Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
QƏCƏRƏLİ : Azerbaijani Explanatory Dictionary

sif. məh. üstünden qecere salınmış.

QƏDD : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Boy, boy-buxun, qamet. Qəddin ki, sərvi-xuraman ilən bərabərdir. Qövsi. Zorbadır hərçənd ki, qəddin sənin; Yox mənə tay olmağa həddin sənin. M.Ə.Sabir.
Bel. □ Qəddi bükülmək (əyilmək)
beli bükülmek. Ala gözlüm, səndən ayrı dü-şəli; Qədd əyilib, bel bükülüb, huş gedib. Aşıq Əlesger. Qəddi bükülmüş (əyilmiş)
beli bükülmüş. Qəddi bükülmüş bu qocanın nəmli nəzəri.. dalğaları sürətlə yararaq ge-dən bir gəmiyə dikilmişdi. M.Hüseyn. Nazi-mə xalanın saçı ağarmış, qəddi əyilmiş, səsi də
. alçalmışdı. Mir Celal. Qəddini bük-mək (əymək)
1) belini eymek, eyilmek. Müfəttiş əlini döşünə qoyaraq uzun qəddini əydi. S.Rehimov; 2) məc. bedbext etmek, belini qırmaq, sarsıtmaq. Ey ərənlər, sındı-rıblar belimi; Möhnət yükü qəddim əyər, ağlaram. M.V.Vidadi; 3) məc. eyilmek, tabe olmaq, alçalmaq. Qəddini düzəltmək

1) belini düzeltmek, ayağa qalxmaq. Qaçay qəddini düzəldib, yan-yörəsinə baxdı: ətraf-da kimsə görünmürdü. İ.Melikzade; 2) məc. zülm ve esaretden qurtarmaq. Qəddini kaman etmək
bax qəddini bükmək
ci menada. Yəqin fəraqın edər qəddimi kəman, getmə! X.Natevan.

QƏDDAR : Azerbaijani Explanatory Dictionary

is. ve sif. [ər.] Rehmsiz, aman-sız, merhemetsiz, zalım. Qəddar düşmən.
Bütün dövrlərdə müstəbid, qəddar; Ağıldan, kamaldan, fikirdən qorxar. B.Vahabzade. // Qatı, yaman, berk.

QƏDDARANƏ : Azerbaijani Explanatory Dictionary

zərf [ər. qeddar ve fars.
..ane] Amansızcasına, merhemetsizcesine, insafsızcasına, zalımcasına.

QƏDDARCASINA : Azerbaijani Explanatory Dictionary

ax qəddaranə.

QƏDDARƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn. Her iki terefi kesen ağır qılınc. Nəhayət, [elbeyaxa vu-ruşmalardan] heç bir şey çıxmazdı, qədda-rələr və xəncərlər işə düşərdi. H.Sarabski.

QƏDDARLIQ : Azerbaijani Explanatory Dictionary

is. Rehmsizlik, merhemet-sizlik, amansızlıq, zalımlıq. Yağıları sevin-dirdik, bəs eləyər! Al mumluğu; al, qəddar-lıq öyrət bizə! M.Araz.

QƏDDƏMƏK : Azerbaijani Explanatory Dictionary

f. dan. Yonmaq, çertmek. Hikmət haradansa çoxlu karandaş gətirib qəddədi, stolun üstünə qoydu. Mir Celal.

QƏDDƏNMƏK : Azerbaijani Explanatory Dictionary

məch. dan. çertilmek, yonulmaq.

QƏDDƏNMİŞ : Azerbaijani Explanatory Dictionary

f.sif. dan. çertilmiş, yo-nulmuş.

QƏDD-QAMƏT : Azerbaijani Explanatory Dictionary

is. Boy-buxun.

QƏDD-QAMƏTLİ : Azerbaijani Explanatory Dictionary

sif. Boy-buxunlu.

QƏDƏH : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Şerab, su ve s. içmeye mexsus qab; piyale, kasa. Şərab qədəhi.
Saqi, kərəm eylə, cam gəzdir! Durma, qə-dəhi müdam gəzdir! Füzuli. Bir az sonra şişlik qoxusu, zurna-qaval səsləri, şərab qədəhlərinin cingiltisi bir-birinə qarışdı. M.Rzaquluzade.

QƏDƏHCİK : Azerbaijani Explanatory Dictionary

is. Kiçik qedeh, ince qedeh.

QƏDƏHNUŞ : Azerbaijani Explanatory Dictionary

sif. [ər. qedeh ve fars.
..nuş] klas. İçki içen, şerab içen. □ Qədəhnuş olmaq
içki içmek, şerab içmek. O lalə-rüxlə qədəhnuş olduğum gecələr. S.Ə.Şirvani.

