Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
AZLIQ : Azerbaijani Explanatory Dictionary

is.
Her hansı bir qrupun (adam-lar qrupunun) az hissesi; sayca az olan hisse; eqeliyyet. Azlıqda qalmaq. Layihəyə ancaq azlıq səs vermədi.
[Uğur:] Bizdə azlıq çoxluğa tabedir. İ.Əfendiyev.
Miqdarca, sayca, müddetce ve s. kifayetsizlik, çatışmazlıq. Vəsait azlığı. Material azlığı. Vaxtın azlığı. Ixtisaslı işçi-lərin azlığı.
Şəmsi yenə vaxtın azlığını xatırlayıb söhbətə yekun vurmağa çalışdı. M.Hüseyn. Bu isə yenə ona [Quliyeve] eti-madın azlığını göstərirdi. Ə.Sadıq. □ Azlıq etmək
çatışmamaq, kifayet etmemek, ehtiyacı ödememek, temin etmemek. Haşım hərçənd öz vətəninə qayıtmaq istəyirdi, amma bir ilin muzd pulu ona azlıq edirdi. B.Talıblı. Taxıldöyən maşın, vəl azlıq eləyirdi. Mir Celal.

AZMA : Azerbaijani Explanatory Dictionary

"Azmaq"dan f.is.

AZMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Yolu itirmek, istiqameti itirmek. Meşədə azmaq. Atlılar yolu azdılar.
[Hekim:] Axı necə oldu ki, belə sağlam və qüvvətli adam olduğunuz halda, birdən az-dınız və evinizin yerini itirdiniz? C.Cabbarlı. Kənardan baxana elə gəlirdi ki, bu maşın azıb, yoldan çıxmışdır. Mir Celal. Indi yay günü Mil düzün(də)
. azan yolçunun susuzluqdan qorxusu yoxdur. İ.Əfendiyev.
Doğru yoldan çıxmaq, yanılmaq, sap-maq. [Şehrebanı xanım:] çox yaxşı, sən azıbsan; yolundan, izindən çıxıbsan, get! M.F.Axundzade. Sən azma sədaqət yolunu, sevgili qardaş! C.Cabbarlı.
məc. Coşmaq, qudurmaq, heddini aş-maq, şiddet göstermek. Sən lap azmısan ha!
- [Ağ zanbaq:] Gərçi uzundursa mənim yarpağım; Yoxdu yenə lovğalığım, azma-ğım. A.Sehhet.
◊ Ağlı azmaq
b a x ağıl
Əməli azmaq
- b a x əməl. Hər yol(un)dan azan
her bir adam, her öten, her kes, her yeten. [Arvad:] Sən də hər yoldan azanı evə bura-xırsan. S.Rehimov. Kəkliyi azmaq
b a x kəklik. Nə iti(m) azıb
"ne işi(m) var, getmez, getmerem" menasında. [Şehrebanı xanım:] Firəngdə onun nə alıb-verəcəyi var, Parijdə onun nə iti azıbdır? M.F.Axundzade. [Zeyneb xanım:] Mənim elə yerlərdə nə itim azıb? Mir Celal.

AZMAN : Azerbaijani Explanatory Dictionary

sif. çox böyük, çox iri, çox yeke, ezemetli, heybetli. Azman tikinti. Azman binalar. Azman qayalar.
Saçı-saqqalı ağarmış qocaman buruq ustalarının belə azman yanğın gördükləri yadlarına gəlmir.. Ə.Memmedxanlı.

AZMANLIQ : Azerbaijani Explanatory Dictionary

is. çox irilik, çox böyüklük, ezemet.

AZ-MAZ : Azerbaijani Explanatory Dictionary

zərf dan. Bir az, az miqdarda, cüzi; zeif. O, farsca az-maz bilir. Bu işdən az-maz başım çıxır. Az-maz yemək yedim.
- [Seryoja:] Bu şeyləri az-maz mən də bilirəm. A.Şaiq.

AZMIŞ : Azerbaijani Explanatory Dictionary

f.sif.
Yolunu itirmiş, istiqame-tini itirmiş. [Durna] özünü azmış
. adamlar kimi ümidsiz və tək hiss etdi. İ.Əfendiyev. Kosa zülmətdə azmış yolçular kimi hər tərə-fə yol axtarır və tapa bilmirdi. S.Rehimov. // məc. Doğru yoldan çıxmış, yanılmış, sap-mış. Azmışlar üçün elmü ədəb nuri-səhərdir. M.Hadi.
məc. Coşmuş, qudurmuş, heddini aşmış; azğın.

AZÖT : Azerbaijani Explanatory Dictionary

[yun.] kim. Havanın esas terkib hissesini teşkil eden maddelerden birisi
rengsiz ve qoxusuz qaz; kimyevi element. Astara yaxınlığındakı mineral bulaqlardan da su ilə bərabər azot qazı çıxır. M.Qaşqay.

AZOTLAŞDIRILMA : Azerbaijani Explanatory Dictionary

"Azotlaşdırılmaq"-dan f.is.

AZOTLAŞDIRILMAQ : Azerbaijani Explanatory Dictionary

məch. Azotla, azotlu maddelerle zenginleşdirilmek. AZOTLAŞDIRMA "Azotlaşdırmaq"dan
f.is.

AZOTLAŞDIRMAQ : Azerbaijani Explanatory Dictionary

f. xüs. Bir şeyin ter-kibini azotlu maddelerle zenginleşdirmek,

bir şeyde azotlu maddelerin miqdarını artır-maq. Torpağı azotlaşdırmaq.

