqqında). Əynindəki köynək lap qatanqaz olmuşdur.
QATAR : Azerbaijani Explanatory Dictionary
is.
Bir-birinin ardınca sıralan-mış heyvanlar düzümü; qafile, karvan. Durna qatarı. Dəvə qatarı.
Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi. Qanad çalıb göylərdə süzür durna qatarı. M.Seyidzade. // ümumiyyetle, bir-birinin ardınca düzülmüş şeyler sırası; cerge, sıra, sef. [Ağa Kerim xan:] Qatar du-run! Adbaad hər nə ki, sizə buyuracağam, o, bu gün gərək cabəca əmələ gəlsin. N.Ve¬zirov. // Zərf mənasında. Qatarla, sıra ile, cerge ile. Samovarın yanında, divara qatarla xırda mıxlar vurub, xırda podnoslar asar-dılar. H.Sarabski. Qatarla düzülmüş küknar ağacları asta-asta yırğalanır. O.Sarıvelli.
Demiryol vaqonları düzümü. Yük qatarı. Sərnişin qatarı.
O qatar gəlib ötməli, sonra da bunlar getməli idilər. S.Rehman. Bakıdan yanacaq, Sibirdən ağac; Yüz qatar boşalır, yüz qatar gəlir. R.Rza.
Bir qayış üzerine düzülmüş patron sırası; patrondaş. Kəmərlərində qılınclar, çiyinlərin-də tüfəng; Boyunlarında həmayil, iki qatar da fişəng. A.Sehhet. Qoçular, quldurlar qatar taxardı; Kimi istəsəydi, vurar yıxardı. Aşıq Əlesger.
qatar-qatar zərf Qatar halında, bir-birinin ardınca sıralanmış halda; deste-deste, cerge-cerge, sıra-sıra. Qatar-qatar olub, qalxıb ha-vaya; Nə çıxıbsız asimanə, durnalar! M.V.Vi-dadi. Alay-alay, qatar-qatar qəhrəmanlar çıxdı yola. S.Vurğun. Gedir qərbə tərəf hü-cum çəkənlər; Gedir qatar-qatar bombatö-kənlər. M.Rahim.
QATAR : Azerbaijani Explanatory Dictionary
is. [ər.] mus. Azerbaycan klassik muğamlarından birinin adı; kiçik hecmli vo-kal-instrumental muğam. Qatar üstə oxumaq. Qatar rəngi.
QATARI : Azerbaijani Explanatory Dictionary
sif. ve zərf Qatarla, qatar kimi, yan-yana sıralanmış. Sanasan pələngdən balü pər düşüb; Düzülüb dalında qatarı tellər. M.P.Vaqif.
QATARLAMA : Azerbaijani Explanatory Dictionary
"Qatarlamaq"dan f.is.
QATARLAMAQ : Azerbaijani Explanatory Dictionary
f. Adamları, heyvanları, yaxud şeyleri bir-birinin ardınca düzüb qa-tar düzeltmek.
QATARLANMA : Azerbaijani Explanatory Dictionary
"Qatarlanmaq"dan f.is.
QATARLANMAQ : Azerbaijani Explanatory Dictionary
ax qatarlaşmaq. Arazdan qalxan duman dəvə karvanı kimi qatarlanır.. S.Rehimov.
QATARLAŞMA : Azerbaijani Explanatory Dictionary
"Qatarlaşmaq"dan f.is.
QATARLAŞMAQ : Azerbaijani Explanatory Dictionary
f. Qatar düzülmek, qa-tar bağlamaq (b a x qatar1 1 ve
ci mena-larda). Qatarlaşıb nə diyardan gəlirsiz? Bir xəbər versəniz bizə, durnalar! M.P.Vaqif. Dəstə ilə uçan quşlar dağınıq halda və ya müəyyən nizamla uçurlar. Məsələn, durna-lar küt bucaq şəklində qatarlaşıb uçurlar. "Zoologiya".
QATARLI : Azerbaijani Explanatory Dictionary
sif.
Qatarı olan.
Zərf mənasında. Boynunda, ya belinde patron qatarı (patrondaşı) olduğu halda; pat-rondaşlı. [Veys:] Tüfəngli, qatarlı, qolları-nızda qırmızı, hansı dövlətlinin qapısından girsəniz, nəfəsi kəsiləcək! Ə.Əbülhesen.