QƏDƏHVARİ : Azerbaijani Explanatory Dictionary

sif. bot. Görünüşce qedehe oxşayan. Qədəhvari tac.

QƏDƏK : Azerbaijani Explanatory Dictionary

is. köhn. Pambıqdan toxunma sade ve ucuz parça, tünd göy renge bo-yanmış bez. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. M.F.Axund-zade. [Hacı Kerim] əvvəlləri Irana səfər edərək çit, qələmkar və qədək alıb satırdı. A.Şaiq. [Gülnazın] əynində çiynindən dizinə qədər uzanan boz qədəkdən tikilmiş bir köynək vardı. M.İbrahimov. // Bu parçadan tikilmiş. Xudayar bəy karvansaranın qapı-sına yetişcək, içəridən bir alçaq, qədək ar-xalıqlı
. kişi çıxıb, qaşqabaqlı üz tutdu Xudayar bəyə. C.Memmedquluzade.

QƏDƏM : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Addım. Vəsiqəli adam-lara hər qədəmdə təsadüf etmək mümkün idi. M.S.Ordubadi. Atlar başladılar qədəm ilə getməyə. Ə.Haqverdiyev. // Saylarla beraber mesafe bildirir. Uzaqda bir alaçıq görünür, alaçıqdan on qədəm kənar, kolun dalısında Sona xanım
. o yan-bu yana baxır. M.F.Axundzade. [Güldeste:]
.Zinyət xanım bu dörd divarın arasında qalıb, ikicə qədəm kənara çıxmayıb. N.Vezirov.
Ayaq. Nə xoş olardı o saat ki, bəxt üzündən mən; Qədəmlərində ölüb yarımın, verəydim can. Heyran xanım. Bir iş görmək xəyalın varsa, qədəmlərini tanıdığın yerlərə qoy. M.S.Ordubadi. [Əbdüleli bey:] O gözəl qədəmlərə baxmaq böyük səadətdir. C.Cabbarlı. □ Qədəm basmaq (qoymaq)
1) ayaq basmaq, daxil olmaq. Dün naz ilə qədəm basanda bağa; Şimşadü sənubər düşdü ayağa. Q.Zakir. Qədəm qoyub yar yanına gələndə; Elə gəl, elə get, yol inciməsin. Aşıq Abbas; 2) məc. başlamaq, şüru etmek, iqdam etmek. Ictimai işlərə yenicə qədəm qoymuş bu qadınlar dəstəsinin başında duran
. qoca bir qadın idi. S.S.Axundov. Əhməd həmi-şəki kimi burada da öz sevdiyi şüarını təkrar edib, icrasına qədəm qoydu. B.Talıblı.
◊ Qədəmi yüngül (xoş)
bax ayağı yün-gül ("ayaq"da). [Mirze Salman:] Bənövşə, yenə də qabağa düşüb yol göstər. Nişanlı qızın qədəmləri yüngüldür. S.Rehman. Yağ, a qar, yağ, qədəmin xoşdur, yağ! Döyünən qəlbimizi coşdur, yağ! S.Rüstem. Qədəmin mübarək (olsun)!
gelen adamı tebrik üçün işlenir
xoş gelmisen! [Ağca xanım:]
Elə həmişə sən gələsən, qədəmin mübarək olsun! H.Sarabski.
qədəm-qədəm zərf Addım-addım. Gə-zəcəkdir qəddəm-qədəm bağımı; Görəcək-dir üzümlü çardağımı. A.Sehhet.

QƏDƏMƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Pille (nerdivanda, pil-lekende). // məc. Seviyye, derece.

QƏDƏMLİ : Azerbaijani Explanatory Dictionary

sif. Ayağı xeyirli, uğurlu; xoşqedem. Mey içdilər hər gələnin sağlı-ğına,
. Güldandakı qızılgülün sağlığına; Xoş qədəmli ayın, ilin sağlığına! X.Rza.

QƏDƏMSİZ : Azerbaijani Explanatory Dictionary

sif. Ayağı düşersiz, ayağı düşmez; uğursuz, bedqedem.

