Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
QƏDİM : Azerbaijani Explanatory Dictionary

sif. [ər.]
çox köhne zaman-lara, çox uzaq keçmişe mexsus ve aid olan. Qədim tarix. Qədim xalqlar. Qədim adətlər. Qədim abidələr. Qədim qala. Qədim mədə-niyyət əsərləri. // çox köhne. Divarda bə-dənnüma bir cüt qədim güzgü vardı. S.Hüseyn. Göylərə baş vuran qədim binalar; Dayan-mış əvvəlki əzəmətiylə. S.Vurğun. Bibihey-bət Bakının qədim neft rayonlarından biri sayılırdı. M.Hüseyn.
məc. Köhne, tecrübeli, eski. [Rehim bey] bir dünyagörmüş, neçə illər polis idarələ-rində qədim murovlar, pristavlar, naçalnik-lər yanında xidmət etmiş şirindil, zərif, gödəkboylu, altmış sinnini ötmüş bir kişi idi. Ə.Haqverdiyev. [Hacı Murad:] Məhərrəm bəy,
. nə əcəb qədim dostunuzu yadınıza saldınız? S.S.Axundov.

QƏDİMDƏN : Azerbaijani Explanatory Dictionary

zərf çox köhne zamandan, çox köhne dövrden beri, köhneden, çoxdan, eskiden. Kəndlilər
. qorxularından uşaqları gərmə qalaqlarının içində gizlədib, uçitelə deyiblər ki, bizim kənddə heç qədimdən uşaq olmaz. C.Memmedquluzade. □ Qədimdən qalma
qedim dövrlerden qalma. Bu dərə alma dərə; Qədimdən qalma dərə; Istərəm bir bağ salam; Yar gələ alma dərə. (Bayatı).

QƏDİMİ : Azerbaijani Explanatory Dictionary

sif. Köhne, qedimden mövcud olan, qedim. Qədimi qulundur Zakiri-xəstə; Məhəbbət et ona, barı, görəndə. Q.Zakir. Ke-çər ciyərdən, oturmaz o qanlı peykanı; Könül qədimi olan aşinadı, qoyma gedə. S.Ə.Şirvani.

QƏDİMLİK : Azerbaijani Explanatory Dictionary

is. Qedim zamanlara aid olma; çox köhnelik. Bu pulların qədimliyinə şüb-hə yoxdur. Qız qalasının qədimliyi müəyyən edilmişdir.
Burda qədim nağıldan da qə-dimlik; "Mənəm" desə, noxtalanar "mə-nəmlik". M.Araz.

QƏDİR : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Deyer, qiymet; etibar, hörmet, heysiyyet, leyaqet. □ Qədr(ini) bilmək
layiqince qiymetlendirmek, bir adamın ve ya bir şeyin qiymetini, deyerini, ehemiyyetini başa düşüb onu qorumaq, mühafize etmek. Firaqi çəkməyən aşiq vüsalın qədrini bilməz; Cəmilə olmayan vasil cəmalın qədrini bilməz. Nesimi. Aşıq Ələsgərin qədrini bilsən; Yerin var göz üstə, gəz, qadan alım! Aşıq Əlesger. [Tahir:] Usta, məni o qədər də avam hesab eləmə.
Mən zəmanəmizin qədrini yaxşı bilirəm. M.Hüseyn.

QƏDİR : Azerbaijani Explanatory Dictionary

klas. Bax qədər
ci menada. Sənə nə qədir dedim rəhm qıl mənə, getmə. X.Natevan.

QƏDİRBİLƏN : Azerbaijani Explanatory Dictionary

sif Bir adamın, ya şeyin qiymetini, ehemiyyetini bilen, başa düşen; yaxşılıq bilen. Qədirbilən adam.
Odun götür, yaxşı yar; Yaxşı doğra, yaxşı yar; Iyidi gümrah eylər; Qədirbilən, yaxşı yar.
(Bayatı).

QƏDİRBİLMƏZ : Azerbaijani Explanatory Dictionary

sif. Adama qiymet qoy-mayan, adamın qedrini bilmeyen; yaxşılıq bilmeyen. Qədirbilməz adam.
Haq bilir ki, səni necə istərəm; Ay bivəfa, qədirbilməz, bəri bax! M.P.Vaqif. Gözəlin bəzisi bədniy-yət olur; Qədirbilməz olur, bihürmət olur. Q.Zakir. Gövhər qalıb qədirbilməz əlində; Tərlan olub sar əlinin dustağı. Aşıq Əlesger.