AZOTLU : Azerbaijani Explanatory Dictionary

sif. kim. Terkibinde azot olan. Azotlu birləşmələr.
Balaca daxmacaların birində azotlu və fosforlu gübrələr
. görü-nürdü. Ə.Veliyev.

AZOTSUZ : Azerbaijani Explanatory Dictionary

sif. kim. Terkibinde azot olma-yan. Azotsuz maddələr.
çörəyə azotsuz deməkdən murad o deyil ki, onun azotu yox-dur, onun azotu var və çoxdur da. Amma nişastası artıq olduğuna (görə) ona azotsuz
. deyilir. H.Zerdabi.

AZTAPILAN : Azerbaijani Explanatory Dictionary

sif. Nadir, bol olmayan, az-az tesadüf edilen, elde edilmesi çetin olan, satış-da az olan. Aztapılan mallar. Aztapılan şey.

AZTUTUMLU : Azerbaijani Explanatory Dictionary

sif. Az şey tutan, tutumu az olan, hecmce kiçik. Aztutumlu qab.

AZUQƏ : Azerbaijani Explanatory Dictionary

is. Qida ehtiyatı, erzaq ehtiyatı. Azuqə ilə təmin etmək.
Kəndlilər taxıl-larını biçib döymüş, ev üçün azuqə saxlayıb, yerdə qalanını satıb nəqd pul etmişlər..
S.S.Axundov. Səriyyə xala və Gülnaz.. evin içini səliqəyə salıb, qış azuqəsini yerbəyer etmiş, həyətə çıxmışdılar. M.İbrahimov. Bu halda Almaz qucağında qəzetə bükülü azuqə içəri girdi. Mir Celal.

AZUŞAQLI : Azerbaijani Explanatory Dictionary

sif. Uşaqları az olan. Azuşaqlı ana (aile). Azuşaqlılardan (is.) alınan vergi.

AZÜRDƏ : Azerbaijani Explanatory Dictionary

sif. [fars.] klas. İncimiş, eziyyet çekmiş, ezab çekmiş. □ Azürdə etmək
incitmek, meyus etmek, kederlendirmek. Bağışla cürmümü, ey şux, kim həyatımda; çox etmişəm səni azürdə ahü zarım ilə.
Q.Zakir.

AZYARPAQ : Azerbaijani Explanatory Dictionary

sif. bot. Yarpaqları az ve ya seyrek olan.

AZYAŞLI : Azerbaijani Explanatory Dictionary

sif. Yaşı az olan, kiçik. Azyaşlı uşaq.
Fəhləliyə gedən azyaşlı uşaqlara xozeyinləri heç bir zaman istirahət günü verməzdilər. H.Sarabski.
is. Kiçik uşaq (oğlan, ya qız). Azyaş-lılara məxsus oyuncaq.

B : Azerbaijani Explanatory Dictionary

Azerbaycan elifbasının ikinci herfi. bax be.

BA : Azerbaijani Explanatory Dictionary

nida.
Heyret ve teeccüb bildirir, yaxud birden bir şey yada düşdükde deyilir. Ba! Sən hara, bura hara! Ba! Bu haradan çıxdı?
[Ağa Kerim:] Ba! Bir adam fikrimə düşdü, əgər razı ola. M.F.Axundzade. // Bezen söylenilen bir şeyi dinleyene tesdiq etdirmek üçün sual yerinde işlenir
doğrudanmı? doğrumu? Bu gün ölməmiş ölümdən qurtardım.
Ba?
Nə xəbər var, Məşədi?
Sağlığın.
Az, çox da yenə?
Qəzet almış Hacı Əhməd də.
Ba! Oğlan, nə mənə? M.Ə.Sabir.
ba, bə. Tekrardan ibaret olan mürekkeb sözlerde bitişdirici ünsür; mes.: adbaad, qapıbaqapı, qolbaqol, şeherbeşeher, kend-bekend ve i.a.

BAB : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn.
Bir kitab metninin bölündüyü hisselerinden her biri (çox vaxt her bab bir neçe fesle bölünür). Gülüstani-səri-kuyin kitabın bab-bab, ey gül; Xətti-reyhan ilə cədvəl çəkib, gülzarə yazmışlar. Füzuli.
tənt. Qapı, girecek; böyük qapı. Məktəb
nə demək? Ummətə bir babi-səadət. M.Hadi.
Yerlik halında:
..babda (...babında)
köhn.
..barede,
..xüsusunda,
..cehetden. Gəl Nəbatinin sidqi-kizbini; Sən bu babdə eylə imtahan. Nebati. Vəzir, indi görərsən ki, sənin xanın da bu babda xüləfalardan və Sultan Mahmud Qəznəvidən əskik deyil. M.F.Axundzade.

BAB : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Tay, cur, beraber. Məx-mərin abı gərək; Yar yarın babı gərək. (Bayatı).
.Məndən əfzəldi qüvvədə qəssab; Qızını ver ona, odur sənə bab. S.Ə.Şirvani. Heç kəs bu toya bir söz deyə bilmədi, çünki hər iki cavan tamamilə bir-birinin babı idi. S.Rehimov. // Uyğun, münasib, müvafiq, yaraşan. Hər işini bab elə, görən desin, ha belə. (Ata. sözü).

BAB : Azerbaijani Explanatory Dictionary

ax babi. [Seyidsedulla:] Siz bab və bəhailik aləmi barəsində uzun və uzadı mütaliə etməlisiniz. M.S.Ordubadi.