QƏDƏR : Azerbaijani Explanatory Dictionary

[ər.]
is. Miqdar, say, kemiy-yet. Hər şeyin qədəri vardır. // Başqa nitq hisseleri ile (say ve evezliklerle) birlikde qeyri-müeyyen say bildirir. □ Bir qədər
bir az, qeyri-müeyyen miqdar. Bir qədər fikirləşdikdən sonra ayağa qalxdı.
Bir qədər pul ki, etdilər saman; Oldular xalq xürrəmü xəndan. S.Ə.Şirvani. Sara xanımın hiddətlənməsindən, doğrusu, mən bir qədər qorxdum. Qantemir. Bir bu qədər
bax bu qədər
ci menada. Bu qədər
1) bu miqdarda (adeten çoxluluq menasında). Bu qədər vaxt harada idin?
Neyləmişəm bil-məm dövri-zalimə; Incidər düşəndə bu qə-dər məni. Q.Zakir. Bu qədər çətinlik və məhrumiyyətə baxmayaraq, Azərbaycan xalqının istiqlalə olan ümidləri sönməmişdi. M.S.Ordubadi; 2) bitdi, vessalam, daha de-yecek söz yoxdur (söhbete, söze xitam vermek üçün işlenir). Nə qədər
1) ne miqdar? neçe? neçe dene? Paltoya nə qədər vermisən? Kitabxanada nə qədər kitab var? Nə qədər vaxta gedirsən?; 2) ne derecede, ne nisbetde. Qozalar nə qədər çox, nə qədər iri olsa, o qədər yaxşıdır. Ə.Veliyev; 3) is-tediyin qeder, üreyin isteyen qeder. Sənə, yalnız sənə; sənə deməkçün; Könlümdə nə qədər mənim sözüm var. B.Vahabzade. Nə qədər ki...
o vaxta qeder ki... Nə qədər ki mənim gözümdə yaş var; Olsun ürəyinin daşına qurban! M.Müşfiq. O qədər
1) o miqdarda (adeten çoxluluq bildirir). O qədər kitabı haradan almısan? O qədər şeyi yığmaq mümkün deyil.
[Qurbaneli:] Məhəmməd ağa oxumaqdan o qədər dəm vurdu ki, indi də qulağım gur-gur guruldayır. N.Nerima¬nov. O qədər çox ki, böyük işlərimiz; Onu nəql etməyə şerim aciz. M.Müşfiq; 2) o derecede, o nisbetde. Bura o qədər gözəldir ki... Nə qədər lazımsa, o qədər çalışmaq la-zımdır.
[Pristav:] Doğrusunu de, yoxsa səni yıxdırıb o qədər döydürərəm ki, bir ay yorğan-döşəkdə qalarsan. Ə.Haqverdiyev. Hər nə isə, qərəz, bunun da o qədər eybi yoxdur.. Qantemir.
qoş. Texmin ve teqrib menasında. On-lar otuz nəfərə qədər adam idi. Iclasa iki yüzə qədər adam gəlmişdi.
qoş. Bir işin intehasını, heddini, yaxud davamını bildirir;
..dek,
..kimi. Axşama qə-dər səni gözlədim. Gecəni sabaha qədər yat-mamışam.
O gün Araz axşama qədər qızdırma içində od tutub yana-yana inlədi. A.Şaiq. Kim bilir [Buğac] böyüyənə qədər başına nələr gələcək. M.Rzaquluzade. // Bir şeyin böyüklüyünü, uzunluğunu, ölçüsünü bildirir. Topuqlarına qədər uzanmış saç. Dizlərinə qədər. // Bir yeri diger yerden ayıran mesafeni, yaxud bir hadiseni diger hadiseden ayıran vaxtı göstermek üçün işlenir (...dek şekilçisi ile de ifade olunur). Bakıdan Moskvaya qədər qatarla iki günlük yoldur. Füzulidən Vaqifə qədər olan dövr.
Dilguşa paltosunu çiyninə atıb, darvazaya qədər Mehmanı ötürdü. S.Rehimov.
qoş. Qabaq, evvel. Müharibəyə qədər. Yeni dərs ili başlanana qədər. Dünənə qədər.
qoş. Müqayise menasında
kimi.
Təbrizin üfüqləri qara keçədən qurulmuş bir
alaçığın içi qədər qara idi. M.S.Ordubadi.
Indi bu balaca kəndciyəz Dilara üçün
.
Bakı qədər əzizdi. Ə.Memmedxanlı.

QƏDƏR : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Tale, qismet, müqedde-rat, alın yazısı. Qədər büküb belimi, eyləyib kəman, ölürəm! X.Natevan. Etiqad etsə qəza-yə, qədərə; Omrünü verdi bu sözlər hədərə. A.Sehhet. Vali buyurdu ki, qəm yeməsin çox; Qədər yazdığına bizdə çarə yox. R.Rza.

QƏDƏRLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

f. Alnına yazılmaq,
bextine yazılmaq, qismeti olmaq. Qəza qədərlənib üz verəndə dərd; Kəməndə düşənə "qaç" demək olmaz. Aşıq Şemşir.

QƏDƏRSİZ : Azerbaijani Explanatory Dictionary

sif. dan. Saysız, saysız-he-sabsız, saya-hesaba gelmeyen. Qədərsiz qoşun. Qədərsiz qarışqa.