QƏDİRBİLMƏZLİK : Azerbaijani Explanatory Dictionary

is. Adama qiymet
qoymama, adamın qedrini bilmeme; yaxşı-lıq bilmeme. Qədirbilməzlik, milli etinasız-lıq və insan taleyinə biganəlik faktlarından biri də Xəzər dənizində "Merkuri" gəmisin-də batan iki yüz Iran vətəndaşının (sərnişi-nin) həyat bahasının, qan pulunun Iran kon-sulluğu tərəfindən yüz qırx min rubl müəy-yənləşdirilməsi məsələsi idi. "Hophopname".

QƏDİRDAN : Azerbaijani Explanatory Dictionary

sif. [ər. qedr ve fars.
..dan] köhn. bax qədirbilən. Qədirdan adamları, məmləkətin qeydinə qalanları çıraq götürüb qapı-qapı axtarıram. M.S.Ordubadi.

QƏDİRDANLIQ : Azerbaijani Explanatory Dictionary

is. köhn. bax qədirşü-naslıq. [Veliehd:]
.Bunları nəzərə alaraq, sizin bu qədər böyük qədirdanlığınızı təşək-kürsüz buraxmaq istəmədim. M.S.Ordubadi.

QƏDİR-QİYMƏT : Azerbaijani Explanatory Dictionary

ax qədir
Napak olan sənin nə bilir qədir-qiymətin; Zatində adəmin dəxi arı göhər gərək. Nesimi. Insa-nın ki elmi olmadı, onun nə qədir-qiyməti ola bilər, nə hörməti. C.Memmedquluzade. □ Qədir-qiymətini bilmək- baxqədrini bilmək ("qədir1"de). [İmamverdi:] Mən öz abrımın qədir-qiymətini bilirəm və qızımın rüsvayçılığını heç vədə qəbul etmərəm. Ə.Haqverdiyev.

QƏDİRŞÜNAS : Azerbaijani Explanatory Dictionary

[ər. qedr ve fars.
..şünas] bax qədirbilən. Heyf olsun bivaxt əlimiz-dən gedən rəfiqəmizə ki, həmişə qədirşünas dostların ürəyində diridir. Ə.Haqverdiyev.

QƏDİRŞUNASLIQ : Azerbaijani Explanatory Dictionary

is. Qedir bilme; bir adamın meziyyetlerini qiymetlendirme, teqdir etme, deyerini, qiymetini anlama.

QƏDLƏMƏK : Azerbaijani Explanatory Dictionary

ax qəddəmək.

QƏDLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

ax qəddənmək.

QƏDLƏNMİŞ : Azerbaijani Explanatory Dictionary

ax qəddənmiş. Salman qədlənmiş qırmızı karandaşı və bir dəftər götürdü. S.Rehimov.

QƏDLİ-QAMƏTLİ : Azerbaijani Explanatory Dictionary

ax qədd-qamətli.
Dürdanə xanım yaşı altmışa yaxın qədli-qamətli bir arvad idi. Ə.Əbülhesen.

QƏDR : Azerbaijani Explanatory Dictionary

[ər.] klas. bax qədər
Xoşdur nə qədr eyləsə yarım cəfa mənə. Füzuli. Bir zaman var idi canda ixtiyar; O qədri gəl-mədin, ta oldum bimar. Q.Zakir.

QƏDTƏZƏ : Azerbaijani Explanatory Dictionary

sif. dan. Tamamile teze, heç işlenmemiş, istifadede olmamış. Qədtəzə paltar.
Elə bil bu saat yenicə topdan kə-silmiş yorğanüzüləri, qədtəzə görünən dö-şəklər, yastıqlar, mütəkkələr hamısı təmiz idi. Ə.Veliyev.

QƏFƏS : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
Quşları, heyvanları salmaq üçün meftil ve ya ağac çubuqların-dan düzeldilmiş, ya hörülmüş qutu şekilli qurğu. Quş qəfəsi. Toyuq qəfəsi. Tülkünü qə-fəsə saldılar.
Pəncərənin qabağında ası-lan qəfəsin içərisində boz rəngli bir tutuquşu vardır. M.S.Ordubadi. Quş, ayağını [cele-den] azad etmək üçün dartınırdı və çapala-yırdı. Bunu gördükdə biz qaratoyuğun üstünü alırdıq. Sevinə-sevinə aparıb qəfəsə salırdıq. S.S.Axundov.
məc. Hebs, hebsxana, zindan, dustaq-xana menasında. Ruzi-hicrandır, sevin, ey mürği-ruhim, kim, bu gün; Bu qəfəsdən mən səni, əlbəttə, azad eylərəm. Füzuli. Oldu sən-siz çəmən, ey gül, məni-şeydayə qəfəs; Nə çəmən, cümlə cahandır məni-rüsvayə qəfəs. S.Ə.Şirvani. Gəlin, tez uçuraq o daş qəfəsi; Gülsün qadınlığın ağlayan səsi! S.Vurğun. □ Qəfəs kimi
cansıxıcı, darısqal (yer haqqında). Muğan düzündəki səssiz gecələr; Sıxdı Əmirxanı bir qəfəs kimi. S.Vurğun. Qəfəsdə saxlamaq
azadlıqdan mehrum etmek, dörd divar arasında saxlamaq. [Al-maz:] Biz qadınlarımızı qəfəsdə saxlayan əlləri qırmalı, qadını azadlığa çıxarmalıyıq. C.Cabbarlı. Qəfəsdən azad olmaq
hebs-den azad olmaq, azadlığa çıxmaq, çetinlik¬den qurtulmaq. Qəfəsə düşmək
tutulmaq, gire keçmek, tora düşmek, ele keçmek. Xan qəfəsə düşmüş vəhşi heyvan tək özünü o yan-bu yana çırpır. Ə.Haqverdiyev. Qəfəsə sal-maq
hebse salmaq, azadlıqdan mehrum etmek, dörd divar arasında gizletmek. [Me-lek] hiss edirdi ki, burada, Allahyarın evində qəfəsə salınmış quş kimi yaşayır. İ.Şıxlı.
0 Qəfəsə dönmək
son derece zeifle-mek, arıqlamaq, cansızlaşmaq. Onun bədəni bir qəfəsə dönmüşdür. Quru qəfəs
çox zeif, üzgün, cansız, arıq adam haqqında. Gör-düm bu dünyanı
quru qəfəsdir; Bizlərə ver-diyin ibrətli dərsdir.. N.Kesemenli. Döş (köks) qəfəsi anat.
skeletin, qabırğalar-dan ibaret olan içerisinde ciyerlerin ve üreyin yerleşdiyi döş boşluğunu teşkil eden hissesi. [Kişinin] pərələri genişləndi, sinəsi qalxıb-endi, köks qəfəsi az qaldı partlasın. İ.Şıxlı.

QƏFƏSƏ : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
Bax qəfəs.
Kitab ve saire qoymaq üçün mertebe-mertebe divara bend edilmiş ve bölmelere ayrılmış taxtalardan ibaret qurğu. Kitab qəfəsəsi. Dükan qəfəsəsi.
Burada nə yoxdur?
.Qəfəsələrdə top-top çit, parça. Ə.Əbülhesen.
Nazik taxtadan düzeldilmiş ve ya qefes şeklinde hörülmüş arakesme.
Döş qefesi, döş sümükleri. Yazığın içini, içalatını elə aparmışdı ki, quruca qəfəsəsi qalmışdı. S.Rehimov.

QƏFƏSƏLİ : Azerbaijani Explanatory Dictionary

sif. Qefesesi olan (bax
qəfəsə
ci menada). Qəfəsəli kitabxana. Qəfəsəli dükan. // Hörgülü, şebekeli. Qa-dınlara məxsus qəfəsəli lojalar var, bizi kimsə görməz. A.Şaiq. Adamlar bir-birinə macal vermədən, son vaqonun dəmir qəfəsəli pəncə-rəsinə baxa-baxa irəli yeridilər. Mir Celal.

QƏFİL : Azerbaijani Explanatory Dictionary

sif. ve zərf[ər.] Gözlenilmez, an-sız, xebersiz. Təzə silah növlərini öyrənmək, tez-tez qəfil basqınla düşməni narahat etmək
. bölüyün əsas məşğuliyyəti idi. Ə.Əbülhesen. Tuturlar onları qəfil atəşə; Gizləyir dostları qalın bir meşə. M.Rahim.

QƏFİLCƏ : Azerbaijani Explanatory Dictionary

ax qəfildən.