QATBAQAT : Azerbaijani Explanatory Dictionary
ax qat-qat. Milləti gör-dükcə belə hərcü mərc; Könlüm olur dop-dolu qan qatbaqat. M.Ə.Sabir. Fikrim açılır hərdən; Göz önümdə qatbaqat. B.Vahabzade.
QATDALAQ : Azerbaijani Explanatory Dictionary
is. məh. Dalaq şişmesi xes-teliyinin xalq arasında adı.
QATDIRMAQ : Azerbaijani Explanatory Dictionary
"Qatmaq"dan icb. Suvağa su qatdırmaq.
QATI : Azerbaijani Explanatory Dictionary
sif.
Sıyıq, duru olmayan; met, qe-liz. Qatı palçıq. Qatı şərbət. Qatı şorba. Qatı kütlə. Qatı mürəkkəb. Qatı mürəbbə.
Sıx, kesif, qeliz. Qatı tüstü. Qatı du-man.
Alaçıqların bəri yanından nazik, lakin qatı çən zolağı uçub haraya isə gedirdi. M.Hüseyn. Qaranlıq o qədər də qatı deyildi, evlər, ağaclar seçilirdi. S.Rehman. Dünyamız o qədər qatı dumanda; Gözləri tor bağlar ul-duzların da. M.Araz.
məc. çox şiddetli, çox güclü, çox berk. Qatı soyuq.
Qatı müştaq olmuşam zülfü üzarın buyinə. Nesimi. Dərdim qatıdır bu gecə lütf eylə, ey dust! Mən bidilü biçarəvü bimarı unutma. Kişveri. Lakin küçədə gəzi-şib, azad danışmaq üçün yalnız qatı soyuq-lar deyil, xalqın gediş-gəlişi də mane olurdu.
M.S.Ordubadi.
məc. Sert, rehmsiz, amansız, qeddar.
Qatı ürək.
[Qacar:] Görürsən? O imiş qatı
düşmənim; Onu yandırsam da haqqım var
mənim. S.Vurğun. Bu teleqram bir daha o
məqsədin son dərəcə vəhşi, amansız və qatı
olduğunu anladırdı. M.S.Ordubadi.
QATIAÇILMAMIŞ : Azerbaijani Explanatory Dictionary
sif. Qat-teze (parça, paltar haqqında).
QATIQ : Azerbaijani Explanatory Dictionary
is.
Südü bişirib, bir qeder soyut-duqdan sonra, içerisine maya qataraq, üstünü basdırmaqla hazırlanan ağartı; yoğurt. üzlü qatıq. üzsüz qatıq. Qatıq çalmaq (südden qa-tıq hazırlamaq). üç gündür yol gəlirəm, acam, mənə bir az qatıqdan, əppəkdən verərsinizmi? M.Rzaquluzade.
çörek ile beraber, çöreye qatılıb yeyi-len her bir şey; yavanlıq. Qatıqsız çörək bo-ğazdan keçməz.
QATIQAŞI : Azerbaijani Explanatory Dictionary
is. Buğda yarmasından, yaxud düyü, göyerti ve etden hazırlanaraq qatıqla yeyilen sade yemek; yoğurtaşı.
QATIQÇI : Azerbaijani Explanatory Dictionary
is. Qatıq hazırlayıb satan adam.
QATIQDOĞRAMASI : Azerbaijani Explanatory Dictionary
is. Doğrama(c).
QATIQQUYMAĞI : Azerbaijani Explanatory Dictionary
is. köhn. Xalq teba-betinde: xemiri yağda qovurduqdan sonra, üzerine bir az qatıq, ya ayran töküb yaranın, çibanın üstüne qoyulan yaxı; yaxma derman.
QATIQLAMA : Azerbaijani Explanatory Dictionary
"Qatıqlamaq"dan f.is.
QATIQLAMAQ : Azerbaijani Explanatory Dictionary
f. dan. Qatıq qatmaq, qa-tıq sürtmek, qatıq yaxmaq; xöreyin ve s.-nin üstüne qatıq tökmek, qatıqla dada getirmek.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani